* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Yeriyərkən ayağın qaldırılıb irəli atılmasından ibarət hərəkət; qədəm. Ağır addım. İri addım. Addım səsi eşitmək. Addımını yavaşıtmaq. Addımını sürətləndirmək. 2. Bir addım arasındakı məsafə qədər uzunluq ölçüsü. Həyətin uzunu 20 addımdır. Məktəblə evin arası 200 addım olar. – Üç addım o tərəfdə kiçik bir qız fəryad edir. Ə.Məmmədxanlı. □ Bir neçə addımda – çox yaxında, lap yaxında. [Əmir İnanc:] Sizin fəaliyyətsizliyiniz nəticəsində Gəncənin bir neçə addımlığında xəlifənin qasidini tutub soyundururlar. M.S.Ordubadi. 3. məc. Hərəkət, iş, təşəbbüs. Təhlükəli addım atmaq. Fikirləşmədən addım atmaq. 4. “Sürətli”, “qəti” və s. sözlərlə bərabər bir şeyin irəliləməsini, inkişafını göstərmək üçün işlənir. ◊ Addım açmaq (götürmək) – yeyin getməyə başlamaq, getdikcə addımını artırmaq, yerişini sürətləndirmək. Addım atmaq – 1) bax addımlamaq 1 və 3-cü mənalarda; 2) məc. təşəbbüs etmək. Addımına haram qatmaq – yerişini bir qədər sürətləndirmək. Div addımları ilə irəliləmək – bax div. Hər addımda, hər addım başında – bax addımbaşı. İlk addım atmaq – bir işdə təşəbbüsçü olmaq, birinci çıxış etmək. İlk addım(lar) – hər hansı işin, fəaliyyətin ilk dövrü. Elə ilk addımda atın gözü qorxsaydı, bircə dəfə dirənib dursaydı, sonra fələk özü gələydi yenə ürgəni irəli qova bilməzdi… Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / addım1 Mənbələrdə ad (ay, ad) sözləri rus dilindəki “шагать”mənasında verilib. Belə məlum olur ki, ayaq və addım sözlərinin kökü feildir. Ay “yerimək”dir, ayaq isə “yerimək üçün vasitə”dir. Addım atmaq isə sinonimlər birləşməsini xatırladır, hər ikisi eyni kökə malikdir. Atmaq sözündə at (ay, ad) kəlməsi feil kimi indi də qalır. Ay sözünün “danışmaq” mənası da məlumdur və ayıtmaq (ay-ıt-maq) sözündə özünü hifz edə bilib.
Azərbaycan dilinin etimologiya lüğəti / addım3 ADDIM Ağacın kölgəsindən beş addım aralanmamışam ki, Ulduzun səsini eşidib döndüm (M.İbrahimov); QƏDƏM (dan.) ...atlı və Hacı Namazalı girdilər kəndə və Kərbəlayı Mirzəli düzəlib bir-iki qədəm qabağa yeriyib söylədi: “Allah axırın xeyir eləsin!” (C.Məmmədquluzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / addım2 I сущ. шаг: 1. передвижение при ходьбе. Bir addım один шаг, yüngül addım лёгкий шаг, yorğun addım усталый шаг, iri addım широкий шаг, asta addım тихий шаг, sərbəst addım вольный шаг, mütərəddid addım нерешительный шаг, addımını yavaşıtmaq замедлить шаг 2. мера длины. Bir neçə addım несколько шагов, addımlarla ölçmək отмеривать шагами 3. развитие, движение чего-л., ступень, этап в развитии. Demokratiyaya doğru daha bir nəhəng addım ещё один гигантский шаг на пути к демократии, mühüm addım важный шаг 4. поступок, действие. Təhlükəli addım опасный шаг, cəsarətli addım смелый шаг, məsuliyyətli addım ответственный шаг, məşum addım роковой шаг 5. тех. расстояние между соседними повторяющимися однотипными элементами. Vintin addımı шаг винта II прил. эл.-тех. шаговый, шаговой. Addım gərginliyi шаговое напряжение ◊ addımını kənara qoymamaq kimdən, nədən не отходить ни на шаг от кого, от чего; addımını atmamaq kimsiz, nəsiz ни шагу без кого, ни на шаг от кого; addım atmaq olmur, mümkün deyil шагу нельзя сделать, ступить; addımını atmamaq kim üçün, nə üçün шагу не ступить, не сделать для кого, для чего; addımına haram qatmaq прибавить шаг; addımına haram qatmamaq специально затягивать, не прибавлять шагу; ilk addım atmaq nədə сделать первый шаг в чём; addımını atmağa qoymamaq kimi не давать шагу ступить кому; addımını atmadan не сходя с места; addımını itirmək сбиться с шага, ходить, идти не в такт, не в ногу с другими; hər addımda на каждом шагу; bir addımlıqda в одном шаге, рядом; beş addımlıqda в пяти шагах; bir neçə addımlıqda в нескольких шагах; ilk addımdan, birinci addımdan с первого шага; bir addımlığında kimin, nəyin на шаге от кого, от чего; nəhəng addımlarla irəliləmək двигаться семимильными шагами
Azərbaycanca-rusca lüğət / addım1 i. step; inamlı addım resolute / firm step; inamlı addımla with resolute step; addım atmaq 1) to step; 2) to walk, (iri addımlarla) to stride; (yavaş addımlarla) to pace; gümrahcasına addım atmaq to walk with vigorous strides; eyni addım atmaq to march in step (with); addımını yeyinlətmək to mend / to quicken one’s pace; sakit addımlarla getmək to walk slowly, to walk with a slow step; cəld addımlarla getmək to walk quickly, to walk with a rapid step; to walk with hurried steps; iri addımlarla with long strides; bir addımda geri çəkilməmək not to retreat a step; iki addımlıqda a few steps away; near by; hər addımda at every step / turn; often; ilk addım atmaq to take* the first step; qəti addım atmaq to take* a decisive step; səhv addım false steps; ilk addım the first step Bu, irəliyə doğru bir addımdır It is an advance (over)
Azərbaycanca-ingiliscə lüğət / addım1 is. pas m ; enjembée f (addımın uzunluğu) ; ~ atmaq faire un pas ; marcher vi ; ~ başı à chaque pas ; ~larını sürətləndirmək forcer l’allure ; ~layıb keçmək enjamber vt ; bir addımlıqdadır ce n’est qu’une enjambée ; buradan iki addımlıqda à deux pas d’ici ; diplomatik ~ un pas diplomatique ; qorxulu ~ un pas dangereux ; mühüm ~ un pas important ; nəhəng bir ~ atmaq faire un pas gigantesque ; səssiz addımlar les pas feutrés
Azərbaycanca-fransızca lüğət / addım1 сущ. 1. ккам; addım atmaq ккам вегьин, ккам къачун; 2. ккам, са ккамунин арада авай мензил, яргъивилин алцумаг; addımla ölçmək ккамаривди алцумун; 3. пер. гьерекат, кар; ** addım açmaq (götürmək) ккам къачун, ккамна фин, фад-фад фин; ilk addım atmaq сифте ккам къачун, са кар кӀвенкӀве гъиле кьун, авалун.
Azərbaycanca-ləzgicə lüğəti / addım