Ade sözü azərbaycan dilində

Ade

Yazılış

  • Ade • 55.5556%
  • ADE • 11.1111%
  • aDE • 11.1111%
  • ade • 11.1111%
  • AdE • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abarema adenophora
Abarema adenophora (lat. Abarema adenophora) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin abarema cinsinə aid bitki növü.
Adeh
Adeh (Sulduz)
Adeh (Sulduz)
Adeh (fars. جاشيران‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (36 ailə).
Adeh (Urmiya)
Adeh (fars. اده‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (41 ailə).
Adekvat
Adekvat [lat. adaequatus – bərabərləşdirilmiş, bərabər] - tam uyğun, dəqiq, mutabiq, bərabər, ekvivalent, eyni, üst-üstə düşən. Məsələn, adekvat cisim və hadisələr. Adekvant dəyişkənlik - mühitin müxtəlif amillərinin təsirinə uyğun dəyişkənlik. Lamarka görə, orqanizmlər mühitin təsirlərinə müvafiq məqsədəuyğun istiqamətdə dəyişilir və bu cür dəyişilmələr də irsən keçir.Lamarkın bu haqda irəli sürdüyü fikirlər idealist nəzəriyyədir. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Adel
Adel (ing. Adele) (Əsl adı Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins)) — Britaniya müğənni və söz yazarı. == Həyatı == 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Adel Blox – Bauerin portreti
Adel Blox – Bauerin portreti I (ing. Portrait of Adele Bloch-Bauer I)) 1907-ci ildə avstriyalı simvolist rəssam Qustav Klimt tərəfindən çəkilib "Adel Blox – Bauerin portreti I" rəsmi həm də "Qızıl Adel", yaxud "Avstriyanın Mona Lizası" kimi məşhurdur. Əsər Klimtin yaradıcılığının və bütövlükdə Avstriya Yugendstilinin ən əhəmiyyətli yadigarlarından biridir. Həmin rəsm əsəri Nyu Yorkda Amerika sahibkarı Ronald Lauder tərəfindən təsis edilən Yeni qalereya üçün 2006-cı ildə çox baha qiymətə – 135 milyon dollara satın alınmışdır.
Adel Ekzarkopulos
Adel Ekzarkopulos (fr. Adèle Exarchopoulos; 22 noyabr 1993, Paris) — Fransa aktrisası, Kann kinofestivalının "Qızıl Palma Budağı" mükafatının ən gənc sahibi. O, bu mükafata "Adelin həyatı" filmindəki roluna görə layiq görülüb. == Həyatı və karyerası == Adel Parisin XIX dairəsində, de Fet meydanı yaxınlığında böyüyüb. Onun atası Didye Ekzarkopulos gitara ifaçılığı müəllimi, anası isə tibb bacısı olub. Adelin özündən kiçik iki qardaşı var. Aktrisanın babası əslən yunan olub.Adelin valideynləri qızlarının utancaqlığını aradan qaldırmaq üçün, onu doqquz yaşında aktyorluq kursuna yazdırıblar. O, bu kursa 2005-ci ilədək getməyə davam edib, məhz bu ildə onun aktrisa kimi kinoda debütü olub. O, Martha filmində debüt edib. 2006-cı ildə o kino agentinin diqqətini cəlb etmiş və fransız teleserialı olan "R.I.S, police scientifique" teleserialında epizodik rolda çəkilmişdir.
Adel Hüqo
Adel Hüqo (24 avqust 1830[…], Paris – 21 aprel 1915, Süren) — fransız yazıçısı Viktor Hüqonun 5 övladından ən kiçiyi. Gənc qadın olarkən şizofreniyaya düçar olur, Britaniya ordusunda xidmət edən zabitin onun sevgisini rədd etməsi onda bu zabitə qarşı romantik asılılıq yaradır. "Sevgi fobiası" adlandırılan Adel sindromu onun adı ilə bağlıdır. 1975-ci ildə fransız rejissor François Truffaut tərəfindən çəkilən "Adel H.-nin hekayəsi" adlı film Adel Hüqonun gündəliklərində yazdıqlarına əsaslanır. == Uşaqlığı == Adel Fuşe və Viktor Hüqonun son övladı olan Adel Hüqo maddi vəziyyəti yaxşı olan bir ailədə və mədəni mühitdə böyüyür. Piano çalmağı çox sevən Adel gözəlliyi və uzun qara saçları ilə məşhur idi. Bir sıra məşhur Parisli rəssamlar onun portretini çəkmişdi. Viktor Hüqonun siyasi səbəblərə görə sürgün edilməsindən sonra ailə 1851-ci ildə Cörsi adasına köçdü və 1870-ci ilə qədər orada qaldı. Adel sevgi asılılığının səbəbi olan Albert Pinsonla da məhz burada tanış oldu. == Xəstəliyi və Pinsonu təqib etməsi == 1856-cı ildə Adelin ruhi xəstəliyinin əlamətləri açıq-aydın sezilməyə başladı.
Adel Kutuy
Adel Kutuy (tatar. Гадел Кутуй; 28 noyabr 1903 – 15 iyun 1945) — Sovet tatar elmi fantastika yazıçısı, şair və dramaturq, jurnalist, müharibə müxbiri. == Bioqrafiya == Adel Kutuy Tatarski Kanadey kəndində (indiki Penza vilayətinin Kuznetsk rayonunda) anadan olub. 1922-ci ildə Kazana köçür və 5 ildən sonra tatarların ən görkəmli beş yazıçısından biri kimi tanınır. 1927-ci ildə Şamil Osmanovun dəvəti ilə oktyabr inqilabının 10 illik yubileyində birinci Kazan yayım stansiyasında diktor işləyir. Vladimir Mayakovskidən təsirlənərək LEF, SULF, yəni Sul Cəbhəsi — Sol Cəbhə tatar yaradıcılıq birliyini qurur. 1930-cu ildən sonra ən məşhur romanlarını yazır. 1942-ci il mayın 25-də könüllü olaraq Qırmızı Ordu sıralarına yollanır. Qərb və Don cəbhələrində 75-ci Əlahiddə Qvardiya minaatan diviziyasının tərkibində döyüşür. Stalinqrad döyüşündə fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilir.
Adel Massad
Adel Massad (24 iyun 1964) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Adel Massad Misiri 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Adel Torpağı
Adeli torpağı (fr. Terre Adélie) — Fransanın idarə etdiyi Antarktika sektoru. Ərazinin sərhədləri Antarktidanın sahili boyunca keçir və bu koordinatlarda yerləşir: 66°12′ c.g. 136°11′ ş.u. и 66°48′ c.g., bu nöqtələrdən sərhəd Cənub qütbünə qədər 2600 kilometrliy uzunluğunda qitənin içərinə gedir. Sahil xəttinin ümumi uzunluğu təxminən 350 km təşkil edir. Adeli torpağı 432 min kilometrdən çox sahə tutur, və o, demək olar ki, tamamilə buzla örtülürüb. Buranın sahilləri 1837-ci ildə franssız dənizçi Jul Dyumon Dyurvill tərəfindən tapılmışdır və arvadının şərəfinə Adeli adını qoymuşdur. 12 yanvar 1956-cı ildən ərazidə Fransanın Dyuomon d'Yurvil adlı daimi illik elmi-tədqiqat qütb stansiyası fəaliyyət göstərir. Stansiya antarktik sahilində bu koordinatlarda yerləşir: 66°40′ c.g.
Adel Əl-Fakir
Adel Əl-Fakir (d. 18 sentyabr 1996) — Liviyalı üzgüçü. Adel Əl-Fakir Liviyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Adel Əl-Fakir birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.00 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 74-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Adela Noriega
Adela Norieqa (ispanca. Adela Amalia Noriega Méndez, 24 oktyabr 1969 Mexiko) — meksikalı aktrisa == Həyatı == Adela Norieqa 1969 -cu ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olub . Bütün dünyaya "Quadalupe" , "Şirin çağırış" teleserialları ilə məşhurlaşdı . Hər iki serialda da Baş rolları məşhur aktyor Eduardo Yanezlə paylaşan Adela Eduardo ilə sonradan sevgi münasibətləri yaşamışdı. Daha sonra Adela "Mariya Bonita " , Əsl məhəbbət " kimi serialları ilə tamaşaçıların qəlbini fəth etmişdi . Azərbaycan tamaşaçılarına "Quadalupe" serialı ilə tanınmışdı . Adela Norieqanın bir bacısı və bir kiçik qardaşı var . Mexiko şəhərində yaşayır .
Adela Pankhörst
Adela Constantia Mary Pankhurst Walsh (19 iyun 1885, Mançester, Lankaşir – 23 may 1961, Sidney) — Şotlandiyada WSPU-nun siyasi təşkilatçısı kimi çalışmış Britaniyada doğulmuş sufrajist idi. 1914-cü ildə o, Avstraliyaya köçdü və burada fəaliyyətini davam etdirdi və əri Tom Uolşla birlikdə Avstraliya Kommunist Partiyasının və Avstraliya Birinci Hərəkatının həmtəsisçisi idi. == Həyatı == Pankhurst 19 iyun 1885-ci ildə İngiltərənin Mançester şəhərində siyasiləşmiş ailədə anadan olub. Onun atası Riçard Pankhurst sosialist və parlamentə namizəd, anası Emmeline Pankhurst və bacıları Silvia və Christabel isə Britaniya liderləri olub. Anası Manks əsilli idi. Adela Uorvikşirdəki Stüdli Bağçılıq Kollecində və Qızlar üçün Mançester Liseyində oxuyub. == Böyük Britaniya == Yeniyetmə ikən Adela anası və bacıları tərəfindən qurulan mübariz Qadınların İctimai və Siyasi Birliyinə qoşuldu. 1909-cu ilin noyabrında o, Uinston Çörçillin Dandidəki seçki dairəsində çıxışını kəsən etiraz aksiyasına qoşuldu. O, Helen Archdale, Catherine Corbett və Maud Joachim ilə birlikdə həbs edildi. Adela onu binadan çıxarmaq istəyən polisə şillə vurmuşdu.
Adelaid adası
Adelaid adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 48 metr təşkil edir və adanın cənub-şərqində yerləşir. == Yerləşməsi == Ada arxipelaqın şimal-şərqində, Sars boğazı sularında yerləşir. Ağ Torpaq adaları qrupuna daxildir. 3,5 km şimal-şərqdə Yeva-Liv adası, 3,3 km cənubda isə Freden adası yerləşir. == Təsviri == Dairəvi formaya malikdir. Diametri 2 km-dir. Üzəri buzla örtülüdür. Frityof Nansenin anasının şərəfinə adlandırılmışdır.
Adelaida
Adelaida (ing. Adelaide) — Avstraliya İttifaqında şəhər. Cənubi Avstraliyanın paytaxtı və ən böyük şəhəri. == Tarixi == Adelaida (Adelaide) – 1836-cı ildə britaniyalılar tərəfindən ilk Avropa yaşayış yeri olaraq qurulmadan əvvəl ərazidə Avstraliya aborigenləri yaşayırdı. Müstəmləkə dövründə ilk xəritə çıxarma işlərini başlayan general William Light tərəfindən məskunlaşma sahəsi olaraq seçilmişdir. Şəhər İngiltərə kralı IV Uilyamın arvadı Adelaidanın şərəfinə adlandırılmışdır. 1840-cı ildə Avstraliyanın ilk bələdiyyəsi olaraq hüquqi vəsiqə qazanmış, 1919-cu ildə böyük şəhər bələdiyyəsi statusuna yüksəlmişdir. == İqtisadiyyatı == Adelaida iri maşınqayırma sənayesi mərkəzidir. Sent- Vinsent körfəzi sahilində liman şəhəridir. Mühüm nəqliyyat qovşağı və aeroportu, neft emalı, kimya, metallurgiya, toxuculuq, yeyinti sənayesi müəssisələri var.
Adelaida Məmmədova
Adelaida Məmmədova (22 avqust 1922, Tiflis – 25 aprel 2015, Bakı) — musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Bülbülünün həyat yoldaşı və Polad Bülbüloğlunun anası. == Yaradıcılığı == Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.
Adelaida Universiteti
Adelaida Universiteti (ing. University of Adelaide) — Avstraliyanın Cənubi Avstraliya ştatının Adelaida şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1872-ci ildə Cənubi Avstraliya Baptist, Konqreqasional və Presviterian kilsələri orta məktəbi bitirmiş gənclərə ali təhsil vermək üçün Kollec İttifaqı yaradırlar. Həmin il zəngin maldar və mis mədəni sahibi Valter Uotson Hyuz universitet yaradılması məqsədilə o dövr üçün böyük məbləğ hesab edilən 20000 funt-sterlinq yardım edir. Adelaida Universitetinin rəsmi açılışı 1874-cü il noyabrın 6-da baş tutur. Universitetin ilk kansleri hüquqşünas Riçard Hanson, vitse-kansleri isə yepiskop Avqust Şort seçilir. Adelaida Universitetində ilk bakalavr dərəcəsi 1876-cı ildən verilməyə başlanır. Bu universitet 1881-ci ildə Avstraliyada ilk dəfə qız tələbələri qəbul edən ali məktəb olur. Universitetin ilk məzunu da qız olub. Onu adı Edit Emili Dornvell idi.
Adele Noyhauzer
Adele Noyhauzer (alm. Adele Neuhauser‎ d. 17 yanvar 1959, Afina) — Avstriyanın teatr və kino aktrisası, Avstriya Film Akademiyasının üzvü. == Bioqrafiyası == 17 yanvar 1959-cu ildə Afinada anadan olmuşdur. Dörd yaşında ailəsi ilə Yunanıstandan Avstriyanın paytaxtı olan Vyanaya köçür. Valideynlər boşandıqda, yunan əsilli atası Qeorq ilə yaşayır. On yaşında biləyindəki vena damarlarını kəsir. Sonra ailədən qaçır, daha bir neçə intihara cəhdlər edir. Adele gənc yaşda aktrisa olmaq istəyir. 1976-1978-ci illərdə Krauss Teatr Məktəbində təhsil alır.
Adeleinlər
Adeleinlər (lat. Adeleina)Sporlular və ya Apikompleksa lat. Apicomplexa tipinə aid olan yarımdəstəsidir. 3 fəsiləsi, 8 cinsi məlumdur. Onlardan Azərbaycanda Haemogregarinidae fəsiləsinin Haemogregarina, Hepatozoon, Karyolysus cinslərinin nümayəndələri tapılmışdır. == Xarakterik əlamətləri == Balıqların və sürünənlərin qan parazitləridir. Adeleid koksidiləri üçün belə bir xüsusiyyət xarakterikdir ki, makro və mikroqamontların inkişafı bilavasitə bir-biri ilə əlaqədə baş verir. Mikroqametosit 1-4 mikroqamet formalaşdırır. Qametlərin kopulyasiyası siziqiyanın ümumi qabığı altında baş verir. Əmələ gələn ziqota böyüyür, qabıqla örtülür və oosistaya çevrilir.
Adeleyd adası
Adelreyd (ing. Adelaide Island, isp. Isla Adelaida или Isla Belgrano) — Antarktida sahilində yerləşən ada. 121 km uzunluğa, 32 km enə malik ada Antarltidanın sahəsinə görə orta ölçülü adasıdır. == Coğrafiya == Antarktik yarımadasının şimal-qərbində, Marqarita körfəzinin isə şimalında yerləşir. Buzlaqların hesabına materika birləşmişdir. Bütünlüklə buzla örtülüdür. Adanın sahəsi 4463 km²-dir Qaudri dağı adanın ən hündür nöqtəsidir (2315 m) == Tarixi == Ada ilk dəfə Con Bisko tərəfindən 14 fevral 1832-ci ildə kəşf edilmişdir. Ada öz adını kraliça Adeleydin şərəfinə adlandırılmışdır. Cənub hissəsində Qütb stansiyaları fəaliyyət göstərir.
Adeleyd yarımadası
Adeleyd yarımadası (ing. Adelaide Peninsula) - Kanadanın şimal-qərbində yerləşən iri yarımada. Bəzən onu Аdelaidа adlandırırlar. Yarımada Nunavut vilayətinin materik hissəsində yerləşir. Ondan qərbdə Kuin-Mod körfəzi yerləşir. Yarımadanı Kinq-Vilyam adasından Simpson boğazı (eni 3,5 km) ayırır. Şərq sahillərini isə Çanti körfəzi yuyur. Cənub hisəsində Şerman körfəzi yerləşir (Sherman Basin). Onun böyük hissəsi su ilə əhatələnmişdir. Dar bərzəx vastəsi ilə materikə birləşir.
Adelhayd Kofler
Adelhayd Kofler – Avstriyanın ixtiraçı, mineralogist və oftalmoloqudur. Vyana Universitetindən məzun olub. == Həyatı == Adelhayd Kofler 24 İyun 1889-cu ildə anadan olub. Amstetdə oxuduqdan sonra 1903-1907-ci illərdə Çexiyanın Brno şəhərindəki bələdiyyə qız məktəbində təhsilinə davam edib. 1907-1911-ci illərdə Vyana Universitetində ali təhsil alıb. 1911-ci ildə liseylərdə gənc qız şagirdlərə riyaziyyat, fizika fənnlərini öyrətmək üçün ixtisas imtahanından keçdi. 1912-ci ildə yüksək səviyyəli məktəblərdə dərs keçmək üçün yetərlilik imtahanı verdi. Daha sonra Vyanada liseydə dərs keçməyə başladı. 1913-cü ildə Fridrix Yohan Karl Bekin rəhbərliyi altında mineralogiya üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1917-ci ildən Vyana Universitetində oftalmologiya üzrə tibb təhsili aldı və 1921-ci ildə oftalmologiya üzrə doktorluq dissertasiyasını müdafiə etdi.
Adeli pinqvini
Adeli pinqivini (ing. "Adélie penguin") (Pygoscelis adeliae), pinqvinlər (Spheniscidae) fəsiləsindən olan Antarktida mənşəli pinqivin növüdür. Boyu 45–75 sm aralığında, çəkisi təxminən 5 kiloqramdır. İmperator pinqivini ilə yanaşı Antarktida qitəsinin əsas hissəsində görülən tək pinqivin növüdür. Növün adı, fransız tədqiqatçı Cu les Dumontun həyat yoldaşı Adelidən alır. == Özəllikləri == Bu pinqvinin üst qisimi qara, alt qisimi ağ rəngdədir. Ağ göz çevrəsi və sarı ayaqlar xarakteristik xüsusiyyətidir. == Yaşayışları == Adeli pinqvinləri, sıxlıqla, koloniyalar halında yaşayır və çoxalırlar. Ross adası üzərində təxminən yarım milyon fərddən ibarət Adeli pinqvini koloniyası var. Yerlərinə çox bağlıdırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2006 •••••••••••••• 0.23
2014 •••••••••••••••••••• 0.34

"ade" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ade nədir? #ade sözünün mənası #ade nə deməkdir? #ade sözünün izahı #ade sözünün yazılışı #ade necə yazılır? #ade sözünün düzgün yazılışı #ade leksik mənası #ade sözünün sinonimi #ade sözünün yaxın mənalı sözlər #ade sözünün əks mənası #ade sözünün etimologiyası #ade sözünün orfoqrafiyası #ade rusca #ade inglisça #ade fransızca #ade sözünün istifadəsi #sözlük