ADM sözü azərbaycan dilində

ADM

Yazılış

  • ADM • 61.5385%
  • adm • 23.0769%
  • Adm • 7.6923%
  • AdM • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ADMP
Azərbaycan Demokratik Maarifçilik Partiyası və ya qısaca ADMP — Məmmədhənifə Musayev tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınan siyasi partiya. ADMP 1995–2000-ci illərdə və 2015-ci ildən Milli Məclisdə təmsil olunur. ADMP sədri 1995–2004-cü illərdə Məmmədhənifə Musayev olub, 2004-cü ildən isə sədr onun oğlu Elşən Musayevdir. == Tarixi == Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan Parlament seçimlərində mübarizə apardı. Nəticədə ADMP üzvü v ə partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi. Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı, amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu. ADMP 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində mübarizə apardı, amma növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. Daha sonra ADMP 2010-cu il noyabrın 7-də baş tutan Parlament seçimlərində də mübarizə apardı.
ADMİU
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. == Tarixi == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayıb. 1991-ci ildə İncəsənət İnstitutu Universitet statusu qazanıb.İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılmışdır. 1954-cü ildə instituta xalq artisti Mirzəağa Əliyevin adı verilmişdir. 1959-cu ildən burada "mədəni maarif", 1963-cü ildə isə "dekorativ tətbiqi sənət" ixtisasları üzrə mütəxəssis hazırlığına başlanmışdır. 1981–1991-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılmışdır. 1991-ci ildə universitetin Quba rayonunda filialı yaradılmışdır. Filial Azərbaycanın şimal bölgəsində yüksək ixtisaslı mədəniyyət işçilərinə olan ehtiyacı ödəyir.
AdMob
Admob- Amerikan kompanyasıdır. Bu kompaniya mobil reklam üzrə ixtisaslaşır və Koliforniya ştatının San Mateo şəhərində yerləşmişdir. Şirkəti 2006-ci ildə Omar Xamoui (Omar Hamoui) təsis etmiş,məqsədi internətə keçidi olan telefonlarda reklamın təsvir edilməsi və genişləndirilməsi. 9 noyabr 2009-cu ilde məlum olmuşdur ki,Google kompanyası Admob kompaniyasını 750 milyon dollara almış, ödənişin 530 milyon dollarını şəxsi aksiyalar, 220 milyon dollarını isə nağd pulla etmişdir. Google kompaniyası press-relizdə öz alışı məqsədini bele şərh etmişdir ki, Admob veb saytlarda və mobil telefon proqramlarının reklam sahəsində böyük təcrübəyə malikdir.
Admir Teli
Admir Teli (d. 2.06.1981, Şkoder, Albaniya) — müdafiəçi mövqeyində çıxış etmiş Albaniya futbolçusu. O, karyerasını əsasən Albaniya və Azərbaycanda keçirmişdir, daha çox "Vlazniya" və "Qarabağ" futbol klublarında çıxışları ilə tanınır. 2006-cı ildə Albaniya milli komandasında karyerasına başlayan Teli onun heyətində 19 oyun keçirmişdir və 2013-cü ildə milli komanda karyerasını bitirdi. == Karyerası == 2008-ci ildə Türkiyənin "Hacettepe" klubunda oynamışdır. 2009-cu ilin yanvarında Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ"la iki illik müqavilə imzaladı. Teli 2014-15 mövsümünün sonunda "Qarabağ"ı tərk etdi.
Admira Vakker Mödlinq FK
Admira Vakker — Avstriyanın futbol klubu == Tarixi == 1905-ci ildə yaranmışdır.
Admiral
Admiral (ərəb. əmir əl-bəhr‎ – dəniz əmiri) — hərbi dəniz donanmasında rütbə, Azərbaycan Hərbi Dəniz Qüvvələrində ən yüksək hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-polkovnik rütbəsidir. Rusiyada admiral rütbələri XVII–XVIII əsrlərdə I Pyotr tərəfindən təsis edilmişdir. 1940-cı ildən SSRİ və Rusiyada kontr-admiral, vitse-admiral, admiral, donanma admiralı rütbələri var; 1955-ci ildən Sovet İttifaqı Donanmasının admiralı rütbəsi var idi (Sovet İttifaqı Marşalı rütbəsinə uyğundur).XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəryabəyi (دریابیی) adlandırılmışdır.
Admiral (film, 2008)
Admiral — türk əsilli rus admiralı Aleksandr Kolçakın həyatından bəhs edən Rusiya filmi.
Admiral Kuzneçov boğazı
Admiral Kuzneçov boğazı Komandor boğazı kimidə tanınır. Sakit okeanında yerləşir, Berinqa adası ilə Mednıy adasını ayırır. Berinq dənizi ilə Sakit okeanı birləşdirir. Komondor adaları hövzəsində ən iri boğazdır. Uzunluğu 30 km, minimum eni isə 50 km təşkil edir. Ən dərin yeri 142 m-dir. Boğazın sahilləri girintili-çıxıntılıdır, sahillərində Sulkovsk, Kotenok, Krasnıy, Neproxodimiy, Sivuciy, Monatı, Elina, Perqrebnıy və başqa burunları vardır. Boğaz ərazisinə çoxlu sayda çaylar axır: Pereqrebnaya, Mayatniknaya və Ozernaya. Qərbində Pereqrebnıy, Kazarma və Ozernaya, şərqində isə Reçnaya, Bobrovaya buxtaları vardır. Adlanmasına gəldikdə isə bu ad 2004-cü ildə Sovet admiralı Nikolay Qerasimoviç Kuzneçovun şərəfinə verilmişdir.
Admiral Muskve
Admiral Dalindlela Muskve (21 avqust 1998) — hücumçu mövqeyində çıxış edən Zimbabve futbolçusu. Hazırda Çempionşip turnirində yarışan "Luton Taun" klubunun və Zimbabve milli futbol komandasının şərəfini qoruyur. == Klub karyerası == Muskve 2007-ci ildə doqquz yaşı olarkən yerli klublardan olan Lester Siti klubuna qəbul olmuşdur. 2016-cı ilin may ayında o, klubda Mövsümün Akademiya Oyunçusu seçilmişdir. Bir ay sonra Muskve klub ilə 2019-cu ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır.Muskve öz peşəkar karyerasında debütünü 2016-cı ilin iyul ayında mövsüm öncəsi yoldaşlıq oyununda Oksford Yunayted klubuna qarşı oyunda etmişdir. O, Şinci Okazakini əvəz etmiş və həmin görüşdə Lester Siti rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Muskve bir müddət İngiltərə milli futbol komandasının U-17 millisində çıxış etmişdir. O, milli ilə debütünü 2014-cü ildə Nordik U-17 Turnirində etmişdir. O, turnirdə 4 görüşdə iştirak etmiş və 2 qolla yadda qalmışdır.2017-ci ilin noyabr ayında Muskve Zimbabve milli futbol komandası ilə Lesoto millisinə qarşı oyunda debüt etmişdir. O, ikinci hissədə meydana daxil olmuş və millisi 1-0 hesabı ilə məğlub olmuşdur.
Admiral Nelson
Horatsio Nelson (29 sentyabr 1758[…] – 1805[…], Trafalqar burnu, Əndəlüs) — ingilis donanmaçısı, vitse-admiral (1801), vikont (1801). Əbukir dəniz döyüşü (1798) zamanı eskadraya komandanlıq edərkən fransız donanmasını darmadağın etmişdi. Trafalqar döyüşündə (1805) Nelsonun komandanlığı ilə ingilis donanması fransız-ispan donanması üzərində böyük qələbə qazanmış, bu vuruşmada Nelson ölümcül yaralanmışdı. 1806 il yanvarın 9-da Londonda dəfn olunmuşdur. Dəniz döyüşündə yeni manevr taktikasını tətbiq etmişdir. == Tərcümeyi-halı == ==== Uşaqlığı və gəncliyi ==== Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı.
Admiraliti dağları
Admiralti (ing. Admiralty Mountains) — Şərqi Antarktidada, Viktoriya Torpağının şimal-şərqində yerləşən dağ sistemi. Dağların aşağı hissələrini Ross dənizinın suları yuyur. Dağların davamı olaraq Ader burnu Cənub okeanı daxilinə uzanır. Qurudan Dennistoun, Ebbe və Takera buzlaqları ilə əhatələnir. 1841-ci ilin yanvarında Ceyms Klark Rossun rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilmişdir. Dağlara Danidin, Homran və Littelton silsilələrinə bölünür. Maksimal hündürlüyü Minto dağıdır (4166 m).
Admirallıq
Admirallıq — hərbi donanmanı idarə edən ali orqan. XVII–XX əsrlərdə bəzi ölkələrdə mövcud olmuşdur. Rusiyada hərbi gəmiqayırma mərkəzi, dəniz və ya çay sahilində gəmiqayırma zavodlarının, emalatxanaların, hərbi gəmilərin tikintisi və təmiri üçün anbarların yerləşdiyi ərazi də olmuşdur. Sankt-Peterburq, Voronej, Sevastopol, Arxangelsk və başqa şəhərlərdə admirallıqlar var idi.
Admirallıq kollegiyası
Admirallıq kollegiyası (rus. Адмиралтейств-коллегия) — 1718–1802-ci illərdə Rusiyada dəniz işlərini idarə edən ali orqan. Bu, gəmiqayırma zavodlarına, kətan və kəndir fabriklərinə, limanların və limanların tikintisinə, Hərbi Dəniz Qüvvələrinin hazırlanmasına, silahlanmasına və təchizatına cavabdeh idi.1802-ci ildə kollegiya yeni yaradılmış Dəniz Nazirliyinin bir hissəsi olmuş və 1827-ci ildə Dəniz Naziri yanında məsləhətçi orqan olan admirallıq şurasına çevrilmişdir. == İstinadlar == == Xarici keçidlər == Адмиралтейств-коллегия // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Admirallıq kollegiyası // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Admirallıq prikazı
Admirallıq prikazı (rus. Адмиралте́йский прика́з) — Rusiyanın Mərkəzi Dövlət Qurumunun Hərbi Dəniz Administrasiyasının prikazı. Onun səlahiyyətlərinə donanmanın hazırlanması, silahlanması, təchizatı və ekipajlara adi dəniz qulluqçularının cəlb edilməsi daxildir. Ədəbiyyatda Admirallıq İşləri Prikazı (Приказ адмиралтейских дел) da adlanır. Prikaza Voronej Admirallıq Məktəbi də daxil idi. == Başçıları == Aleksandr Protasyev (1696–1700) Fyodor Apraksin (18 fevral 1700–17??) Qriqori Plemyannikov (1700–17??) == İstinadlar == == Əlavə ədəbiyyat == С. Елагин, История русского флота. Период Азовский, издание 1864 года и 2 тома приложений. В. Чубинский, Историческое обозрение устройства управления морским ведомством в России. Издание 1869 года. Материалы для истории русского флота, тома I, II, III и IV, Sankt-Peterburq; Ф. Ф. Веселаго, Очерк русской морской истории, ч.
Admirallıq qəsəbəsi
Admirallıq qəsəbəsi (rus. Адмиралте́йские поселе́ния) — Rusiya imperiyasında köçkünlərin kənd təsərrüfatı işlərini dəniz idarəsinin xidmət müəssisələri ilə birləşdirdiyi dövlət kəndlilərinin xüsusi qəsəbələri. Rusiyadakı hərbi məskunlaşmaların görünüşü. == Tarixi == Admirallıq qəsəbələri əvvəlcə Rusiya çarı I Pyotrun, daha sonra isə II Yekaterinanın fərmanları ilə yaradılmışdır. Donanmanın ehtiyaclarını ödəyəcək ərazidə sənayeni inkişaf etdirmək məqsədi ilə Rusiyanın müxtəlif yerlərində yerləşdirilmişdilər. I Pyotrun fərmanları ilə belə qəsəbələr Voronejdə, Kazanda və Sankt-Peterburq yaxınlığında təşkil edilmişdir. II Yekaterina dövründə müasir Rusiya və Ukraynanın müxtəlif yerlərində təşkil edilmişdir.Admirallıq qəsəbələri Qara Dəniz İcraedici Ekspedisiyasının, 1832-ci ildən isə Qara Dəniz Admirallıq Qəsəbələri İdarəsinin yurisdiksiyasında idi. 1860-cı ilin axırlarında bu qəsəbələrdə yaşayanların ümumi sayı 17,050 nəfər idi.1861-ci ildə admirallıq qəsəbələri adi mülki yaşayış məntəqələrinə çevrilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == О. Л. Вільшанська. Адміралтейськi поселення // Енциклопедія історії України : у 10 т.
Admirallıq şurası
Admirallıq şurası (rus. Адмиралтейств-совет) — 1827–1917-ci illərdə Rusiyada dəniz idarəsinin rəhbər orqanı. Əvvəlcə Dəniz Qüvvələri Nazirinin nəzdində bir məsləhətçi təşkilat, 1836-cı ildən dəniz idarəsinin iqtisadi hissəsi üçün ali qurum, 1907-ci ildən dəniz nazirinin rəhbərlik etdiyi Dəniz Qüvvələrinin ali qurumu. Admirallıq şurası 1827-ci ildə admirallıq-kollegiyasından yaradılmışdır. 28 noyabr 1917-ci ildə qüvvəyə minmiş Xalq Komissarları Sovetinin 23 noyabr 1917-ci il tarixli qərarı ilə ləğv edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Адмиралтейств-совет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. А. Я. Сухарев, В. Е. Крутских, А.Я. Сухарева.
Admiralti adası
Admiralti adası (ing. Admiralty Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 154 km, eni 56 km və 4264 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 7-ci və dünyanın 132-ci ən böyük adasıdır. Stivens boğazının ən dar hissəsində materikə olan məsafə 5 kilometrdən azdır. Alyaskanın paytaxtı olan Cuno adanın şimal ucundan 12 kilometr aralıda yerləşir. Adanın Qlass yarımadasını adanın əsas hissəsindən ayıran Seymur-Kanal körfəzi onu ikiyə bölünür. == Fauna == Adanın 3860 km² hissəsi, Admiralti Təbiət Qoruğudur. Burada 1700-ə qədər qonur ayının yaşadığı məlumdur (yəni adanın hər sakininə demək olar ki, üç ayı düşür). Adada qaraquyruqlu marallara da rast gəlinir, 5000-dən çox ağbaş qartal yaşayır.
Admiralti dağları
Admiralti (ing. Admiralty Mountains) — Şərqi Antarktidada, Viktoriya Torpağının şimal-şərqində yerləşən dağ sistemi. Dağların aşağı hissələrini Ross dənizinın suları yuyur. Dağların davamı olaraq Ader burnu Cənub okeanı daxilinə uzanır. Qurudan Dennistoun, Ebbe və Takera buzlaqları ilə əhatələnir. 1841-ci ilin yanvarında Ceyms Klark Rossun rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilmişdir. Dağlara Danidin, Homran və Littelton silsilələrinə bölünür. Maksimal hündürlüyü Minto dağıdır (4166 m).
Amerika Birləşmiş Ştatlarının Prezident Administrasiyası
Amerika Birləşmiş Ştatlarının Prezident Aparatı və ya Amerika Birləşmiş Ştatlarının Kabineti (ing. Cabinet of the United States) Senatın razılığıyla Amerika Birləşmiş Ştatları Prezidenti tərəfindən təyin olunan Amerika Birləşmiş Ştatları federal hökumətinin icra hakimiyyətinin yüksək vəzifəli şəxsləri daxildir. İnstitutun meydana gəlməsi, XVIII əsrin sonunda özünə yaxın dörd nəfərdən ibarət kabinet quran ilk ABŞ Prezidenti Corc Vaşinqtonun adı ilə əlaqələndirilir: ABŞ Dövlət Katibi Tomas Cefferson, Maliyyə Naziri Aleksandr Hamilton, Müharibə Henri Noks və ABŞ Baş prokuroru Edmund Rendolf, beləliklə vitse-prezident Con Adams ilə birlikdə vəzifələrinin yerinə yetirilməsinə kömək etdilər.
Azərbaycan Prezidentinin Administrasiyası
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası — Azərbaycan Respublikası Prezidentinin Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin edən rəsmi qurum. Administrasiyaya ümumi rəhbərliyi isə ölkə prezidenti həyata keçirir. == Fəaliyyəti == Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını Azərbaycan Respublikasının Prezidenti təşkil edir və onun rəhbərini təyin edir. Məqsəd Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir.Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Prezident Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir.Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır. == Rəhbərlik == Administrasiyaya ümumi rəhbərliyi Azərbaycan Respublikası Prezidenti həyata keçirir.Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir. Hal-hazırda administrasiyaya Samir Nuriyev rəhbərlik edir. Azərbaycan Prezidentinin Administrasiyasına 16 şöbə daxildir. Həmin 16 şöbə rəisindən 7-i həm də Prezidentin yardımçısıdır. Həmin 7 nəfərdən savayı Prezidentin Katibliyinin rəisidə Prezidentin yardımçısıdır. 2 nəfər isə sadəcə Azərbaycan Prezidentinin yardımçısı vəzifəsini tutur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası — Azərbaycan Respublikası Prezidentinin Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin edən rəsmi qurum. Administrasiyaya ümumi rəhbərliyi isə ölkə prezidenti həyata keçirir. == Fəaliyyəti == Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını Azərbaycan Respublikasının Prezidenti təşkil edir və onun rəhbərini təyin edir. Məqsəd Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir.Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Prezident Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir.Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır. == Rəhbərlik == Administrasiyaya ümumi rəhbərliyi Azərbaycan Respublikası Prezidenti həyata keçirir.Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir. Hal-hazırda administrasiyaya Samir Nuriyev rəhbərlik edir. Azərbaycan Prezidentinin Administrasiyasına 16 şöbə daxildir. Həmin 16 şöbə rəisindən 7-i həm də Prezidentin yardımçısıdır. Həmin 7 nəfərdən savayı Prezidentin Katibliyinin rəisidə Prezidentin yardımçısıdır. 2 nəfər isə sadəcə Azərbaycan Prezidentinin yardımçısı vəzifəsini tutur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi — vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılıb. == Tarixi == 28 mart 2022 ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib == Mərkəz haqqında == Mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları vardır. Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır. Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi vardır.Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər. Burada fəaliyyət göstərəcək könüllülər də bu prosesdə vətəndaşlara yardımçı olacaqlar.
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi — Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2001-ci il tarixli 697 saylı Sərəncamına əsasən yaradılmış və həmin tarixdən fəaliyyətə başlamışdır. == Tarixi == DDLA Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 saylı Fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"ni rəhbər tutur. Azərbaycan Respublikası 15 may 1995-ci il tarixindən Beynəlxalq Dəniz Təşkilatının (BDT) üzvüdür. Dövlət Dəniz və Liman Agentliyi BDT ilə sıx əlaqə yaradaraq təşkilatın iclaslarında, şuralarında və asambleyalarında yaxından iştirak edir. Bu günədək DDLA tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunmuş 18 Beynəlxalq Konvensiya və həmin konvensiyalara 8 Protokol ali qanunverici orqan tərəfindən qəbul olunmuşdur. DDLA bu konvensiyaların Azərbaycan Respublikasında yerinə yetirilməsinə dair BDT-yə mütəmadi olaraq hesabatlar verir. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Agentlik Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi kimi Nazirliyin strukturuna daxil edilib.
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası
Dövlət Mülki Aviasiya Agentliyi — Azərbaycan Respublikasında mülki aviasiya sahəsində fəaliyyətin tənzimlənməsinə cavabdeh olan dövlət orqanı. == Tarixi == Dövlət Mülki Aviasiya Administrasiyası Prezidentin 29 dekabr 2006-cı il tarixli 512 nömrəli Fərmanı ilə Azərbaycan ərazisindəki mülki aviasiyanın tənzimlənməsi və təkmilləşdirilməsi və beynəlxalq aviasiya ilə əməkdaşlığın inkişafı məqsədi ilə yaradılıb.Prezidentin 12 yanvar 2018-ci il tarixli sərəncamı çərçivəsində Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyinə Dövlət Mülki Aviasiya Agentliyi olaraq verildi.Dövlət Mülki Aviasiya Agentliyi, müvafiq şöbəsi tərəfindən müəyyən edilmiş Əsasnaməni, Azərbaycan Konstitusiyasını, Prezidentin fərman və sərəncamlarını, habelə Azərbaycan Nazirlər Kabinetinin qərar və fərmanlarını, beynəlxalq mülki aviasiya təşkilatlarının tələblərini, Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət nəzarəti və mülki aviasiya tənzimləməsini həyata keçirir. Agentlik digər müvafiq rəhbərliklər, özünüidarəetmə orqanları, qeyri-hökumət və xarici təşkilatlarla, eləcə də hüquqi şəxslər ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Agentliyin fəaliyyəti öz müstəqil balansında təşkil edilmişdir. Dövlət mülkiyyətinə, Azərbaycan Dövlət gerbinin əks olunduğu möhürə və ştamplara, Azərbaycan və İngilis dillərində blanklara malikdir. Agentlik büdcəsini bank hesabları vasitəsi ilə idarə edir. Dövlət büdcəsi və bəzi mənbələr agentliyin maddi-texniki bazasını maliyyələşdirir. Dövlət Mülki Aviasiya Agentliyinin xərcləri də dövlət büdcəsindən maliyyələşdirilir. == Strukturu == Agentliyə direktor və iki müavin rəhbərlik edir. İdarə heyəti 49 nəfərdir.
Böyük Admiral
Böyük admiral və ya flot admiralı — bəzi ölkələrdə marşalın dəniz qüvvələrindəki bərabər rütbəsi olan donanma zabitlərinin ən yüksək admiral rütbəsidir. Böyük admiral, Türkiyənin dəniz qüvvələrində ən yüksək hərbi rütbədir. NATO kodu OF-10-dur. Quru qoşunlarında onun ekvivalenti marşaldır. Bu rütbə ən yüksək hərbi rütbə olsa da, bu rütbənin digər rütbələrdən əsas fərqi onun zamanla qazanılmamasındadır. Bu rütbə qanunla müharibədə üstün faydalılığının olduğu görülən və ən azı admiral və ya dörd ulduzlu general rütbəsinə sahib olan zabitlərə Türkiyə Böyük Millət Məclisi tərəfindən verilir. == Türkiyədə böyük admiral rütbəsi == Türkiyə Respublikası tarixində böyük admiral rütbəsini hələ heç kim qazanmamışdır. 1538-ci il Preveze dəniz döyüşündə qazandığı müvəffəqiyyət səbəbiylə Osmanlı dəniz kapitanlarından böyük admiral rütbəsi, Möhtəşəm Süleyman tərəfindən Barbaros Xeyrəddin Paşaya verilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 1.35
2010 •• 0.09
2011 •• 0.09
2012 •• 0.09
2014 ••• 0.17
2015 ••• 0.17

"adm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#adm nədir? #adm sözünün mənası #adm nə deməkdir? #adm sözünün izahı #adm sözünün yazılışı #adm necə yazılır? #adm sözünün düzgün yazılışı #adm leksik mənası #adm sözünün sinonimi #adm sözünün yaxın mənalı sözlər #adm sözünün əks mənası #adm sözünün etimologiyası #adm sözünün orfoqrafiyası #adm rusca #adm inglisça #adm fransızca #adm sözünün istifadəsi #sözlük