adrenalin sözü azərbaycan dilində

adrenalin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • adrenalin • 77.5862%
  • Adrenalin • 22.4138%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adrenalin
Adrenalin (lat. ad – yanında+renalis – böyrək) – böyrəküstü vəzilərin "beyin" qatının hormonu. Ağ kristaldır, m. kütləsi – 183,2. Dərman kimi işlədilən adrenalin heyvanın böyrəküstü vəzi toxumasından və ya sintetik yolla alınır. Adrenalin qan damarlarını daraldır, qan təzyiqini yüksəldir, mərkəzi sinir sistemini bir qədər oyadır, bronxları genəldir, karbohidrat mübadiləsini nizama salır. Ürək fəaliyyəti zəiflədikdə, qan təzyiqi düşdükdə, yerli keyitmədə adrenalinin hidrogen-xlorid duzu məhlulu dəri altına vurulur. Hipertoniya xəstəliyində, aterosklerozda adrenalin vurmaq olmaz. == Biolojik mayelərlə ölçüm == Adrenalin qanda, plazmada və ya serumun tərkibində diaqnostik köməkçi olaraq, terapevtik tətbiqetməni izləmək və ya potensial zəhərlənmə qurbanındakı törədicini müəyyən etmək üçün ölçülə bilər. İstirahət edən yetkinlərdə endogen plazma adrenalinin konsentrasiyası normal olaraq 10 ng/l-dən azdır.
Adrenalin (dəqiqləşdirmə)
Adrenalin — (lat. ad – yanında+renalis – böyrək) – böyrəküstü vəzilərin "beyin" qatının hormonu. Adrenalina — San-Marinonun 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Adrenalin (film, 2006)
Adrenalin (ing. Crank) — Mark Naveldine və Brayan Taylorun rejissorluğu ilə çəkilmiş, bir insanın məcbur edilərsə yaşamaq üçün nələr edə biləcəyindən bəhs edən döyüş - triller filmidir. Lionsgate tərəfindən çəkilən Adrenalin filmində baş rollarda Ceyson Steytem və Emi Smart çəkilmişdirlər. == Süjet xətti == Çev Çelios (Ceyson Steytem) muzdlu qatildir, işini çox sakit və ehtiyatla yerinə yetirir. Hər cür insanı öldürmək məcburiyyətində olan Çev indi bu gərgin iş qrafikası olan həyatından bezmiş və təqaüdə çıxıb sadəcə olaraq həyatdan həzz almaq fəlsəfəsinə sahib olan sevgilisi Yeva (Emi Smart) ilə sakit bir həyat sürmək istəyir. O, sevgilisinə kompüter ustası olduğunu bildirir, lakin onun bu hiş ilə heç bir əlaqəsi yoxdur. O, indi daha könülsüz şəkildə qətllər törədir və onun son işi onun üçün olduqca sadədir. O, məşhur çinli kriminal rəhbəri öldürməlidir, lakin naməlum səbəbdən onu öldürməyərək azad edir, lakin hamı onun öldüyünü zənn edir. Çevin düşməni Verona isə bu qətli törətdiyi üçün onu öldürmək istəyir. Çev səhər yatağından qalxarkən hiss edir ki, başı gicəllənir, çətinliklə ayağa qalxaraq, Çelius DVD -dəki mesaja qulaq asır və bu zaman öyrənir ki, o yatarkən ona dərman vurmuşdurlar və bundan sonra onun əsas məqsədi antidotu tapmaqdır, çünki əgər o antidotu tapa bilməsə yalnız bir dəqiqə yaşaya biləcəkdir.
Adrenalin 2: Yüksək gərginlik
Adrenalin 2: Yüksək gərginlik (ing. Crank: High Voltage) — 8 may 2009-cu ildə yayımlanan, baş rollarında Ceyson Steytem və Emi Smartın oynadığı, rejissoru və ssenaristi isə Mark Neveldayn və Brayan Teylor olan döyüş filmidir. == Süjet xətti == İlk filmin bitdiyi yerdən davam edən "Adrenalin 2" Çevin Los-Anceles küçələrində ölümcül tullanışdan xilas olması və daha sonra məxfi bir Çin mafiyası tərəfindən qaçırılması ilə başlayır. Üç aydan sonra isə Çev gözlərini açır və bu zaman məlum olur ki, onun demək olar ki, ölümsüz olan ürəyi cərrahi yolla çıxarılmış və onun yerinə isə işləməsi üçün müntəzəm olaraq elektrik qüvvəsinə ehtiyacı olan batareya ilə işləyən cihaz yerləşdirilmişdir. Onu əsir saxlayanlardan təhlükəli bir formada qaçmağı bacaran Çev yenidən problemlərin içinə düşür. Bu dəfə isə o, xarizmatik meksikalı quldur dəstəsinin lideri olan El Hurondan və əslən Çindən olan bir cinayət təşkilatının rəhbəri 100 yaşlı Poon Donqdan qaçır. Tibbi yardım üçün yenidən Doktor Maylza müraciət edən Çev bu dəfə isə dostu Kaylonun əkiz qardaşı olan Veneradan da dəstək alır. Artıq nə etdiyini bilən sevgilisi Yevaya qovuşan Çev əsl ürəyini tapmaq və onu oğurlayanlardan qisas almaq qərarına gəlir. Beləliklə, o, sağ qalmaq üçün hər şeyin edilə biləcəyi Los-Anceles şəhərində yenidən maraqlı macəralara başlayır. Filmin axırında isə elektrik dirəklərindən dəstək alaraq yanmağa başlayan Çevin ürəyini həkimi yerinə qoyarkən onun öldüyü zənn edilsə də birinci filmdəki kimi yenidən gözlərini qırpır.
Adrenalina (Senit mahnısı)
Adrenalina — San-Marinonun 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Senhit 2021 Avroviziya Mahnı Müsabiqəsində San-Marinonu "Adrenalina" mahnısı ilə təmsil etmişdir. İfaçı finalda münsif və SMS səsverməsi nəticəsində 26 ölkə arasında 22-ci pillədə qərarlaşmışdır.

adrenalin sözünün rus dilinə tərcüməsi

  • 1 мед. I сущ. адреналин (гормон надпочечных желез, получаемый также синтетически, используемый в лечебных целях) II прил. адреналиновый. Adrenalin məhlulu адреналиновый раствор

    Azərbaycanca-rusca lüğət / adrenalin

Oxşar sözlər

#adrenalin nədir? #adrenalin sözünün mənası #adrenalin nə deməkdir? #adrenalin sözünün izahı #adrenalin sözünün yazılışı #adrenalin necə yazılır? #adrenalin sözünün düzgün yazılışı #adrenalin leksik mənası #adrenalin sözünün sinonimi #adrenalin sözünün yaxın mənalı sözlər #adrenalin sözünün əks mənası #adrenalin sözünün etimologiyası #adrenalin sözünün orfoqrafiyası #adrenalin rusca #adrenalin inglisça #adrenalin fransızca #adrenalin sözünün istifadəsi #sözlük