Adri sözü azərbaycan dilində

Adri

Yazılış

  • Adri • 88.8889%
  • ADRİ • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adrian
Publi Yuli Trayan Adrian (lat. Publius Aelius Traianus Hadrianus; 24 yanvar 76 – 10 iyul 138) — eramızın 117–138-ci illərində hakimiyyətdə olmuş XIV Roma İmperatoru. == Həyatı ilə bağlı == Adrian əslən Piçenumlu (İtaliya) olan, sonralar İspaniyaya köçüb gəlmiş Roma senatorunun ailəsində dünyaya gəlmişdir. On yaşında atasını itirən Adrian İmperator Trayanın xalası oğlunun himayəsində tərbiyə alaraq sonralar 100-cü ildə onun nəvəsinə evlənərək sarayda mühüm dövlət vəzifəsinə irəli çəkilmişdir. Lakin Trayan onu heç vaxt rəsmi olaraq sələfi elan etməmişdir. Lakin Trayanın ölümündən sonra 117-ci ildə Dakların çarı Deçebalusa qarşı müharibədə qazandığı zəfərə görə Suriyanın və Antioxiyanın valisi təyin edildikdən sonra, Trayanın arvadı Plotinanın dəstəyi ilə 118-ci ildə Roma imperatoru elan edilmişdir. Məhz Plotinanın xahişi ilə 100-cü ildə Vibia Sabina ilə evlənmişdir. Bəzi fərziyələrə görə biseksual olan Adrian eyni zamanda Bitiniyalı Antinus adlı bir gənclə intim həyat sürmüşdür. Müəmmalı şəkildə Nil çayında boğulan Antinusun ölümünə çox sarsılan Adrian onun boğulduğu yerdə Antinopolis şəhərini saldırır və saray rəssam və heykəltaraşlarına onun çoxlu heykəl və büstlərini sifariş verdirir. Övladı olmayan Adrian Eli Sezarı oğulluğa götürmüşdü.
Adrian (Moskva patriarxı)
Adrian (rus. Адриа́н) və ya Andrey (rus. Андрей; 1638 və ya 2 (12) oktyabr 1627[…], Moskva – 16 (27) oktyabr 1700[…], Perervinsk monastrı[d]) — 1690-cı ildən Moskva və bütün Rusun patriarxı. 1678–1686-cı illərdə Çudov monastırının arximandriti, 1686-cı ildən Kazan və Sviyajsk mitropoliti olmuşdur. O, saqqal kəsməyin, ətirli tüstü almaq üçün yandırılan maddələrdən istifadə, I Pyotrun rus milli geyimlərinin ləğvini pisləmişdir. Kilsə yazılarının müəllifi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == '[Скворцов, Григорий Афанасьевич. Патриарх Адриан, его жизнь и труды в связи с состоянием русской церкви в последнее десятилетие XVII века. — Казань : Центр. тип., 1913.
Adrian (ad)
Adrian — ad. Adrian — 117-138-ci illərdə hakimiyyətdə olmuş XIV Roma İmperatoru. Adrian Frutiger — şrift dizaynerlərindən biri.
Adrian Frutiger
Adrian Frutiger (Adrian Frutiger) – XX əsrin ikinci yarısı və XIX əsrin əvvəlində çalışan ən möhtəşəm şrift dizaynerlərindən biridir. Tanınmış və geniş istifadə olunan bir çox şriftlərin müəllifidir. Onun karyerası mətbəəçiliyin metal şrift tökmə, fotoyığım və rəqəmsal səhifələmə dövrlərini əhatə edir. Onun ən tanınmış işlərindən Univers, Frutiger və Avenir şrift ailələridir, hansı ki dırnaqsız (sans-serif) şriftlərinin üç əsas janrlarını əhatə edir – neo-qrotesk, humanist və həndəsi. == Həyatı == Adrian Frutiger 24 may 1928-ci il tarixində İsveçrənin Bern kantonunda yerləşən Unterzen komunnasında toxucu ailəsində anadan olub. 16 yaşındaykən o heykəltaraş peşəsini öyrənmək istəyirdi, lakin atası buna razı olmadı və Adrian İnterlaken şəhərində yerləşən Otto Schaeffli mətbəəsində mürəttib köməkçisi vəzifəsində işləməyə başlayır. 1944–1948 illərində Sürixdə Kunstgewerbeschule məktəbində (tətbiqi incəsənət məktəbi) oxuyub və sonralar mürəttib kimi işləyib. 1949-cu ildə Kunstgewerbeschule məktəbinə qayıdır və 1951-ci ilə kimi təhsilini davam etdirir. Peşəkar həyatının əsas dövrünü Fransada, Parisdə yaşayıb. Həyatının son illərini isə Bremqarten-Bern komunnasında keçirib.
Adrian Krişan
Adrian Krişan (7 may 1980) — Rumıniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Adrian Krişan Rumıniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Adrian Krişan Rumıniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Adrian Krişan Rumıniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Adrian Krişan Rumıniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub. Adrian Krişan Rumıniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Adrian Lulqyuray
Adrian Lulqyuray (Monteneqroca: Adrijan Ljuljđuraj, Адријан Љуљђурај) — Monteneqro-Alban əsilli müğənni. Adrian Lulqyuray Bledar Seyko ilə birlikdə 2013 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Identitet" mahnısı ilə təmsil edib.
Adrian Mattenet
Adrian Mattenet (15 oktyabr 1987) — Fransanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Adrian Mattenet Fransanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Adrian Mutu
Adrian Mutu (rum. Adrian Mutu; 8 yanvar 1979) — hücumçu mövqeyində çıxış etmiş Rumıniya futbolçusu və məşqçisi. Onun məşqçi kimi son iş yeri "U Krayova" klubu olmuşdur. 2023-cü ilin iyul ayında Neftçi klubunun baş məşqçisi təyin olunub. Mutu karyerasına iki il oynadığı "Arceş" klubunda başlamışdır, daha sonra yarımmövsüm oynadığl "Dinamo Buxarest" klubuna keçdi. İtaliya A Seriyasının 1999–2000 mövsümünün ortasında "İnter Milan" klubuna transfer olundu. Neradzurri ilə cəmi on oyundan sonra o, "Ellas Verona" klubuna keçid etdi, sonra isə "Parma"ya yollandı, növbəti üç il ərzində o, sonuncunun heyətində 39 qol vurmağı bacardı. Onun məhsuldar forması ona 22,5 milyon avro dəyərində "Çelsi" klubuna keçid və 2003-cü ildə "Qızıl top"a namizədlik qazandırdı. Pozitiv dopinq testindən sonra o, ingilis klubu ilə yollarını ayırdı və Seriya A-ya qayıdaraq "Yuventus" klubunun heyətinə qatıldı. 2006-cı il İtaliya futbol qalmaqalından və ardından "Yuventus"un B Seriyasına düşməsindən sonra Mutu "Fiorentina"ya keçməyə qərar verdi və növbəti 5 il ardıcıl olaraq burada çıxış etdi.
Adrian Nikolas Şervin-Vayt
Adrian Nikolas Şervin-Vayt (ing. Adrian Nicholas Sherwin-White; 10 avqust 1911 – 1 noyabr 1993) — İngiltərə akademiki və tarixçisi. O, qədim dünya üzrə ixtisaslaşmışdı. Şervin-Vayt Oksford Universitetinin Sent-Corc Kollecinin üzvü və Roma Araşdırmalarının Təşviqi Cəmiyyətinin prezidenti idi. Onun ən mühüm əsərləri arasında doktorluq dissertasiyası əsasında Roma vətəndaşlığının tədqiqi, Əhdi-cədidin Roma hüququ və cəmiyyəti baxış bucağından araşdırılması və Kiçik Plininin məktublarına şərh daxildir. == Əsərləri == === Kitablar === The Roman Citizenship (Oxford, 1939, revised 1973). Ancient Rome (London, 1959, revised 1978). Roman Society and Roman Law in the New Testament (Oxford, 1963, based on the Sarum Lectures for 1960–1961). The Letters of Pliny: A Historical and Social Commentary (Oxford, 1966). Racial Prejudice in Imperial Rome (Cambridge, 1967, based on the J. H. Gray lectures for 1966).
Adrian Visente
Adrian Visente Yunta (11 iyun 1999) — İspaniyalı taekvondoçu. Adrian Visente İspaniyanı 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Adrian Visente birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Özbəkistanın nümayəndəsi Suxrob Bobobekov üzərində 14:11 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi. Növbəti mərhələdə İrlandiyanın nümayəndəsi Cek Uolli ilə üz-üzə gəldi və rəqibinə 37:17 hesabı ilə qalib gəldi. 1/8 final mərhələsində Visente Braziliyanın nümayəndəsi Adriano Alveş ilə üz-üzə gəldi və rəqibinə 7:15 hesabı ilə uduzdu.
Adrian Volkov
Adrian Markoviç Volkov (rus. Адриан Маркович Во́лков; 1829 və ya 19 (31) avqust 1827 – 1873 və ya 1 (13) fevral 1873, Sankt-Peterburq) — Rusiya janr rəssamı. == Həyatı == Adrian Volkov. A.S.Puşkinin son atəşi 1841-1861-ci illərdə Volkov Rəssamlıq Akademiyasında oxudu. 1855-ci ilə qədər Adrian professor Fyodor Bruninin yanında tarixi rəsm dərslərinə yiyələnirdi, daha sonra "xalq səhnələrinin boyanması" sinfinə keçdi. 1852-ci ildə Kiçik Gümüş Medal, 1853-cü ildə Böyük Gümüş Medal qazandı. 1855 və 1857-ci illərdə kiçik gümüş medallar aldı. 1858-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" rəsminə görə Akademiyanın Kiçik Qızıl Medalı ilə mükafatlandırıldı. 1860-cı ildə "Dayandırılmış nişan" rəsm əsərinə görə Qızıl Medalla təltif edildi. 1861-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" əsərin görə sinif rəssamı adını aldı.
Adrian divarı
Adrian divarı (ing. Hadrian's Wall, lat. Vallum Hadriani) — 117 kilometr (73 mil) uzunluğunda və bir vaxtlar İngiltərənin şimalından keçmiş nəhəng Roma müdafiə quruluşu. 121-ci ildə tikilmişdir. Divarın cənub tərəfindəki qala boyunca hərbi yol keçirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Birley, A.R. Hadrians Wall Illustrated Guide. London: Her Majesty's Stationery Office (HMSO). 1963. Burton, Anthony. Hadrian's Wall Path.
Adrian qəsri
Müqəddəs Mələk qəsri (ital. Castel Sant'Angelo - "Müqəddəs Mələk qəsri") - Romada yerləşən memarlıq abidəsi. Sərdabə kimi tikilmiş qəsrdən Roma papasının iqamətgahı, həbsxana kimi istifadə olunmuş, hazırda isə muzeyə çevrilmişdir. == Tarixçəsi == İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır. Orta əsrlərdə qəsr Vatikanla 800 metrlik dəhliz (ital. Passetto) vasitəsilə əlaqələndirilmişdir.
Adrian van Ostade
Adrian van Ostade (10 dekabr 1610[…], Harlem[d], Yeddi Birləşmiş Əyalət Respublikası – 1685[…], Harlem[d], Yeddi Birləşmiş Əyalət Respublikası) — XVII əsr holland boyakarlığında kəndli həyatını təsvir edən ən məşhur rəssamlardan biri. İsaak van Ostadenin qardaşı və müəllimi. == Yaradıcılığı == Tablolarında yumor və xəyalpərvərlik hissləri üstündür. Ostadenin qrafika yaradıcılığı (ofortlar, akvarellər, rəsmlər) canlı həyat müşahidələrinə əsaslanır. === Əsərləri === Rəssamın emalatxanası. 1663. Drezden şəkil qalereyası Kənd musiqiçiləri. 1655. Ermitaj, Leninqrad Fleytaçı. 1660.
Adriana Lima
Adriana Lima (12 iyun 1981, Salvador, Baiya) — Braziliyalı model. == Həyatı == Əsl adı Adriana Franseska Limadır. 12 iyun 1981-ci ildə Braziliyada, Salvador, Bahia şəhərində anadan olub. Atası Nelson Torres, anası Maria da Graça Limadır. Adriananın uşaqlığı çox çətin keçib, belə ki, atası anasıyla onu hələ 6 aylıq olarkən atıb getmişdir. Əvvəllər atası ilə münasibətləri gərgin olmasına baxmayaraq, mətbuatın verdiyi məlumatlara görə hal-hazırda onların münasibətləri normallaşmaq üzrədir. == Karyerası == Baxmayaraq ki, məktəbdə oxuduğu vaxt bir çox gözəllik müsabiqələrində qalib gəlmişdi, Adriana Limanın heç vaxt model olmaq kimi bir fikri olmamışdır. Amma ən yaxın rəfiqəsi model məktəbində oxumaq istədiyi və tək getmək istəmədiyi üçün Adriana da onunla modellik məktəbinə sənədlərini verdi. Hər iki qız şəkillərini müsabiqəyə göndərdilər, amma yalnız Adriana müsabiqədən keçə bildi. Tezliklə - 15 yaşında Adriana Ford şirkətinin "Dünyanın super modeli" yarışmasına qatılaraq birinci yerə çıxdı.
Adriana Lopez
Adriane Barbosa Nogueira Lopes (26 iyun 1976) hazırda 2 aprel 2022-ci ildən Campo Grande şəhərinin meri olan braziliyalı hüquqşünasdır . == Bioqrafiya == Adriane 29 iyun 1976-cı ildə Gisleni Garcia Barbosa və Antonio Ferreira Barbosa'nın qızı olaraq anadan olub. O, atasının dondurma fabrikində işləyirdi. Bundan əlavə, o, dörd il Braziliyada Penitensiar Sistemin Administrasiyası üzrə Dövlət Agentliyində (Agepen) işləyib. Hüquq və İlahiyyat ixtisası üzrə təhsil almış hüquqşünas və dövlət idarəçiliyi və şəhər idarəçiliyi üzrə magistr dərəcəsinə malikdir. O, Braziliya Məşqçilik İnstitutu (IBC) tərəfindən Məşqçi və Lider Məşqçidir. == Şəxsi həyat == O, braziliyalı siyasətçi Lidio Lopes ilə evlidir və onların 2 övladı var: Bruno və Matheus Lopes.
Adriana Martin
Adriana Martin (17 aprel 1997) — İspaniyalı oxatan. Adriana Martin İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Adriana Martin birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Le Çien-Ying ilə üz-üzə gəldi. Həmin görüşdə Adriana Martin rəqibinə 2:6 hesabı ilə uduzdu.
Adriano Korrea
Adriano Korrea Klaro (26 oktyabr 1984[…], Kuritiba) və ya qısaca Adriano — sol cinah müdafiəsi mövqeyində oynayan braziliyalı futbolçu. Onun çıxış etdiyi sonuncu klub Belçikanın "Eypen" klubu olub. Peşəkar futbol sahəsində ambidekstriyaya malik nadir futbolçulardan olan Adriano meydanın hər iki hissəsində müdafiəçi və ya yarımmüdafiəçi mövqeyilərində çıxış etməyi bacarır.Karyerasına "Koritiba" klubunda başladıqdan sonra 2005-ci ildə İspaniyaya yollandı, "Sevilya" və "Barselona" klublarında bir neçə La Liqa mövsümünü keçirdi və hər iki klubla bir neçə böyük titul qazandı, o cümlədən sonuncu ilə 2015-ci ildə "trebl" etməyə nail oldu. On il ərzində Braziliya millisində çıxış edən Adriano ölkəsini iki Amerika Kuboku turnirində təmsil edib və 2004-cü ildə qalib gəlib.
Adriano Çelentano
Adriano Çelentano (it. Adriano Celentano; 6 yanvar 1938[…], Milan) — İtaliya aktyoru, estrada müğənnisi, bəstəkar, rejissor, ictimai xadim, televiziya aparıcısı. Aktrisa Klaudiya Morinin həyat yoldaşı. == Həyatı == Adriano Çelentano 6 yanvar 1938-ci il Milanda anadan olub. O, ailənin beşinci uşağı idi. Müharibə illərindən sonra Çelentanonun ailəsi Proqloda yaşamağa qərar verir. Ailənin maddi durumunun ağır olması ilə bağlı Çelentano təhsilini yarımçıq qoyur. Ailəsinə yardım etmək üçün saatsaz emalatxanasında işə düzəlir. Müğənni kimi fəaliyyət göstərdiyi qırx ildən artıq bir dövrdə Çelentano tirajı 70 milyonu keçən 30-dan çox albom buraxıb. == Duetləri == Sezariya Evora (Quel casinha), Mina Anna Madzini (Acqua e sale; Brivido felino; Che t’aggia di'; Dolce fuoco dell’amore; Io non volevo; Messaggio d’amore; Sempre sempre sempre; Specchi riflessi) və Nada (Il figlio del dolore) ilə duet oxuyub.
Adrianopol
Ədirnə (türk. Edirne; əvvəllər Adrianopol; yun. Αδριανούπολις) — Şərqi Trakiyada, Türkiyənin şimal-qərbində, Yunanıstan və Bolqarıstan sərhədlərinə yaxın şəhər. Ədirnə ilinin mərkəzidir. Konstantinopol (İstanbul) Osmanlı imperiyasının yeni paytaxtı olduqdan əvvəl, 1365-ci ildən 1453-cü ilə qədər, imperiyanın paytaxtı olmuşdur. Bir yəhudi icması da bu şəhərdə var.Şəhərin ilk adı "Adrianopolis" olmuşdur. Roma imperatoru Adrianın şərəfinə bu cür adlandırılmışdır. == Qardaş şəhərlər == Yambol Prizren Aleksandropolis == Ədirnədə idman == Qırxpınar Yağlı Gürəşləri bu şəhərdə təşkil edilməkdədir. Ədirnənin köklü klubu Ədirnəspor bu şəhərdə öz ev oyunlarını keçirməkdədir. Olin Ədirnə Basketbol ədirnə şəhərinin basketbol komandasıdır.
Adrianopol döyüşü
Adrianopol döyüşü — Qədim dünya tarixinin ən əhəmiyyət kəsb edən vuruşmalarından biridir. Döyüş 378-ci il avqustun 9-da Roma imperatoru Valentin ilə Fritxigernin komandanlıq etdiyi vestqotlar arasında baş vermişdir.. Döyüş Adrianopoldan (Türkiyənin Avropa hissəsində Yunanıstan və Bolqarıstanın sərhəddində yerləşən indiki Ədirnə şəhəri) 13 km şimalda olmuşdur. Romalılar döyüşdə məğlub olmuş, imperator Valentin öldürülmüşdü. Adrianopol döyüşü Roma imperiyasının süqutunu sürətləndirmişdir.
Adrianopol müharibəsi
Adrianopol döyüşü — Qədim dünya tarixinin ən əhəmiyyət kəsb edən vuruşmalarından biridir. Döyüş 378-ci il avqustun 9-da Roma imperatoru Valentin ilə Fritxigernin komandanlıq etdiyi vestqotlar arasında baş vermişdir.. Döyüş Adrianopoldan (Türkiyənin Avropa hissəsində Yunanıstan və Bolqarıstanın sərhəddində yerləşən indiki Ədirnə şəhəri) 13 km şimalda olmuşdur. Romalılar döyüşdə məğlub olmuş, imperator Valentin öldürülmüşdü. Adrianopol döyüşü Roma imperiyasının süqutunu sürətləndirmişdir.
Adrianopolun müharibəsi (1913)
Ədirnə mühasirəsi — (Bolgarca: Битка при Одрин, Serbcə: Bitka za Jedrene, İngilizce: Siege of Adrianople) Birinci Balkan Müharibəsi zamanı 1912-ci il oktyabrın ortalarından 26 mart 1913-cü ilə qədər Bolqarıstanın 2-ci Ordusu tərəfindən həyata keçirilmişdir. Şəhərin içində müdafiəni təşkil edən 52 min 597 əsgərdən başqa, 106 min nəfər mülki əhali idi (yarısı türk, qalanları yunan, erməni, bolqar, yəhudi və Qərbi avropalılar). 24 sentyabr 1912-ci il tarixində Osmanlı Sofiya səfirliyinin İstanbula göndərdiyi xəbərdarlıq teleqramı yaxınlaşan təhlükəni bildirirdi: "Bolqarların ilk məqsədi Osmanlının gücsüz Kırklareli qoşunudur. Ədirnə isə dominant hücum hazırlanır. Ədirnəyə kömək edilməli, vətəni xidmət müddəti dolan əsgərlər tərxis olunmamalıdır". Ədirnə müdafiə mövqeyi komandanlığına gətirilən Mehmed Şükrü Paşa, Ədirnənin mühasirəsi başlamazdan bir həftə əvvəl şəhərə getdi. Ədirnə müdafiəsi vəzifəsi verilən Şükrü Paşaya şəhərin mühasirə edilməsi halında 50 gün müdafiə edilməsi əmri verilmişdi. Bu müddətdə ya Bolqar ordularının gerilətməlidirlər, ya da İstanbuldan dəstək göndəriləcəyi nəzərdə tutulmuşdu. Ancaq Mehmed Şükrü Paşa İstanbuldan dəstək almamasına baxmayaraq, Bolqar və Serbiya ordularının hücumlarına 5 ay 5 gün müddətdə müqavimət göstərərək tarixə keçən bir müdafiə təşkil etdi. Yenə də mühasirə etməyin uğurla nəticələnməsi böyük bir hərbi uğur kimi qəbul edilir, çünki şəhərin müdafiəsi alman mühasirə etmə mütəxəssisləri tərəfindən inkişaf etdirilmiş və məğlubedilməz qəbul edilmişdi.
Adrianopolun mühasirəsi (378)
Adrianopolun mühasirəsi — 378-ci ildə qotların Şərqi Roma imperiyasının Adrianopol şəhərini mühasirəyə alması. Bu, Adrianopol döyüşündə qotların qələbəsindən sonra baş vermişdi. Qot qüvvələri şəhər divarlarını aşa bilməmiş və geri çəkilməli olmuşdur. Bundan sonra Konstantinapol şəhəri mühasirəyə alınmışdır.
Andrey Adrianov
Andrey Vladimiroviç Adrianov (rus. Андре́й Влади́мирович Адриа́нов; 2 yanvar 1964, Danilov, Yaroslavl vilayəti) — Rusiya zooloqu, Rusiya Elmlər Akademiyasının akademiki (2006), Rusiya Elmlər Akademiyasının müxbir üzvü (2003-cü ildən). O, onurğasızların müqayisəli morfologiyası və taksonomiyası sahəsində mütəxəssisdir. == İstinadlar == == Xarici keçidlər == Биография на сайте Института биологии моря им.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.43
2014 ••••••••••••••••• 0.34

"adri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#adri nədir? #adri sözünün mənası #adri nə deməkdir? #adri sözünün izahı #adri sözünün yazılışı #adri necə yazılır? #adri sözünün düzgün yazılışı #adri leksik mənası #adri sözünün sinonimi #adri sözünün yaxın mənalı sözlər #adri sözünün əks mənası #adri sözünün etimologiyası #adri sözünün orfoqrafiyası #adri rusca #adri inglisça #adri fransızca #adri sözünün istifadəsi #sözlük