ADS sözü azərbaycan dilində

ADS

Yazılış

  • ADS • 45.4545%
  • Ads • 27.2727%
  • ads • 9.0909%
  • AdS • 9.0909%
  • ADs • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ADSL
ADSL (ing.. Asymmetric Digital Subscriber Line — asimmetrik rəqəmsal abunəçi xətti) — adi analoq telefon xətlərini yüksək sürətli qoşulma xətlərinə çevirən modem texnologiyası. == İnkişaf tarixi == ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin səksəninci illərindən başlayır. O zaman İnteraktiv televiziyanı təmin edən texnologiyaların axtarışı aparılırdı. 1987-ci ildə Bellcore şirkəti xDSL texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın telefon şəbəkələrində işə saldı. Lakin sonradan şirkət parçalandı, texnologiya isə müvəqqəti istifadədən çıxdı. Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal xətləri asimmetrik modifikasiyası ilə — ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə ADSL vasitəsi ilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş mikrosxem yığımı yaradıldı. Hal-hazırda ADSL daha sürətli Fast Ethernet texnologiyası tərəfindən sıxışdırılıb çıxarılır. Bunun səbəbi – ADSL şəbəkəsində ötürmə qabiliyyətinin məhdud olmasıdır, 24 Mbit/s (ADSL2+) abunəçi istiqamətində və abunəçidən 1.4 Mbit/s, belə ki, FastEthernet dolanmış naqil cütü üzərindən 100 Mbit/s, hətta 1Gbit/s (Gigabit Ethernet) sürəti ilə məlumatın ötürülməsini təmin edir.
ADSP
Azərbaycan Demokratik Sahibkarlar Partiyası — 1994-cü ildə iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuş, Azərbaycan Milli Məclisinin I çağırışında 2 deputatla təmsil olunmuş, 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasına birləşmiş siyasi partiya. == Tarixi == Azərbaycan Demokratik Sahibkarlar Partiyası 23 aprel 1994-cü il tarixində iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuşdur. Partiya rəsmi dövlət qeydiyyatına 17 may 1994 tarixində alınmışdır.Bir zamanlar Yasif Nəsirli, Mikayıl Mirzə, Mətləb Mütəllimli, Cümşüd Nuriyev, Hacı Əlikram, Zeynəddin Xasmətov kimi şəxslər partiya üzvü olmuşdur.1990-cı illərin ortasında Eldar Əzizov partiya sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir.2 mart 2021-ci il tarixində Azərbaycan Demokratik Sahibkarlar Partiyası qurultay keçirmiş və qurultayda partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi qərara alınmışdır. 5 Mart 2021 tarixində Azərbaycan Demokratik Sahibkarlar Partiyası tərəfindən göndərilən birləşmə müraciəti Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında qəbul edilmişdir. Beləliklə Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına rəsmi olaraq birləşmişdir. == Təşkilat == === Sədrlər === == Seçkilərdə == Azərbaycan Demokratik Sahibkarlar Partiyası 1995-ci il parlament seçkilərində həm proporsional, həm də tək mandatlı dairələr üzrə seçkilərdə iştirak etmiş, proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmişdir. Birmandatlı seçki dairələri üzrə Azərbaycan Demokratik Sahibkarlar Partiyası seçkilərə 38 namizədlə qatılsa da, onlardan yalnız 10-u rəsmi qeydiyyata alınmışdır. Buna baxmayaraq tək mandatlı dairələrdən partiyanın 2 namizədi — Mikayıl Mirzə və Zeynəddin Xasmətov deputat seçilmişdir.
Adskaya poçta (1769)
Adskaya poçta (rus. Адская почта) — 1769-cu ildə Sankt-Peterburqda Fyodor Emin tərəfindən nəşr olunan aylıq satirik jurnal. 6 nəşri işıq üzü görmüşdür. İki cin arasında yazışma şəklində məmurların, təhkimçilərin vəzifələrindən sui-istifadələrini ələ salmışdır. Rusiya hökuməti tərəfindən təqibə məruz qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Афанасьев А. Н. Русские сатирические журналы. 1769—1774. Берков П. Н. История русской журналистики XVIII. — М., Л. 1952. == Xarici keçidlər == Адская Почта // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Adskaya poçta (1906)
Adskaya poçta (rus. Адская почта) — karikaturaçı və naşir Zinoviy Qrjebin və rəssam Yevgeni Lansere tərəfindən həftəlik illüstrasiyalı siyasi satira ədəbi-bədii jurnalı. Baş redaktor vəzifəsini P. N. Troyanski tuturdu. Nəşr 1906-cı ildə Sankt-Peterburqda işıq üzü görmüş, cəmi 3 nömrəsi çıxmışdır. Dördüncü nörmə hazırlanmışdı, lakin mətbəədə müsadirə edilmişdir."Adskaya poçta" jurnalı Fyodor Emin tərəfindən 1769-cu ildə nəşr olunan eyni adlı aylıq nəşrin adını almışdır. Yeni "Adskaya poçta"nın əsl təsisçisi naşir və karikaturaçı rəssam Zinoviy Qrjebin idi. O, 1906-cı ilin əvvəlində Krestidə 13 aylıq həbs cəzasını çəkmiş və bu cəzanı əvvəlki jurnalı olan "Jupel"də sərt antimonarxist illüstrasiyaları və məqalələri dərc etdiyinə görə almışdı. Məhkəmənin qərarı ilə Qrjebin nəşriyyat fəaliyyəti hüququndan məhrum edilmiş, lakin həbsdə olduğu müddətdə qapalı jurnalın demək olar ki, bütün redaksiyasını və bir çox müəlliflərini saxlaya bilmiş, "Adskaya poçta" adı ilə nəşrini davam etdirmişdir. Rəsmi qadağadan keçmək üçün yeni jurnal təsisçi kimi rəssam Yevgeni Lanserenin adından istifadə edirdi.Yazıçılar Leonid Andreev, Konstantin Balmont, İvan Bunin, Vyaçeslav İvanov, Fyodor Sologub, Aleksandr Kuprin və başqaları"Adskaya poçta" ilə əməkdaşlıq edirdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Ипполитов С. С. Гржебин Зиновий Исаевич (1877 1929) // Новый исторический вестник (9).
Adsorbsiya
Adsorbsiya — fazaların ayrılması zamanı molekullararası qarşılıqlı təsirin kompensasiya olunmamış qüvvələri səbəbindən iki fazanın (bərk faza – maye, qatılaşdırılmış faza – qaz) interfeysində məhlulun konsentrasiyasının kortəbii artması prosesi. Adsorbsiya xüsusi sorbsiya halıdır. Adsorbsiyanın əksi desorbsiyadır. == Həmçinin bax == Absorbsiya == İstinadlar == == Əlavə ədəbiyyat == Фролов Ю. Г. Курс коллоидной химии. Поверхностные явления и дисперсные системы. - М.: Химия, 1989. - 464 с. Кельцев Н. В. Основы адсорбционной техники. - М.: Химия, 1984. - 592 с.
Adsubia
Adsubia (isp. Adsubia) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 14,73 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 695 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 27 km uzaqlıqda yerləşir.
Adsız
Adsız 153
Adsız #153 — amerikalı fotoqraf Sindi Şerman tərəfindən 1985-ci ildə yaradılıb. 2010-cu ildə foto hərracda 2.7 milyon dollara satılıb ki, bu da onu tarixin ən bahalı fotolarından birinə çevirib.
Adsız Grand Theft Auto oyunu
Adsız Grand Theft Auto oyunu (və ya Grand Theft Auto VI) — Hazırda Rockstar Games tərəfindən inkişaf etdirilməkdə olan videooyun. Grand Theft Auto oyun seriyasının səkkizinci hissəsidir, Grand Theft Auto V (2013) oyunun davamıdır. Uzun müddət davam edən fərziyyə və sızmalardan sonra Rockstar 2022-ci ilin fevral ayında oyun üzərində işlədiyini təsdiq etdi. Oyunun tamamlanmamış versiyasından olan görüntülər sentyabr ayında sızdırılaraq, videooyun tarixində ən böyük sızdırılma hadisəsi kimi qeyd olundu.
Adsız adası
Adsız adası — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Heç bir yaşayış əlaməti yoxdur. Maksimum uzunluğu 0,1 km təşkil edir. Sahildən 17,5 km uzaqlıqda yerləşir Ada Səngi-muğan və İqnat daşı (Daşlı adası) adasının arasında yerləşir.
Adsız adası (Laptevlər dənizi)
Adsız adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elədə böyük olmayan ada. Taymır yarımadasının Pyotr boğazı, Şimal adasından isə Omulev boğazı ilə ayrılır. Adanın şərqində 11 metr olan ən hündür nöqtəsi yerləşir. Pyotr adaları qrupunun tərkibinə daxildir.
Adsız burnu
Adsız burnu — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahilində yerləşir. Burun sahilləri balıqqulağı və dəniz qumları ilə örtülüdür. Burada Novxanı çimərliyi yerləşir. Sahil boyunca dalğavari şəkildə dayazlıqlar bir-birini əvəz edir.
Adsız məzar (film, 2006)
Adsız məzar qısametrajlı sənədli filmi rejissor Kəmalə Musazadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film "Muğam Film"də istehsal edilmişdir. Film xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun həyat və yardıcılığından bəhs edir. Film görkəmli muğam ustasının 145 illiyinə həsr olunub. == Məzmun == Film xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun həyat və yardıcılığından bəhs edir. Film görkəmli muğam ustasının 145 illiyinə həsr olunub. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir.
Adsız qiymətli kağız
Adsız qiymətli kağızlar — qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür. [mənbə göstərin]Adsız qiymətli kağız - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır. (Mülki Məcəllə Komentariyası) Adsız səhmlər - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir.
Adsız qiymətli kağızlar
Adsız qiymətli kağızlar — qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür. [mənbə göstərin]Adsız qiymətli kağız - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır. (Mülki Məcəllə Komentariyası) Adsız səhmlər - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir.
Adsız su (film, 1985)
Adsız su qısametrajlı sənədli süjeti rejissor Davud İmanov tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film "Yeni Əhmədli" yaşayış massivinin bir sıra problemlərindən bəhs edir. == Məzmun == Film "Yeni Əhmədli" yaşayış massivinin bir sıra problemlərindən bəhs edir.
Adsız sümük (çanaq)
Çanaq sümüyü ya adsız sümük (lat. os coxae / os innominatum ) — çanağı təşkil edə bir cüt adsız sümük, 14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən yaranmışdır. Sonrakı yaşlarda, sümükləşmə prosesi nəticəsində qığırdaq bitişmələr yox olaraq sözü gedən bir cüt adsız sümük kimi formalaşmış olur.
Adsız tablo (roman)
Adsız Tablo (ing. unnamed table)— Elxan Elatlı tərəfindən 2003 cü ildə nəşr edilmiş roman == Məzmunu == Bakı şəhəri... 1 aprel 2013-cü il Əslində adi günlərdən biri... Bu tarix hər il dünyada gülüş günü kimi qeyd olunur.Amma hər gün,o cümlədən bu gün də yer üzündə minlərlə insanın müxtəlif səbəblərdən öldüyünü,milyonlarla insanın xəstəlikdən can çəkdiyini düşünəndə,anlayırsan ki, dünyanın vahıd bir gülüş günü ola bilməz.Onsuz da taleyi kimin üzünə gülürsə,o adam qəlbən gülür,kimə sərt üz göstərirsə ağlayır.Heç bir fərq qoyulmadan,ilin hər bir günündə.. Bizdə isə əlavə olaraq bu günə Aldatma Günü də deyilir.İlin hər bir günündə bir-birimizi aldatmağımız azmış kimi,bunun üçün məxsusi bir gün də ayırmışıq. Yox, narahat olmayin, sizi nə aldatmaq fikrimiz var,nə də güldürmək.Sadəcə, həmişə, hər yerdə baş verə biləcək bir adi əhvalat danışacağıq sizə... Və bəlkə də bir az qeyri adi... Çoxdan susmuş cib telefonu bu gün ikinci dəfə səsləndi.Öz mənzilindəki iş masasının arxasında oturub noutbukla təyyarə bileti sifariş verən polkovnik Qasımlı üz gözünü turşudub işindən ayrıldı.Zəng yad nömrədən gəlirdi.Həm də rəqəmləri ahəngdar ardıcıllıqla düzülmüş xüsusi bir nömrədən. Belə nömrələr həvəskar müştərilərə azı beş yüz manata satılırdı.Adi nömrələrin beş manata olduğunu nəzərə alsaq,yüz dəfə baha idi... Zəng vaxtından əvvəl kəsildi..Demək kimsə onu narahat etməyə çətinliklə cəsarət tapmışdı.Görəsən bu kim idi?Onun telefon nömrəsini çox az adam bilirdi və bu adamlar da çox nadir hallarda zəng vururdular.Məsələn az əvvəl nahar vaxtı Boris Nİkitin Moskvadan zəng vurub onu oğlunun toyuna dəvət etdi.Gör illər necə tez keçib gedirdi.Əgər Qasımlının yeganə övladı olan qızı o vaxt bir yaşında qətlə yetirilməsəydi indi yeniyetmə qız olacaqdı.Borisin oğlundan yeddi-səkkiz yaş kiçik...Boris ondan çox tez evlənmişdi.Toy aprelin 5-də olacaqdı.Ona görə də bir gün əvvələ,gündüz saat 10.40-a bilet sifariş verdi.Deməli,iki əzizini və bolluca xatirələrini qoyub gəldiyi Moskvaya uçmağına üç sutkadan az vaxt qalırdı.
Adsız venalar
== İstinadlar ==
Agrostis adscendens
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Erigeron adscendens
Erigeron adscendens (lat. Erigeron adscendens) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eupatorium adspersum
Eupatorium adspersum (lat. Eupatorium adspersum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Google AdSense
Google Adsense — Google şirkətinin tərkibində olan bir reklamçılıq saytıdır. Adsense vasitəsi ilə "YouTube" kanallarından, saytlara banner yerləşdirərək pul qazanmaq olar. Reklam başına yayımçıya verilən məbləğ onun yaşadığı ölkədən asılıdır. AdSense ayrıca reklam yerləşdirənlərə xüsusi veb və ya sayt axtarışlarını təklif etməyə imkan verir. Beləliklə, yayımçılar axtarış nəticələri səhifələrində görünən reklamlarla da pul qazana bilərlər. AdSense texnologiyası, səhifələrə hədəfləmiş reklamlar nümayiş etdirməyi hədəfləyir. Buna görə məzmun dəyişdikcə reklamlar da dəyişir. Eynilə, yayım haqları reklam məzmununa görə dəyişir. Qazancın, baxış sayı və klik başına olmaqla 2 fərqli yolu vardır. Qazanc metodu reklam verən tərəfindən müəyyən edilir.
Lupinus adsurgens
Lupinus adsurgens (lat. Lupinus adsurgens) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Orthosiphon adscendens
Orthosiphon adscendens (lat. Orthosiphon adscendens) — dalamazkimilər fəsiləsinin böyrəkotu cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 •••••••••••••• 0.18
2015 ••••••••••••• 0.17
2019 •••••••••••••••••••• 0.28

"ads" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ads nədir? #ads sözünün mənası #ads nə deməkdir? #ads sözünün izahı #ads sözünün yazılışı #ads necə yazılır? #ads sözünün düzgün yazılışı #ads leksik mənası #ads sözünün sinonimi #ads sözünün yaxın mənalı sözlər #ads sözünün əks mənası #ads sözünün etimologiyası #ads sözünün orfoqrafiyası #ads rusca #ads inglisça #ads fransızca #ads sözünün istifadəsi #sözlük