Adış sözü azərbaycan dilində

Adış

Yazılış

  • Adış • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adış Məmmədov
Adış Məmmədov (tam adı: Adış Sakit oğlu Məmmədov 17 dekabr 1968, Seyidbazar, Cəlilabad rayonu) — alim, diplomat, Azərbaycan Respublikasının Çexiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri. == Tərcümeyi-hali == Adış Sakit oğlu Məmmədov 1968-ci il 17 dekabrda Cəlilabad rayonunun Seyidbazar kəndində doğulmuşdur. Qafqaz müsəlmanlarının XII Şeyxülislamı Allahşükür Paşazadənin kürəkənidir. 1986-cı ildə orta məktəbi Gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə daxil olmuşdur. 1991-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Bakı Dövlət Universitetinin riyazi analiz ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 2005-ci ildə isə beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci idə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktaranturasına daxil olmuş, hal-hazırda "Daxili münaqişələrin tənzimlənməsinin siyasi və hüquqi aspektləri" adlı doktorluq dissertasiyasının (siyasi elmlər doktoru) üzərində çalışır. 1995–1998-ci illərdə BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır. 1998–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
Adışirin Ələkbərov
Ələkbərov Adışirin Balaşirin oğlu (25.11.1955 Bakı — 02.05.2016 Bakı) — geoloq, Geologiya-mineralogiya elmləri doktoru (2004) , Əməkdar Mühəndis (2014) == Həyatı == Ələkbərov Adışirin Balaşirin oğlu 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakultəsini dağ-mədən mühəndis-hidrogeoloq ixtisası üzrə bitirmişdir. == Peşə fəaliyyəti == 1976—2001-ci illərdə Dövlət Geologiya Idarəsində (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) Hidrogeologiya Ekspedisiyasında çalışmışdır, geoloq vəzifəsindən ekspedisiyanın rəisi vəzifəsinə qədər yüksəlmişdir. A.B.Ələkbərov 2001—2005-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Hidrogeoloji və Mühəndis Geologiyası İdarəsinin rəisi işləmişdir. 2006-ci ildən “Azərsu” ASC-də şöbə rəisi və “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. A.Ələkbərov 1983-cü ildən Bakı şəhəri və Abşeron yarımadasının hidrogeoloji və geoekoloji şəraitinin intensivləşən gərginləşməsi ilə əlaqədar aramsız meydana çıxan müxtəlif problemlərin ardıcıl həlli ilə məşğul olmuşdur. Bilavasitə iştirakı və rəhbərliyi ilə Bakı – Abşeron aqlomerasiyası ərazisində müxtəlif istiqamətli və fərqli miqyaslı hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji tədqiqatlar aparılmış, yeraltı suların ehtiyatları qiymətləndirilmiş, Xəzər dənizi sahillərində kurort zonası yaradılması ilə əlaqədar yeraltı mineral sular tədqiq edilmiş, çoxsaylı geoloji layihə və hesabatlar, silsilə xəritələr, tövsiyələr hazırlanmışdır. Müxtəlif illərdə təzahür edən ekzogen geoloji proseslərin–Bakı şəhərinin müxtəlif sahələrini, Sumqayıt, Buzovna, Zabrat, Maştağa, Binə və digər sahələri su basması, metronun Əzizbəyov və Neftçilər stansiyalarına neft sızması, neftlə çirklənmə, Sumqayıt ərazisində yeraltı sularda və süxurlarda civə metalının toplanması, palçıq vulkanlarının təzahürləri, yer səthinin çökməsi, Bayıl, Əhmədli, Zığ, Xırdalan və digər sahələrdə təhlükəli sürüşmə proseslərinin öyrənilməsi və onlara qarşı müdafiə tədbirlərinin hazırlanması və s. tədqiqatlarının əsas istiqamətlərindən olmuşdur. 2000-ci ilin 6—7 mart tarixində Bayıl sahəsində baş vermiş sürüşmə, bir neçə gün öncə proqnozlaşdırılmış, 8 saat öncə isə prosesin qaçılmaz olması haqqında hökumət və şəhər rəhbərliyinə məlumat verilmiş, sürüşməyə qədər gecə ikən əhali məlumatlandırılmış, köçürülmüş, nəticədə dünya praktikasında şəhər ərazilərində analoqu olmayan bir sürüşmə heç bir insan tələfatı olmadan ötüşmüşdür.
Ceyhun Adışirinov
Ceyhun Vaqif oğlu Adışirinov — Azərbaycan futbolçusu. == İdman karyerası == Ceyhun Adışirinov "Şahdağ", MOİK, "Bakılı", "MKT-Araz", "Qəbələ", "Karvan", "Qarabağ" klublarında, Azərbaycanın olimpiya və milli yığma komandalarında oynayıb. 2009-cu ildə Ceyhun şəxsi avtomobili ilə magistral yolun piyadaların keçidi qadağan olunmuş yerində bir qadını vurub. Ceyhun 2009-cu ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 il 6 ay müddətinə cəzaya məhkum edilib.
Qüdrət Adışov
Qüdrət Rahim oğlu Adişov (26 iyul 1998, Ostayır, Yardımlı rayonu, Azərbaycan – 28 sentyabr 2020, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qüdrət Adışov 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur. Sonra ailəsi ilə birgə Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi də yaşadığı qəsəbədə alan Qüdrət 2016-cı ildə Bakı Biznes Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. O, həmçinin, ASAN xidmət könüllüsü olaraq çalışırdı. "FotoMən 2" və digər layihələrdə aktiv iştirak etmişdi. Qüdrət Adişov Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesində molla obrazını canlandırmışdı. == Hərbi xidməti == Universiteti başa vurduqdan sonra 7 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Qüdrət Adişov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2006 •••• 0.23
2009 ••••••••••• 0.64
2010 •• 0.09
2014 •••••••••••••••••••• 1.20
2015 •••••••••••• 0.68
2016 ••• 0.17
2018 ••••• 0.30
2020 ••••• 0.27

"adış" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#adış nədir? #adış sözünün mənası #adış nə deməkdir? #adış sözünün izahı #adış sözünün yazılışı #adış necə yazılır? #adış sözünün düzgün yazılışı #adış leksik mənası #adış sözünün sinonimi #adış sözünün yaxın mənalı sözlər #adış sözünün əks mənası #adış sözünün etimologiyası #adış sözünün orfoqrafiyası #adış rusca #adış inglisça #adış fransızca #adış sözünün istifadəsi #sözlük