Suyun aerasiyası
Suyun aerasiyası — həm təbii, həm də süni mühitlərdə suyun oksigenlə doyma səviyyəsinin artırılması və ya saxlanması prosesi. Bu, suyu oksigenlə zənginləşdirmək, içiləcək və texniki məqsədlə işlədiləcək suyu təmizləmə qurğularında zərərli qatışıqlardan (həll olmuş qazlar, dəmir birləşmələri və s.) təmizləmək, həmçinin bioloji təmizləmə qurğularında çirkabdakı üzvi maddələri və digər çirkləri minerallaşdıran mikroorqanizmlərin həyat fəaliyyətini təmin etmək üçün tətbiq olunur.