aerodromu sözü azərbaycan dilində

aerodromu

Yazılış

  • aerodromu • 93.8462%
  • Aerodromu • 6.1538%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nataxtari Aerodromu
Nataxtari Aerodromu (gürc. ნატახტრის აეროდრომი) və ya Nataxtari Hava Limanı (gürc. ნატახტრის აეროპორტი) (IATA: yoxdur, ICAO: UGSA) — Gürcüstanın Msxeta-Mtianeti diyarının ərazisinə daxil olan Nataxtari kəndində kiçik aerodrom. Aerodromun uçuş-enmə zolağının uzunluğu – 948 metr (0.589 mil), qalınlığı isə – 18 metr (0.011 mil). Aerodromun Gürcüstanın paytaxtı Tbilisi şəhərindən olan uzaqlığı – 31 kilometr (19 mil), Msxeta şəhərindən olan uzaqlığı – 13 kilometr (8.1 mil), Qori şəhərindən olan uzaqlığı – 62 kilometr (39 mil). Aerodrom hər uçuşda 30–50 nəfərə xidmət göstərir. Nataxtari Aerodromu Ambrolauri, Batumi, Kutaisi və Mestia şəhərlərinə uçuşlar keçirir.
Sarmanovo Aerodromu
Sarmanovo Aerodromu (rus. Аэродром Сарманово) — Rusiya Federasiyasının subyektlərindən biri olan Tatarıstan Respublikasında yerləşən asfalt uçuş-enmə zolağı olan kiçik bir aerodrom. Aedrom Sarmanovo kəndindən 2 kilometr (1.2 mil) uzaqlıqda yerləşir. Aedrom "Altair-Aero" Aeroklubu və Tatarıstan Respublikasına aid olan "Super-İşıq Birləşmiş Aviasiya Federasiyası"nın təşkilatçılığı tərəfindən təşkil olunan, 2016 Rusiya Paraqlaydinq Kubokuna ev sahibliyi etmişdir. Yarışa 4000-5000 arası tamaşaçı gəlmişdir.
Sitalçay aerodromu
Sitalçay aerodromu — Azərbaycan Respublikasının Xızı rayonunda, Bakıdan 70 km şimal-qərbdə, Xəzər dənizi sahilində yerləşən hərbi aerodrom. Sovet dövründə tikilib. Bazada Su-25 qırıcılarından ibarət HHQ alayı yerləşirdi. Bazada 60-cı və 80-ci Hücum Aviasiyası Alayına aid ilk qırıcılar 1981-ci ilin aprel ayından etibarən xidmət etməyə başlamışdı. Həmin ilin iyun ayında Sitalçay aerodromunda olan təyyarələr ayrıca olaraq 200-cü Aviasiya eskadrilyasının tərkibində birləşdirildi və eskadrilyaya Əfqanıstanda xidmət etmək tapşırığı verildi. Əfqanıstanda müharibənin bitməsindən sonra 80-ci illərin sonunda buradakı 200-cü eskadrilya ləğv olundu, buradakı qırıcılar isə SSRİ Hərbi Hava Qüvvələri 34-cü Aviasiya Ordusunun tərkibində alay kimi qruplaşdırıldı. 1991-ci ildə bu aerodromda Sovet hərbi aviasiyasına məxsus 30 SU-25 qırıcısı xidmət edirdi. Azərbaycana ilk SU-25-i müstəqillik dövründə 1992-ci il aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq gətirib. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyyarəni arsenalına qəbul edib. 1992-ci ilin avqust ayında Daşkənd müqaviləsinə əsasən rus ordusu Sitalçay aerodromunu Azərbaycan hökumətinə təhvil verdi.
Səngəçal aerodromu
Səngəçal aerodromu – Azərbaycanın Qaradağ rayonundakı Səngəçal qəsəbəsində yerləşən aerodrom. SSRİ süqut etdikdən sonra Səngəçal aerodromu MDB aviasiya hissəsinin bazası olmuşdur. 9 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq hərbi obyektləri, silah və texnikanı inventarlaşdırıb müsadirə etmək tələblərinə baxmayaraq, rus hərbçiləri mümkün olan hər bir şeyi ölkədən çıxarmağa, şəxsi adamlara satmağa, məhv etməyə çalışırdılar. Bu təxribatlardan biri də Səngəçal qəsəbəsindəki aerodromda hərbi vertolyotları yandırmaq cəhdi olmuşdur. Buna baxmayaraq, aerodromda evakuasiyaya hazırlıq görən 14 vertolyot azərbaycanlı silahlılar tərəfindən tərksilah edilərək, qənimət götürülmüşdü. Həmçinin, burada xidmət edən azərbaycanlı zabitlərin sayıqlığı sayəsində hissədə olan 9 Mİ-24 vertolyotunun hamısı respublikada qaldı. Hərbi aerodrom 2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin göstərişinə əsasən Dövlət Sərhəd Xidmətinə verilmişdir. 2021-ci il 30 noyabr tarixində saat 10:40 radələrində Səngəçal aerodromundan qalxan Mi-17 hərbi helikopteri "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Helikopterin qəzaya uğraması nəticəsində iki polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həlak həlak olmuş, həmçinin bir polkovnik və bir kapitan yaralanmışdır. Azərbaycan tarixi (PDF).

"aerodromu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aerodromu nədir? #aerodromu sözünün mənası #aerodromu nə deməkdir? #aerodromu sözünün izahı #aerodromu sözünün yazılışı #aerodromu necə yazılır? #aerodromu sözünün düzgün yazılışı #aerodromu leksik mənası #aerodromu sözünün sinonimi #aerodromu sözünün yaxın mənalı sözlər #aerodromu sözünün əks mənası #aerodromu sözünün etimologiyası #aerodromu sözünün orfoqrafiyası #aerodromu rusca #aerodromu inglisça #aerodromu fransızca #aerodromu sözünün istifadəsi #sözlük