Afət sözü azərbaycan dilində

Afət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Afət • 96.2094%
  • afət • 3.3093%
  • AFƏT • 0.4813%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Afət Babayeva
Afət Nuhu qızı Babayeva (Afət; 22 mart 1967. İmişli rayonu, Qaradonlu) — Azərbaycanlı şair, publisist. Polis mayoru. == Həyatı == Afət Babayeva 22 mart 1967-ci ildə İmişli rayonunun Qaradonlu kəndində anadan olub. 1974-cü ildə orta Qaradonlu kənd orta məktəbin birinci sinfinə daxil olub. 1984-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Hüquqşünas olmaq istəyir. O, dövrün tələblərinə görə hüquq fakültəsinə daxil olmaq üçün iki illik əmək stajı tələb olunurdu. Ona görə də sənədlərini heç bir ali məktəbə vermir. Bu məqsədlə iki il çalışdıqdan sonra 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə sənədlərini verir.
Afət Həsənova
Afət Əbil qızı Həsənova (3 sentyabr 1960, Quba) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Afət Həsənova 1960-cı il sentyabrın 3-də Quba şəhərində anadan olub. 1967–1977-ci illərdə Quba şəhər 3 №-li orta məktəbdə təhsil alıb. 1979–1983-cü illərdə isə indiki Moskva Humanitar Elmlər Universitetində tarix üzrə ali təhsil alıb. === Ailəsi === Afət Həsənova ailəlidir, 2 övladı var. == Fəaliyyəti == İlk əmək fəaliyyətinə 1977-ci ildə Quba rayonunda başlayan Afət Həsənova 2001–2012-ci illərdə Slavyan Universitetində (BSU) tədqiqat laboratoriyasının elmi işçisi olmuş, 2012–2015-ci illərdə Quba RİH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini, 2015–2020-ci illərdə isə Suraxanı RİH başçısının müavini vəzifəsində çalışmışdır. 2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 32 saylı Suraxanı III dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Afət Həsənova, 65,10 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Afət Həsənova, Milli Məclisin elm və təhsil Komitəsinin, təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, habelə İntizam Komissiyasının üzvü oldu.
Afət Telmanqızı
Afət Telmanqızı— LAF TV-nin həmtəsisçisi (2020-ci ildən), telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti == Həyatı == Məhərrəmova Afət Telman qızı 7 noyabr, 1975-ci il, Bakı şəhərində anadan olub. Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib. Ali məktəbdə oxuduğu illərdə- 1993-1997-ci illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri " Hürriyyət" qəzeti olub. 2000-ci illərdə " Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub. İlk dəfə ANS- də müstəqilliyin bərpa tarixinə həsr olunmuş "Var dövlətimiz Azərbaycan" sənədli fìlminin müəllifi olub.
Afət İnan
Afət İnan — (29 noyabr 1908, Saloniki vilayəti – 8 iyun 1985, Ankara) — tarixçi və sosiologiya professoru, Atatürkün mənəvi qızı. Türkiyə Respublikasının ilk tarix professorlarından biri. Afət İnan 7 iyun 1985-ci il tarixində 77 yaşında Ankarada vəfat etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.01 dəfə / 1 mln.
2003 ••••• 3.94
2004 ••••••• 5.73
2005 •••• 3.37
2006 ••••• 4.28
2007 •••• 3.38
2008 •••••••• 7.06
2009 ••••••• 6.08
2010 •••••• 4.90
2011 •••••• 5.32
2012 •••••••••• 8.35
2013 ••••••• 5.69
2014 ••••• 4.12
2015 •••• 3.23
2016 •••• 3.47
2017 ••••• 3.74
2018 •••••• 4.64
2019 •••••• 5.15
2020 •••••••••••••••••••• 18.43

afət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bəla, fəlakət, bədbəxtlik, müsibət, ziyan, zərər. [Şah:] Pədərsuxtə, kəvakibin afətindən məni qorxudarsan və əlacını gizlərsən? M.F.Axundzadə. Uşaqlarınıza heç bir cəhətdən afət yetməyəcək. C.Məmmədquluzadə. // məc. Adam haqqında. Biri N. qəzasının afət və bəlası sabiq prokuror İvanov idi. Ə.Haqverdiyev. // Məc. mənada. Arizuyi-vəsli-canan canə afətdir, könül! Füzuli. 2. məc. şair. Son dərəcə gözəl qız, qadın, dilbər haqqında. Harda qalmış görəsən, ol dəli, məcnun feyzi; Dur yügür, gəl, dediyin afəti-dövran gəldi. Nəbati. Bu afəti birinci görüşdə sevməmək qabil deyildi. M.S.Ordubadi. Gülzar altı-yeddi ay bundan əvvəl deyər, gülər, çalar, oynar şux bir afət idi. C.Cabbarlı. 3. məc. Çox zirək, çox cəld; od-alov. O, uşaq deyil, afətdir!

    Azərbaycan dilinin izahlı lüğəti / afət

afət sözünün sinonimləri (yaxın mənalı sözlər)

afət sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 AFƏT I is. [ ər. ] Bəla, fəlakət, ziyan. Elə bil Gülüstana afət bürküsü çökmüşdü (Dastanlar). AFƏT II is. [ ər. ] Son dərəcə gözəl qız, qadın. Baxan bir sən idin ey nazlı afət; Bir də pəncərədən boylanan gecə (B.Azəroğlu).

    Azərbaycan dilinin omonimlər lüğəti / afət

afət sözünün rus dilinə tərcüməsi

afət sözünün inglis dilinə tərcüməsi

afət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) détresse f ; désastre m ; malheur m ; calamité f ; 2) beauté f, une très belle femme ; bourreau m de coeurs ; 3) vi//f, -ve ; dégourdi,-e ; adroit,-e ; habile ; leste ; agile adj

    Azərbaycanca-fransızca lüğət / afət

afət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. [ər.] 1. бала, мусибат, завал, зиян, зарар, бедбахтвал; 2. пер. шаир. лугьуз тежер кьван иер, гуьрчег тават (руш, дишегьли); 3. пер. гзаф цицӀи, викӀегь, векъи, зиринг; цӀай, цӀун-цӀверекӀ.

    Azərbaycanca-ləzgicə lüğəti / afət

afət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) bəla, müsibət; 2) zərər, ziyan; 3) m. çox gözəl, dilbər.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

çox gözəl; dilbər; bəla, müsibət, fəlakət.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"afət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#afət nədir? #afət sözünün mənası #afət nə deməkdir? #afət sözünün izahı #afət sözünün yazılışı #afət necə yazılır? #afət sözünün düzgün yazılışı #afət leksik mənası #afət sözünün sinonimi #afət sözünün yaxın mənalı sözlər #afət sözünün əks mənası #afət sözünün etimologiyası #afət sözünün orfoqrafiyası #afət rusca #afət inglisça #afət fransızca #afət sözünün istifadəsi #sözlük