agentl sözü azərbaycan dilində

agentl

Yazılış

  • agentl • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (ing. United States Agency for International Development; USAID) — ABŞ hökumətinin xarici yardım təşkilatı. == Tarix == USAID-in tarixi İkinci dünya müharibəsindən sonra Avropanın yenidən qurulmasına dair Marşal planından və prezident Trumen administrasiyasının Dördüncü Bənd Proqramından başlamışdır. 4 sentyabr 1961-ci ildə ABŞ Konqresinin qəbul etdiyi Xarici Yardım Aktına əsasən iqtisadi yardım proqramlarını idarə etmək üçün agentliyin yaradılmasını nəzərdə tuturdu. Həmin akta müvafiq olaraq 3 noyabr 1961-ci ildə prezident Con Kennedi USAID-in təsisi haqqında sənəd imzalamışdır. 2005-ci ildə USAID təmsilçiləri təxribatçı fəaliyyətə görə Eritreyadan da qovulublar. Son 5 il ərzində Efiopiya, Rusiya və Belarus öz ərazilərində USAID nümayəndələrinin fəaliyyətini dayandırıblar. == Əsas diqqəti == USAID-in əsas diqqəti uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlib. Proqramları kənd təsərrüfatı və ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardıma dəstək göstərir. ABŞ-nin əsas kəşfiyyat orqanı olan Mərkəzi Kəşfiyyat İdarəsi bir çox hallarda öz əməliyyatlarını həyata keçirərkən USAID-dən pərdələnmək üçün istifadə edir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (ing. United States Agency for International Development; USAID) — ABŞ hökumətinin xarici yardım təşkilatı. == Tarix == USAID-in tarixi İkinci dünya müharibəsindən sonra Avropanın yenidən qurulmasına dair Marşal planından və prezident Trumen administrasiyasının Dördüncü Bənd Proqramından başlamışdır. 4 sentyabr 1961-ci ildə ABŞ Konqresinin qəbul etdiyi Xarici Yardım Aktına əsasən iqtisadi yardım proqramlarını idarə etmək üçün agentliyin yaradılmasını nəzərdə tuturdu. Həmin akta müvafiq olaraq 3 noyabr 1961-ci ildə prezident Con Kennedi USAID-in təsisi haqqında sənəd imzalamışdır. 2005-ci ildə USAID təmsilçiləri təxribatçı fəaliyyətə görə Eritreyadan da qovulublar. Son 5 il ərzində Efiopiya, Rusiya və Belarus öz ərazilərində USAID nümayəndələrinin fəaliyyətini dayandırıblar. == Əsas diqqəti == USAID-in əsas diqqəti uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlib. Proqramları kənd təsərrüfatı və ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardıma dəstək göstərir. ABŞ-nin əsas kəşfiyyat orqanı olan Mərkəzi Kəşfiyyat İdarəsi bir çox hallarda öz əməliyyatlarını həyata keçirərkən USAID-dən pərdələnmək üçün istifadə edir.
APA informasiya agentliyi
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir.2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb.Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Adventist İnkişaf və Yardım Agentliyi
Adventist İnkişaf və Yardım Agentliyi — fərdi və ictimai inkişafla fəlakətlər zamanı yardım təmin etmək məqsədilə Yeddinci Gün Adventist kilsəsi tərəfindən idarə edilən humanitar qurum. Əsası 1956-cı ildə qoyulmuşdur və baş qərargahı Silver Spring, Merilend, ABŞ-də yerləşir.2004-cü ildə ADRA 24 milyona yaxın insana 159 milyondan çox ABŞ dolları dəyərində yardım göstərildiyi haqqında məlumat vermişdir. İşçilərinin sayı 4000-dən çoxdur. 2007-ci ilin sonu etibarilə, 125 ölkədə fəaliyyət göstərmişdir. Forbes jurnalına görə, 2005-ci ildə ADRA Amerikanın ən böyük 200 xeyriyyə təşkilatı arasında olmuşdur. == Missiya == ADRA təşkilatının missiyasının ifadəsi: ADRA təşkilatı yoxsulluq şəraitində olan insanlarla işləyir və əməkdaşlıqları və məsuliyyətli fəaliyyətləri gücləndirməklə ədalətli və mesbət dəyişiklik yaratmağa çalışır. Təşkilat bildirir ki, onun mövcud olmasına səbəb ehtiyac içində olan insanların səsi olmaqla, onlara xidmət etməklə və onlarla əməkdaşlıq etməklə İsa peyğəmbərin nüməsini izləməkdir. == Məqsəd == ADRA birliklər, təşkilatlar və hökumətlərlə aşağıdakı sahələri imkişaf etdirmək məqsədilə əməkdaşlıq edir: Ərzaq Təhlükəsizliyi İqtisadi İnkişaf İlkin Səhiyyə xidməti Fövqəladə vəziyyətin idarə edilməsi Əsas təhsilADRA təşkilatının məlumatına görə, o, insanlara etnik, siyasi və ya dini cəhətdən fərq qoymadan xidmət göstərir. Üstünlük isə əlil insanlara, uşaqlara və yaşlı vətəndaşlara verilir. Təşkilatın ekspertiza sahələrinə daxildir: Təhsil, Fövqəladə hallar, Ərzaq/qidalanma, İİV/QİÇS, Səhiyyə, Qaçqınlar və Məcburi Köçkünlər, Sığınacaq, treninq və inkişaf, Su və kanalizasiya sistemi, Qadınlar, Uşaqlar, Monitorinq və Qiymətləndirmə, Proqram idarəsi və Təhlükəsizlik.
Adventist İnkişaf və Yardım Agentliyi (AİYA)
Adventist İnkişaf və Yardım Agentliyi — fərdi və ictimai inkişafla fəlakətlər zamanı yardım təmin etmək məqsədilə Yeddinci Gün Adventist kilsəsi tərəfindən idarə edilən humanitar qurum. Əsası 1956-cı ildə qoyulmuşdur və baş qərargahı Silver Spring, Merilend, ABŞ-də yerləşir.2004-cü ildə ADRA 24 milyona yaxın insana 159 milyondan çox ABŞ dolları dəyərində yardım göstərildiyi haqqında məlumat vermişdir. İşçilərinin sayı 4000-dən çoxdur. 2007-ci ilin sonu etibarilə, 125 ölkədə fəaliyyət göstərmişdir. Forbes jurnalına görə, 2005-ci ildə ADRA Amerikanın ən böyük 200 xeyriyyə təşkilatı arasında olmuşdur. == Missiya == ADRA təşkilatının missiyasının ifadəsi: ADRA təşkilatı yoxsulluq şəraitində olan insanlarla işləyir və əməkdaşlıqları və məsuliyyətli fəaliyyətləri gücləndirməklə ədalətli və mesbət dəyişiklik yaratmağa çalışır. Təşkilat bildirir ki, onun mövcud olmasına səbəb ehtiyac içində olan insanların səsi olmaqla, onlara xidmət etməklə və onlarla əməkdaşlıq etməklə İsa peyğəmbərin nüməsini izləməkdir. == Məqsəd == ADRA birliklər, təşkilatlar və hökumətlərlə aşağıdakı sahələri imkişaf etdirmək məqsədilə əməkdaşlıq edir: Ərzaq Təhlükəsizliyi İqtisadi İnkişaf İlkin Səhiyyə xidməti Fövqəladə vəziyyətin idarə edilməsi Əsas təhsilADRA təşkilatının məlumatına görə, o, insanlara etnik, siyasi və ya dini cəhətdən fərq qoymadan xidmət göstərir. Üstünlük isə əlil insanlara, uşaqlara və yaşlı vətəndaşlara verilir. Təşkilatın ekspertiza sahələrinə daxildir: Təhsil, Fövqəladə hallar, Ərzaq/qidalanma, İİV/QİÇS, Səhiyyə, Qaçqınlar və Məcburi Köçkünlər, Sığınacaq, treninq və inkişaf, Su və kanalizasiya sistemi, Qadınlar, Uşaqlar, Monitorinq və Qiymətləndirmə, Proqram idarəsi və Təhlükəsizlik.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi — Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturuna daxil olan qurumdur. == Tarixi == 16 iyul 2009-cu ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 iyun 2012-ci il il Fərmanı ilə yaradılıb.Şirkət Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əsasında yaradılıb. Ləğv edilmiş Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əmlakı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə verilib. Şirkətin yenidən təşkili və (və ya) ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilirdi. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 01 fevral tarixli, 810 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla agentlik ləğv olunub.22 sentyabr 2020-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında və "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. == Vəzifələri == müvafiq sahədə normativ hüquqi aktların layihələrinin, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, hazırlanmış layihələrə dair rəy və təkliflərini Nazirliyə təqdim etmək; dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahədə fəaliyyətini əlaqələndirmək; Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlərlə bağlı Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək; Azərbaycan Respublikasının ayrı-ayrı regionları üzrə bərpa olunan enerji mənbələrinin potensialını və onlardan istifadə üçün əsas istiqamətləri müəyyənləşdirmək; müvafiq sahədə məlumatların toplanılmasını, emalını, saxlanılmasını və paylaşılmasını təmin edən bərpa olunan enerji mənbələrinə dair elektron məlumat sistemini yaratmaq; bərpa olunan enerji mənbələri üzrə ölçmə müşahidə avadanlığının quraşdırmasını və istismarını təmin etmək, Nazirliyin müəyyən etdiyi qaydalara uyğun olaraq toplanılmış və emal edilmiş məlumatlardan istifadəni təşkil etmək; müvafiq sahədə mühəndis-axtarış, kəşfiyyat, layihələndirmə işlərinin aparılmasını, perspektivli layihələrin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasını təşkil etmək; müvafiq sahədə istehsalın və istehlakın proqnoz göstəriciləri barədə təklifləri Nazirliyə təqdim etmək; bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və dəstəklənməsi üçün müvafiq fondlar yaradılması, yeni energetika obyektlərinin layihələrinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; müvafiq sahənin investisiya qoyuluşu üçün cəlbediciliyinin təmin edilməsi, habelə dəstək mexanizmlərinin tətbiqi qaydalarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, təkliflər vermək və qəbul olunmuş qərarların icrasını təmin etmək; bərpa olunan enerji mənbələri üzrə potensiala malik ərazilərin müəyyənləşdirilməsini və prioritetləşdirilməsini təmin etmək, prioritetləşdirilmiş ərazilərdə elektrik enerjisi istehsalı ilə bağlı Nazirliyə təkliflər vermək, seçilmiş ərazilərin investorlara təqdim edilməsi üçün hazırlıq işlərini həyata keçirmək; bərpa olunan enerji mənbələri potensialı olan ərazilərdə torpaq sahələrindən (su obyektlərindən) səmərəli istifadə ilə bağlı Nazirliyə təkliflər vermək, onların qorunması üçün tədbirlər görmək, bərpa olunan enerjidən istifadə potensialının qiymətləndirilməsi üzrə monitorinqlər keçirmək; elektrik enerjisinin satın alınması müqaviləsi əsasında həyata keçirilən bərpa olunan enerji mənbələri layihələrinin icrası ilə bağlı monitorinq aparmaq və nəticələri barədə Nazirliyə məlumat vermək; bərpa olunan enerjinin istehsalı, ötürülməsi (nəqli), paylanması sistemlərinin optimallaşdırılması və səmərəli istifadəsi üçün Nazirliyə təkliflər vermək, həyata keçirilən tədbirlərdə iştirak etmək; müvafiq sahədə tariflərin formalaşdırılmasında və tariflərin müəyyənləşdirilməsi metodologiyasının hazırlanmasında iştirak etmək, tariflərin təkmilləşdirilməsi və tətbiqi ilə bağlı təkliflər vermək; müvafiq sahədə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, insanların həyatına, sağlamlığına və dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər vura bilən avadanlıq və qurğulardan istifadənin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərdə iştirak etmək; bərpa olunan enerji mənbələrindən enerji resurslarının istehsalı, ötürülməsi, paylanması və istehlakı sahəsində texnoloji itkilərin və enerji sərfinin azaldılmasına yönələn tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək, ölkənin enerji təhlükəsizliyinin təmin olunması tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; müvafiq sahədə innovasiya fəaliyyətinin təşkili, innovasiyaların inkişafı və tətbiqi istiqamətində Nazirliyə təkliflər vermək, qəbul edilmiş qərarların icrasında iştirak etmək; bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərdə iştirak etmək; qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək; müvafiq sahədə sərgilər keçirilməsini təşkil etmək; müvafiq sahədə elmi tədqiqat, tədris və sınaq işlərinin həyata keçirilməsi məqsədilə infrastruktur yaratmaq və müasir avadanlığın, texnologiyaların, texniki və digər vasitələrin alınmasını və onlardan istifadəni təşkil etmək; dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək; Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək; öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək; Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək; Agentliyin fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. == Fəaliyyəti == müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir; müvafiq sahənin inkişafı və bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadənin təmin edilməsi üçün tədbirlər görür; müvafiq sahədə fəaliyyətin təşkilinin və tənzimlənməsinin təmin edilməsi üçün tədbirlər görür; müvafiq sahənin investisiya cəlbediciliyini artırmaq üçün tədbirlər görür. == Strukturu == Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi — Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında yaradılmışdır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti — antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, açıq məkan istisna olmaqla reklam fəaliyyəti, standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən qurumdur. == Haqqında == Azərbaycanda ilk dəfə Prezidentin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. Həmin ilin avqustunda Komitənin Əsasnaməsi təsdiq olunub.Həmin ildə Bazar İqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilib. Prezident "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalayıb. 2001-ci ildə milli lider Heydər Əliyevin fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2001–2006-cı illər ərzində prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və normativ sənədləri ilə Departamentin vəzifə və səlahiyyətləri xeyli dərəcədə genişlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf nazirliyi yanında icra hakimiyyəti orqanı statusunda Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə verilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Daha sonra antiinhisar fəaliyyəti, haqsız rəqabət, təbii inhisarlar, reklam, istehlak bazarına nəzarətlə bağlı səlahiyyətlər qurumun tabeliyinə verilib.
Aqrar Kredit və İnkişaf Agentliyi
Aqrar Kredit və İnkişaf Agentliyi — Azərbaycandan kənd təsərrüfatının dəstəklənməsi ilə məşğul olan dövlət orqanı. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 2004-cü il 23 oktyabr tarixli, 467 nömrəli Sərəncamına əsasən aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsini və təyinatı üzrə istifadəsini təmin edən icra hakimiyyəti orqanı — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yaradılmışdır.
Aqrar Xidmətlər Agentliyi
Aqrar Xidmətlər Agentliyi-Azərbaycan Respublikası Prezidenti 2019-cu il 14 yanvar tarixli 467 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”si təsdiq olunmuşdur. Aqrar Xidmətlər Agentliyi ölkədə heyvan və bitki sağlamlığı, seleksiya nailiyyətləri, toxumçuluq, nəqliyyat vasitələri və digər kənd təsərrüfatı texnikası ilə bağlı dövlət xidmətlərinin təşkilini, habelə seleksiya nailiyyətləri, toxumçuluq və kənd təsərrüfatı texnikası sahələrində dövlət nəzarətini həyata keçirir. == Fəaliyyəti == AXA qarşısında duran əsas hədəflər: heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması, bitki sağlamlığı, bitkiçilikdə məhsuldarlığın artırılması sahələrində fitosanitar, o cümlədən aqrokimyəvi xidmətlərin təşkilində, seleksiya nailiyyətlərinin qeydiyyatını və mühafizəsində, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsində və toxumçuluğa dövlət nəzarətində, eləcə də kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılmasında, texniki vəziyyətinə və istismarına dövlət nəzarətini innovativ üsulları tətbiq etməklə həyata keçirməkdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik
Beynəlxalq Atom Enerjisi Agentliyi (ing. International Atomic Energy Agency) və ya qısaca BAEA (ing. IAEA) — BMT-nin ixtisaslaşdırılmış agentliyi. Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA), nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla, onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır. == Təşkilatın yaradılması == BAEA, 29 iyul 1957-ci ildə müstəqil bir təşkilat kimi yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatından öz beynəlxalq müqaviləsi ilə qurulmuş olsa da, statusuna görə həm Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, həm də Təhlükəsizlik Şurasına məlumat verir. == Fəaliyyəti və məqsədləri == Beynəlxalq Atom Enerjisi Agentliyinin Avstriyanın Vyana şəhərində qərargahı var. Beynəlxalq Atom Enerjisi Təşkilatının Toronto, Kanada və Yaponiyanın Tokio şəhərində yerləşən iki "Regional Təhlükəsizlik Təşkilatları Ofisləri" var. Beynəlxalq Atom Enerjisi Agentliyinin Nyu-Yorkda, ABŞ-də və İsveçrənin Cenevrə şəhərində yerləşən iki əlaqə bürosu var. Bundan əlavə, AEBA Seibersdorf, Avstriya, Monako və Triest şəhərlərində yerləşən laboratoriya və tədqiqat mərkəzlərinə malikdir.
Avropa Kosmik Agentliyi
Avropa Kosmik Agentliyi (ing. European Space Agency, ESA) — 1975-ci ildə kosmosun tədqiq üçün yaradılmış beynəlxalq təşkilat. ЕSА-nın 22 daimi üzvü var, bəzi layihələrində Sloveniya, Latviya və Kanada da iştirak edirlər.
AzPress Informasiya Agentliyi
AzPress Informasiya Agentliyi — Azərbaycanın 2006-cı ildə yaradılmış informasiya agentliyidir. Agentliyin təsisçi-redaktoru fotojurnalist Rasim Sadıxovdur. == Tarixi == AzPress İnformasiya Agentliyi 2006-cı ildə fotojurnalist Rasim Sadıxov tərəfindən təsis edilmişdir. Rasim Sadıxovun 13 il öncə təsis etdiyi "AzPress" İnformasiya Agentliyi qısa vaxtda oxucularda, tamaşaçılarda böyük maraq yaratdı. Bütün bu illərdə bu informasiya agentliyi Azərbaycan Dövləti və dövlətçiliyi üçün çox böyük işlər görüb. Bu illər ərzində agentlik bir çox mükafatlara layiq görülüb. Bu informasiya agentliyi məhz Rasim Sadıxovun böyük zəhmətinin sayəsində Azərbaycan həqiqətlərini tez və operativ formada dünya oxucularına və tamaşaçılarına çatdıran agentliklərdən biridir. Həm də özünün maraqlı informasiyalarına, orijinal videolarına görə ən çox oxunan və baxılan agentliklərdən biridir AzPress İnformasiya Agentliyi. Bütün bunlar da bir daha jurnalist kimi Rasim Sadıxovun əsl peşəkarlığının bir sübutudur. == İstinadlar == 1.
AzərFoto Foto-İnformasiya Agentliyi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi — Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəm dövlət orqanı. == Haqqında == “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına ​əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. == Rəhbər == Azərbaycan Prezidentinin 21 dekabr 2017-ci il tarixində imzaladığı sərəncam ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edildi.
Azərbaycan Dövlət Teleqraf Agentliyi
Azərbaycan Dövlət İnformasiya Agentliyi və ya qısaca AZƏRTAC — Azərbaycanın milli informasiya agentliyi; yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyi. İdarə Heyətinin sədri Vüqar Əliyevdir. == Tarixi == 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Agentlik sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. AZƏRTAC rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində dəqiq və operativ informasiya buraxır. AZƏRTAC İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), Rompress Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), Bernama (Malayziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası), AGI (İtaliya), QNA (Qətər), ELTA (Litva), TELAM (Argentina), PAP (Polşa), SPA (Səudiyyə Ərəbistanı), Asia Pulse Ltd. (Avstraliya), VNA (Vyetnam), BERNAMA (Malayziya), WAM (Birləşmiş Ərəb Əmirlikləri), WAFA (Fələstin), TDX (Türkmənistan), STA (Sloveniya), JİJİPRESS (Yaponiya), EFE (İspaniya), IP (Paraqvay), BNA (Bəhreyn) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyi
Azərbaycan Dövlət İnformasiya Agentliyi və ya qısaca AZƏRTAC — Azərbaycanın milli informasiya agentliyi; yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyi. İdarə Heyətinin sədri Vüqar Əliyevdir. == Tarixi == 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Agentlik sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. AZƏRTAC rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində dəqiq və operativ informasiya buraxır. AZƏRTAC İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), Rompress Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), Bernama (Malayziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası), AGI (İtaliya), QNA (Qətər), ELTA (Litva), TELAM (Argentina), PAP (Polşa), SPA (Səudiyyə Ərəbistanı), Asia Pulse Ltd. (Avstraliya), VNA (Vyetnam), BERNAMA (Malayziya), WAM (Birləşmiş Ərəb Əmirlikləri), WAFA (Fələstin), TDX (Türkmənistan), STA (Sloveniya), JİJİPRESS (Yaponiya), EFE (İspaniya), IP (Paraqvay), BNA (Bəhreyn) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) — Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxs. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin "Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında" yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülmüşdür.Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələri Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əsas fəaliyyət istiqamətləri olaraq müəyyənləşdirilmişdir. Agentliyin fəaliyyəti üçün "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Elektrik və istilik stansiyaları haqqında" qanunlara dəyişiklik edilərək Agentliyə müvafiq qurumlar tərəfindən haqq ödənilməsi üçün hüquqi baza yaradılmış, Energetika Nazirliyi tərəfindən həmin haqların ödənilməsi qaydası müəyyən edilmiş, Agentliyin ştat cədvəli və xərclər smetası Energetika Nazirliyinin 1 mart 2018-ci il tarixli, 26 nömrəli Əmri ilə təsdiq edilmiş və Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlamışdır. Nizamnaməyə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanı ilə "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilmişdir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların işlənib-hazırlanması və həyata keçirilməsi prosesi Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək" layihəsi çərçivəsində müasir beynəlxalq standartlara və qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanılaraq aparılır.Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 regional filialı fəaliyyət göstərir.Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirir.Agentlik idarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən: energetika naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun iki müavinindən ibarətdir.İdarə Heyətinin sədri Samir Axundov, sədr müavinləri isə Rövşən İsmayılov və Ramin Babayevdir.AERA Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.
Azərbaycan ISBN agentliyi
Azərbaycan ISMN agentliyi
Azərbaycan Milli Aerokosmik Agentliyi
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsini təmin edir. Agentliyin vəzifəsi həmçinin xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin etməkdir. == Tarixi == Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 13 iyul 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmışdır. Həmin ilin sentyabrın 5-də prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olundu. Agentliyin fəaliyyətə başlaması 29 dekabr 2012-ci ilə təsadüf edib. 2014-cü ilin 13 fevralında Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat əldə edib. Həmin ilin yayında Agentliyin tabeliyində olan "ASAN xidmət" mərkəzləri səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə "Uğur 2013" mükafatına layiq görüldü. 2014-cü ilin sonlarında, 15 dekabrda Agentlik OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görüldü.2015-ci ildə Dövlət Agentliyin tabeliyində fəaliyyət göstərən "ASAN xidmət" BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (ing. United Nations Public Service Award 2015) layiq görülüb. Həmin ilin martın 2-də "ASAN xidmət" Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən, müxtəlif dövlətlərin 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə qalibi olub.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (əvvəlki: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yerinə yaradılmışdır. == Haqqında == 19 aprel 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. == Nizamnamə == Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, agentliyin ləğvi və yenidən təşkili təsdiq edilmişdir. == Xarici keçidlər == "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. İstifadə tarixi: 27 yanvar 2022.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi — qida təhlükəsizliyinin tənzimlənməsini təmin etmək üçün yaradılmış dövlət qurumu. Qoşqar Təhməzli prezidentin 25 dekabr 2017-ci il tarixli sərəncamı ilə agentliyin sədri vəzifəsinə təyin edilmişdir. == Fəaliyyəti == müvafiq sahədəki mövcud vəziyyəti təhlil etmək, dövlət tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və təqdim etmək; müvafiq sahədəki tənzimləmə fəaliyyətindən irəli gələn vəzifələri yerinə yetirmək; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrasını təmin etmək; dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək üçün müvafiq dövlət orqanları ilə birlikdə müvafiq sahənin inkişafı ilə bağlı prioritetləri müəyyənləşdirmək; müvafiq sahədə risk təhlili, habelə risk qiymətləndirilməsi, risklərin idarəedilməsi və risk məlumatlarını aparmaq; ölkədə qida təhlükəsizliyi üçün qida məhsullarını qeydiyyata almaq, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə təmin etmək; müvafiq dövlət orqanları ilə birlikdə rasional fizioloji normaların hazırlanmasında iştirak etmək; istehlakçıların qida təhlükəsizliyinə dair tələblər barədə tam, dəqiq və yeni məlumat əldə etmələri üçün tədbirlər görmək müvafiq dövlət orqanları ilə birlikdə qida məhsullarının sınağı üçün laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər vermək; müvafiq sahədəki sahibkarlığın inkişafı və sahibkarlığa dövlət dəstəyi ilə bağlı dövlət tənzimləməsinin aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsi üçün tədbirlər görmək; əhalini insanlar və heyvanlar üçün ümumi olan xəstəliklərdən qanunla müəyyən edilmiş qaydada qorumaq; epizootik bir plan hazırlamaq və təsdiqləmək; Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının və beynəlxalq ticarətdəki digər beynəlxalq təşkilatların tələblərinə uyğun olaraq öhdəliklərin və qaydaların yerinə yetirilməsinə dair tədbirlər görmək; baytarlıq sahəsində mühasibat və hesabat, habelə heyvanlarda karantin xəstəliklərinin statistik qeydini təmin etmək; ölkədəki fitosanitar vəziyyəti araşdırmaq və bitki qorunması üçün tədbirlər görmək; fəaliyyətləri ilə əlaqəli insan hüquq və azadlıqlarını təmin etmək, pozulmalarının qarşısını almaq; fəaliyyətləri barədə dövlətin məlumatlandırılmasını, rəsmi veb saytının yaradılmasını, qanunla müəyyənləşdirilmiş dövlət məlumatlarının həmin saytda paylaşılmasını təmin etmək və bu məlumatları daim yeniləmək. Agentliyin strukturunun təkmilləşdirilməsi üçün tədbirlər görmək; Prezidentin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi — 1997-ci il 16 may tarixində yaradılan və Azərbaycan Respublikasında dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirən keçmiş mərkəzi icra hakimiyyəti orqanı. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Fərmanı ilə ləğv edilərək vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə verilmişdir. == Agentliyin tarixi == Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 16 may tarixli, 583 nömrəli Fərmanına əsasən dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirmək məqsədi ilə yaradılmış və onun vəzifələri "Dövlət satınalmaları haqqında" Qanunun 4-cü maddəsinin tələblərinə uyğun Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli, 855 saylı Fərmanı ilə təsdiq olunmuş Əsasnamə ilə müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən ilk nomativ sənəd, "Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması haqqında» Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1996-cı il tarixli, 524 nömrəli Fərmanı ilə təsdiq edilmiş, bir qədər sonra "Tender haqqında" Azərbaycan Respublikasının Qanunu 11 fevral 1997-ci ildə qəbul olunmuş və "Tender haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 7 aprel 1997-ci ildə imzalanmışdır. Göstərilən sənədlərin tətbiq olunduğu müddət ərzində Satınalmalar üzrə Dövlət Agentliyi, bu sahədə əldə olunmuş təcrübəni öyrənərək, Avropa birliyinin bir sıra ölkələrinin dövlət satınalmalarına dair mövcud sənədlərini, Dünya Bankının tövsiyələrini, Ümumdünya Ticarət Təşkilatının dövlət satınalmaları üzrə sazişlərinin müddəalarının tələblərini nəzərə almaqla yeni, "Dövlət satınalmaları haqqında" Qanun layihəsini işləyib hazırlamış, həmin Qanun layihəsi Milli Məclis tərəfindən 27 dekabr 2001-ci il tarixdə qəbul olunmuşdur. == Vəzifələri == dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirmək; Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanın yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək, dövlət satınalmalarına dair qaydaları, təlimatları, digər sənədləri hazırlamaq və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək; dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurlarını qanunla müəyyən edilmiş müddətə dayandırmaq və lazım gəldikdə satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırmaq; dövlət satınalmaları sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;[2] dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirmək, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların, sənədlərin və məlumatların ictimaiyyətə çatdırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;[3] dövlət satınalmaları üzrə illik hesabatları hazırlamaq və Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək; dövlət satınalmaları sahəsində məlumat bazasını yaratmaq; dövlət satınalmaları sahəsində xarici ölkələrin müvafiq təşkilatları ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkdaşlıq etmək; dövlət satınalma prosedurlarında mübahisəli məsələləri araşdırmaq, qanunvericiliyin tələbləri pozulduğu hallarda "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun tədbirlər görmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Baku WS İnformasiya Agentliyi
"Baku WS" — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biri. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. 5 yanvar 2004-cü il tarixində Orxan Məmmədov dostları ilə birlikdə sayt yaratmaq qərarına gəlib və beləliklə "baku.ws" saytını yaradıblar. Dostları daha sonra saytı başqalarına satmaq istəsələr də, cəmi 40 dollara Orxan saytı alıb və inkişaf etdirib. "baku.ws" saytının 2020-ci ildə olan statistikasına əsasən sayta 4 milyondan çox giriş olub. Agentliyin özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. "Baku WS" informasiya agentliyi mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir. 2013-cü ildə "baku.ws" saytı "Netty" – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk mükafatının "İlin ən yaxşı əyləncə saytı" kimi qalibi olmuşdur. 2018-ci ildən Global Media Groupa daxildir. == Tarixi == 5 yanvar 2004-cü il tarixində Orxan Məmmədov dostları ilə birlikdə sayt yaratmaq qərarına gəlib və beləliklə "baku.ws" saytını yaradıblar.

"agentl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#agentl nədir? #agentl sözünün mənası #agentl nə deməkdir? #agentl sözünün izahı #agentl sözünün yazılışı #agentl necə yazılır? #agentl sözünün düzgün yazılışı #agentl leksik mənası #agentl sözünün sinonimi #agentl sözünün yaxın mənalı sözlər #agentl sözünün əks mənası #agentl sözünün etimologiyası #agentl sözünün orfoqrafiyası #agentl rusca #agentl inglisça #agentl fransızca #agentl sözünün istifadəsi #sözlük