AHM sözü azərbaycan dilində

AHM

Yazılış

  • AHM • 50.0000%
  • ahm • 25.0000%
  • Ahm • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abış Ahməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Abş Ahməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Ahmed Touba
Ahmed Touba (fr. Ahmed Touba; 13 mart 1998, Rube) — Erediviziya təmsilçilərindən olan "Valveyk" klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Belçikalı futbolçu. Fransada doğulan futbolçu Belçikada böyümüş və Əlcəzair millisinin heyətində oynayır. == Klub karyerası == === Brügge === Touba Brügge akademiyası vasitəsilə inkişaf etmişdir. Touba öz peşəkar karyerasında debütünü 1 may 2017-ci ildə etmişdir. O, "Zülte Varegem" klubu ilə qarşılaşmada etmişdir. O, 80-ci dəqiqədə Xose İskyerdonu əvəz etmişdir. == Milli komanda == Əlcəzair əsilli futbolçu Fransada doğulub. O, gənc yaşlarında Belçikaya köçmüş və ölkənin gənclərdən ibarət milli komandasında çıxış etməyə başlamışdır. 3 iyun 2021-ci ildə Mavritaniya millisi ilə oyunda Əlcəzair millisinin formasıyla meydana çıxmışdır.
Ahmedcan Kasimi
Ahmedcan Kasimi — Uyğur xalqının mübariz oğlu, siyasətçi, dövlət xadimi. == Həyatı == Ahmedcan Kasimi İli vilayətindən olan Nadir Mahmudun oğludur. 1914-cü il aprelin 15-də Qulcan şəhərinin Toqrakoruk məhəlləsində və ya Jarkənd şəhərində doğulduğunu yazırlar. 1922-ci ildə atası Nadir Mahmud öldükdən bir neçə il sonra Qazaxıstan Respublikasının Yeddisu, yəni Semereciye vilayətinin Jarkənd şəhərində yaşayan dayısı Ömər Kasimi onu yanına aparır. O, Ahmedcanı öz familyasi ilə məktəbə yazdırır. Beləcə gələcək siyasi xadim və dövlət adamı Kasimi soyadı ilə tanınır. == Formalaşması == 1932-ci ildə Almatıda orta məktəbi bitirən Ahmedcan Kasimi iki ilə yaxın müəllimlik edir.1937-ci ildə isə Daşkəndə gedərək oradakı Orta Asiya Dövlət Universitetinin fəhlə fakültəsinə qəbul olunur. Universiteti bitirdikdən sonra diribaşlığını, ictimai-siyasi işlərdə fəallığını nəzərə alıb onu Moskvadakı Doğu Dilləri İnstitutuna oxumağa göndərirlər. Əslində bu təhsil ocağı SSRİ-nin sosialist inqilabını Doğuda yaymaq üçün yaradılmışdı. Burada oxuyanların hamısı üzərində Sovet xüsusi xidmət orqanlarının ciddi nəzarəti vardı.
Ahmet Bedevi
Manisa Tarzanı (rəsmi qeydlərə görə Ahmeddin Carlak ya da öz ifadəsi ilə Əhməd Bədəvi(türk. Ahmet Bedevi) (d. 1899 Səmərra, Osmanlı İmperiyası - ö. 31 may 1963, Manisa, Türkiyə) — Kərküklü türkman. Türkiyə Qurtuluş Savaşında döyüşdüyü üçün "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Həyatını Manisanın bütün Türkiyəyə nümunə olacaq şəkildə yaşıllaşdırılmasına həsr etmiş və minlərlə ağac əkmişdir. Spil dağında yaşayan və Manisa küçələrində yalnız şort ilə gəzən Ahmeddin Carlaka cammat 1934-cü ilin istehsalı olan "Tarzan" filmi ekranlara çıxandan sonra "Manisa Tarzanı" adını vermişlər. 1963-cü ildə vəfat etdikdən sonra Manisa əhalisinə bir əfsanəyə çevrilmiş, ildə bir çox heykəli tikilmişdir. Hər il ölüm ildönümü 31 may günündə Manisada xatirəsi üçün mərasimlər keçirilir.
Ahmet Demirok
Ahmet Demirok (türk. Ahmet Demirok; 21 avqust 1970, Kulu[d], Konya ili) — Türkiyə diplomatı. == Həyatı və təhsili == Ahmet Demirok 21 avqust 1970-ci ildə Türkiyənin Konya şəhərində anadan olmuşdur. O, Orta Şərq Texniki Universiteti İqtisadi və İdarəetmə Fakültəsinin Dövlət İdarəetmə Bölməsinin məzunudur. == Fəaliyyəti == === Diplomatik fəaliyyəti === 1993-cü ildə Türkiyə Xarici İşlər Nazirliyində təcrübəçi məmur olaraq işə başlayıb. 1997–1999-cu illər arasında Komotininin Baş Konsulluğunda Konsul Köməkçisi, 1999–2002-ci illərdə Kanberra Səfirliyində Üçüncü və İkinci Katib, 2002–2004-cü illərdə Baş Katib, 2004–2006-cı illərdə Bratislava Səfirliyində Baş Katib, 2006–2008-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Vyana Ofisində Türkiyənin birinci katibi və daimi nümayəndəsinin müavini, 2008–2010-cu illərdə Nazirlərin Xüsusi Məsləhətləri Departamentinin direktoru vəzifəsində çalışıb. 2010–2013-cü illərdə Londonda Baş Konsulluq etmiş 1 oktyabr 2013–28 fevral 2017-ci il tarixlərində Dohada Türkiyə Cümhuriyyətinin səfiri olmuşdur. 20 iyun 2017-ci il tarixində Resim Gazete-də dərc olunmuş kabinet fərmanı ilə Dövlət Qulluqçuları Etik Şurasının üzvü təyin edilib. 9 dekabr 2020-ci ildə Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilsə də, bu təyin gerçəkləşmədi və onun əvəzinə Cahid Bağçı bu vəzifəyə təyin olundu.
Ahmet Haluk Dursun
Ahmet Haluk Dursun (1957, Hereke[d], Kocaeli ili – 19 avqust 2019, Ərciş, Van vilayəti) — Türk tarix professoru və bürokrat. == Təhsili və akademik karyeri == Ahmet Haluk Dursun Qalatasaray liseyini bitirib. İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Son Çağ və Türkiyə Respublikası tarixi kürsüsündən məzun olub. Bundan sonra Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsində köməkçi olaraq işə başladı. Mərmərə Universitetində müasir dövrün tarixi üzrə magistr və doktorluq dərəcələrinə yiyələnib. == Cəmiyyətdə tutduğu vəzifələr == İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət A. Ş. Ümumi Müdir müşaviri olaraq Miniatürk Proyektinin hazırlanmasında vəzifə almış, Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Turing və Avtomobil Təşkilatının İdarə heyəti üzvlüyünə təyin edilmiş, 2005–2006-cı illər ilə 2011-ci illər tarixlərində eyni təşkilatda prezident Vekilliyi vəzifəsini icra etmişdi. 2007-ci ildə İstanbul İl Mədəniyyət və Turizm Müdir Köməkçisi vəzifəsini icra etmişdi. 2006–2012-ci illərdə Ayasofya Muzeyinin prezidenti, 2009–2011-ci illərdə Ayasofya Muzeyinin direktoru vəzifələrində çalışmışdır. 2012-ci ilin iyul ayından etibarən 2014-cü ilin ortalarına qədər Topqapı Sarayı Muzeyinin direktoru təyin edilmişdi. 2012–2014 illəri arasında İstanbul Topqapı Sarayı Aşiqlər Dərnəyinin sədri seçildi.
Ahmet Kaya
Əhməd Qaya (türk. Ahmet Kaya; 28 oktyabr 1957, Malatya – 16 noyabr 2000, Paris) — türk sənətçi. == Hayatı == Əhməd Qaya 1957-ci ildə Malatyada kürd əsilli ailənin beşinci uşağı olaraq dünyaya gəlib. Əslən Adıyamanlıdır. İlk evliliyindən Çiğdəm, ikinci evliliyindən isə Melis adlı 2 qızı var. == Ölümü == 11 noyabr 2000-ci ildə Parisdə infakt nəticəsində dünyasını dəyişmişdir.
Ahmet Kural
Ahmet Kural (10 noyabr 1982, Kütahya) — Türkiyə aktyoru. == Həyatı == Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur.
Ahmet Mete Işıkara
Əhməd Mete Işıqara (türk. Ahmet Mete Işıkara; 22 mart 1941, Mersin – 21 yanvar 2013, İstanbul) — Türkiyə alimi, geofizikçi və pedaqoq. == Həyatı == 22 mart 1941-ci ildə Mersində doğulub. 21 yanvar 2013-cü il tarixində İstanbulda vəfat etmişdir.
Ahmet Mümtaz Taylan
Əhməd Mümtaz Taylan — Türkiyənin məşhur aktyorlarından biri. Komediya filmlərində oynadığı rollarla tanınır.
Ahmet Nur Çebi
Ahmet Nur Çebi (d. 1959, Trabzon, Türkiyə) — türkiyəli iş adamı, Beşiktaş klubunun 34-cü prezidenti.
Ahmet Taner Kışlalı
Əhməd Tanər Qışlalı (türk. Ahmet Taner Kışlalı; 10 iyul 1939, Zilə[d], Toqat ili – 21 oktyabr 1999, Ankara) — Türkiyə politoloqu, siyasətçisi (sabiq nazir), yazıçısı və təhsil qurumu üzvü. == Həyatı == Atası Ziraat Bankı xəzinədarı Hüsnü bəy, anası isə Kilis Kemaliye ibtidai məktəb müəllimi olan Lütfiye xanımdır. Əhməd Tanər Kilis Kemaliye ibtidai məktəbindən sonra Kilis orta məktəbini və Kabataş oğlan Liseyini bitirib. Liseyi bitirdikdən sonra Ankara Universitetinin Siyasi Elmlər fakultəsinə daxil olmuş, oxuduğu müddətdə həm də “Yeni gün”-də idman jurnalistliyi etmişdir. 1962-1963-cü illərdə “ Yeni gün” qəzetində yazı işləri şöbəsinin müdiri olmuşdur. Paris Universitetində konstitusiya və siyasət elmi çərçivəsində “Müasir Türkiyədə siyasi güclər” adlı elmi işini müdafiə edərək doktorluq dərəcəsi alıb. Fransada tanış olduğu Bordolu Nikole( Nilgün Kışlalı) ilə 1968-ci ildə evlənən Kışlalının bu evlilikdən iki qızı dünyaya gəlib. Əsgərlikdən qayıtdıqda universitetə qəbul edilməmiş, Siyasi Elmlər fakultəsinə keçmişdir. 1972-ci ildə dosent adını almışdır.
Ahmet Özhan
Əhməd Özxan (türk. Ahmet Özhan; 26 avqust 1950, Şanlıurfa) – Türk musiqiçi.
Ahmet Ümit
Ahmet Ümit (1960[…], Qaziantep) — Türkiyə şairi və yazıçısı. Daha çox kriminal janrında olan romanları ilə tanınmışdır. == Həyatı == === Kommunist dövr === Ahmet Ümit 1960-cı ildə Türkiyənin Qaziantep şəhərində 7 uşaqlı ailənin ən kiçiyi kimi anadan oldu. Atası xalça satıcısı, anası dərzi idi. İbtidai təhsilindən sonra Qaziantep Atatürk Liseyinə girdi. 14 yaşında siyasi baxışına görə 24 dostu ilə birlikdə Qaziantepin xaricinə sürgün edilmiş və təhsilini Diyarbəkirin Erqani ilçəsində tamamlamışdır.1979-cu ildə Mərmərə Universitetinə daxil oldu. Tələbəlik illərində tanış olduğu Vildan xanım ilə evliliyindən Gül adında bir qızı oldu (1981). 1980-ci il çevrilişindən sonra Ahmet Ümit kommunist dərnəklərdə işləməyə başladı. 1982-ci ildə "Ana Yasaya yox" kampaniyasına qatıldı. Divarlarda afişa yapıştırarkən həbs olunan dostları üçün hekayə şəklində yazdığı əsər təxəllüsü "K. Yalçın" imzası ilə əvvəlcə "Atılım" jurnalında, daha sonra Praqada 40 dildə nəşr olunan "Sülh və Sosializm Problemləri" jurnalında çap olundu.
Ahmos-Nefertari
Ahmos-Nefertari (təq. e.ə. 1562, Teben – təq. e.ə. 1495) — Qədim Misirin Qədim dövrünün XVIII sülaləsinə aid qadın, Misirin xilaskarı I Ahmosun arvadı eyni zaman da bacısı, "XVIII sülalənin nənəsi" sayılan Tetişerin nəvəsi, I Amenofisin anası, hemet neçer "tanrının arvadı" titulunun daşıyıcısı.
Ahmədsər Gürab
Əhmədsərgurab — İranın Gilan ostanında yerləşən şəhər.
Bella Ahmadulina
Bella (İzabella) Ahatovna Axmadulina (rus. Бе́лла (Изабе́лла) Аха́товна Ахмаду́лина; 10 aprel 1937 – 29 noyabr 2010) — Sovet və Rusiya şairəsi, yazıçı və tərcüməçisi, XX əsrin ikinci yarısında ən böyük rusiya lirik şairələrindən biri. Beynəlxalq PEN Klubunun Rusiya bölməsinin Rus PEN Mərkəzinin icraiyyə komitəsinin və A.S.Puşkin adına Təsviri incəsənət muzeyinin dostları Cəmiyyətinin üzvü, Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının fəxri üzvü. == Həyatı == 19 yaşında Qorki adına Ədəbiyyat institutuna daxil olanda Bella artıq ulduz idi. Hamı onunla tanış olmağa can atırdı. Şairə ətrafındakıları nəinki şeirləri, özünəməxsus oxumaq qaydası ilə və həm də özünə əminliyi ilə heyran edirdi. Nasir və şair Kiril Kovalci Bellanı belə xatırlayırdı: “Sanki qız kim olduğunu və rus poeziyasında nə kimi yer tutduğunu atıq bilirdi”. Bellanın poeziyasının rus ədəbiyyatına daxil olmasına heç kim şübhə eləmirdi, İosif Brodski özü şairəni lermantov-pasternak xəttnin şəksiz varisi sayırdı. Pavel Antokolskiy adlı şair-dramaturq yazırdı: “Salam, Bella adlı möcüzə!”. Məşhur sirk artisti Leonid Yengibarov tez-tez təkrarlayırdı: “Belloçka, bu işıqlı dünyada iki faciəvi kloun var, biri sənsən, biri mən”.
Beni Ahmer
Qranada əmirliyi və ya Bəni Əhmər dövləti — Əndəlus Əməvi dövləti süqut etdikdən sonra Əndəlusda 1233-cü ildə mərkəzi Qranada şəhəri olan Qranada əmirliyi quruldu. Bu dövlət də Əndəlus əməviləri kimi elm sahəsində çox irəli getmiş, dövrün ən yüksək elm mərkəzlərini yaratmışdır. Bunlardan ən əhəmiyyətlisi Qranadada Əlhambra sarayının kitabxanası idi. Qranada əmirliyi uzun müddət xristian istilasına qarşı dayanmışdır. Lakin, Araqon kralı Ferdinand və Kastiliya kraliçası İzabella evlənərək vahid İspaniya dövlətinin təməlini qoydular və müsəlmanlara qarşı birləşdilər. Müqavimət göstərə bilməyən Qranada əmirliyinin son hökmdarı Abdullah Sağir Osmanlı hökmdarı II Bəyaziddən kömək istədi. II Bəyazid qardaşı Cem Sultanla bağlı problem və kifayət qədər donanmasının olmaması səbəbindən bu ölkəyə kömək edə bilmədi. Abdullah Sağir xristian krallarla bir müqavilə bağlayaraq təslim oldu. Şəhəri tərk edən Əndəlus əmirinin son dəfə ağlayaraq şəhəri seyr etdiyi qayalıq bu gün "Mavrın son nəfəsi" adı ilə məşhurdur. Bağlanan müqaviləyə və təslim şərtlərınə görə müsəlmanlarla pis davranılmamalı idi.
Bəni-Ahmər dövləti
Qranada əmirliyi və ya Bəni Əhmər dövləti — Əndəlus Əməvi dövləti süqut etdikdən sonra Əndəlusda 1233-cü ildə mərkəzi Qranada şəhəri olan Qranada əmirliyi quruldu. Bu dövlət də Əndəlus əməviləri kimi elm sahəsində çox irəli getmiş, dövrün ən yüksək elm mərkəzlərini yaratmışdır. Bunlardan ən əhəmiyyətlisi Qranadada Əlhambra sarayının kitabxanası idi. Qranada əmirliyi uzun müddət xristian istilasına qarşı dayanmışdır. Lakin, Araqon kralı Ferdinand və Kastiliya kraliçası İzabella evlənərək vahid İspaniya dövlətinin təməlini qoydular və müsəlmanlara qarşı birləşdilər. Müqavimət göstərə bilməyən Qranada əmirliyinin son hökmdarı Abdullah Sağir Osmanlı hökmdarı II Bəyaziddən kömək istədi. II Bəyazid qardaşı Cem Sultanla bağlı problem və kifayət qədər donanmasının olmaması səbəbindən bu ölkəyə kömək edə bilmədi. Abdullah Sağir xristian krallarla bir müqavilə bağlayaraq təslim oldu. Şəhəri tərk edən Əndəlus əmirinin son dəfə ağlayaraq şəhəri seyr etdiyi qayalıq bu gün "Mavrın son nəfəsi" adı ilə məşhurdur. Bağlanan müqaviləyə və təslim şərtlərınə görə müsəlmanlarla pis davranılmamalı idi.
I Ahmos
I Ahmos, I Yahmos (təq. e.ə. 1560 – təq. e.ə. 1525) — Misirin qədim dövrünə aid XVIII sülalənin ilk fironu, Ahmos-Nefertarinin əri. Onun fironluğu ilə başlanan Qədim dövr 500 il sürmüşdür. I Ahmos ölkəni hiksosların istilasından qurtarmışdır. I Ahmos Qədim Misirin xilaskarı olaraq tanınır. Hökmranlığı e.ə. 1550 — 1525 ci illərə təsadüf edir.
Serik Ahmetov
Serik Ahmetov (qaz. Серік Нығметұлы Ахметов; 25 iyun 1958, Temirtau[d], Karaqanda vilayəti) — Qazaxıstanın Baş naziri (2012-2014). == Həyatı == 1985-ci ildə 1993-cü ildə Karaganda Metallurgical Plant mühəndis- metallurq bitki texniki kollec bitirib, İdarə Rusiya Elmlər Akademiyasının (Moskva) məzunu O, 24 sentyabr 2012-ci ildən Qazaxıstanın baş nazir olmaq başladı. O, 2 aprel 2014-cü ildə istefa verib, iqtisadiyyat elmləri doktoru. Kərim Məsimov öz yerini aldı.
Ahmet Dursun
Ahmet Dursun (25 yanvar 1978, Helzenkirxen, Şimali Reyn-Vestfaliya) — Türkiyənin keçmiş milli futbolçusudur. Futbola "SG Wattenscheid 09" da başlayan futbolçu karyerasına 1996-cı ildə " Kocaelispor" a keçərək Türkiyədə başlayıb. 1999–2003-cü illər arasında liqa çempionluğu qazandığı Beşiktaş, karyerası ilə zirvəyə çatdı. Çin və Azərbaycanda da futbol oynayan Dursun 2014-cü ildə peşəkar karyerasına son qoyub, 2016-cı ildə həvəskar kimi futbola qayıdıb və 2018-ci ildə doğma şəhəri "Tokatspor" da futbolu tərk edib. == Klub karyerası == === Almaniya və Kocaelispor === Almaniyada əmisi Kurtuluş Şahinin dəstəyi ilə futbola başlayan Ahmet Dursun, 1995-96 mövsümündə 2. Bundesliqa komandası SG Wattenscheid 09-da iştirak etdi. 20 aprel 1996-cı ildə 1. FSV Mainz 05-ə qarşı debüt etdi. İlk mövsümündə onun dörd oyun oynamaq şansı var idi. 1996–97 mövsümündə Mustafa Dənizlinin rəhbərliyi altında SG Wattenscheid 09 komandasından " Kocaelispor" a transfer olunub və bu müddət ərzində gənclərdən ibarət milli komandaya çağırılıb.
Ahmet Tarık Tekçe
Ahmet Tarık Tekçe (15 dekabr 1920, Konstantinopol – 4 oktyabr 1964, Karabük) — türk kino aktyoru. == Həyatı == Ahmet Tarık Tekçe 1920-ci il dekabrın 15-də İstanbulda anadan olub. Atası ağır cinayət hakimi Hikmət bəy idi. O, xatirələrində dörd qardaş olduqlarını, 5 yaşında ikən məhəllə məktəbinə başladığını və həmin il məhəllədə vəbaya tutulan 40 uşaqdan yeganə sağ qalanın özü olduğunu söyləyib. Qardaşlarından biri də 350-dən çox filmdə rol aldığı bildirilən aktyor Necip Tekçedir. Memduh Ün, filmlərdə kiçik rollar oynamağa başlamazdan əvvəl futbolçu olan Necip Tekçedən başqa, jurnalist Cemil Tekçenin qardaşı olduğunu bildirir. Qalatasaray Liseyi məzunu olan Tekçe, Mətin Toker ilə sinif yoldaşıdır. Atasının təşəbbüsləri ilə Dənizyollarının Camialtı Atelyesində və Haliç Mayak Əhali İdarəsində çalışmış, sonralar 'Pəndispanya' adı ilə 'Adalar-Paravan' adlı yumoristik qəzet çıxarmışdır. Böyükada əsilli Tekçenin ilk filmi olan 'Tuzak' filminə görə 'Adalar' qəzetini satdığı bildirilir. Tekçe, 1948-ci ildə filmlərə başladı.
Ahmet Yener
Əhməd Yener (türk. Ahmet Yener; 1966, Ankara) — Türkiyə hüquqşünası. Türkiyə Yüksək Seçki Komissiyasının sədri (26 yanvar 2023 – h.h). == Həyatı və karyerası == 13 aprel 1966-cı ildə Beypazarında doğuldu. Ankara İmam Xətib Liseyi və İstanbul Universitetinin Hüquq fakültəsini bitirdi. Ankara hakim namizədi kimi karyerasına başladı. Sırası ilə Baykan, Yığılca, Sivrihisar, Osmaniye ve Kırıkkale hakimi vəzifələrində çalışdı. 22 dekabr 2011-ci ildə Ali Məhkəmənin üzvlüyünə seçildi. O, Ali Məhkəmənin 21-ci Mülki Kollegiyasının üzvüdür. 16 yanvar 2020-ci ildə Yüksək Seçki Komissiyasına üzv seçildi və 24 yanvarda fəaliyyətə başladı.

Oxşar sözlər

#ahm nədir? #ahm sözünün mənası #ahm nə deməkdir? #ahm sözünün izahı #ahm sözünün yazılışı #ahm necə yazılır? #ahm sözünün düzgün yazılışı #ahm leksik mənası #ahm sözünün sinonimi #ahm sözünün yaxın mənalı sözlər #ahm sözünün əks mənası #ahm sözünün etimologiyası #ahm sözünün orfoqrafiyası #ahm rusca #ahm inglisça #ahm fransızca #ahm sözünün istifadəsi #sözlük