Ahşeri sözü azərbaycan dilində

Ahşeri

Yazılış

  • Ahşeri • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ahşeri
Ahşeri – Manna dövlətinin hökmdarı. Ahşerinin dövründə Manna xeyli güclənərək tam müstəqil xarici siyasət yeritmiş, eyni zamanda Azərbaycana gəlmiş (son tədqiqatlara görə geri qayıtmış) skif – sak tayfaları ilə ittifaqa girərək Ön Asiyanın ən güclü dövlətlərindən birinə çevrilmişdir. == Fəaliyyəti == === Skiflərlə ittifaq === Aşşurla mübarizədə Ahşeri "Mannalılar ölkəsinın əyalətlərində" yerləşən kimmerlərin və skiflərin yardımından istifadə edirdi. Asarxaddon özünü "Mannalılar ölkəsinin əhalisini, ram edilməyən kutiləri pərən-pərən salan, onları xilas edə bilməyən müttəfiq-skif İşpakayın qoşununu qılıncdan keçirən" kimi qələmə versə də Manna ona tabe olmamışdı.Aşşur allahının orakuluna verilən sorğularda Asarxaddon addımbaşı soruşur ki, atlar və qoşunla birlikdə aşşur rəisləri Midiya ölkəsindən xərac toplamağa gedəndə mannalılar onun xərac toplayanlarına hücum edəcəklərmi. Ahşerinin hakimiyyəti dövründə Aşşur əleyhinə madaylar üsyan qaldırdıqda mannalılar onlarla birlikdə çıxış etdilər. Güman edildiyi kimi Kaştaritinin başçılıq etdiyi midiyalıların birliyi xalq hərəkatı nəticəsində yaranmışdı.Kaştaritinin, mannalıların və müttəfiq kimmerlərin qoşunları Aşşurla mübarizədə qələbə çaldılar. Orakula sorğularda Kaştaritinin, kimmerlərin və mannalıların birləşmiş qoşunlarının tutmaq istədikləri müxtəlif şəhərlər sadalanır. Sorğulardan birindən görünür ki, Asarxaddon öz düşmənləri ilə danışıqlar aparmaq qərarına gəlir; məqsəd onların birliyini parçalamaq idi. O, madayların və ehtimal ki, mannalıların da yanına qasid göndərir; öz qızını skif hökmdarı Partatuaya ərə verib verməmək məsələsini müzakirə edir. Digər məlumatdan görürük ki, o kimmerləri öz tərəfinə çəkməyə cəhd göstərərək mannalılar əleyhinə çıxmaq qərarına gəlir.

Oxşar sözlər

#ahşeri nədir? #ahşeri sözünün mənası #ahşeri nə deməkdir? #ahşeri sözünün izahı #ahşeri sözünün yazılışı #ahşeri necə yazılır? #ahşeri sözünün düzgün yazılışı #ahşeri leksik mənası #ahşeri sözünün sinonimi #ahşeri sözünün yaxın mənalı sözlər #ahşeri sözünün əks mənası #ahşeri sözünün etimologiyası #ahşeri sözünün orfoqrafiyası #ahşeri rusca #ahşeri inglisça #ahşeri fransızca #ahşeri sözünün istifadəsi #sözlük