ahəng sözü azərbaycan dilində

ahəng

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ahəng • 94.6565%
  • Ahəng • 3.4351%
  • AHƏNG • 1.9084%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ahəng qanunu
Ahəng qanunu — qalın və ya incə saitlərin bir-birini izləməsi. Ahəng qanunu çox sayda Aqqlütinativ dillərində müşahidə olunur. == Nümunələr == === Türk dilləri === Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bəzən bu qanunu türk dillərinin "dəmir qanunu" adlandırırlar. Bu qanuna görə sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Hər hansısa bir sözə şəkilçi qoşulduqda həmin sözün son hecasına uyğun olaraq qoşulur; sözün son şəkilçisi incə saitlidirsə, ona uyğun olaraq incə (köynək-dən²) saitli, son şəkilçi qalın saitlidirsə, uyğun olaraq qalın (yağmur-dan²) saitli şəkilçi əlavə edilir. Yəni sözə şəkilçi əlavə edildikdə mütləq son saitin ahəngi qorunmalıdır. (İstisna olaraq bir cür yazılan şəkilçilərimiz bəzən ahəng qanununa tabe olmaya bilər, məsələn; xalam-gil, vətən-daş, dəftər-xana). Bu xüsusiyyətinə görə ahəng qanunu həmçinin morfonoloji hadisə də adlanır.
Kəbudər Ahəng
Kəbudər Ahəng və ya Göyrəng — İranın Həmədan ostanında yerləşən şəhər, Kəbudər Ahəng şəhristanının inzibati mərkəzi. Əhalisi Azərbaycan türklərindən, əslən Qaragözlü oymağının Hacılar tayfasındandır və azərbaycan dilində danışırlar.2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 19216 nəfər və ya 4940 ailədən ibarət idi.
Kəbudər Ahəng şəhristanı
Kəbudərahəng (Göyrəng) şəhristanı — İranın Həmədan ostanında şəhristanlarından. Paytaxtı Kəbudər Ahəng şəhəridir. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,919 nəfər və 32,178 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Azərbaycan dilində ki adı "Kəvrəng"dir ki, su axınları deməkdir.
Ahəngyol
Ahəngyol — dünyanın vəhdətdə olduğunu əsas tutaraq bütün sahələrdə elmi tədqiqatların ahəng məntiqi ilə, ahəng meyarları üzərində aparılmasını, elmdən yalnız ahəngə xidmət prinsipi ilə istifadəni zəruri sayan elmi-fəlsəfi konsepsiya. Hər hansı sahədə aparılan tətqiqatlar geniş mənada ahəngin pozulmasına yol açırsa, həmin tətqiqatların tətbiqinin ən azı müvəqqəti olaraq (onun ahəngə xidmət edəcəyi vaxta qədər) dayandırılmasını məqsədəuyğun bilir. "Ahəngyol" elmini sosioloq Əhməd Qəşəmoğlu 1990-cı illərdə tamamlamışdır. "Ahəngyol" elmi Şərq və Qərb fəlsəfəsinin bir-birini tamamlayaraq tədqiqata cəlb olunması, dini kitabların fəlsəfi yöndən öyrənilməsi və sistemli yanaşma metodlarından dərindən istifadə əsasında yaradılıb. Bu elmin əsas müddəaları "Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri (Ahəngyol elminə giriş)" monoqrafiyasında əks olunub. Kaliforniyadakı Berkli Universitetinin professoru Lütfi Zadə onun kəşf etdiyi "Ahəngyol" elmini 2011-ci ildə dünyanın aparıcı alimləri arasında müzakirəyə təqdim etmişdir. Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu elm dünyanın bir sıra nüfuzlu alimlərinin diqqətini cəlb edib, onların müzakirə obyektinə çevrilib: "Lütfi Zadə bu elmi dünyanın aparıcı alimlərinin dəyərli elmi ideyaları müzakirə etdiyi "BİSC" saytında müzakirəyə çıxarıb. Bu xüsusi sayt müasir elmin zirvələrindən biri sayılır və "Ahəngyol"un burada müzakirəyə çıxarılması həm Azərbaycan elminin, həm də ümumilikdə fəlsəfə, sosiologiya elminin uğurudur". == Mənbə == Əhməd Qəşəmoğlu. "Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri (Ahəngyol elminə giriş)", Bakı, 2008 == İstinadlar == == Xarici keçidlər == Ahəngyol elmi haqda Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Tanınmış sosioloq Əhməd Qəşəmoğlunun "Ahəngyol" adlı elmi-fəlsəfi konsepsiyası dünyada əks-səda doğurub Azərbaycanlı QHT sədrinin dünya elminə yeni töhfəsi Azərbaycan aliminin nailiyyəti Əhməd Qəşəmoğlu.
Ahəngər Məhəllə (Mazandaran)
Ahəngər Məhəllə — İranın Mazandaran ostanında kənd..

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.58 dəfə / 1 mln.
2004 ••••••• 0.34
2006 ••••••••••••• 0.68
2007 •••• 0.21
2008 ••••• 0.24
2009 ••••••••••••••• 0.80
2010 •••••••••••• 0.64
2011 ••••• 0.26
2012 ••••••••••••••••••• 1.03
2013 ••• 0.15
2014 ••••••••••••• 0.69
2015 •••••••••••••••• 0.85
2016 •••••••••• 0.52
2017 •••••••••••• 0.65
2018 ••••••••••••••••• 0.90
2019 •••••••••••••••••••• 1.11
2020 ••••• 0.27

ahəng sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Səslər, rənglər və s. arasında uyğunluq, müvafiqət. Ahəngi pozmaq. Səslərin xoş ahəngi. Boyalarda ahəng yoxdur. – Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki, doğrudan da, cırcırama o sözləri deyirdi. S.S.Axundov. // Məc. mənada. Sabunçudan şəhərə gələn qatar küçənin ahəngini birdən-birə dəyişdirdi. M.S.Ordubadi. …Hər şey əbədi və pozulmaz bir ahənglə qəlbini oxşayır, hər şey füsunkar bir gözəlliklə ona [Firiduna] baxıb gülümsəyirdi. M.İbrahimov. 2. məc. Gözəl səs, avaz. Bu səs Jenyanın qulağında başqa bir ahənglə cingildədi. M.S.Ordubadi. [Mirzə Valeh] bülbüllərin min bir nəğməsini dinləyir, … axırda bir neçə beyt söyləyir, bu ahəngə qoşulurdu. S.Rəhimov. // Ton. Balacayev acıqlı bir ahəng ilə: – Bəs bu gün haranız ağrıyır? – deyə soruşdu. S.Rəhimov. Gəldiyev həmişə səsinə, hərəkətinə sirli bir ahəng verməyi sevərdi. Mir Cəlal. 3. Nəğmə, mahnı, hava. Səhər bülbüllər əfğanı deyil bihudə gülşəndə; Füzuli, naleyidilsuzinə ahəng tutmuşlar. Füzuli. Oxu şiddətlə bir ahəngi-hicaz; Ucadan başla, oxu bir avaz. S.Ə.Şirvani. Bizi ahənglərin şad eylər; Qəlbi yatmışları irşad eylər. A.Səhhət. ◊ Ahəng qanunu dilç. – əsasən türk dillərində: sözlərdə, həmçinin kök və şəkilçilərdə qalın saitlərin qalınları, incələrin incələri izləyib, bir-birinə uyğunlaşması hadisəsi.

    Azərbaycan dilinin izahlı lüğəti / ahəng

ahəng sözünün sinonimləri (yaxın mənalı sözlər)

ahəng sözünün rus dilinə tərcüməsi

  • 1 1. созвучие, гармония, благозвучие, ассонанс; 2. ритм; 3. согласованность;

    Azərbaycanca-rusca lüğət / ahəng
  • 2 сущ. 1. гармония, соразмерность, стройность. Rənglərin (boyaların) ahəngi гармония красок 2. благозвучие, созвучие, мелодичность. Şeirin ahəngi благозвучие стиха, notların ahəngi созвучие нот 3. ритм. Musiqi ahəngi музыкальный ритм, hərəkətin ahəngi ритм движения, işin ahəngi ритм работы 4. тон. Səsinin ahəngini dəyişmək изменить тон разговора; ahəng qanunu лингв. закон сингармонии, сингармонизм; ahəngi pozmaq нарушить гармонию, диссонировать; ahəng uyğunluğu ilə в унисон

    Azərbaycanca-rusca lüğət / ahəng

ahəng sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. harmony, accord; səslərin ahəngi the harmony of voices; rənglərin ahəngi the harmony / accord between colours; forma və məzmun ahəngi harmony between form and substance; 2. (ritm) rhythm; nitqin ahəngi rhythm of speech; motorun ahəngi rhythm of an engine; ürəyin ahəngi rhythm of heart; tarixin ahəngi rhythm of history II. s.: ahəng qanunu dilç. vowel harmony, vocal ic harmony

    Azərbaycanca-ingiliscə lüğət / ahəng

ahəng sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) harmonie f ; proportion f ; élégance f ; belles proportions fpl ; accord m ; ~ini pozmaq dissoner vi ; ~ uyğunluğu ilə à l’unisson ; səslərin ~i l’harmonie des voix ; rənglərin ~i l’harmonie (le mariage) des couleurs ; 2) consonnance f ; mélodie f ; euphonie f ; şerin ~i euphonie f de la poésie ; notların ~i mélodie f des notes ; 3) rythme m ; cadence f musiqi ~i rythme de la musique ; hərəkətin ~i cadence du mouvement ; işin ~i rythme du travail ; 4) ton m ; səsin ~ini dəyişmək changer le ton de la voix forma və məzmun ~i l’harmone de la forme et et du contenu ; nitqin ~i le rythme de la parole ; ürəyin ~i le rythme du coeur ; sif. ~ qanunu dilç. la loi de l’harmonie

    Azərbaycanca-fransızca lüğət / ahəng

ahəng sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. ванерин, рангарин ва мс. арада кутугайвал, дуьзгуьнвал; ванерин (рангарин) сад-садав кьурвал, чеб-чпив туькӀвейвал; səslərin ahəngi ванерин сад-садав кьурвал; 2. пер. иер ван, аваз; 3. мани, гьава, макьам.

    Azərbaycanca-ləzgicə lüğəti / ahəng

ahəng sözünün türk dilinə tərcüməsi

ahəng sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. bax həng3.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"ahəng" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ahəng nədir? #ahəng sözünün mənası #ahəng nə deməkdir? #ahəng sözünün izahı #ahəng sözünün yazılışı #ahəng necə yazılır? #ahəng sözünün düzgün yazılışı #ahəng leksik mənası #ahəng sözünün sinonimi #ahəng sözünün yaxın mənalı sözlər #ahəng sözünün əks mənası #ahəng sözünün etimologiyası #ahəng sözünün orfoqrafiyası #ahəng rusca #ahəng inglisça #ahəng fransızca #ahəng sözünün istifadəsi #sözlük