Akademiyasının sözü azərbaycan dilində

Akademiyasının

Yazılış

  • Akademiyasının • 98.7322%
  • akademiyasının • 1.2463%
  • AKADEMİYASININ • 0.0172%
  • AKademiyasının • 0.0043%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təbiət Tarixi Akademiyasının Muzeyi
Təbiət Tarixi Akademiyasının Muzeyi — ABŞ-nin Bruklen şəhərində muzey. ABŞ-nin Bruklen şəhərindəki Təbiət Tarixi Akademiyasının Muzeyi uşaqların asudə vaxtının səmərəli təşkili istiqamətində diqqəti cəlb edən mədəni ənənələrə malikdir. Muzey hələ 1899-cu ildə Təbiət Tarixi Akademiyasına hədiyyə şəklində verilən parkda yaradılmışdır. Parkın iki mərtəbəli binasında Bruklen muzeyinin uşaq şöbəsi fəaliyyət göstərir. Burada etnoqrafiyaya, tarixə, coğrafiyaya, təbiətşünaslıq sahəsinə marağı olan uşaqlar üçün klub və birliklər yaradılmışdır.
Litva Elmlər Akademiyasının Kitabxanası
Litva Elmlər Akademiyasının Kitabxanası (lit. Lietuvos mokslų akademijos biblioteka) — Litvanın ən iri və əhəmiyyətli akademik kitabxanasıdır. 1805-ci ildən fəaliyyət göstərən kitabxana, Litva Elmlər Akademiyasının tədqiqatçılarına və universitet tələbələrinə geniş məlumat resursları təqdim edir. == Əsas xüsusiyyətləri == Zəngin kolleksiya — kitabxanada 2 milyondan çox kitab, elmi jurnallar, əlyazmalar və digər resurslar mövcuddur. Kolleksiya, müxtəlif elmi sahələri əhatə edir, o cümlədən humanitar elmlər , sosial elmlər, təbiət elmləri və texnologiya. Tədqiqat dəstəyi — kitabxana, tədqiqatçılara elmi araşdırmalarında kömək etmək üçün məsləhət xidməti, seminarlar və müxtəlif proqramlar təqdim edir. Tədqiqatçılar üçün xüsusi təlimlər təşkil edilir. Rəqəmsal resurslar — Litva Elmlər Akademiyasının Kitabxanası, rəqəmsal mühitdə geniş resurslar təqdim edir, o cümlədən elektron kitablar, onlayn jurnallar və məlumat bazaları. İstifadəçilərə istənilən yerdən kitabxananın resurslarına çıxış imkanı verir. Xüsusi kolleksiyalar — kitabxana, Litva tarixini, mədəniyyətini və elmini əks etdirən nadir əlyazmalar və xüsusi kolleksiyalarla tanınır.
Rusiya Elmlər Akademiyasının Şərqünaslıq İnstititutu
Rusiya Elmlər Akademiyasının Şərqünaslıq İnstititutu (rus. Институ́т востокове́дения Росси́йской акаде́мии нау́к) və ya qısaca REAŞİ — Asiya və Şimali Afrikanın kompleks şəkildə öyrənilməsi sahəsində Rusiya Elmlər Akademiyasının elmi–tədqiqat institutu. İnstitutun direktoru tarix elmləri doktoru, professor, REA–nın müxbir üzvü Vitali Vyaçeslavoviç Naumkindir. İnstitut 1960–1970–ci illərdə Asiya Xalqları İnstitutu adlanırdı. 2007–ci ildə institutun Sankt–Peterburq şöbəsi əsasında Şərq Əlyazmaları İnstitutu təşkil edilmişdir.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstititutu
Rusiya Elmlər Akademiyasının Şərqünaslıq İnstititutu (rus. Институ́т востокове́дения Росси́йской акаде́мии нау́к) və ya qısaca REAŞİ — Asiya və Şimali Afrikanın kompleks şəkildə öyrənilməsi sahəsində Rusiya Elmlər Akademiyasının elmi–tədqiqat institutu. İnstitutun direktoru tarix elmləri doktoru, professor, REA–nın müxbir üzvü Vitali Vyaçeslavoviç Naumkindir. İnstitut 1960–1970–ci illərdə Asiya Xalqları İnstitutu adlanırdı. 2007–ci ildə institutun Sankt–Peterburq şöbəsi əsasında Şərq Əlyazmaları İnstitutu təşkil edilmişdir.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu
Rusiya Elmlər Akademiyasının Şərqünaslıq İnstititutu (rus. Институ́т востокове́дения Росси́йской акаде́мии нау́к) və ya qısaca REAŞİ — Asiya və Şimali Afrikanın kompleks şəkildə öyrənilməsi sahəsində Rusiya Elmlər Akademiyasının elmi–tədqiqat institutu. İnstitutun direktoru tarix elmləri doktoru, professor, REA–nın müxbir üzvü Vitali Vyaçeslavoviç Naumkindir. İnstitut 1960–1970–ci illərdə Asiya Xalqları İnstitutu adlanırdı. 2007–ci ildə institutun Sankt–Peterburq şöbəsi əsasında Şərq Əlyazmaları İnstitutu təşkil edilmişdir.
Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Energetika fakültəsi (EF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biri. == Tarixi == Azərbaycanda energetika sahəsində mütəxəssislərin hazırlanmasına 1921-ci ildə Bakı Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsində başlanıb. Fakültənin yaranması və inkişafında, elmi kadrların və ali təhsilli mütəxəssislərin hazırlanmasında təşkilatçılıq, yaradıcılıq, təşəbbüskarlıq göstərmiş görkəmli alim və pedaqoqlardan professorlar A.A. Axundov, S.N. Usatıy, B.P. Albitskiy, A.Ə. Əfəndizadə, Ç.M. Cuvarlı, B.M. Plyuş, A.A. Spirin, Ə.M. Məmmədov, K.V. Pokrovskiy, K.N. Quluzadə, Z.İ. Kazımzadə, P.B. Rüstəmzadə, F.H. Hüseynov, İ.Z. Makinskiy, Ə.C. Orucəliyev, T.S. Axundov və başqalarının adını göstərmək == Təhsil == Hazırda fakültədə 3 ixtisas üzrə bakalavr, 3 ixtisas üzrə magistr hazırlığı aparılır.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu
Akademik H.Əliyev adına Coğrafiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktoru coğrafiya elmləri doktoru, professor Zakir Eminovdur. 1937-ci ildə AMEA-da coğrafiya bölməsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanına əsasən akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Azəbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.1994-cü il tarixli, 30 saylı qərarı ilə AMEA-nın Coğrafiya İnstitutuna akademik Həsən Əliyevin adı verilmidir. 2014-2015-ci illərdə İnstitut tərəfindən hazırlanmış və dərc edilmiş “Azərbaycan Respublikasının Coğrafiyası” adlı fundamental trilogiya 2016-cı ildə ölkənin ən ali mükafatı olan Elm sahəsi üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür. == Tarixi == 1937-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında Coğrafiya bölməsi, 1945-ci ildə isə Azərbaycan EA-nın tərkibində Coğrafiya İnstitutu yaranmışdır. Bu zaman İnstitut fiziki, iqtisadi və xəritəçilik şöbələrindən ibarət olmuşdur, institutda 25 nəfər çalışmışdır.1946–1950-cı illərdə İqlimşünaslıq və Qurunun hidrologiyası şöbələri açılır.1953-cü ildə İnstitutda Xəzər dənizi şöbəsi açılır, daha sonralar bu şöbə 2 tədqiqat gəmisi ilə təchiz olunur, onun nəzdində Xəzər Elmi-Tədqiqat Stansiyası təşkil olunur. 1972-ci ildə, dünyada ilk dəfə, Xəzərin açıq hissəsində dəniz observatoriyası yaradılır. 1970-ci ildən başlayaraq İnstitutun əsas tədqiqat istiqamətlərindən biri torpaq coğrafiyası olur, Pirqulu qoruğu ərazisində stasionar tədqiqatlar laboratoriyası yaradılır.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi — Azərbaycan Gəncə şəhərində elmi tədqiqat müəssisəsi. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəzi Akademiyanın Rəyasət Heyətinin 06 oktyabr 1981-si il tarixli (Protokol ı35) qərarı ilə Qərb bölgəsində elmi tədqiqatların koordinasiyası məqsədilə yaradılmışdır. Mərkəzə Fuad Əliyev 1983-cü ildən 2012-ci ilədək rəhbərlik etmişdir. Gəncə şəhərində elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla, fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi — Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrindən biri. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq yaradılmışdır. == Strukturu == Bölmə nəzdində üç ixtisas üzrə müdafiə şurası fəaliyyət göstərir. Şuranın fəaliyyəti dövründə həm muxtar respublikada yaşayan, həm də Azərbaycanın müxtəlif regionlarından olan 40-a yaxın dissertant tarix, arxeologiya və iqtisadiyyat elmləri üzrə dissertasiyalar müdafiə etmişdir. 2003–2012-ci illərdə bölmənin 50 nəfər əməkdaşı müvəffəqiyyətlə müdafiə etmiş, 6 nəfəri elmlər doktoru, 44 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Təkcə 2010-cu ildə bölmənin 13 nəfər əməkdaşı müdafiə etmiş, alimlik dərəcəsinə layiq görülmüşdür. Hazırda bölmədə 2 akademik, 4 müxbir üzv, 5 elmlər doktoru, 50 fəlsəfə doktoru, doktorant və dissertantlar vardır.. AMEA Naxçıvan Bölməsinin "Xəbərlər" və "Axtarışlar" elmi jurnalları ildə 4 nömrə olmaqla mütəmadi olaraq işıq üzü görür. == Elmi-tədqiqat institutları və tabe qurumlar == === Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu. === === İncəsənət, Dil və Ədəbiyyat İnstitutu. ===
Azərbaycan Dövlət Neft Akademiyasının Neft-mexanika fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Neft-mexanika fakültəsi (NMF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == İlk dövrlərdə “Neft sənayesi” fakültəsinin tərkibində şöbə kimi, 1930-cu ildən isə sərbəst “Neft-mexanika” fakültəsı kimi fəaliyyət göstərir. Fakültənin yaranması və inkişafinda yaradıcıhq təşəbbüskarlığı göstərmiş alim və pedaqoqlardan professorlar İ.Q.Yesman, N.Y.Bulax, L.S.Leybenzon, P.P.Lukin, K.V.Pokrovskiy, N.L.Vannikov, A.M.Trequbov, İ.S.Quxman, S.M.VoIox, Y.N.Dunin, A.X.Mirzəcanzadə, R.İ.Şişşenko, S.V.Yurkevskiy. R.A.BədəIov, K.S.Əliverdizadə, A.C.Mustafeyev, Y.Ə.Əmənzadə, H.M.Şahmalıyev və başqalarını göstərmək olar. Yarandığı gündən indiyədək fakültədə 10 minlərlə bakalavr, 100 –lərlə magistr mühəndis-mexanik hazırlanmişdır. Hal-hazırda fakültəmizdə təhsili alan əyani və qiyabi tələbələrin sayı 1248-dur. Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə İ.İ.Semyanistiy, A.İ.Sevastyanov, R.A.Bədəlov, F.M.Yaroşevskiy, Ə.Q.Mirzəbəyov, Z.H.Əliyev, F.S.Hüseynov, N.M Erivanli, A.R.Cərrahov, S.H.Babayev, V.H.Şərifov, R.İ. Camalov , Q.Ə. Məmmədov, S.H.Abbasov icra etmişlər. == Təhsil == === Bakalavr ixtisasları === Materialşünaslıq mühəndisliyi Enerji maşınqayırması mühəndisliyi Texnoloji maşın və avadanlıqlar mühəndisliyi Mexanika mühəndisliyi Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Sənaye mühəndisliyi === Magistr ixtisasları === Materialşünaslıq mühəndisliyi Materialşünaslıq və materiallar texnologiyası Kompozisiya materialları Alət materialları.
Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu
Memarlıq və İncəsənət İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor - Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ərtegin Əbdülvahab oğlu Salamzadə. == Tarixi == İnstitut 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyov tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanırdı. 1948-ci ildən 40 il ərzində İnstituta məşhur memar, akademik Mikayıl Hüseynov rəhbərlik edib.
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi (rus. Уфимский федеральный исследовательский центр Российской Академии Наук, başq. Рәсәй Фәндәр академияһы Өфө федераль тикшеренеүҙәр үҙәге) — Rusiya Elmlər Akademiyasının Ufa şəhərində yerləşən Regional Elmi Mərkəzi. 1951-ci ildə SSRİ Elmlər Akademiyasının Başqırd filialı kimi qurulmuşdur. 2017-ci ildən müasir adını daşıyır. 1951-ci il. SSRİ Elmlər Akademiyasının Başqırd filialının (SSRİ EA BF) yaradılması. Tərkibinə Biologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Mədən və Geologiya İnstitutu, iqtisadi tədqiqatlar və kimya sektorunun daxil idi. 1961—1963-cü illər. SSRİ Elmlər Akademiyasının yenidən qurulması zamanı SSRİ EA BF-nın əksər qurumları SSRİ Dövlət Elm və Texnologiya Komitəsinə verildi.
Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zoologiya Muzeyi
Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zoologiya Muzeyi — Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun zoologiyaya həsr edilmiş bölməsidir, Sankt-Peterburqda yerləşir.
Azərbaycan Dövlət Neft Akademiyasının Qaz Neft Mədən fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Qaz-neft-mədən fakültəsi (QNMF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == ADNSU-nun aparıcı fakültələrindən biri olan Qaz-neft-mədən fakültəsində kadr hazırlığı 1920-cı ildən həyata keçirilir. 1920–1930-cu illərdə fakültə "Neft-sənaye", 1930–1936-cı illərdə "Dağ-mədən", 1936–1940-cı illərdə "Dağ-mədən və neft texnologiyası", 1940–1979-cu illərdə "Neft-mədən" adlandırılıb. 1979-cu ildən isə "Qaz-neft-mədən" fakültəsi adı altında fəaliyyət göstərir. Fakültənin inkişafında ADNSU-ya müxtəlif vaxtlarda rəhbərlik etmiş rektorların, görkəmli alimlər akademik L.S. Leybenzon, N.S. Uspenskiy, A.R. Serebrovskiy, professor B.S. Dobrovskiy, akademiklər A.X. Mirzəcanzadə, S.M. Quliyev, M.P. Quluzadə, professorlar M.V. Abromoviç, Q.A. İbatulov, K.B. Şahbazbəyov, Z.M. Əhmədov və başqalarının fəal iştirakı və köməyi olub.
Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. == Tarixi == “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranıb. Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev və başqalarını göstərmək olar. Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılıb. Daha sonra mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılıb. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərib. 2015-ci ildən fakültənin dekanı dosent Səməd İmaməli oğlu Yusifovdur. == Rəhbərlər == Fakültədə dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq aşağıdakı şəxslər icra etmişdir: dosent İ.Ə.Nəbiyev (1961-1963) dosent H.H.Səmədov (1963-1979) dosent R.Ə.Zeynalov (1979-1993) professor İ.M.Abdullayev (1993-2003) dosent T.A. Əliyev (2003-2011) dosent R.N.Allahverdiyev(2011-2015). == Kafedralar == Elektronika və avtomatika; Kompüter mühəndisliyi; Cihaz mühəndisliyi; Ümumi və tətbiq riyaziyyat.

Oxşar sözlər

#akademiyasının nədir? #akademiyasının sözünün mənası #akademiyasının nə deməkdir? #akademiyasının sözünün izahı #akademiyasının sözünün yazılışı #akademiyasının necə yazılır? #akademiyasının sözünün düzgün yazılışı #akademiyasının leksik mənası #akademiyasının sözünün sinonimi #akademiyasının sözünün yaxın mənalı sözlər #akademiyasının sözünün əks mənası #akademiyasının sözünün etimologiyası #akademiyasının sözünün orfoqrafiyası #akademiyasının rusca #akademiyasının inglisça #akademiyasının fransızca #akademiyasının sözünün istifadəsi #sözlük