* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [fr.] İdarə və ya şəxsə vermək üçün kredit; müəssisənin digər bir müəssisəyə göstəriş sənədi. Akkreditiv ilə hər yerdə əmanət kassalarından pul almaq olar.
Azərbaycan dilinin izahlı lüğəti / akkreditiv2 is. [fr. accréditif < lat. accredo "etibar edirəm"] mal. Beynəlxalq ticarətdə geniş yayılmış bank vasitəsilə həyata keçirilən hesablaşma – pul- bank sənədi. Müş-tərinin istəyi ilə bank tərəfindən fiziki və hüquqi şəxslərə ödəniş həyata keçirilir: hər hansı şəxsin adına yazılır və həmin şəxsin sənəddə göstərilən məbləği kredit müəssi-səsindən, bankdan almaq hüququnu təsdiq edir. □ Akkreditiv layihə – akkreditivin şərtlərini və formasını, əməliyyatın avizo edən bank ilə əvvəlcədən razılaşdı-rılması üçün nəzərdə tutulmuş kağız daşıyıcılarda və ya elektron formada sənəd. Geriçağrılan akkreditiv – satıcıya xəbərdarlıq edilmədən alıcı tərəfindən istənilən vaxt dəyişdirilə və ya ləğv edilə bilər (hətta əmtəə-mal göndərildikdə (və ya hər hansı bir xidmət göstərildikdə), əvəzində isə ödəniş və ya möhlətli ödəniş baş vermə-dikdə). Geri çağrılmayan akkreditiv – satıcı akkreditivə əsasən öz öhdəliklərini yerinə yetirərsə, emitent hüquqi cəhətdən bank satıcı qarşısında ödənişi həyata keçirməyə məcburdur. Təsdiqlənmiş akkreditiv – akkreditiv emitent bankdan fərqli bank tərəfindən icra olunur. Akkreditiv əməliyyatının aparılmasında iştirak edən icraçı bank emi-tent bankın xahişi ilə geri çağırılmayan akkreditivi təs-diqləyə bilər . Bu cür təsdiqləmə icraçı bankın emitent bankın öhdəliyindən əlavə, akkreditivin şərtlərinə uyğun ödənişi icra etmək öhdəliyini qəbul etdiyini bildirir.
Yeni sözlər və yeni mənalar lüğəti / akkreditiv1 I сущ. фин. аккредитив (денежный документ, содержащий поручение лицу о выплате денег предъявителю) II прил. аккредитивный
Azərbaycanca-rusca lüğət / akkreditiv