Aksa sözü azərbaycan dilində

Aksa

Yazılış

  • Aksa • 72.9730%
  • aksa • 10.8108%
  • AKSA • 10.8108%
  • aKsA • 5.4054%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aksa (kanton)
Aksa fr. Axat — kanton, Fransanın Langedok-Russilyon bölgəsində yerləşən Od departamentinə tabedir. Limu rayonuna daxildir. Kantonun INSEE kodu 1103-dir. Aksa, kantonunda əsas olan 14 kommuna mövcuddur.
Aksak
Aksak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında kənd adı. İrəvan xanlığı dövründə bir mahal bu kəndin adı ilə Seyidli-Axsaqlı (Ayrım elinin Seyidli qolunun adı) adlanırdı. XIX əsrin II yarısında bu mahal İrəvan quberniyasının İrəvan qəzasının tərkibində idi. Axsaqlının əsl adı Aksakludur. Kəndin adı isə Türkiyədə orta əsrlərdə Aksakqala nahiyəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində XIX əsrdə Anqar-Saq (Əngər-sak), Sarsaxlı (Sarı-Saklı), Seyid-Axsaqlı, Talış dağ silsiləsində Mirzə-Saq dağ adı və Pir-Sak toponimləri ilə sıra təşkil edir. Türk dillərində rəng bildirən ak və sak — "içməli su" sözlərindən ibarətdir.
Aksakovlar
Aksakovlar— Rusiya xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Aksakov soy adı türk sözü axsaq, aksak (fel əsası axsamak, aksamak) sözündən yaranmışdır. Bu mənada da, əlbəttə Aksakov familiyasının türk mənşəyi heç kimdə şübhə yeri qoymur. İlk dəfə adı Kiyev Rus dövlətinin tarixində çəkilən Aksakovun 1027-ci ildə böyük knyaz Yaroslav Vladimiroviçin yanında xidmət etdiyi məlumdur. Yaroslav Vladimiroviç Kiyev Rusunda xristianlığı yayan böyük knyaz Vladimirin oğludur. Salnamələr Aksak xanın özünün 3 min adamıyla Kiyev knyazına xidmətdə olduğunu göstərir. İndi bu faktın necə işıqlandırıldığına, tarix səhnəsində necə əks olunduğuna diqqət yetirək. Məlumdur ki, qədim slavyanlar bugünkü cənubi rus çöllərinin türkcə danışan ən azı üç xalqı ilə — qara klobuklar (qara qalpaqlar, qara papaqlar), poloveslər (yəni qıpçaqlar, rus dilində polovets "çöl adamı, çölçü") və peçeneqlərlə yaxın əlaqədə idilər. Bu xalqlar yəni qara klobuklar, poloveslər, peçeneqlər, torklar, berendeylər tarixdən məlum olduğuna görə hələ monqola qədərki Rusun taleyində vacib və əhəmiyyətli rol oynamışlar. Hətta müxtəlif din-inancları belə bu dövrün münasibətlərinə təsir edə bilmirdi.
Aksaray
Aksaray — Türkiyənin Aksaray ilinin inzibati mərkəzi.
Aksaray ili
Aksaray ili — Türkiyədə il. Aksaray ili 1920-ci ildə təşkil olunmuşdur. 1933-cü ilə qədər 13 il illik etdikdən sonra illiyi ləğv edilmişdir. 20 mart 1933 tarixində 2197 saylı qanunun 3. maddəsi ilə Niğdə ilinə ilçə olaraq bağlanmışdır. 1989-cu ilin 15 iyun gününə qədər 56 il qəza olaraq qalmış olan Aksaray, bu tarixdə köhnə haqqı qaytarılmaq surətiylə təkrar il olmuşdur.
Aksaut çayı
Aksuat (Хасаут, qaraç.-balk. Схауат) — Qaraçay-Çərkəz Respublikasında çay. Aksuat çayı bol sulu və gür dağ çayı olub Böyük Qafqazın şimal yamacı boyu axır. Aksuat Kiçik Zelençuk çayının sol qolu. == Coğrafiyası == Aksuat — Qaraçay-Çərkəz Respublikasının ərazisində yerləşən az çox bol sulu çaylardan biridir. Aksuat çayı Xasaut buzlağından qidalanır. Çayın uzunluğu 77 km, su toplayıcı hövzəsinin sahəsi isə 843 km²-dir. Aksuat çayı cənubdan şimala doğru uzanan Mıstı-Baş və Aksaut dağ silsilələrinin dərələri boyu axır. Bu silsilənin müəyyən hissəli fərqli adlarla adlandırılır: Qitçe-Teberdin, Ak, Baduk, Xajibey, Kınır-Çat, Qidam və s. Ümumən belə mürəkkəb və dərələrlə parçalanmış dağ silsiləsini Aksuat-Tiberdin adlandırmaq mümkündür.
Aksay
Aksay (rus. Аксай) — Rusiya Federasiyasının Rostov vilayətində şəhər. Aksay rayonunun inzibati mərkəzidir. Rostov-Dondan 18 kilometr aralıda yerləşir. Konserv, şüşə, plastik kütlə, kərpic və s. zavodları var. 1957-ci ilə qədər Aksayskaya stansiyası adlandırılmışdır.
Aksay (Burlin rayonu)
Aksay (qaz. Ақсай) — Qazaxıstanda şəhər, Qərbi Qazaxıstan vilayətinin Burlin rayonunun inzibati mərkəzi. == Tarixi == Bölgədə Kiçik juz qazaqları yaşayırdı. Duz bataqlıqları və ağ torpaq bu ərazidə əkinçiliklə məşğul olmağa imkan vermədi və kiçik Utva çayı buraya axsa da, burada yaşayış məskəni yox idi. 1936-1939-cu illərdə bu yerlərdən keçərək Uralsk-Sol-Iletsk dəmir yolu çəkilmişdir. Stansiyanın dizaynerləri bu yeri seçdilər və stansiyaya Qazaxıstan adını verdilər. Stansiya adı ilə burada böyüyən Qazaxıstan kəndi rəsmi olaraq 1936-cı ildə qurulmuşdur. 11 aprel 1941-ci ildə işçi kənd statusu aldı . Kəndin əlverişli coğrafi mövqeyi (inzibati bölgənin coğrafi mərkəzində) və sonrakı iqtisadi inkişafı yaşayış məntəqəsinin 1965-ci ildə Qazaxıstan SSR-in Qərbi Qazaxıstan vilayətinin Burlinsky bölgəsinin mərkəzi olmasına gətirib çıxardı. Qazaxıstanın yaşayış məntəqəsi Aksay şəhərinə çevrildi.
Aksay körpüsü
Aksay körpüsü — Rostov-na-Donu şəhərində yerləşən, Don çayı üzərində inşa edilmiş körpü. Körpünün ümumi uzunluğu 580 metrdir. 1964-cü ildə Don avtomagistralının 1062-ci kilometrliyində, gündəlik 7 min avtomobili qəbul etmək güçünə malik iki zolağı tətfil verilmişdir. Buradan keçən hər maşın 6 ton yük daşıya bilər. 1995-ci ildə körpüyə əlavə olaraq üçüncu zolaq inşa edilir. Hazırda hər il körpüdən 30 min maşın keçir. Hər maşına isə 8 ton yük düşə bilər. Körpü Don çayının mənsənbindən 60 km yuxarıda yerləşir. malikdir. == Adlanması == Körpü öz adını yerləşdiyi şəhərin adından almışdır.
Aksay rayonu (Rostov vilayəti)
Aksay rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Aksay şəhəridir. == Tarixi == Aksay rayonu ərazisində ilk yaşayış məntəqəsi haqqında yazılı mənbə 1570-ci ilə aiddir. 1742-ci ildə burada Ust-Aksay stansiyası salınır. Aksay qədim türklərin Ağ çay adlandırdıqları toponimin rus variantıdırAksay rayonu bir inzibati vahid olaraq 1936-cı ildən mövcuddur. == Coğrafiyası == Aksay rayonu Rostov vilayətinin mərkəsində yerləşir. 117,0 min hektar ərazini əhatə edir. === Su resursları === Rayon ərazisindən axan çaylar: Aksay çayı Bolşoy Loq çayı Bolşoy Nedvetay Qruşevka çayı Don çayı Koysuq çayı Suxoy Batay Temernik çayı Tuzlov çayı Çerkasskaya çayıRayon ərazidində yerləşən göllər: Balaqurskoe Bolşoy Liman — rayonun mərkəzində Bolşoy Liman — rayonun şərqində Bolşoy Sunduk Qeneralskoe — Olqinski stansiyası yaxınlığında Qeneralskoe — Aleksandrovki yaxınlığında Dlinnoe Krivoe — rayonun şərqində Krivoe — rayonun qərbində Kruqloe — rayonun qərbində Kruqloe Krutovatoe Mayıy Sunduk Monastır gölü — rayonun ən böyük gölü Pesçanoe — rayonun şərqində Pesçanoe — rayonun qərbində Podpolnoe Svetloe == İqtisadiyyat == Rayonnərazisində 36 sənaye, 24 tikinti, 10 nəqliyyat, 26 kənd təsərrüfatı, 200 fərdi kəndli-fermer təsərrüfatı müəssisəsi fəaliyyət göstərir. Kiçik müəssisələrin sayı 800 keçir. Rayonda təsərrüfat sahələrinin istehsalatda müvafiq payı: Sənaye — 47,7 %, Kənd təsərrüfatı — 19,8 %, Nəqliyyat — 8,8 %, Tikinti — 8,9 %.
Aksay çayı
Aksay (устар. Асагалыль, qum. Яхсайсув,; çeç. Яьсси) — Çeçenistanın Naji-Yurt və Qudermes rayonu, Dağıstanın Botlix rayonu, Novolak rayonu, Babayurd və Xasavyurd rayonlarından keçən çay. Çayın yamacı 14.5 m/km-dir.. == Relyefi == Çay öz başlanğıcını And dağları silsiləsinin şimal yamacından götürür. Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 2080 m yüksəklikdədir. Kanal ilə Aktaş çayına birləşən Aksay çayı Aksay su anbarına axır. Uzunluğu 144 km, su tutma sahəsi 1390 km², orta dərinliyi isə 444 m-dir. Hövzəsinin çox hissəsi (87%) 1000 m-dən aşağıdır, ərazinin 11% -i 0 m -dən aşağıdır.
Aksaylı Uçar Hacı Yaqub
Aksaylı Uçar Hacı Yaqub və ya Uçar Hacı — Qafqaz müharibəsini araşdıran tarixçilərə və tədqiqatçılara görə, qumuq el ağsaqqalı. Onun bir dəfəyə iki rus generalını öldürdüyü və bununla məşhurlaşdığı məlumdur. == Həyatı == Aksaylı Uçar Hacı Yaqub barədə o qədər də məlumat yoxdur. Onun XVIII əsrdə anadan olduğu bilinir. O, indiki Xasavyurd rayonunun Köhnə Aksay məntəqəsində anadan olmuşdur. == 1825-ci ildə Gerzel aulundakı hadisə == 1825-ci ilin yayında Şimali Qafqazda yerlilərlə Rusiya imperiyası arasındakı Qafqaz müharibəsi hələ davam etməkdə və şiddətlənməkdə idi. Bu müharibədə ulduzları parlayan və gələcək vəd edən iki rus generalı Qrekov və Lisaneviç 300 qumuq ağsaqqalı qumuqların Aksay kəndindəki Gerzel-aulunda yerləşən qalaya topladı. Məqsəd rəsmi olaraq Rusiya imperiyasına tabe olan qumuqları çeçen üsyançılara dəstək vermələrinə görə cəzalandırmaq idi. Həmçinin, rus generalı Yermolovun bir digər məqsədi qumuqların ümumiyyətlə çeçenlərlə münasibətlərini kəsməyə nail olmaq idi. Ağsaqqallar toplaşdıqdan sonra rus generalları onları alçaltmağa və söyməyə başladı.
Aksayçin
Aksayçin (çin. 阿克賽欽, uyğ. ак сай, hind अकसाई चिन, urdu اکسائی چن) — Hindistan, Pakistan və Çin arasında yerləşən sərhəd regionu. Region 42 685 km² əraziyə sahibdir (Cammu və Kəşmir ştatının 20 % ərazisi). De-fakto ərazini Çin idarə edir. Ancaq Hindistan əraziyə iddia edir. Bu ərazi Çin və Hindistan arasında iki əsas ərazi problemindən biridir. İkinci ərazi məsələsi isə Aruanaçal-Pradeş ştatının ərazisidir. Aksayçin öz növbəsində bir yüksək dağlıq ərazidir. Burada hündürlük 5 min metri keçir.
Artemisia aksaiensis
Artemisia aksaiensis (lat. Artemisia aksaiensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Burak Aksak
Burak Aksak (d. 12 sentyabr 1985, İstanbul) — türkiyəli yazar, rejissor və aktyor. İlk təhsilini Yedikule'de və orta təhsilini Koca Mustafa Paşa Liseyində tamamladı. Hal hazırda Eskişehir Anadolu Universitetində İctimai İdarəetmə Fakültəsində təhsil alır. 2006-cı ildə o, təqaüd qazanmış və Platon Film Məktəbinə daxil olmuşdur. Ekol Drama İncəsənət Məktəbində Kamera üçün aktyorluq edir. Kariyerini televiziya üzərinə əmisi Selçuk Aydemir ilə başlamış və TRT ilə "Ramazan Güzeldir" idarə etmişdir. Leyla və Mecnun seriyası nəşrdən çıxarıldı və "Ben de Ozledim" filmində ssenarist kimi işləməyə davam etdi. O, BKM tərəfindən hazırlanan və 9 yanvar 2015-ci ildə nümayiş etdirilən :Bana Masal anlat" filmin ssenari müəllifi və rejissorudur. O, 2013-cü ildən etibarən aylıq "OT Magazine" jurnalında yazır.
Sergey Aksakov
Sergey Timofeyeviç Aksakov (1 oktyabr 1791 - 12 may 1859) — Rusiya yazıçısı. == Həyatı == Sergey Aksakov 1791-ci ildə Ufada qədim zadəgan ailəsində anadan olmuşdu. Bütün yaşadıqları və başı çəkənlər onun əsərlərinin mövzusuna çevrildi. "Ailə xronikası", "Nəvə Baqrovun uşaqlıq illəri" və "Xatirələr" bu mənada trilogiya adlanmağa layiqdi. Çünki bu kitablarda da Baqrovların (Baqrov da türk əsilli rus soy adlarındandır; baqrovıy rus dilində tünd qırmızı, "bağır, ciyər" sözündən yaranmış türkizmdir) əslində müəllifin öz ailəsinin nəsilbənəsil tarixi açılır. Yazıçı bilərəkdən adları dəyişmişdi, çünki hadisələri, əhvalatları dəyişdirmədən elə təfərrüatı ilə təsvir etmişdi ki, həmin adamlar özlərini görüb, tanıyıb inciyə bilərdilər. Onsuz da özünü burada tanıyan tapılmışdı; müəllifi qınayırdılar. Ailənin başçısı yazıçının babası özünün bütün qəddarlığı, zalımlığı ilə təsvir olunmuĢdu. Ailə sirrini açıb-ağartdığına görə yazıçıdan küsənlər var idi. O isə ata ocağının nağıllarını bədii yaddaşlara köçürürdü, bunu isə hələ gözdə bilib qiymətləndirən yox idi.
Zekai Aksakallı
Zekai Aksakallı (25 dekabr 1961, Ərzurum) — Türkiyə Xüsusi Təyinatlı Qüvvələri Komandanı. 4 avqust 2013-cü ildən bu vəzifədə xidmət göstərir. == Şəxsi həyatı == 17 yaşında olarkən Erzurum litseyində oxuduğu illərdə Avstraliyada baş tutan Dünya Qaçış Çempionatında Türkiyəni təmsil etmiş və 397 idmançı arasında 27-ci olmuşdur. Evli və 2 uşaq atasıdır. İngilis dilində sərbəst danışır. 1984-cü ildən bəri aktiv hərbi xidməti davam edir.
Sabahattin Kudret Aksal
Sabahattin Kudret Aksal (25 aprel 1920, Konstantinopol – 19 aprel 1993, İstanbul) — şair, ssenarist və yazar. == Həyatı == 1937-ci ildə "Işık Lisesin"dən məzun oldu.1943-cü ildə İstanbul Universiteti nin Ədəbiyyat Fakültəsi Fəlsəfə Bölümünü bitirdi.1943–1948 illər arasında İstanbul'da müxtəlif ali məktəblərdə fəlsəfə dərsləri verdi. 1950-ci ildə qısa bir müddət iş müfəttişliyi icra etdi. İstanbul Konservatoriya Müdirlüyü, bələdiyyə yazı işləri müdirlüyü, bələdiyyə iqtisad müfəttişliyi vəzifələrində çalışdı. 1961-ci ildə Şəhər Teatrının Müdirü oldu. Bələdiyyə Konservatoriyası Estetik Və Psixoloji müəllimliyindən təqaüdə çıxdı. İlk şeiri 1938-ci ildə "Varlıq" dərgisində, ilk hekayəsi 1940-cı ildə "Küllük" dərgisində çıxdı. İlk oyunu "Evin Üstündəki Bulud" 1948-ci ildə oynandı. 1940-cı illərdə yeni ədəbiyyatlar içində yer aldı. 1976-cı ildən sonra isə isə dildə dərinlik arayışına başladı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.13 dəfə / 1 mln.
2006 •••••••••••••• 0.45
2007 ••••••• 0.21
2009 ••••• 0.16
2010 ••••••••••• 0.36
2013 ••••• 0.15
2015 •••••••••••••••••••• 0.68
2016 •••••• 0.17
2020 •••• 0.13

Oxşar sözlər

#aksa nədir? #aksa sözünün mənası #aksa nə deməkdir? #aksa sözünün izahı #aksa sözünün yazılışı #aksa necə yazılır? #aksa sözünün düzgün yazılışı #aksa leksik mənası #aksa sözünün sinonimi #aksa sözünün yaxın mənalı sözlər #aksa sözünün əks mənası #aksa sözünün etimologiyası #aksa sözünün orfoqrafiyası #aksa rusca #aksa inglisça #aksa fransızca #aksa sözünün istifadəsi #sözlük