aktinometr sözü azərbaycan dilində

aktinometr

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aktinometr • 66.6667%
  • Aktinometr • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aktinometr
Aktinometr, radiasiyaölçən – düz düşən Günəş radiasiyasının (səthə perpendikulyar düşən şüaların) intensivliyini ölçən cihaz. Termoelektrik və termobimetal Aktinometrlər geniş yayılmışdır. Aktinometrin iş prinsipi düşən Günəş radiasiyasını səthin udmasına və şüa enerjisinin istilik enerjisinə çevrilməsinə əsaslanır. İstilik enerjisi bimetal lövhənin deformasiya dərəcəsinə; qəbuledicinin temprunun yüksəlməsinə (gümüş-disk Aktinometri); qəbuledici ilə ətraf mühit arasındakı temperatur fərqinə görə qiymətləndirilir. Aktinometr nisbi cihazdır. Mütləq kəmiyyətlərə keçmək üçün Aktinometrin göstəriciləri mütləq cihaz olan pirheliometrin göstəriciləri ilə müqayisə olunur. Heliostatda qurulmuş Aktinometr ilə Günəş radiasiyasını fasiləsiz qeyd etmək mümkündür. Süzgəc dəsti olan Aktinometrdən Günəş spektrinin müxtəlif sahələrindəki radiasiyanın ölçülməsində istifadə edilir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).
Aktinometriya
Aktinometriya — geofizikanın bir bölməsi; atmosferdə, hidrosferdə və Yer səthindəki şüalanmaları öyrənir. Dar mənada, aktinometriya meteorologiyada Yerin radiasiyasını ölçmə üsullarının məcmusudur. Yerdə və atmosferdə baş verən hadisələrin enerji mənbəyi Günəşdir. Aktinometriyanın əsas vəzifəsi Yer səthində və atmosferdə Günəş radiasiyasının, atmosferin radiasiya balansının ölçülməsi və tədqiqi, atmosfer, hidrosfer və Yer səthində şüa enerjisinin dəyişilməsini ölçən cihaz və üsulların işlənib hazırlanmasıdır. Aktinometriya atmosfer optikası, spektroskopiya, heliofizika, atmosferin yüksək təbəqələrinin fizikası və alçaq (yerüstü) təbəqələrin fizikası ilə əlaqədardır. Aktinometriyadakı təcrübi və nəzəri işlərin nəticələri iqlimşünaslıq, kənd təsərrüfatı, sənaye, tibb, memarlıq, nəqliyyat, aerologiya və meteorologiyada tətbiq edilir. Yerin süni peyklərinin buraxılması ilə əlaqədar aktinometriya xüsusilə böyük imkanlar əldə etmişdir. == Mənbə == Актинометрија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34

"aktinometr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aktinometr nədir? #aktinometr sözünün mənası #aktinometr nə deməkdir? #aktinometr sözünün izahı #aktinometr sözünün yazılışı #aktinometr necə yazılır? #aktinometr sözünün düzgün yazılışı #aktinometr leksik mənası #aktinometr sözünün sinonimi #aktinometr sözünün yaxın mənalı sözlər #aktinometr sözünün əks mənası #aktinometr sözünün etimologiyası #aktinometr sözünün orfoqrafiyası #aktinometr rusca #aktinometr inglisça #aktinometr fransızca #aktinometr sözünün istifadəsi #sözlük