aktivlərin sözü azərbaycan dilində

aktivlərin

Yazılış

  • aktivlərin • 86.7747%
  • Aktivlərin • 13.2253%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aktivlərin diversifikasiyası
Aktivlərin idarə edilməsi
Aktivlərin idarə edilməsi (asset management) 1) Müəyyən investisiya məqsədlərinə nail olmaq üçün müştərilərin vəsaitlərinin toplanması və investisiya portfelinin yaradılması (qiymətli kağızlara və ya digər aktivlərə yatırmaq) yolu ilə peşəkar səviyyədə idarə olunması. 2) Şirkətə və ya banka məxsus maliyyə resurslarından gələn gəlirləri maksimallaşdırmaq məqsədilə onların idarə olunması. Adətən, aktivlərin idarə edilməsini investisiya şirkətləri (fondları) və investisiya bankları həyata keçirir. Öz növbəsində aktivlər isə belə tərif olunur: “ Aktiv, təşkilat üçün aktual və ya potensial dəyəri olan vahidlərdir”. Əslində bu termin özündə aktivlərin maddi dəyərindən daha çox nüansları ehtiva edir, amma hazırda bir çox şirkətlər öz səylərini məhz maddi aktivlər üzərində fokuslaşdırır.Aktivlərin idarə edilməsi zamanı, təşkilat qarşıya qoyduğu məqsədlərə çatmaqdan ötrü, aktivlərdən ən səmərəli şəkildə istifadəyə nail olmalıdır. Bu isə özündə aktivlərdən arzu olunan performansa nail olmaq üçün xərclərin, imkanların və risklərin balanslaşdırılmasını tələb edir. Bu balanslaşdırılma müxtəlif zaman kəsimləri üçün nəzərdə tutula bilər. Ümumi məqsədlərdən biri isə aktivlərin bütün həyat tsiklində xərclərini minimallaşdırmaqdır. Məşhur Wall Street jurnalı aktivlərin idarə edilməsinə belə tərif verir: Aktivlərin idarəetməsi - maliyyə firması daxilində müştərilərinin aktivlərinin (nağd, investisiya və s) idarəedilməsi ilə məşğul olan xüsusi komandadır. Bu zaman aktivləri idarə edən şirkətin sərəncamında portfel idarəetməsi üzrə ixtisaslaşmış menecerlər, o cümlədən investorların kapitalları ilə bağlı detlallı informasiyaya çıxış olur, bu da onlara hətta investorların üzərində müstəsna hüquq verir.
Rəqəmsal Aktivlərin İdarə Edilməsi
Rəqəmsal Aktivlərin İdarə Edilməsi (ing. Digital Asset Management, qısaca: DAM) — rəqəmsal aktivlərin saxlanması, axtarılıb tapılması, paylanması, qruplaşdırılması və ötürülməsi ətrafında baş verən idarəetmə tapşırıqlarından və qərarlarından ibarətdir. Rəqəmsal fotoşəkillər, animasiyalar, videolar və musiqi faylları "rəqəmsal aktivlər" adlanan aktivlərə misaldırlar. Rəqəmsal Aktivlərin İdarə Edilməsi Sistemi rəqəmsal aktivlərin idarə edilməsi prosesinə kömək edən kompüter proqram təminatı və/yaxud da aparat təminatı vasitəsilə fəaliyyət göstərir. Rəqəmsal aktivlərin idarə edilməsi (DAM) termini həmçinin İnternetdən yükləmə, adın dəyişdirilməsi, ehtiyat nüsxəsinin çıxarılması, dərəcələndirmə/qiymətləndirmə, qruplaşdırma, arxivləşdirmə, optimallaşdırma, mühafizə, kiçiltmə və faylların ixracı protokolları üçün də istifadə olunur. Əsasən audio faylları, videoları və digər media məzmunları ilə işləyən Media Aktivlərinin İdarə Edilməsi (ing. Media Asset Management, qısaca: MAM) "Rəqəmsal Aktivlərin İdarə Edilməsi"nin alt kateqoriyalarından biridir. Məzmunun idarə edilməsi sistemi (CMS) də sektorun və tətbiqinin əhatə dairəsinin daha geniş olması ilə bərabər, ümumilikdə oxşar xüsusiyyətlərə malikdir. == Metadata == Adətən idarə olunan "aktiv" rəqəmsal formatda birləşdirilir və saxlanılır. Bu aktivlərin adətən sistemdə "əsas" olaraq adlandırılan ən yüksək ayırdetmə dəyərlərinə malik olan təsvir mövcuddur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.28 dəfə / 1 mln.
2003 •• 1.18
2004 •••••• 6.06
2005 •••••• 6.07
2006 •••• 3.83
2007 ••••• 4.44
2008 ••••• 5.12
2009 •••• 3.84
2010 •••••• 6.08
2011 ••••••• 7.29
2012 ••••••• 6.71
2013 ••••• 4.38
2014 •••••••••• 9.95
2015 ••••••••••••••••••• 19.73
2016 •••••••••••••••••••• 21.69
2017 ••••••••••••• 13.82
2018 •••••••• 7.64
2019 •••••••••• 10.29
2020 ••••••• 7.16

"aktivlərin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aktivlərin nədir? #aktivlərin sözünün mənası #aktivlərin nə deməkdir? #aktivlərin sözünün izahı #aktivlərin sözünün yazılışı #aktivlərin necə yazılır? #aktivlərin sözünün düzgün yazılışı #aktivlərin leksik mənası #aktivlərin sözünün sinonimi #aktivlərin sözünün yaxın mənalı sözlər #aktivlərin sözünün əks mənası #aktivlərin sözünün etimologiyası #aktivlərin sözünün orfoqrafiyası #aktivlərin rusca #aktivlərin inglisça #aktivlərin fransızca #aktivlərin sözünün istifadəsi #sözlük