Alabama sözü azərbaycan dilində

Alabama

Yazılış

  • Alabama • 98.9556%
  • alabama • 0.5222%
  • ALABAMA • 0.5222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alabama
Alabama (ing. Alabama /ˌæləˈbæmə/ ) — ABŞ-nin cənub-şərq bölgəsində yerləşən ştat. Şimalda Tennessi, şərqdə Corciya, cənubda Florida və Meksika körfəzi, qərbdə Missisipi ilə həmsərhəddir. Alabama ərazisinə görə ən böyük 30-cu, əhalisinə görə 24-cü ABŞ ştatıdır.Alabama ştat quşunun şərəfinə Sarı ağacdələn ştatı ləqəbini almışdı. Alabama həmçinin "Diksinin qəlbi" və "Pambıq ştatı" adı ilə də tanınır. Ştat ağacı uzunyarpaq şam və ştat çiçəyi kameliyadır. Alabamanın paytaxtı Montqomeridir və əhalisinə və ərazisinə görə ən böyük şəhəri Hantsvilldir. Ən qədim şəhəri 1702-ci ildə fransız kolonistləri (Alabama kreolları) tərəfindən Fransız Luizianasının paytaxatı olaraq əsası qoyulmuş Mobildir. Böyük Birminqem Alabamanın ən böyük metropoliten ərazisi və onun iqtisadi mərkəzidir.Əvvəlcə bir çox yerli qəbilələrin yaşadığı indiki Alabama fransızlar XVIII əsrin əvvəllərində onu əldə edənə qədər XVI əsrdən başlayaraq İspan ərazisi idi. 1763-cü ildə İngilislər ABŞ İstiqlal müharibəsində onu itirənə qədər ərazini ələ keçirdilər.
Alabama (dəqiqləşdirmə)
Alabama — Amerika Birləşmiş Ştatlarının cənubunda ştatdır. Alabamanın həmçinin aşağıdakı mənaları da var: == Təhsil == Alabama Universiteti — 1831-ci ildə Alabama ştatında qurulmuş ictimai universitet. == Coğrafiya == Alabama (Nyu-York) — ABŞ-də qəsəbə. Alabama çayı — Alabama, ABŞ. Alabama Ərazisi — 1817-1819-cu illərdə mövcud olmuş ərazi. Alabama, Fransız Luizianasının doqquz hərbi rayonundan biri. == Musiqi == Alabama (qrup) - kantri musiqi qrupu. Alabama (qrup, Kanada) - 1970-ci illərin əvvəllərində mövcud olmuş qrup. Alabama (ştat himni) - Alabama ştatının himni.
Alabama nərəsi
Sutkusi kürəkburunu (lat. Scaphirhynchus suttkusi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin kürəkburun cinsinə aid heyvan növü.
Birminqem (Alabama)
Birmingem (ing. Birmingham) — ABŞ-nin cənub-şərqində, Alabama ştatının mərkəzi hissəsində şəhər. Birminhem-Quver-Kalman aqlomerasiyasının mərkəzi. == Əhalisi == Əhalisi 231,6 min (2005; o cümlədən afroamerikalılar 70%-dən çoxdur), şəhərətrafı ilə 939 min. == Coğrafiyası == Appalaç dağlarının ətəyindədir. Avtomobil və dəmiryolları qovşağı. Beynəlxalq aeroport. Blek-Uorrior çayı sahilində port. Su yolu vasitəsilə Mobil portu (Meksika körfəzi) ilə əlaqəsi var. == Tarixi == 1871-ci ildə dəmiryol xətlərinin kəsişdiyi yerdə, dəmir filizləri, yüksəkkeyfiyyətli kokslaşan kömür, dolomit və flüslu əhəngdaşı yataqlarının yaxınlığında salınmışdır; adını İngiltərənin ən iri metallurgiya mərkəzinin adından götürmüşdür.
Dotan (Alabama)
Dotan /ˈdoʊθən/ ABŞ-nin Alabama ştatının cənub-şərq küncündə, Corciya sərhəddindən 32 km qərbdə və Florida sərhəddindən 26 km şimalda yerləşən şəhər. Deyl və Henri qraflığına qədər uzanan şəhər Hyuston qraflığının inzibati mərkəzidir. Adı Yaradılış 37:17: "Dotana gedək." ifadəsindən götürülmüşdür. 2010-cu il əhalinin siyahıyaalma məlumatına əsasən şəhərin əhalisi 65,496 nəfərdir. == Xairici keçidlər == Official website Dothan Chamber of Commerce Historic photos Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Landmark ParkDotan Ceniva, Henri və Hyuston qraflıqlarını əhatə edən Dotan Metropoliten Statistik Sahəsinin əsas şəhəridir; Deyl qraflığına uzanan kiçik bir hissəsi isə Enterprays-Ozark Mikropolitan Sahəsinə aiddir. 2010-cu ildə Dotan metropoliten ərazisinin ümumi əhalisi 145,639 nəfər olmuşdur. The city serves as the main transportation and commercial hub for a significant part of southeastern Alabama, southwest Georgia, and nearby portions of the Florida Panhandle. Since approximately one-fourth of the U.S. peanut crop is produced nearby, with much of it being processed in the city, Dothan is sometimes referred to as "The Peanut Capital of the World". Dothan also hosts the annual National Peanut Festival at the dedicated "Peanut Festival Fairgrounds". == Tarixi == === İlk illər === İndiki Dotan ərazisində min illərlə yerli xalqların mədəniyyətləri mövcud olmuşdur.
Hantsvill (Alabama)
Hantsvill — ABŞ-nin Alabama ştatının Medison qraflığında şəhər..
Mobil (Alabama)
Mobil (ing. Mobile) — ABŞ-də, Alabama ştatında şəhər. Meksika körfəzi sahilində bir portdur. Arağ emalı, süllüloz-kağız, kimya sənyesi var. Gəmi, alüminium oksidi, sement istehsal olunur. 1711-ci ildə salınmışdır.
Alabama qraflıqlarının siyahısı
Alabama qraflıqlarının siyahısı — ABŞ-nin Alabama ştatının 67 qraflığı. Hər bir qraflıq öz sərhədləri daxilində yerli səviyyədə idarəetməni icra edir. İndiki ştat sərhədləri ilə əhatə olunmuş ərazi tədricən Amerika Birləşmiş Ştatlarına birləşdirildi. ABŞ İstiqlal müharibəsindən sonra, Qərbi Florida müqavilə ilə İspaniyaya verildi, qalan hissəsi isə ilk növbədə Missisipi Ərazisi və daha sonra Alabama Ərazisi olaraq təşkil edildi. Ərazi məclisi, 4 iyun 1800-cü ildə yaradılan Vaşinqton qraflığının ən qədim qraflıq formalaşması da daxil olmaqla, bugünə qədər mövcüd qalan ən qədim qraflıq vahidlərini qurdu. 1814-cü ildə Fort Cekson Müqaviləsi ərazini Amerika mühacirləri üçün açdı, bu da öz növbəsində daha sürətlə qraflıqların yaradılmasına səbəb oldu. Alabama 1819-cu ildə 22-ci ştat olaraq İttifaqa qəbul edildi. Alabama ştatının qanunverici orqanı, Hindilərin Köçürülməsi Aktı qüvvəyə mindiyi və köçkünlərin Alabamanın müxtəlif ərazilərində məskunlaşdığı üçün keçmiş yerlilərin torpaqlarından əlavə qraflıqlar yaratdı. 1820-ci ildə Alabamanın 29 qraflığı var idi. 1830-cu ilə qədər 36 qraflıq var idi və yerli amerikalılar hələ də Alabamanın şimal-şərqində və uzaq qərbində geniş əraziləri işğal edirdilər.
Ballok qraflığı (Alabama)
Bullok dairəsi (ing. Bullock County) ― ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 10.914 nəfər olmuşdur. Qraflıq mərkəzi Yunion-Sprinqs şəhəridir. Dairə ABŞ Vətəndaş müharibəsi ərzində Konfederasiya ordusunda xidmət edərkən ölmüş ştat senatoru Edvard Ballokun şərəfinə adlandırılmışdır.
Barbur qraflığı (Alabama)
Barbur dairəsi (ing. Barbour County) — ABŞ-nin Alabama ştatının cənub-şərq hissəsində qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 27.457 nəfər olmuşdur. Qraflıq mərkəzi Kleyton şəhəridir. Virciniya qubernatoru olmuş Ceyms Barburun şərəfinə adlandırılmışdır.
Batler qraflığı (Alabama)
Batler dairəsi (ing. Butler County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 20.947 nəfər olmuşdur. Qraflıq mərkəzi Qrinvill şəhəridir. Virciniyada doğulmuş və Krik müharibəsində döyüşən və 1818-ci ilin mayında öldürülən kapitan Vilyam Batlerin şərəfinə adlandırılmışdır.
Bibb qraflığı (Alabama)
Bibb dairəsi (ing. Bibb County) ― ABŞ-nin Alabama ştatının mərkəzi hissəsində qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 22.915 nəfər olmuşdur. Qraflıq mərkəzi Sentrvill şəhəridir. Alabama Ərazisinin Qubernatoru və birinci Alabama qubernatoru olmuş Vilyam Vayt Bibbin şərəfinə adlandırılmışdır.
Blaunt qraflığı (Alabama)
Blaunt dairəsi (ing. Blount County) ― ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 57,322 nəfər olmuşdur. Qraflıq mərkəzi Oneonta şəhəridir.
Bolduin dairəsi (Alabama)
Bolduin dairəsi (ing. Baldwin County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 182.265 nəfər olmuşdur. Qraflıq mərkəzi Bey-Minett şəhəridir. Senator Avraam Bolduinin şərəfinə adlandırılmışdır.
Bolduin qraflığı (Alabama)
Bolduin dairəsi (ing. Baldwin County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 182.265 nəfər olmuşdur. Qraflıq mərkəzi Bey-Minett şəhəridir. Senator Avraam Bolduinin şərəfinə adlandırılmışdır.
Cefferson qraflığı (Alabama)
Cefferson dairəsi (ing. Jefferson County) — ABŞ-nin Alabama ştatının əhalinin ən sıx məskunlaşdığı dairə, ştatın mərkəzi hissəsində yerləşir. 2020-ci ildə aparılmış siyahıyaalınmaya əsasən, əhalisi 674,721 nəfərdir. Qraflıq mərkəzi Birminqem şəhəridir. Dairənin polad və çuqun istehsalına əsaslanan ağır sənayesinin XX əsrdə inkişafı onu ştatın qabaqcıl bölgəsinə çevirdi. Cefferson dairəsi Birminqem-Huver.metropoliten ərazisinin mərkəzi dairəsidir. 2011-ci ildə Cefferson dairəsi 4,2 milyard dollar borcu olduğunu açıqladı və müflis olduğunu elan etdi. Maliyyə problemləri nəhəng kanalizasiya layihəsinin xərcləri ilə bağlı idi. Dairədə altı vəzifəli şəxsə qarşı korrupsiya ittihamı irəli sürüldü. Həmin dövrdə hadisə 9-cu fəsil (bələdiyyə müflisliyi) növünə aid ən böyük müflislik idi, 2013-cü ildə Detroyt şəhəri (Miçiqan ştatı) bu göstəriciyə görə Ceffersonu keçdi.
Cekson qraflığı (Alabama)
Cekson dairəsi (ing. Jackson County) - ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 53.227 nəfər olmuşdur. Qraflıq mərkəzi Skottsboro şəhəridir. ABŞ Ordusu genralı və daha sonra ABŞ Prezidenti olmuş Endrü Ceksonun şərəfinə adlandırılmışdır.
Dallas qraflığı (Alabama)
DeKalb qraflığı (Alabama)
Deyl qraflığı (Alabama)
Monqomeri (Alabama)
Montqomeri (ing. Montgomery) — inzibati mərkəz və ABŞ-nin Alabama ştatında ikinci ən sıx şəhər. Eyni zamanda Montqomeri qraflığının eyni adlı inzibati mərkəzidir. Alabama çayında yerləşir. == Tarixi == Avropa kolonizasiyasından əvvəl Alabama qəbiləsi Alabama çayının sol sahilində yaşayırdı (sonradan dövlətin adı gəldi). Bu yerləri ziyarət edən ilk ağdərili insanlar İspan tədqiqatçısı Ernando de Soto idi. 1540-cı ildə rəhbərlik etdiyi bir ekspedisiya ərazini araşdırdı. Bölgəyə növbəti Avropa səfəri bir əsrdən çox müddət sonra, 1697-ci ildə Karolina ştatından Alabama çayına enən bir ekspedisiya meydana gəldi. Montqomeri ərazisindəki ilk daimi ağ yerləşmiş 1716-cı ildə orada məskunlaşmış Şotlandiya taciri Ceyms MakKuin idi. Yerli bir qəbilənin liderinin qohumu ilə evləndi və daha sonra uşaqları hindular arasında assimilyasiya edildi.
Montqomeri (Alabama)
Montqomeri (ing. Montgomery) — inzibati mərkəz və ABŞ-nin Alabama ştatında ikinci ən sıx şəhər. Eyni zamanda Montqomeri qraflığının eyni adlı inzibati mərkəzidir. Alabama çayında yerləşir. == Tarixi == Avropa kolonizasiyasından əvvəl Alabama qəbiləsi Alabama çayının sol sahilində yaşayırdı (sonradan dövlətin adı gəldi). Bu yerləri ziyarət edən ilk ağdərili insanlar İspan tədqiqatçısı Ernando de Soto idi. 1540-cı ildə rəhbərlik etdiyi bir ekspedisiya ərazini araşdırdı. Bölgəyə növbəti Avropa səfəri bir əsrdən çox müddət sonra, 1697-ci ildə Karolina ştatından Alabama çayına enən bir ekspedisiya meydana gəldi. Montqomeri ərazisindəki ilk daimi ağ yerləşmiş 1716-cı ildə orada məskunlaşmış Şotlandiya taciri Ceyms MakKuin idi. Yerli bir qəbilənin liderinin qohumu ilə evləndi və daha sonra uşaqları hindular arasında assimilyasiya edildi.
Otoqa qraflığı (Alabama)
Otoqa qraflığı (ing. Autauga County) - ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 55.347 nəfər olmuşdur. Qraflıq mərkəzi Prattvill şəhəridir.Otaqa qraflığı Montqomeri metropoliten ərazisinə daxildir. == Tarixi == Otoqa qraflığı 21 noyabr 1818-ci ildə Alabama Ərazisi Qanunverici Hakimiyyəti tərəfindən verilən qərarla yaradılmışdır (Alabamanın İttifaqa qəbulundan bir il əvvvəl). Qurulduğu vaxt qraflıq indiki Otoqa qraflığı ərazisini, həmçinin Elmor və Çilton qraflıqlarının da bəzi hissəsini əhatə edirdi. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunun məlumatına əsasən qraflığın ümumi ərazisi 604 kvadrat mil (1,560 km2)-dir. Bundan 594 kvadrat mil (1,540 km2) quru, 10 kvadrat mil (26 km2) isə su (1.4%) ərazisidir.
Pell-Siti (Alabama)
Pell City, ABŞ-nin Alabama əyalətində yerləşən şəhər. Şəhərin Əhalisi 26 noyabr 2009-cu il, ümumi əhalinin siyahıyaalınmasına görə 12,463 nəfərdir. == Əhali == === 2010-cu il siyahıyaalma === 15 mart 2010-cu ildə keçirilən şəhər əhalisinin məlumatına görə, siyahıda 12,463 nəfər olub. Əhalinin 64.0% ağ, 33.0%, afro-amerika, 0.1%-i yerli amerikalılar, 1.2% - i asiya, 0.6%-i digər xalqlardan ibarətdir. === 2000-ci il siyahıyaalma === 1 aprel 2000-ci ildə keçirilən şəhər əhalisinin məlumatına görə, siyahıda 9,565 insan qeydə alınıb.
Çembers qraflığı (Alabama)
Çembers dairəsi (ing. Chambers County) — ABŞ-nin Alabama ştatının şərq mərkəzi hissəsində yerləşən bir qraflıq. 2020-ci ildə aparılmış siyahıyaalınmaya əsasən, əhalisi 34,772 nəfərdir. Qraflıq mərkəzi Lafayet şəhəridir. Ən böyük şəhəri Valli adlanır. Dairə alabamalı ABŞ senatoru Henri N. Çembersin adını daşıyır.
Alabama hava limanlarının siyahısı
Bu siyahı ABŞ-nin Alabama ştatında yerləşən havalimanlarının növünə və yerinə görə siyahısıdır. Bu siyahıda ictimai və hərbi hava limanları var. FAA tərəfindən kommersiya uçuşları qeydə alınmış və ya BHNA kodu təyin edilmiş bəzi əhəmiyyətli şəxsi və əvvəllər ictimai istifadə də olan keçmiş hava limanları da buraya daxil edilib. == Hava limanları == Bu siyahıya aşağıdakı məlumatlar toplanmışdır: Şəhər – Hava limanın aid olduğu və Federal Aviasiya Administrasiyası baş qeydlərində göstərilən şəhər. Bu həmişə faktiki yerdən fərli ola bilər, çünki bəzi hava limanları xidmət etdiyi şəhərin ətrafında yerləşən daha kiçik qəsəbədə yerləşir.FAA – Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən təyin edilən yer identifikatoru.BHNA – Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (BHNA) tərəfindən təyin edilən hava limanı kodu. FAA kodu ilə eyni olmadıqda qalın şəkildə verilir.BMAT – Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) tərəfindən təyin edilən hava limanı kodu.Adı – Hava limanının rəsmi adı. Əvvəlcədən planlaşdırılmış kommersiya məqsədli sərnişin uçuşları həyata keçirən hava limanları qalın şəkildə verilir.Növü – 2011–2015-ci il İnteqrasiya Olunmuş Hava Limanı Sistemlərinin Milli Planı (İHSMP) hesabatında göstərilən dörd FAA hava limanı kateqoriyalarından biri : Ə-q: Kommersiya xidməti (əsas) - əvvəlcədən planlaşdırılmış kommersiya məqsədli sərnişin uçuşları həyata keçirən və illik 10,000-dən artıq sərnişin miniyi həyata keçirilmiş ictimai istifadədə olan hava limanlarıdır. Hər bir əsas hava limanı FAA tərəfindən aşağıdakı 4 "qovşaq" kateqoriyasına ayrılmışdır (q): B: Böyük qovşaq - ABŞ-dakı ümumi minik sayının ən az 1%-i. O: Orta qovşaq ABŞ-dakı ümumi minik sayının 0.25%-1%-i. K: Orta qovşaq ABŞ-dakı ümumi minik sayının 0.05%-0.25%-i.
Alabama nəqliyyat vasitəsi qeydiyyat nişanları
Alabama ştatında 1911-ci ildən ştat avtomagistrallarında istismar edilən motorlu nəqliyyat vasitələri üçün nəqliyyat vasitəsi qeydiyyat nişanları istifadəsinə başlanılmışdır. Bəzi Alabama bələdiyyələri həmin tarixə qədər atlı nəqliyyat vasitələri, eləcədə motorlu vasitələr üçün öz nömrə nişanlarından istifadə edirdilər ki, bunun da mövcüd olan ən qədim nümunəsi Bessemer şəhəri tərəfindən iki atlı arabaya verilən 1 nömrəli bürünc nişandır. Məlum olan ilk avtomobil nömrə nişanı isə Birminqem şəhəri tərəfindən 1906-ci ildə 1904-cü il istehsalı olan 6 slindirli Ford markalı avtomobilə verilmişdir. 1911-ci ildə çıxan qaydaya əsasən ştat tərəfindən verilən nişanın ölçüsü eni 4.5 dyüm, uzunluğu isə 12 dyümə qədər olmalı, sol hissədə şaquli olaraq "ALA" hərfləri qeyd edilməli, yarım dyüm ştrixə malik 3 dyüm ölçülü rəqəmdən istifadə olunmalı idi. 1 nömrəli nişan Montqomeridə fəaliyyət göstərən Lik Dəfn Mərasimi Evinə təsis edilmişdi.1916-cı ildə çini lövhə əvəzinə metal lövhə istifadə edilməyə başladı. 1917-ci ildən başlayaraq nişanın verilmə ili qeyd edildi və 1919-cu ildə isə nişanın ölçüsü 6 x 15 dyümə qaldırıldı. 9122-ci ildə nişanlara çəki sinfi kodları əlavə edildi və 1928-ci ildə nişanların istehsalı Kilbi Cəzaçəkmə Müəssisəsinə verildi.1942-ci ildə hər qraflıq üçün kodlardan istifadə edilməyə başlanıldı. 1,2 və 3 kodları ən çox əhalisi olan Cefferson, Mobil və Montqomeri qraflıqlarına, digər kodlar isə əlifba sırası ilə digərlərinə verildi. II Dünya müharibəsi zamanı metal çatışmazlığı səbəbindən, 1943-cü ildə ştat yalnız ön şüşə etiketi verdi. 1951-ci ildə verilən qanuna əsasən ştat nişanlarda ürək işarəsi və "Diksinin qəlbi" frazası əlavə edildi.
Alabamada aviasiya
Alabama ilk aviasiya hadisəsi 10 mart 1910-cu ildə Orvil Raytın Montqomeridə həyata keçirdiyi uçuşdur. == Hadisələr == 1909 : E.T. Odum Alabama Ştat Yarmarkasına təyyarə gətirdi. 15 mart 1910 : Orvil və Uilbur Rayt ölkənin ilk mülki uçuş məktəbinin əsasını Montqomeridə qoydular. 1931 : Stedhem Ekkr Birminqem Bələdiyyə Hava Limanında Milli Hava Karnavalı seriyasının hava şousuna başladı. 10 iyul 1991 : Lekspres Hava Yolları reys 508 Birminqem Bələdiyyə Hava Limanında qəzaya uğradı. == Təyyarə istehsalçıları == Boeing Delta-4 roketlərini Dekeyterdə istehsal edir. Continental Motors (başlıca ümumi aviasiya təyyarələri üçün mühərrik istehsalçısı) mərkəzi Mobildə yerləşir. Airbus A320 tipli təyyarələri Brukli Mobil Aeropleksində yerləşən sənaye kompleksində qurur. == Aerokosmik == Albamada 73,000 iş yeri aerokosmik sahəyə əsaslanır. Milli Kosmik Elm və Texnologiya Mərkəzi NASA və Alabamada yerləşən yeddi elmi tədqiqat universitetinin birgə tədqiqat müəssisəsidir.
Alabamada təhsil
Alabamada təhsil Alabama Universiteti, özəl kolleclər və ibtidai və orta məktəblər daxil olmaqla Alabama ictimai və özəl məktəblərdən təşkil olunmuşdur. == Tarixi == İndi Alabama olan keçmiş Missisipi Ərazisində şəxsi və yerli qurulan ümumi məktəblər mövcud olmuşdur. 1819-cu il Ştat Konstitusiyası ela edir : == İbtidai və orta təhsil == Alabamada ibtidai və orta təhsil Alabama Ştat Təhsil Şurasının, eləcə də 67 qraflıq təhsil şurası və 60 şəhər təhsil şurasının nəzarətindədir. Ümumilikdə 1,541 məktəb 743,364 şagirdi ibtidai və orta təhsillə təmin edir.İctimai məktəb maliyyələşdirilməsi Təhsil Etimad Fondu vasitəsilə Alabama qanunvericiliyi ilə idarə edilir. 2006-2007-ci maliyyə ili üçün Alabama ibtidai və orta təhsilə 3,775,163,578 $ vəsait ayırmışdı. Bu əvvəlki maliyyə ilinə nisbətən 444,736,387 $ artıq olmuşdu. 2007-ci ildə məktəblərin 82 faizindən çoxu Alabama ştatı tərəfindən Milli Heç Bir Uşaq Geri Qalmasın qanunu çərçivəsində müəyyənləşdirilən tədbirlərdən istifadə edərək adekvat illik tərəqqi (AİT) əldə etdilər. 2004-cü ildə məktəblərin 23 faizi AİT səviyyəsinə çatdmışdı.Alabama ictimai təhsil sistemi inkişaf etməsinə baxmayaraq digər ştatlarla müqayisədə geri qalır. 2000-ci il əhalinin siyahıyaalma məlumatına əsasən Alabamanın tam orta məktəb məzuniyyət səviyyəsi 75%-dir və ölkədə Missisipidən sonra ən aşağı ikinci yerdə dayanır. Ən böyük təhsil gəliri dərəcəsiz kollec təhsili alan şəxslər tərəfindən əldə edilir.
Alabamanın iqlimi
Alabama ştatı Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik (Cfa) kimi təsnif edilir. Ştatın orta illik temperaturu 64 °F (18 °C) dərəcədir. Temperatur ştatın cənub hissəsində Meksika körfəzinə yaxınlığı ilə əlaqədar daha istiyə meyillidir, şimal hissələrində, xüsusən şimal-şərqdəki Appalaç dağlarında bir qədər soyuğa meyillidir. Ümumiyyətlə Alabamanın il boyu çoxlu yağıntıya malik çox isti yayları və mülayim qışları var. Ştata hər il orta hesabla 56 düym (1,400 mm) yağıntı düşür və cənub hissəsində 300 günə qədər uzun bir yetişmə mövsümü keçməkdədir. Burada yaz və yay dövründə ara sıra dolu fırtınaları meydana gəlir, lakin onlar nadir hallarda dağıdıcı olurlar. Sıx dumanlar nadirdir və onlar əsasən sahil boyunca yerləşirlər. Həmçinin il boyunca tufanlar meydana gəlir. Onlar əsasən yayda çox olurlar, lakin yazda (mart və may arasında) və payızın sonlarında (noyabrda) daha da şiddətlənirlər. Məhz bu vaxt dağıdıcı küləklər və leysan yağışları, xüsusən də şimal və mərkəzi hissələrdə tez-tez baş verir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.51 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 ••••••••• 1.68
2006 ••••• 0.90
2007 ••••• 0.85
2008 ••• 0.49
2009 ••••• 0.96
2010 •••••••••••• 2.18
2011 •••••••••••••••••••• 3.86
2012 •••••••••••••• 2.67
2013 ••••• 0.88
2014 ••••••••• 1.72
2015 0.17
2016 •••• 0.69
2017 •••••• 0.98
2018 ••••••• 1.20
2019 ••••••• 1.25
2020 •••• 0.66

Oxşar sözlər

#alabama nədir? #alabama sözünün mənası #alabama nə deməkdir? #alabama sözünün izahı #alabama sözünün yazılışı #alabama necə yazılır? #alabama sözünün düzgün yazılışı #alabama leksik mənası #alabama sözünün sinonimi #alabama sözünün yaxın mənalı sözlər #alabama sözünün əks mənası #alabama sözünün etimologiyası #alabama sözünün orfoqrafiyası #alabama rusca #alabama inglisça #alabama fransızca #alabama sözünün istifadəsi #sözlük