alaqaranlıq sözü azərbaycan dilində

alaqaranlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • alaqaranlıq • 61.6438%
  • Alaqaranlıq • 35.6164%
  • ALAQARANLIQ • 2.7397%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alaqaranlıq
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. == Təyin edilməsi == Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Alaqaranlıq naharı (film, 1998)
Alaqaranlıq naharı (yap. 超いんらん 姉妹どんぶり) – 1998-ci ildə istehsal olunmuş Yaponiyanın Erotik filmidir. == Məzmun == Filmdə cavan iki bacılardan və onları yanında işləməyə götürən kişidən danışılır. Böyük bacı tərəfindən kiçik bacı yoldan çıxır. Kiçik bacı daha çox seksual fikirlərdən fikirləşməyə başlayır...
Alaqaranlıqda kilsə mənzərəsi (rəsm əsəri)
Alaqaranlıqda kilsə mənzərəsi — 1883-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.68
2007 ••••••• 0.21
2009 ••••• 0.16
2010 ••••••••••••••••• 0.54
2011 ••• 0.09
2013 ••••• 0.15
2016 •••••• 0.17
2017 •••••••••• 0.33

alaqaranlıq sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Bir az qaranlıq, yarıişıq, yarıqaranlıq. Onu [Tanyanı] həbsxananın qalın divarları, alaqaranlıq koridorları sıxır, [o] qaçıb qurtulmağa çarələr düşünürdü. A.Şaiq. Qəza icraiyyə komitəsi dəftərxanasında ən dibdəki alaqaranlıq otağa girsəydiniz, bir neçə dolab və bir masa ilə bir kürsü görərdiniz. H.Nəzərli. 2. Səhər çağı, sübh gün çıxmaq üzrə olanda, dan yeri sökülən vaxt. Hava alaqaranlıq ikən biz kəndə girdik. Kənd təzətəzə oyanırdı. S.Rəhimov. Cahandar ağa başa düşdü ki, pristav onu alaqaranlıqda boş-boşuna yanına çağırmır. İ.Şıxlı. [Qəhrəman] atası ilə birlikdə səhər ala-qaranlıqdan (z.) dükana gedər, axşam gün batandan sonra evə qayıdardı. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / alaqaranlıq

alaqaranlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

alaqaranlıq sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. 1. полумрак, сумрак 2. рассвет, раннее утро, утренний сумрак II нареч. на рассвете, рано утром, затемно. O, alaqaranlıq işə getdi он пошёл на работу на рассвете

    Azərbaycanca-rusca lüğət / alaqaranlıq

alaqaranlıq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. (axşam çağı / vaxtı) dusk, semi-darkness, twilight; 2. (səhər lap tezdən) dawn, day-break II. z. at dawn, at day-break; before day-break, before dawn; alaqaranlıq oyanmaq to wake* up at dawn / at day-break; alaqaranlıq işə getmək to go* to work at dawn / at day-break

    Azərbaycanca-ingiliscə lüğət / alaqaranlıq

alaqaranlıq sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) demi-jour m (pl invar) ; pénombre f ; clair-obscur m (pl clairsobscurs)(bir az qaranlıq) ; aube f (dan yeri söküləndə) ; point m du jour (səhər çağı, sübh çağı) ; alaqaranlıqda entre chien et loup

    Azərbaycanca-fransızca lüğət / alaqaranlıq

alaqaranlıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. тӀимил мичӀи; зур экуь, зур мичӀи (мес. кӀвал); 2. экуьнен вахт, экуьнахъ рагъ акьаз мукьва, лаз ядай вахт, хурушум вахт.

    Azərbaycanca-ləzgicə lüğəti / alaqaranlıq

"alaqaranlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alaqaranlıq nədir? #alaqaranlıq sözünün mənası #alaqaranlıq nə deməkdir? #alaqaranlıq sözünün izahı #alaqaranlıq sözünün yazılışı #alaqaranlıq necə yazılır? #alaqaranlıq sözünün düzgün yazılışı #alaqaranlıq leksik mənası #alaqaranlıq sözünün sinonimi #alaqaranlıq sözünün yaxın mənalı sözlər #alaqaranlıq sözünün əks mənası #alaqaranlıq sözünün etimologiyası #alaqaranlıq sözünün orfoqrafiyası #alaqaranlıq rusca #alaqaranlıq inglisça #alaqaranlıq fransızca #alaqaranlıq sözünün istifadəsi #sözlük