alaçıq sözü azərbaycan dilində

alaçıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • alaçıq • 90.4110%
  • Alaçıq • 5.4795%
  • ALAÇIQ • 4.1096%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alaçıq
Alaçıq — Azərbaycanda yarımköçərilərin, el əhlinin istifadə etdiyi müvəqqəti olacaq. Əsasən yaylaqda istifadə olunur. Digər türk xalqlarında alaçıq yurt adlanır. == Alaçığın növləri == Üst bölmə qara çadır adlanır və keçi tükündən olur. Yan divar çıq ya çit adlanır, qamış və keçi tükündən olur. Muxuru alaçıq-çubuqlardan hazırlanır. Dəyə - üstüörtülü, yanları açıq olan alaçıq.
Alaçıq (Marağa)
Alacıq (fars. الاچيق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 152 nəfər yaşayır (36 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında,Qaraağac qəsəbəsindən 28,5 km şimal-qərbdədir.
Alaçıqqaya
Alaçıqqaya — Qaraqoyunlu mahalında kənddir. == Haqqında == ALAÇIQ (ALAÇIQ QAYA) - Ermənistan SSR Dilican Şəhər Soveti tabeliyində Gedik çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 85, 1919-cu ildə 166, 1931-ci ildə 119 nəfər, 1939-cu ildə 120, 1970-ci ildə 278 nəfər azərbay­canlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar. == Tarixi == Alaçıqqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Alaçıqtəpəsi (Meşkinşəhr)
Alaçıqtəpəsi (fars. الاچيق تپه سي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkinşəhrdən 24 km şimalda, Meşkinşəhr-Ərdəbil avtomobil yolunun 16 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (16 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2007 ••••••••••••••• 0.21
2009 ••••••••••• 0.16
2011 •••••••••••••••••• 0.26
2013 •••••••••••••••••••• 0.29
2020 •••••••••• 0.13

alaçıq sözünün leksik mənası və izahı

  • 1 is. Çubuqdan qurulub üstü keçə ilə örtülən köçəri mənzili; çadır. [Bayram:] …Gecə vaxtı qorxudan alaçığın çətinindən başımı dışarı çıxara bilmənəm. M.F.Axundzadə. Bizi keçədən qayrılmış bir alaçığa gətirdilər… A.Şaiq. Bahar fəsli maldar kəndlilər buraya köçüb alaçıqlar qurarlar və … mallarını otladarlar. S.S.Axundov.

    Azərbaycan dilinin izahlı lüğəti / alaçıq

alaçıq sözünün etimologiyası

  • 1 Sözün al hissəsi alın sözü ilə qohumdur. Mənası “qabaq”, “ön tərəf” de­məkdir. Açıq isə elə indi də işlətdiyimiz kəlmədir, “bağlı olmayan” deməkdir. Ala­çıq­ların qapısı olmurdu, ona görə də ona “alı (qabağı, qapısı) açıq”demişlər. 

    Azərbaycan dilinin etimologiya lüğəti / alaçıq

alaçıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 ALAÇIQ (çubuqla qurulmuş köçəri mənzili) Üçüncü gün Pasıgilin alaçığının qabağında toy vurulmuş yenə belə şənliklər olmuşdu (S.Rəhimov); ÇADIR Atam çadırımızın yanındakı armud ağacı altında oturub Kərim baba ilə söhbət edirdi (A.Şaiq); XEYMƏ (köhn.) ..Xalq geniş meydana toplanır, ortada xeymə qurulur, tarixi libas geymiş şəbihlər gəlir.. (Çəmənzəminli).

    Azərbaycan dilinin sinonimlər lüğəti / alaçıq

alaçıq sözünün rus dilinə tərcüməsi

alaçıq sözünün inglis dilinə tərcüməsi

alaçıq sözünün fransız dilinə tərcüməsi

alaçıq sözünün ləzgi dilinə tərcüməsi

alaçıq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Köçəri mənzili, çadır. (“Koroğlu” dastanının lüğəti) Yenə axşam yeməyindən sonra hamı böyük alaçığa yığışmışdı. (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)

Azərbaycan dastanlarının leksikası

"alaçıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alaçıq nədir? #alaçıq sözünün mənası #alaçıq nə deməkdir? #alaçıq sözünün izahı #alaçıq sözünün yazılışı #alaçıq necə yazılır? #alaçıq sözünün düzgün yazılışı #alaçıq leksik mənası #alaçıq sözünün sinonimi #alaçıq sözünün yaxın mənalı sözlər #alaçıq sözünün əks mənası #alaçıq sözünün etimologiyası #alaçıq sözünün orfoqrafiyası #alaçıq rusca #alaçıq inglisça #alaçıq fransızca #alaçıq sözünün istifadəsi #sözlük