albanlar sözü azərbaycan dilində

albanlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • albanlar • 80.7143%
  • Albanlar • 19.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Albanlar
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. == Tarixi == Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Makedoniyada albanlar
Şimali Makedoniyada albanlar ərazisində etnik, dil və din baxımından ən iri milli azlıqlardan biridir. 2002-ci il siyahıya alınmasına görə 2 022 547 nəfərlik Makedoniyanın 509 083 (25,2 %) nəfəri etnik albanlardan ibarətdir. Albanlar ölkənin əsasən kənd təsərrüfatı rayonları olan qərb, şimal-qərb rayonları və mərkəzi hissələrdə yayılmışlar. Üstəlik ölkənin iki iri şəhərinin mütləq əhalisini təşkil edirlər. Onlar Tetovo (ümumi əhalinin 70,3 %), Qostivar (66,7 %), Debar (58,1 %), Struqa (56,8 %), Kiçevo (54,5 %), Kumanovo (25,8 %) və Skopye (20,5 %) şəhərlərinin nir hissəsini təşkil edirlər. == Tarixi == 1467—1468-ci illərdə Osmanlı imperiyası dönəmində aparılan siyahıya alınmaya görə Makedoniya vilayəti ərazisində cəmi 84 alban təsərrüfatın olması qeyd edilirdi. Albanlar ill əvvəllər xristian olmuşlar. Ancaq Osmalı imperiyası islam dinin yayılması məqsədi ilə tədbirlər görmüşlər. Nəticədə albanlar islamı qəbul etmişlər. Burada hədəf Bosfordan Adriatik dənizi sahillərinə qədər olan ərazinin islamlaşdırılması olmuşdur.
Kosovo albanları
Kosovo albanları (alb. Shqiptarët në Kosovë, Kosovarlar, alb. Kosovar) — Kosovo Respublikasında say baxımından üstünlük təşkil edən etnik qrup. Bu qrupuna daxil olan albanların böyük əksəriyyəti islam dinində etiqat edir. Az miqdarda katolik xristian albanlarda da vardır. Yuqoslaviya Sosialist Federativ Respublikasında 1991-ci il siyahıya alınmasına görə Kosovoda 1 596 072 etnik alban (ümumi əhalinin 81,6 %) yaşayırdı. 2000-ci ilə görə onların sayı 1 584 000 ilə 1 733 600 (ümumi əhalinin 88 %) arasında dəyişirdi. Hazırda isə onların sayı ümumi əhalinin 92,93 % təşkil edir. Kosovo albanları sadəcə olaraq bir etnik albanlardır. Onlar yerli və gəlmə olmaqla iki qrupa bölünürlər.
Monteneqro albanları
Monteneqro albanları — Monteneqro Respublikasının ən böyük qeyri-slavyan milli azlığıdır. Dil baxımından serbxorvat dilindən çox fərqli olan alban dilində danışırlar. Albanlar ənənəvi olaraq ölkənin cənubunda, Albaniya Respublikası ilə sərhəd boyunca yaşayırlar. Monteneqro albanları arasında müsəlmanlar üstünlük təşkil edir (74%). Bununla belə xeyli sayda katolik (26%) və pravoslavlar da vardır. Yuqoslaviya Sosialist Federativ Respublikası dövründə Monteneqro albanları özlərini Alban xalqının bir hissəsi kimi hiss etdirdilər. Məsələn: 1969-cu ildə alban bayraqları və İskəndər bəyin portretləri ilə alban məktəblilərinin çıxışı Monteneqronun Ulsin şəhərində müəllimlərin rəhbərliyi altında baş tutur. Sonradan bəlli olur ki, Ulsindəki bu yürüşə rəhbərlik edənlər Kosovonın Qloqovac cəmiyyətindən olan məktəb müəllimləri olmuşdur. 2003-cü il siyahıyaalınmasına əsasən, Monteneqroda 31.163 alban (5.03%) yaşayırdı. Şimali Makedoniya Respublikasında olduğu kimi, Monteneqro albanları da əsasən İslamı dinində etiqat edir (73.37%), lakin makedoniyalı albanlardan fərqli olaraq, Monteneqronun təbii hərəkəti göstəriciləri AB və Şimali Amerikanın daha inkişaf etmiş ölkələrinə daha fəal mühacirət etmələri səbəbindən mənfi dinamika göstərir: 2011-ci il siyahıyaalınmasına görə yalnız 30.439 ölkə vətəndaşı, ya da 4,91%, artıq özlərini alban adlandırdı.
Qafqaz albanları
Albanlar, Qafqaz albanları — Qafqaz Albaniyası dövlətinin əsasını qoymuş, azərbaycanlıların etnogenezində mühüm rol oynamış, qafqaz dil ailəsinə mənsub olan Zaqafqaziyanın yerli xalqı. == Tarixi == Alban etnosunun adı ilk dəfə e.ə. 331-ci ildə Əhəməni ordusu ilə Makedoniyalı İskəndərin ordusu arasında baş vermiş Qavqamel döyüşü ilə əlaqədar olaraq II əsr müəllifi Arrian tərəfindən çəkilir. Deyilir ki, Əhəməni ordusunda albanlar da vardı . E.ə. I əsrdə baş vermiş hadisələrlə əlaqədar bu etnosun məskun olduğu ölkə yunan və latın mənbələrində eranın əvvəllərindən başlayaraq Albaniya adlanır. Albaniya indiki Dağıstana mənsub Samur-Dərbəndarası bölgə, indi Ermənistana aid Göyçə və Zəngəzur bölgələri daxil olmaqla indiki Şimali Azərbaycan ərazisi əhatə edirdi. Lakin Azərbaycanın Kür çayının Arazla birləşdiyi yerdən Xəzərə qədərki hissəsindən cənubdakı inzibati rayonların (Saatlı, Sabirabad, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik və Astara rayonları) ərazisi və Naxçıvan qədimdə Midiyaya, e.ə. IV əsrdən eranın VII əsrinə qədər Atropatenaya məxsus idi. Albaniya dövləti təxminən min il ömür sürmüş və ərəb işğalı nəticəsində VIII əsrdə süqut etmişdir.
Qafqaz albanlarının dili
Qafqaz albanlarının dili və ya sadəcə alban dili — Qafqaz Albaniyasının yaradıcıları və alban tayfa ittfaqının əsas tayfalarından biri olan Qafqaz albanlarının danışdığı dil. Alban dili müxtəlif tədqiqatçılar tərəfindən Qafqaz dilləri qrupuna aid edilir. Xristianlıq qəbul edilənə və Albaniyada dövlət dininə çevrilənədək albanların öz yazısı olmuş, bütün ölkə üçün tayfalararası ünsiyyət vasitəsi kimi alban dili geniş intişar tapmışdı. Əsasən Albaniyann şimal və qərb bölgələrində xüsusəndə Bərdə və Ağdam ərazisində yerli camaatın danışdığı alban və qarqar dillərinin udin dilinə yaxın olan qafqaz dil ailəsinə daxil olan bir dil olduğu güman edilir. Alban dilində yerli yazı və ədəbiyyatın yaranması ermənilərdə və gürcülərdə olduğu kimi, ölkənin xristianlaşması ilə bağlı idi. Dini ədəbiyyatın albancaya ilk tərcümələri siryani dilindən olmuşdur. Moisey Kalankatlının verdiyi məlumatlar Albaniyanın qədim Suriyanın vilayətləri və Fələstinlə köhnə əlaqələrinin olduğunu göstərir. Albanların öz doğma dillərində yazı və ədəbiyyatın olması obyektiv tarixi zərurətdən irəli gəlirdi. Sosial-iqtisadi və siyasi şərait Albaniyanın öz ədəbiyyatının yaranması üçün zəmin hazırlamışdı. V əsrin başlanğıcında arami qrafikası əsasında alban yazısı -əlifbası təkmilləşdirildi.
Rumıniya albanları
Rumıniya albanları (rum. Albanezi) — Rumıniya ərazisində yaşayan etnik qrup. Rumıniyanın etnik azlıqları siyahısına daxildir. Bu səbəbdən onların hüüuqlarının ifadəçisi olaraq Rumıniya Deputatlar palatasında bir nümayəndəyə sahibdirlər. == Demoqrafiya == 2002-ci ildə Rumıniyada aparılan siyahıya alınmağa görə burada 520 nəfər alban olmasını bildirmişdir. Onlardan 484 nəfəri doğma dilinin alban olmasını birdirmişdir. Ancaq qeyri-rəsmi məlumata görə ölkədə 10 000 alban yaşayır. Onlar əsasən Buxarestdə cəmləşmişdir. Onlar həmdə ölkənin digər iri şəhərlərində belə yaşayırlar - Timişoara, Yassi, Kondtansa və Kluj-Napoka. Burada yaşayan alban ailələrinin böyük qismi provaslavdır.
Şimali Makedoniya albanları
Şimali Makedoniyada albanlar ərazisində etnik, dil və din baxımından ən iri milli azlıqlardan biridir. 2002-ci il siyahıya alınmasına görə 2 022 547 nəfərlik Makedoniyanın 509 083 (25,2 %) nəfəri etnik albanlardan ibarətdir. Albanlar ölkənin əsasən kənd təsərrüfatı rayonları olan qərb, şimal-qərb rayonları və mərkəzi hissələrdə yayılmışlar. Üstəlik ölkənin iki iri şəhərinin mütləq əhalisini təşkil edirlər. Onlar Tetovo (ümumi əhalinin 70,3 %), Qostivar (66,7 %), Debar (58,1 %), Struqa (56,8 %), Kiçevo (54,5 %), Kumanovo (25,8 %) və Skopye (20,5 %) şəhərlərinin nir hissəsini təşkil edirlər. == Tarixi == 1467—1468-ci illərdə Osmanlı imperiyası dönəmində aparılan siyahıya alınmaya görə Makedoniya vilayəti ərazisində cəmi 84 alban təsərrüfatın olması qeyd edilirdi. Albanlar ill əvvəllər xristian olmuşlar. Ancaq Osmalı imperiyası islam dinin yayılması məqsədi ilə tədbirlər görmüşlər. Nəticədə albanlar islamı qəbul etmişlər. Burada hədəf Bosfordan Adriatik dənizi sahillərinə qədər olan ərazinin islamlaşdırılması olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.49 dəfə / 1 mln.
2003 •••••••• 1.57
2004 •••••••••••••••••••• 4.38
2005 •••• 0.67
2006 ••• 0.45
2007 ••• 0.63
2008 •• 0.24
2009 ••• 0.64
2010 ••••• 1.00
2011 •• 0.26
2012 •• 0.26
2013 0.15
2014 •••• 0.86
2015 0.17
2016 •• 0.35
2017 0.16

Oxşar sözlər

#albanlar nədir? #albanlar sözünün mənası #albanlar nə deməkdir? #albanlar sözünün izahı #albanlar sözünün yazılışı #albanlar necə yazılır? #albanlar sözünün düzgün yazılışı #albanlar leksik mənası #albanlar sözünün sinonimi #albanlar sözünün yaxın mənalı sözlər #albanlar sözünün əks mənası #albanlar sözünün etimologiyası #albanlar sözünün orfoqrafiyası #albanlar rusca #albanlar inglisça #albanlar fransızca #albanlar sözünün istifadəsi #sözlük