Ald sözü azərbaycan dilində

Ald

Yazılış

  • Ald • 50.0000%
  • ald • 25.0000%
  • ALD • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ALDI
Aldi (alm. Aldi‎; Albrechts Discount - qısaldılmış forması) — dünyada bir çox ölkədə fəaliyyət göstərən Alman supermarketlər şəbəkəsidir. Şirkət 1913-cü ildə Almaniyanın Essen şəhərində yaradılmışdır. Aldi-nin Avropada təxminən 7000-ə yaxın mağazası mövcuddur.
ALDP
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999-2023-cü illərdə mövcud olmuş siyasi partiya. == Tarixi == Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir.Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il)Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.Bu birləşməyə baxmayaraq partiyada Fuad Əliyevin əleyhdarları Valeh İbadovun rəhbərliyində Azərbaycan Liberal Demokrat Partiyası adına iddalar səsləndirmişdir. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi 2004-cü ildə Fuad Əliyevin rəhbərlik etdiyi partiyanı Azərbaycan Liberal Demokrat Partiyası olaraq qeydə almışdır.
Alan Rikmanın aldığı mükafat və nominasiyaların siyahısı
Aşağıdakı siyahıda Alan Rikmanın kino və teatr sahəsindəki fəaliyyətinə görə aldığı mükafat və nominasiyalar göstərilmişdir.
Aldabra
Aldabra — dünyada ikinci ən böyük mərcan atolludur. Hind okeanındakı Seyşel adalarının Xarici adalarının bir hissəsi olan Aldabra adalarında, Mae adasındakı paytaxt Viktoriyadan 1,120 kilometr (700 mil) cənub-qərbdə yerləşir. == Tarix == Aldabranın tarixi adı, ərəb dənizçilər tərəfindən "atollun sərt, günəş bişmiş mühiti" mənasını verən Əl-Hadra və ya Əl-Xadra (bir neçə variant mövcuddur) idi və bu ad 16-cı əsrin Portuqaliya xəritələrinə daxil edilmişdir. Onlar Hind okeanını isə Bəhr-əl zany adlandırmışdılar. Ada 1511-ci ildə Portuqal naviqatorları tərəfindən ziyarət edilmişdir. Adalar artıq ona adaını verən farslara və ərəblərə məlum idi. 18-ci əsrin ortalarında Atoll, Aldabra nəhəng tısbağalarının tutulması üçün ekspedisiyaların edildiyi Fransanın Reyunyon koloniyasının asılılığı altına düşdü. Aldabra üzərində yerüstü şirin su mənbələri olmadığından, tədqiqatçıların (1742-ci ildən əvvəl hər hansı bir tədqiqatçının səfərinə dair heç bir sübut yoxdur) maraqları atollda yaşamaq deyil, yalnız tısbağa və balıq növlərini istismar etmək idi.1810-cu ildə Mavritaniya, Reyunyon, Seyşel adaları və digər adalarla birlikdə Aldabra da Böyük Britaniyanın ixtiyarına keçdi. Reyunyon daha sonra Fransaya qaytarıldı və Mavritaniya, Seyşel adalarının qalanı ilə birlikdə Aldabranın sahibi oldu. Ərazidəki əvvəlki sakinlər Seyşel adalarından gələn mühacirlər idi.
Aldabra (adalar qrupu)
Aldabra adaları — Xarici Seyşel adalarının bir hissəsidir. Aldabra qrupu adaların cənub-qərbində, Mae adasında yerləşən paytaxt Viktoriyadan 1000 kilometr (620 mil) məsafədə yerləşir. == Əhali və ərazi == Qrupda 3 məskubnlaşılmış və 1 məskunlaşılmamış ada var. Hazırda əsas yaşayış məskəni böyük bir hərbi bazanın inşasının davam edildiyi Assampşen adasında yerləşir. Digər kənd isə Aldabradakı Aldabra Araşdırma Stansiyasıdır. Yalnız 2 nəfərdən ibarət olan ən kiçik kənd Astov adasındadır. Menai adasında isə tərk edilmiş kənd, Kosmoledo yerləşir. Aldabra adalar qrupunun ümumi sahəsi 180,03 km²-dir.
Aldadılmış ər
"Aldadılmış ər və ya üç qadının bir məşuq üçün rəqabəti", KV 430/420а, (İtalyan dilində: «Lo sposo deluso, ossia La rivalità di tre donne per un solo amante») Volfqanq Amadey Motsart tərəfindən 1783 və 1784-cü illərdə naməlum İtaliya şairinin librettosu əsasında bəstələdiyi iki aktdan ibarət komik opera. Opera müəllif tərəfindən tamamlanmamışdır və yalnız I akta aid qısa (iyirmi dəqiqəlik) bir fraqment mövcuddur. == Tarixi == 1783-cü ilin yayında naməlum bir italyan şairi (ehtimal olunur ki, bu şəxs abbat Lorenso da Ponte idi)) 1780-cı ildə Romada Domenika Çimarozanın "İki rəqib" operasında səhnələşdirilən librettonu yenidən işlənilməsi və daha da təkmilləşdirilməsi üçün Volfqanq Amadey Motsarta təqdim edir. Motsart bu libretto əsasında Vyanadakı italyan truppası üçün yeni opera yazmağa razılaşdı. Opera üzərində işin yarımçıq qalmasının dəqiq səbəbləri məlum deyil, lakin ehtimal olunur ki, bu işə librettonun Vyana səhnəsinə uyğunlaşdırılmasındakı çətinliklər və həmçinin müəllifin "Fiqaronun toyu" operası üzərində işə başlaması mahe olmuşdur. == Süjet == Operada hadisələr Livarnodan çox da uzaq olmayan dəniz sahilindəki villada baş verir. Nəcib Romalı xanım Eudjeniya Don Asdubala vurulmuşdur. Lakin sevgilisinin müharibədə həlak olduğuna əmin olan gənc qız varlı Bokkonio Papparellinin arvadı olmağa razılıq verir. Gözlənilmədən Don Asdubal Livarnoya qayıdır. Eudjeniyanın rəqibləri olan Metilda və Bettina onu sevgilisinin gözündən salmağa çalışırlar.
Aldama
Aldama (lat. Aldama) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Aldan (şəhər)
Aldan (saxa Алдан) — Rusiyada, Saxa Respublikasında şəhər. Aldan rayonunun mərkəzidir. Böyük Never dəmiryol stansiyasından 648 kilometr şimalda, avtomagistral üstündədir. Qızıl və mika istehsal edilir. Maşın təmiri zavodu, elektrik stansiyası, politexnikum, tibbi məktəbi var. 1924-cü ildə yaradılmışdır. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Алдан // Города России: энциклопедия (50000 nüs.). М.: Большая Российская энциклопедия. 1994. 16.
Aldan qalxanı
Aldan qalxanı (Aldan-Stanovoy qalxanı) – Uzaq Şərqdə, Sibir platformasının cənub-şərq hissəsində Kembriyə qədərki kristallik özül çıxıntısı. Əsasən, Aldan yaylası ilə üst-üstə düşür. Aldan qalxanı güclü dislokasiyaya və metamorfizmə uğramış, qranit intruziyaları ilə yarılmış Arxeozoy və Proterozoy yaşlı süxurlardan təşkil olunmuşdur. Qalxanın şimal hissəsi Kembrinin üfüqi yatımlı çökmə süxurları, şimal-şərq hissəsi Yuranın kontinental və dəniz çöküntüləri ilə örtülmüşdür; cənubda və qərbdə Baykal və Paleozoy qırışıqlığı sahələrindən dərinlik qırılmaları ilə ayrılır. Neogen – Dördüncü dövrdə Aldan qalxanının cənub hissəsi intensiv qalxmaya məruz qalmış və nəticədə Stanovoy silsiləsi yaranmışdır. Silsilənin şimal kənarı boyunca qırılmalarla hüdudlanan və Yuranın kontinental çöküntülərindən təşkil olunmuş çökəkliklər yerləşir. Aldan qalxanın Arxeozoy yaşlı süxurlarında dəmir və mika, Erkən Proterozoy yaşlı süxurlarında zəngin mis filizi, qızıl və pyezokvars, Yura yaşlı kontinental çöküntülərində daş kömür (Aldan kömürlü rayonu) yataqları aşkar edilmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
Aldan ulusu
Aldan ulusu (saxa Алдан улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Aldan şəhəridir. == Tarixi == Rayon 5 may 1930-ci ildə qurulmuşdur. == Coğrafiyası == Rayon Saxa Respublikasının cənubunda, Aldan qalxanında yerləşir. Burad yaşı 3 milyard ildən çox olan ən qədim kristal qaya formasiyaları üzə çıxır. Rayonun ərazisi 156,8 min km²-dir. Bölgədəki ən yüksək nöqtə 2.264 m-dir (Qonam çayının yuxarı hissəsində olan bir dağ). Rayonun böyük çayları: Aldan, Unqra, Timpton, Qonam, Uçur, Amqa. Bütün çaylar sürətli axına malikdir. Bölgə çökəkliklər və qarışıqlarla zəngindir.
Aldan yaylası
Aldan yaylası (rus. Алда́нское наго́рье) — Şərqi Sibirdə, Rusiyanın Saxa Respublikasında yayla. Aldan çayının yuxarı axını (şimalda) ilə Stanovoy suayırıcısı (cənubda) arasındadır. Yüksəkliyi cənubda 1000 metr, şimalda 650–800 metr, bəzən 1,400–2,000 metrə (maksimum 2,306 m) çatır. Qışı uzundur. Yamacları tayqa meşələri ilə örtülüdür. Dəmir, kömür, mika və qızıl yataqları var. == İstinadlar == == Xarici keçidlər == Под общей редакцией акад. В. М. Котлякова. Алданское нагорье // Словарь современных географических названий.
Aldan çayı
Aldan — Rusiyanın uzaq şərqində, Lenanın sağ qolunu təşkil edən çay. Çay öz başlanğıcını Xabarovsk diyarından götürərək Saxa ərazisində lenaya birləşir. Çay Rusiya çayları arasında istər həçminə və uzunluğuna görə səkkizincisidir. == Etimalogiyası == Belə düşünülür ki, aldan Evenklərin dilindən keçmə bir söz olaraq mənası balıq deməkdir. Digər variatda isə: aldan "yaz sahil buzu" mənasını daşıdığı deyilir və ya (evenq dilində) elden dəmir mənası verir. == Coğrafiyası == Aldan çayının hövzəsi çox illik qrut buzları ərazisində yerləşir. Çay başlanğıcını Stanov sildiləsindən götürür. Çaya tökülən Uçur və Maya çayları arasındakı ərazidə çay geniş dərədən axır. Düzən hissədə çayın daşması nəticəsində çoxlu sayda göllər vardır. == Hidrologiyası == Aldan əsasən qar və yağış suları ilə qidalanır.
Aldanmış Kəvakib (Hekayəti-Yusif şah)
Aldanmış kəvakib ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. == Qısa məzmun == Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Aldo Rossi
Aldo Rossi (it. Aldo Rossi; 3 may 1931[…], Milan[…] – 4 sentyabr 1997[…], Milan) — italyan memar, dizayner və nəzəriyyəçi. == Həyatı == Aldo Rossi 1931-ci il 3 mayında İtaliyanın Milan şəhərində anadan oldu. 1949-cu ildə Milan Politexnik Universitetinin memarlıq fakultəsinə daxil olan Aldo Rossi 1959-cu ildə məzun oldu. Bu zaman 1955-ci ildən "Kasabella" jurnalında yazıları çap olunmağa başladı. Həmin jurnalda 1959–1964-cü illəri arasında redaktor kimi işlədi. 1960-cı illərdəki ilk işləri əsasən onun ən çox təsirləndiyi memarlar: 1920-ci illərdə Modernizm cərəyanının İtaliyadakı qabaqcıllarında Cüzəppe Terraqni, klasik dizaynları ilə tanınan Vyanalı memar Adolf Loos və rəssam Ciorco de Kiriko ilə bağlıdır. Stalin memarlığını izləmək üçün SSRİ-yə etdiyi səfər də karyerasında dönüş nöqtəsi olmuşdur == Neo-Rasional cərəyanı == Aldo Rossi La Tendenza olarak tanınan Neo-Rasional cərəyanının qurucuları arasında sayılır. Dövrünün Avropa Memarlığına olan töhfələri Robert Venturinin ABŞ-dəki memarlıq sahəsində verdiyi töhfələrə bənzəyir. Memarlıq tənqidçisi Çarlz Cenks Aldo Rossi ve Robert Venturini Postmodern memarlığınını ən vacib iki təmsilcisi olarak adlandırır.
Aldo Serena
Aldo Serena ( it. Aldo SerenaAldo Serena ; 25 iyun 1960) — İtaliyalı keçmiş peşəkar futbolçu. Karyerası boyunca bir neçə İtaliya klubunda çıxış edən oyunçu dörd A Seriyasl çempionlluğu titulunu qazanmışdır. O, əsasən liqa titulu və UEFA Kuboku da daxil olmaqla bir neçə kubok qazandığı "İnter"dəki çıxışı ilə xatırlanır. Milli komanda səviyyəsində, o, 1986 FIFA Dünya Kuboku və 1990 FIFA Dünya Kubokunda İtaliya milli komandasını təmsil edərək, komandanın sonuncu turnirdə üçüncü yeri tutmasına kömək etmişdir. == Klub karyerası == Serena karyerası ərzində bir sıra İtaliya klublarında çıxış edib: "Montebelluna", "İnter", "Komo", "Bari", "Milan", "Yuventus" və "Torino". Treviso əyalətinin Montebelluna şəhərində anadan olan Serena gənclik illərini doğma şəhərinin gənclər akademiyasında oynayaraq keçirib. 1977-ci ildə D Seriasında çıxış edən "Montebelluna" komandasında peşəkar debüt etdikdən və debüt mövsümündə 29 oyunda 9 qol vurduqdan sonra Serena növbəti mövsümdə 1978-ci ildə ilk dəfə "İnter" klubuna qoşuldu; onun "Latsio" klubuna qarşı keçirilən Seria A-da ilk oyunu 4:0 qələbə hesabı ilə bitdi və qollardan birinin müəllifi özü oldu. O, klubda keçirdiyi ilk mövsümdə 1981-82 İtaliya Kubokunu qazansa da əsasən ehtiyat oyunçu sayılırdı və buna görə də bir neçə digər İtaliya kublarına icarəyə verilırdı; o, icarə əsasında "Komo", "Bari", derbi rəqibi "Milan"və "Torino" klublarında hərəsində bir mövsüm çıxış etmişdir. O, həmçinin 1985-1987-ci illər arasında rəqib "Yuventus"la uğurlu iki mövsüm keçirdi, A Seriyasında 51 oyuna 21 qol vurdu, həmçinin 1985-ci ildə Qitələrarası Kuboku və 1985-86 Seriya A çempionluğunu qazandı; Turin təmsilçisinin formasıyla o, bütün yarışlarda ümumilikdə 71 oyuna 36 qol vurmuşdur.
Aldo Tonti
Aldo Tonti (it. Aldo Tonti) - İtaliyanın məşhur kino operatorlarından biridir.
Aldo Zadrima
Aldo Zadrima (alb. Aldo Zadrima; 15 yanvar 1948, Tirana) — Albaniya şahmatçısı, milli ustad. 1994 Albaniya çempionu.Albaniya komandasının tərkibində altı şahmat olimpiadasında (1972, 1980, 1982, 1984, 1994, 2002) və iki Balkan ölkələri çempionatında (1979 və 1994) iştirak etmişdir.1995-ci ildə zona turnirində Albaniyanı təmsil edirdi. Beynəlxalq arenada 1972-ci ildən 2003-cü ilə qədər çıxış edirdi. Maksimal reytinqinə (2270 bal) 1995-ci ilin yanvarında çatdı. 2015-ci ilin oktyabr ayında onun reytinqi 2255 bal idi.
Aldona Çesaytite-Nenenene
Aldona Çesaytite-Nenenene (qızlıq soyadı: Çesaytite; d. 13 oktyabr 1949 - ö. 3 aprel 1999; Kaunas, Litva) — Sovet İttifaqını təmsil edən Litvalı sabiq həndbolçu. Aldona Çesaytite, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Aldona Çesaytite, həmdə Dünya Çempionatlarında 1 gümüş medala sahib olub. == Karyerası == Aldona Çesaytite, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Aldona Çesaytite növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Aldosteron
Aldosteron — xolesteroldan əmələ gələn və mineralokortikoidlərdən biri olan təbii steroid hormon. Bu hasil olma adrenal korteksdə baş verdiyi üçün aldosteron eyni zamanda kortikosteroiddir. Aldosteron xüsusilə natrium sekresiyasını dayandırdığı və kalium atılmasını artırdığı üçün böyrəklərdə iş görür; natrium səviyyəsini yüksəldərək qan həcmini və bunun nəticəsində qan təzyiqini artırır. Sintetik aldosteron törəməsi fludrokortizon dərman maddəsi kimi istifadə olunur; kalium tutucu diuretiklərə aid olan və ürək çatışmazlığı üçün təyin olunan aldosteronun antoqonistləri daha böyük əhəmiyyət kəsb edir. == Sintez olunma == Progesteron xolesteroldan karbon 3 atomunda oksidləşmə yolu ilə ara mərhələ olan pregnenolon vasitəsilə əmələ gəlir. Progesteronun 21, 18, 11 betta mövqelərində hidroksilləşmə nəticəsində 18-hidroksikortikosteron əmələ gəlir. Sonuncunun karbon 18 atomundakı hidroksil qurupunun sonrakı oksidləşməsindən aldosteron yaranır.
Aldosteronizm
Aldosteronizm - Aldosteronun hipersekresiyası və ya onun metabolizminin pozulması nəticəsində baş verən patoloji vəziyyət. Bütün arterial hipertenziya hallarının 0,5–2%-ndə təsadüf edilir. Aldosteronizm birincili və ikincili olur. Birincili aldosteronizm böyrəküstü vəzilərin zədələnməsi nəticəsində arterial təzyiqin yüksəlməsi ilə yaranan kliniki sindromdur. İkincili aldosteronizm böyrəküstü vəzilərlə əlaqədar olmayan səbəblərdən baş verən simptomdur. Birincili aldosteronizm səbəbi böyrəküstü vəzilərin adenoması və ya onların qabıq maddəsinin yumaqcıq zonasının hiperpla ziyasıdır. İkincili aldosteronizm böyrək arteriyalarının stenozu, bədxas səli arterial hipertenziya, renin ifraz edən şişlər və s. nəticəsində baş verir. Əsas əlamətləri diastolik arterial təzyiqin yüngül və ya orta dərəcədə yüksəlməsi, aldosteronun qanda və sidikdə konsentrasiyasının artması, başağrısı, əzələlərdə qıcolmalar, ürəkdöyünmə, poliuriya və nikturiyadır. Müalicəsi adətən natriumun azaldılması, fiziki gərginliyin dozalaşdırılması, siqaret çəkməkdən imtina etmək, bəzi hallarda adrenalek tomiya və dərman preparatlarının qəbulu ilə mümkün olur.
Aldrichetta
Aldrichetta (lat. Aldrichetta) — kefallar fəsiləsinə aid balıq cinsi.
Aldın payını, çağır dayını (teatr tamaşası)
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Aldədə pir
Aldədə-Tovuz rayonu ərazisində pir. == Toponimikası == Oronim al (böyük) və dədə(ata) sözlərindən düzəlib, "böyük ata" deməkdir. Oronim burada dəfn olunan şəxsin müqəddəsliyini ifadə edir.
Aldərə
Əldərə, Aldərə — Yelizavetpol quberniyasının (Gəncə) Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd.Digər adı Əlidamı. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında qeyd edilmişdir. XIV–XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur. == Toponimi == Toponim qədim Azərbaycan dilində "qırmızı" mənasını bildirən al sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) "dərin çuxur" mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşmışdır və "qırmızı dərə" mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.Kənd "Əli dərədə" yarandığına görə həmin dərənin adını qəbul еtmişdir. Həmin dərədə yеrləşən və Əlidərə adlanan göl isə XX əsrin 30-cu illərində Alidzor adlandırılmışdır === Aldərə çayı === Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. Araz çayına axıb tökülür. == Əhalisi == Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.21

"ald" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ald nədir? #ald sözünün mənası #ald nə deməkdir? #ald sözünün izahı #ald sözünün yazılışı #ald necə yazılır? #ald sözünün düzgün yazılışı #ald leksik mənası #ald sözünün sinonimi #ald sözünün yaxın mənalı sözlər #ald sözünün əks mənası #ald sözünün etimologiyası #ald sözünün orfoqrafiyası #ald rusca #ald inglisça #ald fransızca #ald sözünün istifadəsi #sözlük