aldığı sözü azərbaycan dilində

aldığı

Yazılış

  • aldığı • 99.2773%
  • Aldığı • 0.7160%
  • ALDIĞI • 0.0067%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kamila Kabellonun aldığı mükafatların siyahısı
Kuban-Amerikan müğənni Kamila Kabello bir çox nominasiyalara namizəd göstərilmiş və 56-dan çox mükafat qazanmışdır. Kamila karyerasının başlanğıcında əvvəlcə özünü solo ifaçı kimi təqdim etmiş, az sayda əməkdaşlıq etdiyi sinqllar ("I Know What You Did Last Summer") buraxmışdır. Onun Machine Gun Kelly ilə ərsəyə gələn "Bad Things" mahnısı Billboard Hot 100də ilk 4-ə yüksəlmiş və Radio Disney Music Award mükafatını qazanmış, 2017 Billboard Mahnı Mükafatlarına isə Ən Yaxşı Əməkdaşlıq kateqoriyasına namizəd göstərildi. Həmin ildə Billboard Women in Music mükafatının Ən Yaxşı Artist kateqoriyasını qazanmışdır.
Alan Rikmanın aldığı mükafat və nominasiyaların siyahısı
Aşağıdakı siyahıda Alan Rikmanın kino və teatr sahəsindəki fəaliyyətinə görə aldığı mükafat və nominasiyalar göstərilmişdir.
Şahrux Xanın aldığı mükafatların və nominasiyaların siyahısı
Şahrux Xan (2 noyabr 1965) ən çox hallarda Shah Rukh Khan, rəsmi olaraq isə SRK kimi göstərilən məşhur hind aktyorudur. "Bollivudun Kralı" kimi tanınan aktyor 70-dən çox hind filmində yer almışdır. O karyerasına 1980-ci illərin sonlarında çəkildiyi bir neçə televiziya serialı ilə başladı. Film karyerasında isə debütü "Dəlisov məhəbbət" (1992) filmində olmuşdur və bu filmdəki roluna görə Filmfare Ən Yaxşı Debüt Mükafatı'na layiq görülmüşdür. Növbəti illərdə o tənqidçilər tərəfindən bəyənilən detektiv janrında olan "Qumarbaz" filmində rol aldı və bu filmdəki roluna görə ilk Filmfare Ən Yaxşı Aktyor Mükafatını qazandı. Xan 15 dəfə Filmfare Mükafatlarına layiq görülmüşdür ki, bunlardan 8-ni Filmfare Ən Yaxşı Aktyor kateqoriyası üzrə almışdır, bununla da Dilip Kumar ilə ən yüksək nəticəni göstərir. O həmçinin "The Star of the Decade Award (Bu Onilliyin Mükafatı Ulduzu)" daxil olmaqla 6 dəfə IIFA Mükafatına, 8 dəfə Zee Cine Mükafatları və bunlardan 6-na Ən Yaxşı Aktyor (həmçinin rekord) kateqoriyası üzrə, 13 dəfə Star Screen Mükafatlarına, 3 dəfə Bollivud Film Mükafatına, 2 dəfə Qlobal Hind Film Mükafatına və Asiya Film Mükafatlarının Ən Yaxşı Aktyor kateqoriyası üzrə bir çox mükafatlarına və nominasiyalarına layiq görülmüşdür. Xan 1997-ci ildə bir çox milli və beynəlxalq mükafatlar sırasında olan Ən Yaxşı Hindistan Vətəndaşı Mükafatına, 2005-ci ildə isə Padma Şri, Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatına layiq görülüb. O həmçinin 2002-ci ildə "Əyləncə Sahəsində Mükəmməllik" nailiyyətlərinə görə Raciv Qandi Mükafatını alıb. 2007-ci ilin aprel ayında aktyorun Londonda yerləşən Madame Tussauds Mum Muzeyində yaşam ölçülərində mum heykəli quraşdırılmışdır.
İlon Maskın aldığı mükafatların və fəxri adların siyahısı
Biznes maqnatı və texnoloq İlon Mask Tesla avtomobilləri və SpaceX raketləri üzərində dizayn və mühəndislik işləri, eləcə də iqlim dəyişikliyi ilə mübarizə səyləri ilə tanınır. Bərpa olunan enerji ilə bağlı işinə və təbliğatına görə Milli Vəhşi Təbiət Federasiyasının "Konni" mükafatı və "Qlobal yaşıl" mükafatı daxil olmaqla bir sıra ekoloji mükafatlar almışdır. Mask kosmik səyahətə verdiyi töhfələrə görə 2018-ci ildə London Kral Cəmiyyətinin üzvü seçildi. 2010, 2013, 2018 və 2021-ci illərdə "Time 100" siyahısına daxil edildi və "Forbes"in "2019-cu ilin ən innovativ liderləri" siyahısında birinci sırada yer aldı. 13 dekabr 2021-ci ildə "Time" jurnalı tərəfindən "İlin adamı" seçildi. Mask 2006-cı ildə ABŞ Milli Elmlər Akademiyasının Aeronavtika və Kosmik Mühəndislik Heyətinin üzvü idi. Tesla və SpaceX-dəki işlərinə görə 2007-ci ildə "Inc." jurnalı tərəfindən "İlin təşəbbüskarı" laureatı. Tesla Roadster-in dizaynına görə 2007 "Index Design" laureatı. Həmçinin "Global Green" 2006 mükafatı Mixail Qarbaçov tərəfindən təqdim edilmişdir. ABŞ Aeronavtika və Kosmik Elmlər İnstitutu "George Low" mükafatını "2007/2008-ci illərdə kosmik nəqliyyat sahəsində ən töhfə" üçün verdi.

"aldığı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aldığı nədir? #aldığı sözünün mənası #aldığı nə deməkdir? #aldığı sözünün izahı #aldığı sözünün yazılışı #aldığı necə yazılır? #aldığı sözünün düzgün yazılışı #aldığı leksik mənası #aldığı sözünün sinonimi #aldığı sözünün yaxın mənalı sözlər #aldığı sözünün əks mənası #aldığı sözünün etimologiyası #aldığı sözünün orfoqrafiyası #aldığı rusca #aldığı inglisça #aldığı fransızca #aldığı sözünün istifadəsi #sözlük