Ale sözü azərbaycan dilində

Ale

Yazılış

  • Ale • 43.4783%
  • ALE • 30.4348%
  • ale • 26.0870%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Erta Ale
Erta Ale — Efiopiyadakı ən aktiv vulkandır. Afarca "dumanlı dağ" deməkdir. 1928-ci ildə italyan səyyah Ludovico M. Nesbitt tərəfindən kəşf edilib.
Cəlal Ale-Əhməd
Cəlal Ale-Əhməd (2 dekabr, 1923 – 9 sentyabr, 1969) — İran yazıçısı. == Həyatı == Cəlal Ale-Əhməd 1923-cü ildə Tehran şəhərində anadan olmuşdur. Onun aktiv siyasi fəaliyyətə başladığı XX əsrin 40-cı illərindən etibarən İranın ictimai-siyasi və ədəbi həyatında ciddi hadisələr baş verirdi. 1924-cü ildən etibarən ingilislər tərəfindən hakimiyyətə gətirilmiş Pəhləvilər tamamilə yeni siyasi xətt götürdülər. Təbii ki, şah da onların diktəsi ilə hərəkət edir, ölkədə İngiltərənin siyasi marağını qoruyurdu. İkinci dünya müharibəsinin başlanması ilə İran istər-istəməz bu hadisələrin iştirakçısına çevrildi. Təsadüfi deyil ki, dünyanın super dövlətləri olan SSRİ, ABŞ və İngiltərə dövlətlərinin başçıları 1943-cü ildə Tehran konfransı keçirmiş və dünyanın taleyini burada həll etməyə çalışmışlar. Bu da bir tarixi həqiqətdir ki, İran özünün siyasi coğrafiyası ilə dünya gücləri üçün əlverişli məntəqə idi. Cəlal Ale-Əhməd XX əsr İran ədəbiyyatının görkəmli nümayəndələrindəndir. Gənc yaşlarından yaradıcılığa başlayan yazıçının bədii irsi özünün realizmi ilə diqqəti cəlb edir.
"Aleksandr Nevski" ordeni (Rusiya)
"Aleksandr Nevski" ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. == Tarixi == 1725-ci ildən 1917-ci ilədək Rusiya imperiyasının Müqəddəs Aleksandr Nevski ordeni var idi, SSRİ-də isə Aleksandr Nevski ordeni1942-ci ildən 1991-ci ilədək mövcud olmuşdur. Müqəddəs Aleksandr Nevski ordeni 1725-ci ildə I Yekaterina tərəfindən təsis edilib. Həm hərbi, həm də mülki şəxslərin mükafatlandırılması üçün də nəzərdə tutulub. 1917-ci ildə çar ordenI başqa ordenlərlə birlikdə ləvğ edildi. Aleksandr Nevski ordeni 29 iyul 1942-ci ildə SSRİ komanda heyətinin mükafatlandırılması üçün Qırmızı Ordunun hərbi ordeni kimi təsis edilmişdir. Sovet İttifaqı dağıldıqdan sonra ordeni 1992-ci il 2 mart tarixli Rusiya Federasiyası Ali Sovetinin Qərarı İlə və "Rusiya Federasiyasının dövlət mükafatı Haqqında" 20 mart 1992-ci il tarixli 2424–1 saylı Fərmanı İlə Rusiya Federasiyasının Ali Soveti Rəyasət Heyətinin Rusiya Federasiyasının dövlət mükafatları sistemində 2557-I saylı qərarı ilə saxlanıldı. Lakin, Rusiya Federasiyasının dövlət mükafatı kimi rəsmi statutu və təsviri olmayıb, təltif olunması dövlət tərəfindən həyata keçirilməyib. "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı fərmanı ilə Rusiya Federasiyasının Prezidenti D. Medvedevin gostərişi ilə, Aleksandr Nevski ordeni Rusiya Federasiyasının dövlət mükafatı sisteminə yenidən daxil olur, habelə onun statutu və təsviri təsdiq edilir. Aleksandr Nevski ordeni olaraq Rusiya Federasiyasının ordeni inqilabdan əvvəlki dizaynı ifadə edir.
"Aleksandr Nevski" ordeni (SSRİ)
Aleksandr Nevski ordeni — Böyük Vətən müharibəsi dövrləri üçün sovet mükafatı. Ordunun təşkilində yüksək nailiyyətlər əldə etdiyinə görə və Vətən uğrunda döyüşlərdə göstərdiyi görkəmli xidmətlərinə görə Qızıl ordu zabitlərinə verilən bu mükafat Suvorov və Kutuzov ordeni ilə birlikdə 29 iyul 1942-ci il tarixli Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. == Həmçinin bax == Müqəddəs Aleksandr Nevski ordeni Aleksandr Nevski ordeni (Rusiya) Указ Президиума Верховного Совета СССР "Об учреждении военных орденов: Ордена Суворова, первой, второй и третьей степени, Ордена Кутузова, первой и второй степени и Ордена Александра Невского" от 20 июля 1942 года // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1942. — 5 августа (№ 30 (189)). — С. 1.
Abarema alexandri
Abarema alexandri (lat. Abarema alexandri) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin abarema cinsinə aid bitki növü.
Abonotixli Aleksandr
Paflaqoniyalı Aleksandr və ya Abonotixli Aleksandr (yun. Ἀλέξανδρος ὁ Ἀβωνοτειχίτης; təq. 105, Abonotix[d] – təq. 170) — Qədim Roma yalançı peyğəmbəri, orakulu. Satirik Lukian onu Qlikon kultunun banisi adlandırır. Lukianın Aleksandr haqqında yazdıqlarının doğruluğu tez-tez şübhə altına alınır, lakin Mark Avreli və Lusi Verin dövründə zərb edilən, üzərində Aleksandrın təsviri olan sikkələr həmin dövrdə Aleksandrın təsirinin əhəmiyyətliliyindən xəbər verir.Lukianın Aleksandr haqqında yazdıqlarında xristianlar və epikürçülər onun xüsusi düşməni və nifrətinin əsas obyekti kimi təqdim edilmişdir. İctimaiyyətin fikri onun qurduğu kultu ifşa etmək istiqamətində inkişaf edən zaman Aleksandr xalqı qorxutmaq üçün elan vermiş və bildirmişdir ki, "Pont ona qarşı ən mənfur təhqirləri söyləməyə cəsarət edən ateistlər və xristianlarla doludur". Aleksandr əlavə etmişdir ki, "tanrının lütfünü arzulayanlar onları daşqalaq etməlidir".
Achillea aleppica
Achillea aleppica (lat. Achillea aleppica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Yarımnövləri == Achillea aleppica subsp. densa (Blakelock) Hub.-Mor. Achillea aleppica subsp. zederbaueri (Hayek) Hub.-Mor.
Achillea alexandri-regis
Achillea alexandri-regis (lat. Achillea alexandri-regis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Aechmea alegrensis
Aechmea alegrensis (lat. Aechmea alegrensis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Alan Aleksandr Miln
Alan Aleksandr Miln (1882-1956)—İngilis yazıçısı. == Həyatı == Alen Aleksandr Miln 1882-ci ildə Londonda anadan olmuşdur. Onun atası müəllim olmuşdur. Miln hələ kiçik yaşlarından başlayaraq çox yaxşı təhsil almış, sonra Kembric Universitetini bitirmişdir. Bir müddət İngiltərədə populyar olan "Panç" jurnalının baş redaktorunun müavini işləmişdir. O, birinci dünya müharibəsinin iştirakçısı olmuşdur. A.A. Miln bütün ömrü boyu bədii yaradıcılıqla məşğul olmuşdur. Həm də o, müxtəlif janrlarda əsərlər yazmışdır. O. ilk növbədə çox istedadlı şair kimi çıxış etmiş, " Biz cavan olanda" və " Bizim artıq altı yaşımız var " adlı şer topluların çap etdirmişdir. O, çox maraqlı lirik şerlər və balladalar yazmışdir.
Aleksandar Solic
Aleksandar Şoliç (29 yanvar 1983 və ya 9 yanvar 1983, Riyeka) — peşəkar karyerasını bitirmiş Xorvatiya futbolçusu, son olaraq "Opatiya" klubunda çıxış etmişdir. == Karyerası == 2007-ci ilin may ayında Bosniya və Herseqovina millisinə dəvət alsa da heç biri oyunda iştirak etmədi. 2009-2010 mövsümündə Azərbaycan çempionatının ən yaxşı oyunçusu seçilmişdir.
Aleksander Ceferin
Aleksander Çeferin (13 oktyabr 1967, Lyüblyana) — Sloveniyalı hüquqşünas. UEFA-nın 7-ci prezidenti (14 sentyabr 2016-cı ildən). == Həyatı == Lyublyana Universitetindən məzun olduqdan sonra Ceferin ailəsinin yanına qayıdaraq ailəsinə məxsus hüquq şirkətində çalışmışdır. Bir müddət çalışdıqdan sonra atasının yerinə şirkətin direktoru vəzifəsinə keçmişdir. Ceferinin futbola olan həvəskar marağı onu 2005-ci ildə yerli futzal komandası olan Litijada idarə heyəti üzvlüyünə gətirmişdir. Aleksander Ceferin 2011-ci ildə Sloveniya Futbol Federasiyası prezidenti seçilib. == UEFA prezidenti == 14 sentyabr 2016-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin rəqibi Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gələrək UEFA-nın 7-ci prezidenti seçilmişdir. O, 55 mümkün səsdən 45-ni toplamışdır.
Aleksander Dubçenko
Aleksander Dubçenko (rus. Дубченко, Александр Сергеевич; 19 fevral 1995) — Rusiyalı velosipedçi. == Karyerası == Aleksander Dubçenko 2016 UEC Avropa Trek Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Fransada baş tutan yarışlarda 1:02.639 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu.
Aleksander Molerio
Aleksander Molerio (19 sentyabr 1991) — Kubalı atıcı. Aleksander Molerio Kubanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleksander Molerio birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 607.2 xal toplayaraq 49-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Aleksander Noks
Aleksandr Noks (ingiliscə: Alexander Knox, 16 yanvar 1907, London (Ontario) , Kanada - 25 aprel 1995, Kanada) - Kanada aktyoru olmuşdur.Müxtəlif macəra romanlarının müəllifi olmuşdur.1943-ci ildən 1995-ci ilə qədər Amerikan aktrisası Doris Nolan (1916–1998) ilə ailə həyatı qurmuşdur.
Aleksander Sabo
Şandor (Aleksandr) Sabo (mac. Szabó Sándor, slovak. Alexander Szabó; 4 yanvar 1906, Kоşitsе, Transleytaniya – 16 oktyabr 1966, Los-Anceles, Kaliforniya) — macar, çexoslovak və amerika güləşçisi, Avropa çempionu. == Həyatı == 1906-cı ildə Koşitsedə doğuldu, hansı ki, o vaxtı Avstriya-Macarıstana aid idi, Birinci Dünya Müharibəsindən sonra isə yeni dövlət Çexoslovakiyanın ərazisində oldu; milliyyətcə macar idi. 1925-ci ildə Çexoslovakiya çempionu oldu. 1926-cı ildə Avropa Çempionatının gümüş medalına sahibi oldu. 1927-ci ildə Avropa çempionu oldu. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarında iştirak etməli idi, amma idman nazirliyi seçimi onun xeyirinə etmədi. 1929-cu ildən Budapeştə yaşadı və orada amerikalı sahibkalarının təklif etdiyi peşəkar güləşçi karyerasına başladı. Həmin il Hamburqdan Nyu-Yorka köçdü və çoxillik peşəkar karyerasına başladı.
Aleksander İsak
Aleksandr İsak (isv. Alexander Isak ) (21 sentyabr 1999) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund FK klubunda hücumçu kimi çıxış edən peşəkar İsveç futbolçusudur. == Karyerası == === Erkən həyatı === İsak Stokholm şəhər sahəsinin Solna şəhərində anadan olmuşdur. İsakın valideynləri Eritreya vətəndaşlarıdır. O, futbolçu karyerasına altı yaşı olarkən yerli klublardan olan AİK klubunun akademiyasında başlamışdır. === AİK-dəki inkişafı === İsak əsas komanda ilə debütünü 28 fevral 2016-cı ildə İsveç Kubokunda dördüncü liqa təmsilçisi olan Tenhults klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə meydana daxil olmuşdur. 16 yaşında olan İsak görüşdə bir qolla yadda qalmış və komandası 6-0 hesabı ilə qalib gəlmişdir.7 aprel 2016-cı ildə baş məşqçi Andres Alm İsaka Allsvenskandakı ikinci oyun günündə start heyətində yer vermişdir. O, gənc hücumçu həmkarı Karlos Strandberq ilə birlikdə Östersunds klubuna qarşı oyunda iştirak etmişdir. İsak görüşdə qələbə qolunun müəllifi olmuş və komandası 2-0 hesabı ilə qalib gəlmişdir.
Aleksander Şallenberq
Aleksander Georq Nikolas Şallenberq (alm. Alexander Georg Nicolas Schallenberg‎; 20 iyun 1969, Bern) — avstriyalı diplomat, hüquqşünas və siyasətçi, 6 dekabr 2021-ci ildən Xarici İşlər Naziri. Şallenberq ailəsinin üzvü və Avropa Kollecinin məzunu olan Şallenberq diplomatı idi və Kurts Xarici İşlər Naziri olduqdan sonra onun mentoru oldu. Kurts onu strateji xarici siyasət planlaşdırması direktoru və Avropa departamentinin rəhbəri təyin etdi. Şallenberq 2019-cu ildə Xarici İşlər Naziri kimi kabinetə qoşulub. Kurts 9 oktyabr 2021-ci ildə gözlənilən istefasını elan etdikdən sonra Şallenberqə AXP tərəfindən onun yerinə Avstriya Kansleri təyin edilməsi təklifi edilib və o, 11 oktyabr 2021-ci ildə and içib.Şellenberq iki aydan az müddətdə vəzifədə qaldıqdan sonra 2 dekabr 2021-ci ildə gözlənilən istefasını açıqladı. == Həyatı == Avstriya-Macarıstan Şallenberq ailəsinin komital qolunun üzvü olan Şallenberq 1969-cu ildə atası Volfqanqın Avstriyanın İsveçrədəki səfiri olduğu İsveçrənin Bern şəhərində anadan olub. Anası isveçrəlidir, o, isveçrəli bankir və İBB Prezidenti Alfred Şaeferin qızıdır. Şallenberq atasının səfir vəzifəsində çalışdığı Hindistan, İspaniya və Fransada böyüdü, atası daha sonra Xarici İşlər Nazirliyinin baş katibi oldu. Şellenberq alman, fransız, ingilis və ispan dillərini mükəmməl bilir və rus dilində əsas anlayışlara malikdir.
Aleksander Şmirl
Aleksander Şmirl (19 sentyabr 1989) — Avstriyalı atıcı. Aleksander Şmirl Avstriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleksander Şmirl birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 623.7 xal toplayaraq 15-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Aleksanderplats
Alexanderplatz (Azərbaycan dilində Aleksandr meydanı) Berlinin mərkəzində yerləşən meydan və nəqliyyat mərkəzidir. Meydan Mitte rayonunda və Spree çayının və Berlin Kafedralının yaxınlığındadır. Yerli xalq onu tez-tez qısaca Aleks adlandırır. Əvvəllər mal-qara bazarı kimi düşünülmüş Aleksandrplatzın adı 25 oktyabr 1805-ci ildə Rusiya imperatoru I Aleksandrın Berlinə səfərinin şərəfinə Aleksandrplatz adlandırılmışdır. XIX əsrin sonlarında meydanın yaxınlığında tikilən və eyniadlı dəmir yolu vağzalı ilə böyük əhəmiyyət qazanmış, yaxınlıqdakı bazarlar da ticarəti canlandırmışdır. Alexanderplatzın əsl çiçəklənməsi 1920-ci illərdə Potsdamer Platzda gecə həyatı başlayanda olmuşdur. Meydanın memarlığı keçmişdə müntəzəm olaraq dəyişdirilmiş, ən son olaraq 1960-cı illərdə Şərqi Almaniya tərəfindən dəyişdirilmişdir. Meydanın yanında o zamanlar Avropanın ikinci ən hündür binası olan Fernsehturm tikilmişdir. Alexanderplatz yaxınlığında həmçinin Park Inn Berlin binası və Weltzeituhr yerləşir. Weltzeituhr (Dünya vaxtı) dünyanın müxtəlif şəhərlərindəki vaxtı göstərir.
Aleksandr
Aleksandr — Dünyada daha çox işlədilən ad. I Aleksandr (1777-1825) — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının imperatoru. II Aleksandr — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının XII imperatoru. III Aleksandr — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının imperatoru. VII Aleksandr — Roma papası Aleksandr Puşkin — dahi rus şairi, dramaturq və nasiri Aleksandr Rıbak — müğənni, aktyor və skripka ifaçısı. Aleksandr Popov — rejissor, ssenari müəllifi, aktyor, rejissor assistenti Aleksandr Makovski — Aktyor. Rejissor köməkçisi. Rejissor. Bədii rəhbər. Ssenari müəllifi.
Aleksandr (Afrodisialı)
Afrodisialı Aleksandr (yun. Ἀλέξανδρος ὁ Ἀφροδισιεύς, II – III yüzilliklər) — Roma filosofu, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. Aristotelin əsərlərinə şərhlər yazanlardan biri olmuşdur. O, həm də Aristotelin təlimini başqa məktəblərin nümayəndələrinin tənqidlərindən müdafiə edirdi. Buna görə də sonralar ona "Şəhrçi" adını vermişdirlər. == Fəaliyyəti == Aleksandrın məqsədi Aristoteli tanıtmaq, onun əsərlərindəki ziddiyyətləri ortadan qaldırmaq olmuşdur. Məlumdur ki o, Aristotelin "Metafizika", "Meteorologiya", "Topika", "Ruh haqqında", "Göy haqqında" kimi əsərlərinə ətraflı şərhlər yazmışdır. Onun bir çox əsərləri zamanımıza ərəb tərcümələri vasitəsi ilə gəlib çatmışdır. Çünki orta əsrlərdə ərəbdilli filosoflar Aristotelin və onun şərhçilərinin irsi ilə çox maraqlanmış və bu ənənəni davam etdirmişdirlər.Aleksandr öz şərhlərini özünəməxsus şəkildə verirdi. O, Aristotelin kitabından hansısa bir sətri olduğu kimi verdikdən sonra, onun altında böyük həcmli şərhini yazmış və sonra başqa sətrə keçirdi.
Aleksandr (Korinf çarı)
Aleksandr (q.yun. Ἀλέξανδρος) — yunan mifologiyasında personaj. O, Korinf çarı Agemonun oğlu və davamçısıdır.Korinf çarı Aleksandr Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telestin regenti Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi. Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur.
Aleksandr (ada)
Aleksandr (ing. Alexander Island) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. == Coğrafiya == Adanın sahəsi 484 km², sahil xətdinin uzunluğu 129 km təşkil edir. Uzunluğu 43 km, maksimal eni 19 kilometrdir. Lanşaftı əsasən düzənlik və bəzi yerlərdə 60–180 m hündürlüyə malik təpələrə malikdir. Aleksandr adası cənub hissədə yerləşən dörd ada arasında ən irisidir — Aleksandr, Messi (ada), Vane (ada), Kameron. Bu adalar Baterst adasından qərbdə yerləşir. Adanı Barest adasından Pell boğazı (Pell Strait) və Messi adasından isə Boyer boğazı (Boyer Strait) ayırır. Cənub-qərbdə Bayam-Martin (ada)sından, Bayam-Martin boğazı isə adanın qərbində yerləşən Melvill (ada)sından ayırır.
Aleksandr (dəqiqləşdirmə)
Aleksandr (ada) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir.
Aleksandr Abaza
Alexander Ageyeviç Abaza (rus. Алекса́ндр Аге́евич Абаза́; 5 avqust 1821, Vışnevolotski qəzası[d], Tver quberniyası[d] – 24 yanvar 1895, Nitsa) — Rusiya imperiyasının dövlət xadimi, dövlət nəzarətçisi (1871–1874), maliyyə naziri (1880–1881), fəal şəxsi müşaviri, "Liberal bürokratlar" qruplaşmasının nümayəndəsi. == Həyatı == Moldov zadəgan ailəsindəndir. Tver quberniyasının Vışnevolotski rayonundakı Borovinski içki zavodunda iri torpaq sahibi və şəkər zavodu Aqgey Vasilyeviç Abaza və həyat yoldaşı Praskovyanın ailəsində anadan olmuşdur\ 31 iyul 1821-ci ildə Beryozka kəndindəki kilsədə vəftiz olunmuşdur. 1839-cu ildə İmperator Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. 13 dekabr 1839-cu ildən hərbi xidmətdədir. Atçılıq pioner eskadronunda və xilasedici Hussar alayında, Qafqazda döyüş əməliyyatlarında iştirak etmişdir. O, 17 iyul 1847-ci ildə mayor rütbəsi ilə təqaüdə çıxmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Абаза, Александр Агеевич на официальном сайте РАН Абаза Александр Аггеевич // Список гражданским чинам первых III-х классов. Исправлен по 1-е октября 1868 г.
Aleksandr Abaşeli
Aleksandr Vissarionoviç Abaşeli (gürc. ალექსანდრე (ისააკ) ბესარიონის ძე აბაშელი;27 avqust 1884 – 27 sentyabr 1954[…], Tbilisi) — gürcü şairi və fantastika yazıçısı. İlk gürcü elmi fantastika romanının (1932) müəllifi. == Həyatı == Aleksandr Abaşeli gənc yaşlarından inqilabi ideyalara valeh olmuş, Rusiyada 1905-1907-ci illər inqilabında bilavasitə iştirak etmişdir. Bunun nəticəsində həbs edilərək Solvıçeqodska (Voloqda vilayəti) sürgün edilmiş, sürgündə olmuşdur. 1908-ci ildə sürgündən qayıtdıqdan sonra o, ilk şeirlərinin (rus dilində) dərc olunduğu “Kavkazisa” və “Novaya reçis” qəzetlərinin redaksiyasında çalışıb. İrtica dövründə Abaşelinin poeziyasına rus simvolistlərinin böyük təsiri olmuşdur. Onun yaradıcılığının ən xarakterik bəndi - "Günəşin gülüşü" (1913) bu dövrə aiddir. Şair 1917-ci il bolşevik inqilabını qəbul etmədi. Gürcüstanın sovetləşməsi illərində Abaşelinin poeziyası bədbinlik, tutqun əhvali-ruhiyyə, inqilaba inamsızlıq və sovet reallığına ikrah hissi ilə doludur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2011 ••••••• 0.09
2012 •••••••••••••••••••• 0.26
2017 ••••••••••••• 0.16
2019 ••••••••••• 0.14

"ale" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ale nədir? #ale sözünün mənası #ale nə deməkdir? #ale sözünün izahı #ale sözünün yazılışı #ale necə yazılır? #ale sözünün düzgün yazılışı #ale leksik mənası #ale sözünün sinonimi #ale sözünün yaxın mənalı sözlər #ale sözünün əks mənası #ale sözünün etimologiyası #ale sözünün orfoqrafiyası #ale rusca #ale inglisça #ale fransızca #ale sözünün istifadəsi #sözlük