Aleksandriya sözü azərbaycan dilində

Aleksandriya

Yazılış

  • Aleksandriya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aleksandriya
İsgəndəriyyə və ya Aleksandriya (yun. Αλεξάνδρεια) — Misirin Aralıq dənizi hövzəsində, Nil çayının deltasında yerləşən şəhərdir. 3,87 milyon əhalisi olan bu şəhər Qahirədən sonra Şimali Afrikada ikinci ən böyük şəhər sayılır. Arxeoloji qazıntıların nəticələrinə əsasən insanlar İsgəndəriyyə ərazisində artıq e.ə. 2700 və 2200-cü illər arasında məskunlaşmışlar. İkinci axın e.ə. 1000 ilə 800 arasında baş verir. Yunan şəhəri İsgəndəriyyənin təməli e.ə.331-ci ildə Makedoniyalı İsgəndər tərəfindən qoyulur. Ancaq onun özü bu şəhəri görə bilmir. İsgəndərin hücumları zamanı başqa dövlətlərdə (İran və Hindistan) bu adda şəhərlərin yaradılmasına baxmayaraq Misirdəki şəhər ən əzəmətlisi olmuşdur.
Aleksandriya (Peterhof)
Aleksandriya (rus. Александрия) — Peterburqun ətrafında yerləşən Peterhof şəhərinin saray-park ansamblıdır. Bura 1830-cu ildən - 1917-ci ilə qədər Rusiya imperatorlarının iqamətgahlarından biri idi (İmperator Əlahəzrətinin yay sarayı). Aleksandriyanın yerləşdiyi torpaq sahəsi I Pyotrdan bağ evləri üçün torpaq əldə etmiş dörd mülkiyyətçiyə məxsus idi. Tarixi məlumatlara əsasən, bu sahələr katib Aleksandr Yakovlevə, qvardiya-leytenantı Danila Çevkinə, general-feldseyxmayster Yakob Brüs və Pyotr Moşkova məxsus idi. Sahiblər 1725-ci ilə qədər dəyişmişdir. Bəzi məlumatlara görə, 1725-1726-cı illərdə bu torpaqlar Aleksandr Daniloviç Menşikov əldə etmiş və burada Monkuraj (Mənim cəsarətim) adlı sarayın tikintisinə başlamışdır. Buna baxmayaraq, sarayın tikinti işləri tamamlanmamışdı. Pyotrun ən yaxın favoritinin rüsvayçılığından sonra, həmin bu torpaqlar onun siyasi əleyhdarları olan knyaz Dolqorukilərə sövq edilmişdir. Yeni sahiblər ərazinin abadlaşdırılmasından az maraqlanırdılar və bu səbəbdən də xalq arasında buralar "Dolqorukovun boş əraziləri" adlandırılmışdır.
Aleksandriya FK
Oleksandriya FK — Oleksandriya şəhərini təmsil edən, Ukraynanın peşəkər futbol klubudur. Klub oyunlarını Oleksandriya şəhərindəki Nika stadionunda oynayır.
Aleksandriya Villasenor
Aleksandriya Villasenor (18 may 2005, Davis[d], Kaliforniya) — Nyu-Yorkdan olan amerikalı ətraf mühit fəalı. Gələcək üçün cümə hərəkatının və ətraf mühit fəalı Qreta Tunberqin davamçısı. Villasenor US Youth Climate Strike həmtəsisçisi və Earth Uprising-in qurucusudur. Villasenor Kaliforniyanın Davis şəhərində anadan olub. Ailəsi 2018-ci ildə Şimali Kaliforniyadan Nyu-Yorka köçür. Villasenorun həyatda məqsədi Birləşmiş Millətlər Təşkilatının strukturunda işləməkdir. Villasenorun iqlim dəyişikliyinə qarşı mübarizəsi 2018-ci ilin noyabrında Kaliforniyada ailə tətili zamanı tətil düşərgəsində yanğından tüstü buluduna tutulduğu zaman başlayır. Aleksandriya astma xəstəsidir, ona görə də fiziki cəhətdən çox əziyyət çəkir. Bundan sonra o, ciddi yanğına səbəb olan iqlim dəyişikliyini və temperaturun yüksəlməsini araşdırmağa başlayır. Aleksandriyanın anası Kristin Hoq iqlim dəyişikliyi və cəmiyyəti öyrənmək üçün Kolumbiya Universitetinin magistr proqramına daxil olub.
Nana Aleksandriya
Nana Aleksandriya (gürc. ნანა გიორგის ასული ალექსანდრია, Nana Giorgis asuli Aleksandria; 13 oktyabr 1949, Poti) — Sovet və Gürcüstan şahmatçı, qrosmeyster (1976). SSRİ-nin əməkdar idman ustası (1971). Nana Aleksandriya 1949-cu ildə Poti şəhərində anadan olmuşdur, jurnalistika ixtisasını bitirmişdir. 1963-cü ildə SSRİ çempionatında debüt etmişdir, 1964-cü ildə Gürcüstan SSR çempionu oldu. Üçqat SSRİ çempionu (1966, 1968, 1969) olmuşdur. Dəfələrlə SSRİ yığma komandasında dünya olimpiadalarının (1969-1980) qalibi olmuşdur. 1967-1990-cı illərdə dünya çempionatı yarışlarında iştirak etmişdir. Dünya çempionatının final görüşlərində iki dəfə iştirak etmişdir, ancaq 1975-ci ildə Nona Qaprindaşvili (+3 =1 -8), 1981-ci ildə isə Maya Çiburdanidzeyə (+4 = 8 -4, Çiburdanidze dünya çempionu titulunu qorudu) məğıub olmuşdur. 20-dən çox beynəlxalq turnirin qalibi.
Troada Aleksandriya
Troada Aleksandriya (yunanca: Αλεξάνδρεια Τρωάς); Türkiyənin qərb sahilinin şimalına yaxın, Bozcaadanın cənubunda olan Antik Yunan şəhəridir. Çanaqqala vilayətinin Ezine bölgəsində Dalyan kəndinin cənub-şərqində yerləşir. Qədim şəhər təxminən 400 hektar (4 km²) ərazini əhatə edir. Bu gün qalan binalardan bəzilərinə Termlər, Odeon, qədim yunan teatrı, gimnaziya kompleksi və yeni kəşf edilmiş stadion daxildir. Şəhərin köhnə divarları hələ də görünə biləcək vəziyyətdədir. Strabonun sözlərinə görə, bu bölgə əvvəlcə Siqeya adlanırdı, E.ə 306-cı ildə Böyük İsgəndərin komandirlərindən biri olan I Antigonus Monophtalmos keçmişdə çox nüfuzlu bir şəhər olan Neandreya da daxil olmaqla beş yaşayış məntəqəsinin sakinlərini Siqeriyaya yerləşdirərək şəhəri genişləndirib yenidən qurdu. E.ə 301-ci ildə Lisimaxos tərəfindən Makedoniyalı İskəndərin xatirəsinə şəhərin adı "Troada Aleksandriya" olaraq dəyişdirildi. (Böyük Plini adın Antigoniadan Aleksandriaya dəyişdirildiyini yazıb). Şimal-qərb Anadolunun əsas limanı olan şəhər Roma dövründə xeyli inkişaf etmiş və bu gün tapılan qalıqlar bölgənin tarixdəki əhəmiyyətini sübut edir. Qızıl dövrdə şəhərin 100.000-ə yaxın bir əhaliyə çatdığı düşünülür.
Aleksandriya (dəqiqləşdirmə)
Aleksandriya — İsgəndəriyyə şəhərinin digər adı. Aleksandriya (şəhər, Ukrayna) — Ukraynanın Kirovoqrad vilayətində şəhər. Aleksandriya (Peterhof) — Peterburqun ətrafında yerləşən Peterhof şəhərinin saray-park ansamblı.
Aleksandriya (şəhər, Ukrayna)
Aleksandriya (ukr. Oleksandriya, rus. Aleksandriya) — Ukraynanın Kirovoqrad vilayətində şəhər, Aleksandriya rayonunun inzibati mərkəzi. İnqules çayı sahilindədir. Dəmiryol stansiyası. Kömur, maşınqayırma, poliqrafiya, yüngül, yeyinti sənayesi inkişaf etmişdir. Tikinti materialları istehsal olunur. İki briket fabriki, elektromexaniki və qaldırmanəqlətmə avadanlığı zavodları, iki avtomobil təmiri zavodu, mebel fabriki, süd zavodu, mədən institunun şöbəsi, kənd təsərrüfatı və pedaqoji texnikumları, tibb məktəbi və s. var. XVIII əsrin ortalarında salınmındır.
Aleksandriya Okasio-Kortez
Aleksandriya Okasio-Kortez (ing. Alexandria Ocasio-Cortez; 13 oktyabr 1989, Bronks, Nyu-York ştatı, ABŞ) — ABŞ siyasətçisi və ABŞ Nümayəndələr Palatasının üzvü.
Aleksandriya Pravoslav Kilsəsi
Aleksandriya Pravoslav Kilsəsi — Misirdə yerləşən avtokefal pravoslav kilsə. Kilsə Afrikanı əhatə edir. II Feodor kilsənin indiki patriarxıdır. İsgəndəriyyə Patriarxlığının tarixinə Kilsənin ən böyük və ən tanınmış atalarından bəziləri, xüsusən də müvafiq olaraq Nikea və Efes ekumenik şuralarında İsgəndəriyyə patriarxları olan Afanasius və Kirilin tarixləri daxildir. 451-ci ildə Xalkedon Şurasında siyasi və Xristoloji mübahisələr nəticəsində yaranan parçalanmada İsgəndəriyyə Kilsəsi iki yerə bölündü. Yerli (yəni Kopt) əhalinin əksəriyyəti Şərq Pravoslav Birliyinin Miafizit Xristologiyasına sadiq qalaraq Xalsedon Şurasına qoşulmadı və Kopt Pravoslav Kilsəsi kimi tanındı. İsgəndəriyyə Kilsəsinin kiçik bir hissəsi Kalsedon Xristologiyasını izlədi və bu, Yunanıstanı liturgik dil olaraq istifadə etdiyi üçün İsgəndəriyyə Yunan Pravoslav Kilsəsi adlanır. Bu Yunan Kalsedon möminləri Şərqi Roma İmperatoruna sadiq idilər. Bölgəni Bizans İmperiyasından daimi olaraq ayıran VII əsrdə ərəblərin Misiri zəbt etməsindən sonra Yunan Kalsedonları hətta xristianlar arasında da bölgədə təcrid olunmuş azlığa çevrildilər və kilsə əsrlər boyu kiçik olaraq qaldı. Bu İskəndəriyyə Xristianları adlarını diptiklərində qeyd edən Konstantinopol Patriarxı ilə, həm də Roma Papası ilə kilsə birliyində qaldılar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2004 ••••••• 0.34
2006 ••••• 0.23
2008 ••••• 0.24
2010 •••••••••••••••••• 0.91
2011 ••••••• 0.34
2012 •••••••••• 0.52
2013 ••• 0.15
2014 •••• 0.17
2016 •••• 0.17
2017 ••••••••••••••••••• 0.98
2018 •••••••••••••••••••• 1.05

Oxşar sözlər

#aleksandriya nədir? #aleksandriya sözünün mənası #aleksandriya nə deməkdir? #aleksandriya sözünün izahı #aleksandriya sözünün yazılışı #aleksandriya necə yazılır? #aleksandriya sözünün düzgün yazılışı #aleksandriya leksik mənası #aleksandriya sözünün sinonimi #aleksandriya sözünün yaxın mənalı sözlər #aleksandriya sözünün əks mənası #aleksandriya sözünün etimologiyası #aleksandriya sözünün orfoqrafiyası #aleksandriya rusca #aleksandriya inglisça #aleksandriya fransızca #aleksandriya sözünün istifadəsi #sözlük