Aleksey sözü azərbaycan dilində

Aleksey

Yazılış

  • Aleksey • 99.7564%
  • ALEKSEY • 0.2030%
  • aleksey • 0.0406%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aleksey
Aleksey — Dünyada daha çox işlədilən rus kişi adı. Bu adı olan tanınmış insanlar Aleksey Favorski — rus, sovet üzvi-kimyaçısı, birinci dərəcəli Stalin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı (1945), SSRİ EA-nın (1929) akademiki. Aleksey Smertin — Rusiya futbolçusu Aleksey Çirikov — Rus səyyahı. Aleksey Kosov — Rusiyalı ağır atlet.
Aleksey Abrikosov
Aleksey Abrikosov (rus. Алексей Алексеевич Абрикосов; 25 iyun 1928[…], Moskva – 29 mart 2017[…], Palo-Alto[d], Kaliforniya)- 25 İyun 1928-ci ildə Moskvada anadan olan rus nəzəri fizikdir. 2003-cü ildə Fizika üzrə Nobel mükafatını qazanmışdır. == Bioqrafiyası == 1928-ci ildə Moskvada fizik ana-ata Aleksey İvanoviç Abrikosov və Fanny Davidovna Vulf oğulları olaraq dünyaya gəlmişdir. 1977-ci ildə Svetlana Yuriyevna Bunkova ilə evlənən Abrikosovun iki oğlu, bir də qızı var. == Təhsili == 1943-cü ildə məzun olan Abrikosov Enerji Mühəndisliyi İnstitutunda bakalavr təhsilinə başlayır. 1945-ci ildə daxil olduğu Moskva Dövlət Universitetinin Fizika bölməsindən 1948-ci ildə məzun olur. Kapitza İnstitutu-Fizika Problemləri bölməsində həkim şagirdi olaraq qəbul edilir. Lev Landau həkim müəllimi olmuşdur. 1951-ci ildə verdiyi' istilik diffuziyası tamamilə və tam ionlaşmış plazmalar 'tezisiylə professor ünvanı alır.
Aleksey Anoxin
Aleksey Nikitiç Anoxin (7 avqust 1961) — avtomatik idarəetmə sistemləri, caz pianoçusu və ictimai xadim, Sovet və Rusiya alimi, Elmlər doktoru (2001), NNIU MEPhI Obninsk Nüvə Enerji İnstitutunun Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinin müdiri (2001), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik eksperti, Obninsk Caz Klubunun direktoru. == Təhsili == Bakıda orta məktəb (1978-ci ildə bitirmişdir) Moskva Mühəndis Fizika İnstitutunun Obninsk filialı, Avtomatik idarəetmə sistemləri (1984-cü ildə bitirmişdir) Texnika elmləri namizədi, ixtisas 05.13.01 — sistem təhlili, idarəetmə və informasiyanın işlənməsi (1990). Tezisin mövzusu: "Nüvə stansiyanın enerji blokunun operatoru üçün informasiya dəstəyi dizaynının formalaşdırılması metodlarının işlənməsi" Elmlər doktoru, ixtisas 05.13.01 — sistem təhlili, idarəetmə və informasiya işlənməsi (2001) Tezisin mövzusu: "Nüvə stansiyaların dizayn və istismarının erqonomik təminatının sistemli təhlili" == Bioqrafiya == O Bakıda böyümüş və orta məktəbi bitirmişdir. 1984-cü ildə MEPhinin Obninsk filialını bitirdikdən sonra, bir il Hydrometeorological Instrumentation Mərkəzi Dizayn Bürosunda (2006-cı ildən QHT-nin Typhoon hissəsi kimi) işləmişdir. 1986–1989-cu illərdə IAEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində stajçı tədqiqatçı vəzifəsində çalışıb. Orada tam zamanlı aspiranturada təhsil almışdır. Məzuniyət sonrasında bölümdə qalıb. Asistent (1989), dosent (1991), bölüm müavini (1996), şöbə müdiri (2001). 1996-cı ildən etibarən Bauman Moskva Dövlət Texniki Universitetinin Politexnik Təhsil Universitetinin ali təhsil müəssisələrinin bir hissəsi, 220200 "İnformasiya və idarəetmə proseslərinin avtomatlaşdırılmış sistemləri" ixtisası üzrə təhsil və metodik komissiya sədrinin müavinidir. Onun vəzifələrinin bir hissəsi olaraq, bu ixtisas üzrə bir neçə Rusiya universitetinin daimi metodoloji dəstəyi təmin edir, təhsil proqramlarının lisenziyalaşdırılması və sertifikatlaşdırma imtahanlarını aparır və sənədləri saxlayır.
Aleksey Antonov
Aleksey İnnokenteviç Antonov (15 (27) sentyabr 1896, Qrodno, Litva general-qubernatorluğu[d] – 18 iyun 1962, Moskva) — Sovet hərbi komandiri, ordu generalı. 1945–1946-cı illərdə Ali Qərərgah rəisi. 1942-ci ilin dekabrında Böyük Vətən müharibəsində sovet qoşunlarının demək olar ki, bütün qoşunlarında iştirak edib. Üç dəfə "Lenin" ordeni, Dörd dəfə Qırmızı Bayraq ordeni, "Qələbə" ordeni və s. laueratıdır. == Həyatı == Aleksey Antonov 28 sentyabr 1896-cı ildə Belorusiyanın Qrodno şəhərində anadan olub. Atası—İnnokenti Alekseyviç Antonov kapitan, artilleriya zabiti, anası—Terez Ksaverevnı Antonov evdar qadın idi. Antonovun atası Sibirdə Aleksandrov Hərbi Məktəbini bitirib. 1904-cü ildə ailəsi Ukraynaya—Ostroq şəhərinə köçür. Burada Aleksey gimnaziyaya daxil olur.
Aleksey Aqrba
Aqrba Aleksey Serqeyeviç (10 yanvar 1897, Lidzava[d], Kutaisi quberniyası – 21 aprel 1938, Kommunarka poliqonu[d]) — Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri. == Həyatı == 1897-ci ildə Suxumi dairəsinin (indiki Gürcüstan Respublikası) Qudauti məntəqəsinin Lidzava kəndində anadan olmuşdur. A.Aqrba ilk təhsilini kənd və 1907–1911-ci illərdə Novo-Afonski internat məktəblərində aldıqdan sonra, Qudautidə müəllim məktəbini bitirmişdir. 1914-cü ildə Suxumidə pedaqoji kurslara daxil olmuş və 1916-cı ildə xalq müəllimi adını almışdır. 1917-ci ilin yayından fevral inqilabına qədər olan müddətdə Lidzava kənd məktəbində müəllim işləmiş, fevral inqilabı dövründə kənd yığıncağının qərarına əsasən ictimai təhlükəsizlik Komitəsinin sədri seçilmişdir. Oktyabr çevrilişindən sonra o, Lidzava icmasından kənd deputatlarının qəza qurultayına nümayəndə kimi göndərilir. Gürcü menşevikləri Abxaziyaya daxil olduqdan sonra A.Aqrba bolşeviklərlə əlaqələrini gizli şəkildə saxlamış və bir müddət təsərrüfat işlərində çalışmışdır. 1920-ci ildə onun namizədliyi Qudauti qəza milisi sədrinin köməkçisi vəzifəsinə sürülən A.Aqrba bir müddət sonra bolşeviklərlə əlaqəsi aşkarlanması səbəbindən həbs olunmuşdur. Qudauti, Suxumi və Kutaisi həbsxanalarında saxlanılan A.Aqrba Qırmızı ordu tərəfindən azad olunaraq yenidən Abxaziyaya göndərilmişdir. 1921–1922-ci illərdə Abxaziyanın hərbi komissarı, 1923-cü ilin mart ayında daxili işlər xalq komissarı və Abxaziya DSİ-nin sədri vəzifələrində işləyən A.Aqrba eyni zamanda, Abxaziya vilayət komitəsinin və seçki komissiyasının üzvü kimi də fəaliyyət göstərmişdir.
Aleksey Arakçeyev
Aleksey Andreyeviç Arakçeyev (23 sentyabr (4 oktyabr) 1769 – 21 aprel (3 may) 1834, Qruzino[d], Novqorod quberniyası[d])—Rusiya hərbi xadimi. == Həyatı == Rusiyanın hərbi naziri məşhur dövlət adamı Arakçeyev (qraf Aleksey Andreyeviç Arakçeyev 1769–1834) qədim, lakin yoxsullaşmış zadəgan ailəsindən çıxmışdı. Rusların "Nəsil Şəcərəsi Kitabı"nda Arakçeyevlərin nəsli haqqında deyilir: "1695-ci il martın 6-da çar fərmanı ilə Novqorodlu İvan Stepanoviç Arakçeyevə onun özünün, ata və babalarının dövlət qarşısındakı xidmətlərinə görə Novqorod quberniyasında kəndlər, əkin-biçin yerləri bağışlanır". Qraf Arakçeyevə qədər də bu ailədən onu şöhrətləndirən hərb adamları çıxmışlar. Məsələn, Arakçeyevin babası Vasili Stepanoviç Arakçeyev general Minixin komandanlığı altında vuruşmuş, Oçakov altında yaralanmıĢ, general rütbəsində istefaya çıxmışdı. Onun qardaşı oğlu Andrey Alekseyeviç isə, poruçik rütbəsində istefaya çıxanda, ona irsən yetişmiş 20 təhkimlisi olan kiçicik kəndə malik idi. Bu Pyotrun onun babalarına səxavətlə bağışladığı hədiyyədən qalan son yadigar idi. Üç oğlu var idi. Bu kasıb zadəganın üç oğlunun üçü də general rütbəsinə qalxıb dövlətdə görkəmli mövqelər qazanacaqdılar. Hələ ki, həmin gələcəyin böyük dövlət adamı olacaq oğlunu Peterburqa aparıb artilleriya məktəbinə düzəldənə kimi yazığm döymədiyi qapı qalmayacaqdı.
Aleksey Avdeyev
Aleksey Yureviç Avdeyev (17 may 1967, Daşkənd) — Rusiya Federasiyası hərbi xadimi. 2019-cu ildən Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant (2016). == Həyatı == 1967-ci il mayın 17-də Daşkənddə anadan olmuşdur. 1984-cü ildə Sverdlovsk Suvorov hərbi məktəbini bitirmişdir. 1988-ci ildə V.I.Lenin adına Qırmızı Ulduzlu Daşkənd Ali Ümumqoşun Komandanlıq məktəbindən müdavim olmuşdur. Hərbi məktəbi bitirdikdən sonra, 1988-1996-cı illərdə Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif komandir vəzifələrində xidmət etmişdir. 1999-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını bitirmişdir. 2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında təhsil almışdır. == Hərbi karyerası == Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirdikdən sonra motoatıcı diviziyanın komandiri (Sibir Hərbi Dairəsi) təyin edilmişdir. 2010-cu ilin ortalarında təşkilatlanma və səfərbərlik şöbəsinin müdiri - Sibir Hərbi Dairəsinin təşkilati və səfərbərlik işləri üzrə qərargah rəisinin müavini (Novosibirsk) təyin olunmuşdu.
Aleksey Balabanov
Aleksey Balabanov (rus. Алексей Балабанов; doğ. 25 fevral 1959, Sverdlovsk — 18 may 2013, Sankt-Peterburq) — rusiyalı rejissor, ssenari müəllifi və prodüser. "Eybəcərlər və insanlar haqqında" filmində rejissor işinə görə "Nika" mükafatının sahibi, "Qardaş" və "Müharibə" filmlərinə görə "Kinotavr" kinofestivalın ikiqat mükafatçısı. == Həyatı == 25 fevral 1959-cu ildə Sverdlovskda anadan olub. Nikolay Dobrolyubov adına Nijni Novqorod Dövlət Dillər Universitetinin tərcümə fakültəsində təhsil alıb. 1981-83-cü illərdə Sovet Ordusunda zabit kimi hərbi xidmət keçib (hərbi-nəqliyyat aviasiyasında). Bu illər ərzində Afrika və Asiya ölkələrinə səyahət edib. Sonradan bu təcrübə ona "200-cü yük" filmində kömək oldu. Əfqanıstan müharibəsi iştirakçısı olub.
Aleksey Batalov
Aleksey Vladimiroviç Batalov (rus. Алексей Владимирович Баталов; 20 noyabr, 1928–2017) — Rusiya aktyoru və rejissoru. == Həyatı == Aleksey Batalov 1928-ci il noyabrın 20-də Vladimir şəhərində, incəsənət xadimlərinin ailəsində dünyaya göz açıb. Atası Vladimir Batalov aktyor və rejissor, anası Nina Olşevskaya aktrisa idi. Alyoşanın 5 yaşı olanda anası atasından ayrılıb və yazıçı Viktor Ardovla ailə həyatı qurub. Onlar Moskvada yaşamağa başlayıblar. Ailələrinə tez-tez qonaq gələn isə anasının rəfiqəsi, məşhur şairə Anna Axmatova olub. Aleksey də uşaqlıqdan onunla dostlaşır, həyatda çox şeyləri ondan öyrənir, sevincini və kədərini onunla bölüşür. Anna Axmatovanı o qədər çox istəyib ki, hətta böyüyəndə onun portretini də çəkib. Gələcək həyat yoldaşı İra Rotova da onun uşaqlıq dostu olub, onlar bağ qonşusu idilər.
Aleksey Bloxin
Aleksey Anatolyeviç Bloxin (rus. Блохин, Алексей Анатольевич; 13 mart 1957) — Rusiyanın əməkdar artisti. == Həyatı == 13 mart 1957-ci ildə anadan olub. 1978-ci ildə GİTİS-də təhsil alıb və Rusiya Akademik Gənclər Teatrında çalışır.
Aleksey Brianskiy
Aleksey Brianskiy (14 sentyabr 1997, İrkutsk) — Rusiyalı üzgüçü. Aleksey Brianskiy Rusiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleksey Brianskiy birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 22.33 saniyəlik nəticəsi ilə 28-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Aleksey Brusilov
Aleksey Alekseyeviç Brusilov (rus. Алексей Алексеевич Брусилов; 3 avqust 1853, Tiflis – 17 mart 1926[…], Moskva) — rus və sovet hərb xadimi və hərbi pedaqoqu, kavaleriya generalı (6 dekabr 1912-ci ildən), general-adyutant (10 aprel 1915-ci ildən), Rus ordusunun Ali baş komandanı (22 may — 19 iyul 1917), Qırmızı Ordunun baş kavaleriya inspektoru (1923). == Həyatı == Aleksey Brusilov mənşəcə Brusilovlar zadəgan ailəsindəndir. 1853-cü ildə Tiflisdə rus generalı Aleksey Nikolayeviç Brusilovun ailəsində anadan olub (1787-1859). Anası Mariya-Luis Antonovna mənşəcə polyak idi və kollec assessoru A. Nestoyskinin ailəsindən olmuşdur. 27 iyun (9 iyul) 1867-ci ildə Pajeski Korpusuna daxil olmuşdur. 17 iyul 1872-ci ildə korpusu bitirmiş və 15-ci Draqun Tver alayı sıralarına daxil olmuşdur. 1873-1878-ci illərdə - alayın adyutantı olmuş, Qafqazda 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin iştirak etmişdir. Türk qalaları Ərdahan və Qarsın ələ keçirilməsində fərqlənmiş, buna görə də 3-cü və 2-ci dərəcə Müqəddəs Stanislav ordeni və 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmişdir. 1879-1881-ci illərdə eskadron komandiri və alay təlim komandasının rəisi olmuşdur.
Aleksey Bukulov
Aleksey Bukulov (oset. Букуылты Алыкси, 8 iyun 1920 – 23 mart 2010, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı və jurnalisti. == Bioqrafiyası == 8 iyun 1920-ci ildə Cənubi Osetiyanın Valitikau kəndində kəndli ailəsində anadan olmuşdur. 1940-cı ildə Stalinirski Pedaqoji Texnikumunu bitirir, sonradan Çkaraul ibtidai məktəbinin müdiri təyin edilir. Eyni məktəbdə müəllimliklə məşğul olur. 1940-cı ildə Qırmızı Orduda hərbi xidmətə çağırılır. İlk günlərdən Böyük Vətən müharibəsi döyüşlərində iştirak edir. 1942-ci ildə əsir düşür və Rumıniya ərazisindəki hərbçilər üçün düşərgəyə göndərilir. 1944-cü ildə düşərgədən qaçır və Qırmızı Orduya qoşularaq döyüşə davam edir. Bratislavanın azad edilməsi zamanı Çexoslovakiyada döyüşür.
Aleksey Buldakov
Aleksey Buldakov (26 mart 1951, Klyuçevski rayonu[d], Altay diyarı – 3 aprel 2019, Ulan-Bator) — Rusiya aktyoru, Rusiyanın xalq artisti (2009) == Həyatı == Aleksey İvanoviç Buldakov 26 mart 1951-ci ildə Altay vilayətində anadan olub. A.Çexov adına Pavlodar Dram Tetarının nəzdində gənclər teatr studiyasında təhsil alıb (1969). 1981-ci ildən Pavlodar, Tomsk, Karaqanda, Ryazan teatrlarında, "Belarusfilm"in nəzdindəki teatr-studiyada (1985-1992) çalışıb. Kinoda 1982-ci ildən çəkilmişdir. Aleksey Buldakov 3 aprel 2019-cu ildə qastrol səfəri zamanı damarın trmobla tıxanması nəticəsində vəfat edib.
Aleksey Dunyaşin
Aleksey Dunyaşin, Alek Dunyaşin(tam adı: Aleksey Vasileviç Dunyaşin, rus. Алексей Васильевич Дуняшин; 8 fevral 1904, Böyük Tolkay[d] – 1931) — erzyan əsilli yazıçı, publisist, tənqidçi, ilk Erzya yazarlarından biri. == Həyatı == Aleksey Dunyaşin 8 fevral 1904-cü ildə indiki Samara vilayəti, Poxvistnev rayonu, Böyük Tolkay kəndində kəndli ailəsində anadan olmuşdur. Rus və Erzya dillərində oçerklər, feletonlar, publisistik məqalələr və hekayələr yazmışdır. Fəaliyyətinin ən səmərəli dövrü Sibirdəki xüsusi müxbir kimi fəaliyyətini qeyd edilir. "Od eryamo" qəzetində onun Sibir erzyanlarının həyatı ilə bağlı publisistik hekayələri dərc edilir. 1925–29-cu illərdə 30-dan çox feilleton yazmışdır. Bu feillotonlar "Pitsi-palakst" ("Gicitkən") kolleksiyasına daxil edilmişdir. 1927-ci ildən "Kirvi tol" ("Məşhəl") romanının üzərində işləmişdir. Bu romanda mordva xalqının 1914–1930-cu illər dövründəki həyatı əks olunmuşdur.
Aleksey Fatyanov
Aleksey Fatyanov (14 iyun 1969) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Aleksey Fatyanov 1969-cu il iyunun 14-də anadan olub. == Karyerası == Aleksey Fatyanov 1993-cü ildə Manila şəhərində (Filippin) baş tutan Asiya Çempionatının qalibi oldu. 1995-ci ildə isə Aleksey Fatyanov İndoneziyada baş tutan Asiya Çempionatını gümüş medalla başa vurdu. Aleksey Fatyanov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə uzunluğa tullanma turnirində 16.14 metr nəticə göstərdi və təsnifat mərhələsini 31-ci pillədə başa vurdu.
Aleksey Favorski
Aleksey Yevqrafovic Favorski (rus. Алексей Евграфович Фаворский; 20 fevral (3 mart) 1860, Pavlovo kəndi — 8 avqust 1945) Leninqrad Nijni Novqorod vilayəti), rus, sovet üzvi-kimyaçısı, birinci dərəcəli Stalin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı (1945), SSRİ EA-nın (1929) akademiki. == Tərcümeyi-hal == Nijniqorod və Voloqodsk gimnaziyalarında orta təhsilini alıb. 1878-ci ildə imperator SPb universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olub, 1882-ci ildə namizədlik dərəcəsi ilə kursu bitirmişdir. 4-cü kurs tələbəsi olarkən və universitetin kimya laboratoriyasının Butlerov şöbəsində çalışıb. Universitet laboratoriya işini davam etdirməklə yanaşı, 1883-cü ildə Sankt-Peterburqun 1-ci real məktəbinə daxil olub. 1886-ci ildə universitetin texniki laboratoriyasının laborantı yerini tutub. 1891-ci ildə kimya magistr dərəcəsi üçün dissertasiya müdafiə edib, həmin ildə ona fizika-riyaziyyat fakültəsi tərəfindən privat-dosent qismində analitik kimyanın oxuması tapşırılıb. 1895-ci ildə kimya doktoru dərəcəsi üçün dissertasiya müdafiə edib və 1896-ci ildə SPb universitetində texnologiya və texniki kimya kafedrasında işləyib. Həmçinin SSRİ EA-nın Leninqrad kimya texnologiya institutunda çalışıb.
Aleksey Fedçenko
Aleksey Pavloviç Fedçenko (rus. Федченко, Алексей Павлович; 7 (19) fevral 1844, İrkutsk – 3 sentyabr 1873, Monblan) — Orta Asiyadakı səyahətləri ilə məşhur olan rus təbiətşünası, tədqiqatçısı və səyyahı. == Haqqında == Aleksey Fedçenko 19 fevral 1844-cü ildə Sibirdə, İrkutskda anadan olub. O, doğma şəhərində gimnaziyada oxuduqdan sonra zoologiya və geologiya təhsili almaq üçün Moskva Universitetinə yollanıb. Fedçenkonun atası qızıl mədəninə sahib idi, ancaq iflas etdi və Aleksey Fedçenko orta məktəbi bitirəndə vəfat etdi. Daha sonra, o və anası o vaxta qədər Moskva Universitetini bitirmiş və məktəbdə müəllim işləyən böyük qardaşı Qriqori tərəfindən maddi olaraq dəstəkləndi.Aleksey Fedçenko 2 iyul 1867-ci ildə Moskva Universitetinin professoru Aleksandr Armfeldin qızı ilə evləndi və bütün səyahətlərində onun sadiq yoldaşı oldu. O, 1868–1871 -ci illәrdә həyat yoldaşı Olqa Fedçenko ilә birlikdә bir sıra rayonların fiziki coğrafiyası, geologiyası, flora, fauna vә etnologiyasına dair çoxlu material toplayıb. Fedçenko Türküstan vә Alay silsilәlәrini, həmçinin Alay vә Fәrqanә vadilәrini öyrәnib, әn yüksәk zirvәsi ilә birlikdә Alayarxası silsilәsini kәşf edib. Eyni zamanda Fedçenko buzlağı onun şәrәfinә adlandırılıb. == Əsərləri == 1875 Puteshestvie v Turkestan; zoogeographicheskia izledovania.
Aleksey Jarkov
Aleksey Jarkov (rus. Алексей Жарков; 27 mart 1948, Moskva, RSFSR, SSRİ – 5 iyun 2016, Moskva) — Sovet, Rusiya teatr və kino aktyoru. == Həyatı == Aleksey Dmitriyeviç Jarkov 27 mart 1948-ci ildə anadan olub. MXAT məktəb-studiyasında təhsil alıb (1970). Rusiyanın əməkdar artisti (1984), xalq artistidir (1994).69 yaşlı aktyor uzun sürən ağır xəstəlikdən sonra 5 iyun 2016-cı ildə dünyasını dəyişib.
Aleksey Jiqalkoviç
Aleksey Jiqalkoviç (18 aprel 1996, Minsk) — Belarus müğənnisi. 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu "С друзьями" ("Dostlarla") mahnısı ilə təmsil etmiş və Ermənistan təmsilçisini bir xal qabaqlayaraq qalib olmuşdur.
Aleksey Kapler
Aleksey Yakovleviç Kapler (11 oktyabr, 1904, Kiyev, Ukrayna-11 sentyabr, 1979, Moskva, Rusiya) ssenari müəllifi. == Həyatı == Aleksey Yakovleviç Kapler 11 oktyabr 1904-cü ildə Kiyevdə anadan olub. 1920-ci ildən Kiyev teatrlarında aktyor və rejissor işləmişdir. Həmçinin həmkarları ilə birgə Kiyevdə eksperimental teatr olan "Arlekin" teatrını açmışdır. Kinoda 1926-cı ildən fəaliyət göstərmişdir. Aktyor kimi Rusiya istehsalı olan "Şinel" (1926) filmində çəkilib. "Tələbə qız" (1930), "Donbass" (1931) filmlərinin rejissoru, "3 yoldaş" (1935), "Mədənçilər" (1937), "Dəmir mələk" (1942), "Mavi quş" (1976) filmlərinin ssenari müəllifidir. 1939-cu ildən isə ÜDKİ-də dərs demişdir. 1943-cü ildə səbəbsiz olaraq repressiya edilmiş və yalnız 1954-cü ildə azadlığa buraxılmışdır. SSRİ dövlət mükafatı laureatı (1941), Rusiya əməkdar incəsənət xadimi (1969) Aleksey Kapler 11 sentyabr 1979-cu ildə vəfat edib.
Aleksey Klimov
Aleksey Alekseyeviç Klimov (1894, Kaluqa quberniyası[d]) — İkinci Dünya müharibəsi illərində elmin inkişafındakı xidmətlərinə görə "Qafqazın müdafiəsi uğrunda", "1941–1945-ci illərdə Vətən Müharibəsi günlərində şərəfli əməyə görə" medalları ilə təltif edilmiş görkəmli etnoqraf, ölkəşünas, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat institutunun direktor müavini (1938–1940), SSRİ EA-nın Azərbaycan filialının Tarix İnstitutunun Qədim və Orta əsrlər tarixi şöbəsinin müdiri (1940), SSRİ EA-nın Azərbaycan filialının Tarix İnstitutunun direktoru (1940–1941), Azərbaycan Tarix Muzeyinin direktoru (1937–1938, 1948) == Həyatı == Aleksey Alekseyeviç Klimov 1894-cü ildə Kaluqa quberniyasının Spaso-Demenski kəndində xalq müəllimi ailəsində anadan olub. == Elmi fəaliyyəti == 1908–1913-cü illərdə Kaluqa real məktəbində təhsil alıb. 1913-cü ildə Sankt-Peterburqda Psixonevroloji İnstituta və eyni zamanda da Kiyev Kommersiya İnstitutunun iqtisadi şöbəsinə qəbul olunub. 1915–1917-ci illəri cəbhədə keçirib. 1919-cu ildə Suxumi kontoruna tütün hazırlanması üzrə kargüzar kimi işə qəbul olunub. 1920-ci ilin sonunda Bakıya yola düşür və "Zavaqzalnı" (Vağzal arxası) rayonunda RİTX-nin ("Resurslar, İcmallar və Təhsil Xəbərləri") müdir əvəzi təyin edildiyi Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinə gəlir. 1922–1927-ci illərdə "Bakinsiy Raboçiy" və "Zarya Vastoka" qəzetlərinin redaksiyasında işləyir. 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin üzvü olur və cəmiyyətin etnoqrafiya komissiyasında işləyir. 1925-ci ildə etnoqrafik tədqiqatlar aparmaq məqsədi ilə Azərbaycan rayonlarına səfər edir: Quba, Şamaxı, Xızı, Salyan, Göyçay, Nuxa, Qutqaşen, Bərdə, Naxçıvan, Culfa, Ordubad və b. Cəmiyyətdə işləməyə başladıqdan sonra bütün diqqətini Azərbaycan və həmsərhəd ölkələrin etnoqrafiya, etnologiya və tarixi məsələlərinin öyrənilməsinə yönəltməyə başladı.
Aleksey Koluzov
Aleksey Oleqoviç Koluzov (1979) — kinooperator. == Həyatı == Aleksey Koluzov 1979-cu ildə anadan olub. ÜDKİ-də operator fakültəsində təhsil alıb (1997-2003). Partnet TV (1998-2000), NTV-də (2000-2002) çalışıb.
Aleksey Kopnin
Aleksey Kopnin (d. 28 oktyabr 1994) — Azərbaycanı təmsil edən oxatan. Aleksey Kopnin 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatılıb. == Həyatı == Aleksey Kopnin 1994-cü il 28 oktyabrda anadan olub. == Karyerası == Aleksey Kopnin birinci ciddi uğurunu 2013-cü ildə qazandı. Kopnin İndoneziyanın Palembanq şəhərində baş tutan III İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı. Daha sonra Aleksey Kopnin 2015-ci ildə I Avropa Oyunlarına qatıldı. Kopnin bu yarışlarda 1/16 final mərhələsində Rusiyalı Bair Tsibəydorjiyevə 2:6 hesabı ilə uduzdu və mübarizəni dayandırdı.
Aleksey Kosov
Aleksey Kosov (29 iyul 1994) — Rusiyalı kişi ağır atlet. 94 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Rusiyanı təmsil edir. Aleksey Kosov dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Aleksey Abrikosov (patanatom)
Aleksey İvanoviç Abrikosov (rus. Алексе́й Ива́нович Абрико́сов; 6 (18) yanvar 1875, Moskva – 9 aprel 1955, Moskva) — SSRİ patanatomu. == Həyatı == Aleksey İvanoviç Abrikosov 18 yanvar 1875-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1939-cu ildə SSRİ Elmlər Akademiyası, 1944-cü ildən isə SSRİ Tibb Elmlər Akademiyasının akademiki, həmçinin Polşa EA üzvü olmuşdur. Abrikosov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. O, 1920–1953-cü illərdə Moskva Universitetinin Tibb fakültəsinin (1939-cu ildən Birinci Moskva Tibb İnstitutunun) professoru olmuşdur. Elmi əsərləri ağciyər vərəminə, simpatik sinir düyünlərinin patoloji anatomiyasına, əzələ şişlərinə və s. həsr edilmişdir. Abrikosov əzələ şişlərinin xüsusi növünü (mioblastomioma) – "Abrikosov şişi"ni tapmışdır. == Təltif və mükafatlar == Aleksey Abrikosov ilk dəfə "Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.
Aleksey Abrikosov (sahibkar)
Aleksey İvanoviç Abrikosov (20 fevral 1824, Moskva – 31 yanvar 1904, Moskva; rus. Алексе́й Ива́нович Абрико́сов) — Rusiya sahibkarı, istehsalçısı. O, XIX əsrin ikinci yarısında "A. İ. Abrikosov oğulları zavodu və ticarət ortaqlığı" (indiki " Babayevski" konserni), habelə Moskvada qənnadı məmulatları və çay mağazalarına sahib olmuşdur. Abrikosov həmçinin, İmperator Əlahəzrət Məhkəməsinin Təchizatı, Mühasibat Bankı Şurasının sədri, faktiki dövlət müşaviri kimi xidmət etmişdir. == Mükafatlar == 1870-ci ildə irsi fəxri vətəndaşlar sinfinə təyin edilmişdir. 1879-cu ildə Ticarət Şurasının üzvü adını almışdır. Ömrünün son illərində ona irsi zadəganlıq hüququ verən həqiqi dövlət müşaviri rütbəsi verilmişdir. Mükafatlardan o, Müqəddəs Andreyev lentində "Çalışmaya görə" medalı (1876), 2-ci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav" ordenlərinə layiq görülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Предпринимательство и городская культура в России. 1861—1914: сборник.
Aleksey Bestuzev-Rumin
Aleksey Bestuzev-Rumin (Rusca: Алексе́й Петро́вич Бесту́жев-Рю́мин) (d. 1 iyun 1693 – ö. 21 aprel 1768) — Rusiya imperiyasının baş naziri olmuş XVIII əsrin ən güclü Avropalı diplomatlarından biridir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 17.75 dəfə / 1 mln.
2002 ••••••••• 10.28
2003 ••••••••••• 12.99
2004 •••••••••••••• 16.84
2005 •••••••••••••••• 19.57
2006 •••••••••••••• 17.12
2007 ••••••••• 10.57
2008 ••••••••••••••• 17.54
2009 •••••••••••••••••••• 24.80
2010 •••••••••••••••••••• 24.24
2011 ••••••••••••••••• 20.33
2012 ••••••••••••••••• 19.96
2013 ••••••••••••••••• 20.86
2014 ••••••••••••••••••• 23.17
2015 ••••••••••••••••• 20.24
2016 •••••••••• 11.80
2017 ••••••••• 10.24
2018 •••••••••••••••• 18.73
2019 •••••••••••• 14.47
2020 ••••• 5.83

Oxşar sözlər

#aleksey nədir? #aleksey sözünün mənası #aleksey nə deməkdir? #aleksey sözünün izahı #aleksey sözünün yazılışı #aleksey necə yazılır? #aleksey sözünün düzgün yazılışı #aleksey leksik mənası #aleksey sözünün sinonimi #aleksey sözünün yaxın mənalı sözlər #aleksey sözünün əks mənası #aleksey sözünün etimologiyası #aleksey sözünün orfoqrafiyası #aleksey rusca #aleksey inglisça #aleksey fransızca #aleksey sözünün istifadəsi #sözlük