aliliyi sözü azərbaycan dilində

aliliyi

Yazılış

  • aliliyi • 95.8805%
  • Aliliyi • 4.1195%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüququn aliliyi
Hüququn aliliyi — hüququn cəmiyyətdə ali mövqedə olması, xüsusilə də fərdi və institusional davranışa təsir etməsi, eləcə də hökumət də daxil olmaqla cəmiyyətin bütün üzvlərinin eyni dərəcədə hüquq normalarına tabe olması. "Hüququn aliliyi" ifadəsi hər hansı xüsusi hüquq norması ilə bağlı deyil və siyasi situasiyalarla əlaqədar işlədilir. Bu ifadənin istifadəsi XVI əsr Britaniyasına qədər gedib çıxır. XVII əsrdə isə şotland ilahiyyatçısı Samuel Rezerford bu ifadədən kralların ilahidən gələn hüquqlarını tənqid edərkən istifadə etmişdir. Con Lokk yazırdı ki, cəmiyyətdəki azadlıq hər kəsə tətbiq olunan və qanunverici orqan tərəfindən yaradılan qanunlara hər kəsin tabe olması deməkdir; bu zaman şəxs onun azadlığı üzərində istər dövlət, istərsə də şəxsi məhdudiyyətlərdən qurtulmuş olur. "Hüququn aliliyi" daha sonra XIX əsrdə Britaniyalı hüquqşünas Albert Venn Daysi tərəfindən geniş istifadə olunmağa başladı. Halbuki, ifadə özü olmasa da, prinsip etibarilə qədim mütəfəkkirlər tərəfindən elmə gətirilmişdir. Məsələn, Aristotel yazırdı ki, "Hər hansı vətəndaş tərəfindən idarə edilməkdənsə, qanuna tabe olmaq daha məqsədəuyğundur". Hüququn aliliyi konsepsiyasına görə, hüquq normalarını yaradanlar, hüquq-mühafizə orqanları və hakimlər də daxil olmaqla hər kəs qanunun tələblərinə tabe olmalıdır. Bu mənada o, idarəçilərinin hüquqdan üstün olduğu monarxiya və oliqarxiya ilə ziddiyyət təşkil edir.

Oxşar sözlər

#aliliyi nədir? #aliliyi sözünün mənası #aliliyi nə deməkdir? #aliliyi sözünün izahı #aliliyi sözünün yazılışı #aliliyi necə yazılır? #aliliyi sözünün düzgün yazılışı #aliliyi leksik mənası #aliliyi sözünün sinonimi #aliliyi sözünün yaxın mənalı sözlər #aliliyi sözünün əks mənası #aliliyi sözünün etimologiyası #aliliyi sözünün orfoqrafiyası #aliliyi rusca #aliliyi inglisça #aliliyi fransızca #aliliyi sözünün istifadəsi #sözlük