Alimcan sözü azərbaycan dilində

Alimcan

Yazılış

  • Alimcan • 85.7143%
  • alimcan • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alimcan İbrahimov
Alimcan Qirfanoviç İbrahimov (12 mart 1887, Sultanmurad, Ufa quberniyası – 21 yanvar 1938, Kazan) — 21.1.1938, Kazan) — Tatarıstan yazıçısı, ictimai xadimi. == Həyatı == Ufa quberniyasının (Başqırdıstan) Sultanmuradov adlı tatar kəndində vilayətin sayılıb-seçilən ruhani ailəsində göz açan Ə. İbrahimov əvvəlcə Orenburq şəhərindəki Vəli mədrəsəsində, sonra Ufadakı məşhur "Qaliya" mədrəsəsində təhsil alır. İlk hekayəsini – " Şagird Zəkinin mədrəsədən qovulması" — 1907-ci ildə yazan Əlimcan iki il sonra Kazan universitetinə daxil olur və qısa müddət ərzində tatar ictimai-mədəni həyatının fəal nümayəndəsinə çevrilir. 1912-ci ildə "Gənc ürəklər" romanını bitirən Ə. İbrahimov həmin dövrdən başlayaraq tatar ədəbiyyatı və dilinə, ədəbi –bədii tənqidə, tatar teatrına dair çoxsaylı məqalə və çıxışları ilə ədəbi və elmi ictimaiyyətin diqqətini cəlb edən istedadlı yazıçı, ədəbiyyatşünas, dilçi və fəal ictimaiyyətçi kimi tanınmağa başlayır. 1913–1917-ci illlərdə Kiyevdə, Odessada, Suxumidə, Ufada və Moskvada yaşayan Ə. İbrahimov 1917-ci ilin payızında Kazana qayıdır və o vaxtdan bütün həyat və fəaliyyətini Tatarstanda ictimai-mədəni quruculuq işlərinə həsr edir. Ötən əsrin 20–30-cu illəridə Ə. İbrahimov Tatarıstanda milli ədəbiyyatın və mətbuatın, təhsilin və maarifin, humanitar elmlərinin inkişafında misilsiz xidmətlər göstərmişdir. 1925-ci ilin yanvarında Tatarıstan Respublikası Akademiya Mərkəzinin prezidenti seçilən Ə. İbrahimov qısa müddət ərzində Tatarıstanda ayrı-ayrı sahələr üzrə elmin təşkilati işləri və inkişafı istiqamətində çox böyük uğurlar qazanır. Bədii yaradıcılıqla yanaşı paralel olaraq elmi fəaliyyətini də davam etdirən Ə. İbrahimov bir sıra digər məsul vəzifələrdə də çalışmışdır. 1927-ci ildə bədii yaradıcılığının və elmi fəaliyyətinin iyirmi illiyi münasibətilə Ə. İbrahimov RSFSR Akademiyasının akademiki seçilmiş ÜMİK-nin qərarı ilə Əmək Qəhrəmanı adına layiq görülmüşdür. "Qazax qızı", " Dərin köklər", "Bizim günlər" kimi məşhur romanları, bir sıra maraqlı povest və hekayələri ilə XX əsr tatar əəədəbiyyatında, Tatar dili və tarixinə, inkişaf mərhələlərinə dair qiymətli monoqrafiya və araşdırmaları ilə təkcə doğma tatar ədəbiyyatı və elmində yüksək zirvələr kəşf edən Ə. İbrahimov, eyni zamanda, bütünlükdə XX əsr türk xalqları ədəbiyyatlarının inkişafında, eləcə də, türk xalqlarının, türk dövlətlərinin humanitar elmlər sahəsində qazandıqlari uğurlara öz töhfəsini vermiş görkəmli ədəbiyyat və elm xadimlərindəndir.
Həmid Alimcan
Həmid Alimcan(özb. Hamid Olimjon, 12 dekabr 1909, Cizak, Rusiya Türkistanı general-qubernatorluğu – 3 iyul 1944, Daşkənd) — Özbək şairi, dramaturqu, tənqidçisi. Müasir özbək ədəbiyyatının yaradıcılarından. == Həyatı == Həmid Alimcan 1909-cu ildə Cizzax şəhərində anadan olmuşdur. Həmid Alimcan ilk təhsilini başa vurduqdan sonra Səmərqənd şəhərinə yola düşmüşdür. O, Səmərqənd pedaqoji məktəbində təhsilini davam etdirmiş və 1928-ci ildə buranı müvəffəqiyyətlə bitirmişdir. H.Alimcan 1928-1930-cu illərdə Səmərqənd Pedaqoji Akademiyasının ictimai elmlər bölməsində təhsil almışdır. Özbək ədəbiyyatının tanınmış şəxsiyyətlərindən olan Uyğun, Aydın, Mirtemir, Cəlal Əkrəmi burada olduğundan H.Alimcan onlarla tanış olmuş və yaxınlıq etmişdir. Ümumiyyətlə, akademiyada mövcud olan elmi-ədəbi mühit onun bir şəx siyyət və sənətkar kimi formalaşmasında mühüm rol oynamışdır.H.Alimcan ilk şeirini tələbəlik illərində yazmışdır. Şairin bu dövrdə yazdığı şeirlər kitab halında 1929-cu ildə çapdan çıxmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2011 •••••• 0.09
2012 •••••• 0.09
2018 •••••••••••••••••••• 0.30

Oxşar sözlər

#alimcan nədir? #alimcan sözünün mənası #alimcan nə deməkdir? #alimcan sözünün izahı #alimcan sözünün yazılışı #alimcan necə yazılır? #alimcan sözünün düzgün yazılışı #alimcan leksik mənası #alimcan sözünün sinonimi #alimcan sözünün yaxın mənalı sözlər #alimcan sözünün əks mənası #alimcan sözünün etimologiyası #alimcan sözünün orfoqrafiyası #alimcan rusca #alimcan inglisça #alimcan fransızca #alimcan sözünün istifadəsi #sözlük