aliment sözü azərbaycan dilində

aliment

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aliment • 86.4971%
  • Aliment • 13.5029%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aliment
Aliment (lat. alimentum — "yemək", "qidalanma") aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında işlədilir. Aliment- latın dilində "alimentium" sözündən götürülərək saxlama üçün vəsait, öhdədə olmaq deməkdir. Aliment hüququ münasibətlərinə görə ailənin bir üzvləri ailənin digər üzvlərini maddi cəhətdən təmin etməlidir. == Aliment öhdəliyi == Aliment öhdəliklərini yaranma əsasları aşağıdakılardır: Subyektlər arasında ailə münasibətlərinin olması; Qanunla müəyyən edilmiş qaydada alimentin ödənilməsinin zəruriliyi; Alimentin ödənilməsi barədə saziş və ya alimentin tutulması haqqında məhkəmə qərarı. == Aliment Azərbaycan qanunvericiliyində == Ailə Məcəlləsi və Mülki Məcəlləyə uyğun olaraq aliment öhdəlikləri daşıyanları subyekt tərkibinə görə aşağıdakı kimi təsnif etmək olar: 1) Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını və əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.2) Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.3) Ər arvad və keçmiş ər arvad qanunla müəyyən olunmuş hallarda bir birinə aliment ödəməyə borcludurlar.4) Zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılar yetkinlik yaşına çatmayan yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılarını saxlamağa borcludurlar. Zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilməyən, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılarını saxlamağa borcludurlar.5) Zəruri vəsaitə malik baba və nənə saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməyən yardıma ehtiyacı olan nəvələrini saxlamağa borcludurlar.M.V. Antokolskaya göstərir ki, alimentin ödənilməsi barədə saziş mülki-hüquqi müqavilələrin növlərindən biridir. Belə saziş ümumi və xüsusi qanunvericiliyin qaydalarına muvafiq surətdə mülki və ailə qanunvericiliyinin normaları ilə tənzimlənir.M.V.Antokolskaya elə hesab edir ki, alimentin ödənilməsi barədə saziş həm məhkəmə qaydasında aliment almaq hüququ olan şəxslər arasında, həm də hüquqa malik olmayanlar arasında bağlana bilər, ona görə ki, bu halda söhbət könüllü surətdə aliment öhdəliklərinin öz üzərinə götürülməsindən gedir. Belə öhdəliklərə Ailə Məcəlləsinin alimentin ödənilməsi barədə saziş fəslinin normaları qanunun analogiyası üzrə tətbiq edilir. Bizə elə gəlir ki, M.V.Antokolskayanın bu fikri ilə razılaşmaq olmaz, belə ki, aliment ödəməyə boclu olmayan şəxslə məhkəmə qaydasında aliment almaq hüququ olan şəxs arasında bağlanan aliment öhdəlikləri icra vərəqəsi qüvvəsinə malik olmayacaq.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.53 dəfə / 1 mln.
2005 ••••••••• 2.70
2006 0.23
2007 •• 0.63
2008 •• 0.49
2009 ••••• 1.44
2010 ••••• 1.63
2011 ••• 0.69
2012 •••• 1.20
2013 •••••••••••••••••••• 6.56
2014 ••••• 1.54
2015 •• 0.51
2016 ••••• 1.39
2017 0.16
2018 •••• 1.05
2019 ••• 0.83
2020 ••••••••••••••• 4.64

aliment sözünün leksik mənası və izahı

  • 1 is. [lat.] hüq. Övlad və ya qohumluq əlaqəsinə görə verilməli olan məbləğ, dolanışıq haqqı, xərci (məs.: uşaqlarına, ata-anasına, arvadına və i.a.). Alimentlər haqqında qanun. Aliment vermək. – [Mindilli:] Qəmər burdadır! Yaxşı ki, məni görmədi. Papağımı da satsam, dörd ilin alimentini verib qurtara bilməyəcəyəm. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / aliment

aliment sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. алименты. Alimentdən boyun qaçırmaq уклоняться от уплаты алиментов II прил. алиментный. Aliment öhdəçiliyi алиментное обязательство, aliment işləri алиментные дела

    Azərbaycanca-rusca lüğət / aliment

aliment sözünün inglis dilinə tərcüməsi

aliment sözünün fransız dilinə tərcüməsi

aliment sözünün ləzgi dilinə tərcüməsi

"aliment" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aliment nədir? #aliment sözünün mənası #aliment nə deməkdir? #aliment sözünün izahı #aliment sözünün yazılışı #aliment necə yazılır? #aliment sözünün düzgün yazılışı #aliment leksik mənası #aliment sözünün sinonimi #aliment sözünün yaxın mənalı sözlər #aliment sözünün əks mənası #aliment sözünün etimologiyası #aliment sözünün orfoqrafiyası #aliment rusca #aliment inglisça #aliment fransızca #aliment sözünün istifadəsi #sözlük