Alin sözü azərbaycan dilində

Alin

Yazılış

  • Alin • 93.7500%
  • alin • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alin Barnsdal
Luis Alin Barnsdal (1 aprel 1882 – 18 dekabr 1946) hazırda Barnesdall şəhər parkının mərkəzi olan Los-Ancelesdəki Hollihok evinin, Frank Lloyd Raytının müştərisi olaraq daha yaxşı tanınan Amerikalı neft varisi idi. == Haqqında == Pensilvaniya ştatının Bradford şəhərində anadan olmuş Barnsdal neftçi Teador Nevton Barnsdalın qızı idi. Barnsdall və atası, yəni Alinin babası 1850-ci illərin sonlarında Pensilvaniyada neft prosesinin erkən iştirakçılarından olmuşdular. Təvazökar başlanğıcdan ailə Oklahoma və Kaliforniyada böyük torpaq sahələri ilə 15,000,000 $ dəyərində bir sərvət toplamışdır. Barnsdal gənc bir qadın olaraq atası ilə birlikdə Avropanı gəzmiş, feminizmə və radikal səbəblərə maraq göstərmişdir. 1913-cü ilə qədər Çikaqoda eksperimental teatr hazırlayırdı. 1917-ci ilin fevral ayında Barnsdalın atası vəfat etdi. O, neft şirkətinin mirasının yarısından imtina etmişdi. Bəzi hesablara görə onun 3 milyon dollar aldığı bildirilmişdir. 1917-ci il avqust ayının 19-da ailə həyatı qurmadan ana olmuşdu.
Sixote-Alin
Sixote-Alin — Rusiyanın Uzaq Şərqindəki Xabarovsk və Primorsk ərazilərində, qərbdə Amur hövzəsinin və şərqdə Yapon dənizi, Tatar boğazı çayları üçün su ayrıcı funksiyası oynayan Mezozoy qatlama zonasının vulkanik sahəsi. Dağlar cənub Primorskdan (Naxodka), Xabarovsk diyarının şimalındakı Amur çayının mənsəbinə (Nikolayevsk-na-Amure) qədər uzanır. Sixote-Alin dağlarında Anyuy Milli Parkı, Botniç Dövlət Təbiət Qoruğu, Lazovski adına Dövlət Təbiət Qoruğu və Sıxote-Alin Dövlət Biosfer Qoruğuda daxil olmaqla bir neçə böyük qoruq zonaları mövcuddur. == Fauna və flora == Sixote-Alinin bitki örtüyü müxtəlifdir: bu dağlıq vilayətin cənub və mərkəzi hissəsi təxminən 500 m yüksəkliklərə qədər iynəyarpaqlı-enliyarpaqlı meşələrlə örtülüdür. Şimal hissəsində Ayan küknarı və Ağqabıq ağ şam ağacları ilə zəngin olan meşələrdən ibarətdir. Yüksək Yüksəkl dağlıq ərazilərdə dağ tundrası qeydə alınır. Dağların düzənliklərində otlar 3,5 m hündürlüyə çata bilər. Sixote-Alinin ətəkləri endemik canlılarla zəngindir: Uzaq Şərq bəbiri. Son bir neçə onillikdə meşə mütəxəssisləri Sixote-Alin meşələrinin quruduğunu qeydə alırlar. Bunun bir neçə səbəbi var: viral xəstəliklər nəticəsində ağacın zədələnməsi, yeraltı su rejiminin dəyişməsi.
Alin Florin Kioanka
Alin Florin Kioanka (1 aprel 1995) — Rumıniyalı xizək yürüşçüsü. Alin Florin Kioanka Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Alin Florin Kioanka birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Kioanka 3:22.22 saniyəlik nəticəsi ilə 80 atlet arasında 47-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Alina Abdullayeva
Alina Abdullayeva — Azərbaycan rejissoru. == Həyatı == Alina Abdullayeva 1981-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində doğulub. Orta məktəbi bitirəndən sonra, 1998-ci ildə Bakıya köçüb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” fakültəsinə daxil olub. 1999-2002-ci illərdə onun novella və hekayələri müxtəlif yerli qəzet və jurnallarda çap olunub. Paralel olaraq fotoqraf kimi işləyib. Magistraturaya daxil olduqdan sonra rejissorluqla maraqlanıb. 2004-cü ildə AVANTİ proqramında (SDC - İsveçrənin İnkişaf üzrə Agentliyi tərəfindən maliyyələşən kino sahəsində peşəkar treninq) iştirakdan sonra rejissor qismində qısametrajlı layihənin reallaşması üçün qrant qazanıb. FOCAL-da kurs keçib. “Veit Helmer Filmproduktion”da prodüser kimi çalışıb. “Motor” adlı kinokampaniyanın təsisçisi, həmçinin Müstəqil Qafqaz Kinematoqrafçılar Assosiasiyasının təsisçilərindən biridir.
Alina Kabayeva
Alina Marat qızı Kabayeva (tatar. Әлинә Марат кызы Кабаева, Älinä Marat qızı Qabayeva; 12 may 1983, Daşkənd) — Rusiyanın əməkdar idman ustası, təqaüdçü bədii gimnastı və siyasətçisi, 2007-ci ildən Vahid Rusiya Partiyasının Dövlət Dumasının deputatı, İki olimpiya medalını, dünya çempionatında 14 medalı və 25 dəfə Avropa çempionatının medallarını qazanmış bədii gimnast. == Həyatı == 1983-cü il may ayının 12-də Daşkənddə anadan olub. Kabayevanın atası tatar, anası isə rusdur. Kabayeva Evgenia Kanayevadan sonra Rusiyanın ikinci ən çox uğur qazanmış bədii gimnastıdır. == Atletika Karyerası == Alina Kabayeva 3 yaşında olarkən məşqçi Marqarita Samuilovnanın rəhbərliyi ilə Bədii gimnastikaya başlayır. Onun atası Marat Kabayev peşəkar futbolçu olub. Atası futbol karyerası ilə bağlı tez- tez başqa dövlətlərdə olurdu. Bu zaman ailəsi də Marat Kabayevin özü ilə birlikdə Özbəkistan, Qazaxıstan və Rusiya kimi dövlətlərə gedirdi. Gimnastikaya başlayan ilk günlərdə məşqçisi onu bəyənməmişdi.
Alina Makarenko
Alina Andreyevna Makarenko (d. 14 yanvar 1995; Elista, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Alina Makarenko, Rusiyanı 2012 London Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Alina Makarenko 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Bliznyuk, Ulyana Donskova, Kseniya Dudkina, Anastasiya Nazarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Alina Orlova
Alina Orlova (əsl soyadı Orlovskaya; doğulub 28.6.1988, Sneçkus qəsəbəsi, Litva SSR) — Litvalı müğənni. Litva, rus və ingilis dillərində oxuyur. == Həyatı == Atası — Litvada doğulmuş polyakdır, anası Voronejdə dünyaya gəlib. Alinanın valideynləri uşaq ikən onların ailələri Qazaxıstana sürgün olunmuşdular. Orada onlar qonşuluqda yaşayırdılar, dostlaşırlar, sonra isə bir yerdə Litvaya gedirlər. 2008-ci ildə Alinanın "Laukinis šuo dingo" adlı debüt albomu çıxmışdır.
Alina Puqaç
Alina Puqaç (11 yanvar 1993-cü ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Alina Trepina
Alina Trepina (16 sentyabr 1989) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Alina Trepina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Alina Tumiloviç
Alina Arturovna Tumiloviç (d. 21 aprel 1990; Minsk, Belarus) — Belarusu təmsil edən bədii gimnast. Alina Tumiloviç, 2008 və 2012-ci illərdə Belarusu Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Alina Tumiloviç, 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Zinaida Lunina, Olesya Babuşkina və Kseniya Sankoviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı. Alina Tumiloviç, növbəti dəfə Olimpiya Oyunlarına 2012-ci ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Marina Qançarova, Nataliya Leşçik, Aleksandra Narkeviç, Kseniya Sankoviç və Anastasiya İvankova ilə birgə finalda 55.500 xal toplayaraq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Alina Zahitova
Alina Zahitova ( tələffüzü rus. Алина Загитова; 18 may 2002, İjevsk) — rusiyalı fiqurçu. Alina Zahitova, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında bir qızıl və bir gümüş medal qazanıb. Alina Zahitova 2019-cu ildə Saitamada Dünya Çempionatlarının qızıl medalına sahib olub. 2018-ci ildə Rusiya Çempionatının qalibi olan Alina Zahitova, Avropa Çempionatlarında 2018-ci ildə qızıl, 2019-cu ildə isə gümüş medal qazanıb. ISU Qran-Pri Finalının 2017-ci ildə qızıl, 2018-ci ildə isə gümüş medalçısı olan Zahitova, ISU Qran-Pri seriyalı yarışların Çin (2017), Fransa (2017), Finlandiya (2018) və Rusiya (2018) mərhələlərinin qalibi olub. Gənclər arasında isə 2017-ci ildə Dünya Çempionatının qızıl medalına sahib olan Zahitova, həmin mövsümndə həmdə gənclər arasında Rusiya Çempionatının, ISU gənclər arasında Qran-Pri Finalının və Avropa Yeniyetmələtinin Avropa Festivalının (EYOF) qalibi olub. Karyerası ərzində 26 yarışa qatılan Alina Zahitova, onların 17-də qızıl medal, 5-də gümüş medal, 1-də isə bürünc medal qazanıb. O, 2018-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif edilib. Alina Zahitova Cənubi Koreya idmançısı Yuna Kimdən sonra Olimpiya Oyunlarının, Dünya Çempionatının və Qran-Pri Finalının çempionu olmağı bacaran idmançıdır.
Alina Şapoçnikov
Alina Şapoçnikov (16 may 1926, Kaliş, Polşa — 2 mart 1973, Passi, Fransa) — Polşa heykəltaraşı və yəhudi mənşəli qrafikçi. == Bioqrafiyası == Alina Şapoçnikov 16 may 1926-cı ildə Polşanın Kaliş şəhərində həkim ailəsində anadan olmuşdur. Yəhudi mənşəyinə görə İkinci dünya müharibəsi zamanı Pabyanitse və Lodzinsk gettosunda yerləşdirilmişdi. Sonralar Auşvitz, Bergen-Belzen və Terezienştadt həbs düşərgələrində olmuşdur. 1946-47-ci illərdə müharibə bitdikdən sonra Praqada heykəltaraş təhsili almışdır. Əvvəlcə Otakara Velimsk emalatxanasında, sonra Praqa Təsviri incəsənət, Arxitektura Universitetində təhsil almışdır. Təqaüd sayəsində 1947—1950-ci illər aralığında Paris Təsviri incəsənət, Arxitektura Universitetində davam etdirmişdir. Ancaq ağır xəstəliyə görə o təhsilini saxlamağa və Polşaya qayıtmağa məcbur oldu. 1963-cü ildə Alina Şapoçnikov yenidən Parisə köçmüşdür. Ona 1969-cu ildə sinə xərçəngi diaqnoz qoyulmuşdu və 1973-cü ildə Alina Passidə Pra-Kotant sanatoriyasında vəfat etmişdir.Alina Polşalə sənət tarixçisi Rışard Stanislavskinin arvadı idi.
Aline Reiç
Aline Reiç (6 sentyabr 1974) — Meksikanı təmsil edən bədii üzgüçü. == Karyerası == Aline Reiç Meksikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirdə Aline Reiç 8-ci pillənin sahibi olub.
Əhməd Alinemə
Əhməd Alinemə (20 oktyabr 1982, Əhvaz) — İran futbolçusu, müdafiəçi. Cərimə zərbələrinin mahir icraçısı kimi tanınır. Alinemə 2011-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna transfer olunub. Bundan öncə o Əhvazın İstiqlal və Fulad klublarında, Sipahan və Şahin komandalarında oynayıb.
Alina Gözəlova
Alina Gözəlova (16 fevral 2006) — Azərbaycanı təsmil edən bədii gimnast. == Həyatı == Alina Gözəlova 2006-cı il fevralın 16-da anadan olub. == Karyerası == Alina Gözəlova 2020-ci ildə Kiyev şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.Daha sonra Alina Gözəlova 2022-ci ildə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu. Həmçinin Alina Gözəlova Polşada beynəlxalq turniri və Azərbaycan Çempionatını bürünc medalla başa vurdu.2023-cü ildə isə Alina Gözəlova AGF Trophy beynəlxalq turnirinin qalibi oldu və Azərbaycan Çempionatını gümüş medalla başa vurdu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2009 •••••••••••• 0.32
2011 •••• 0.09
2012 ••••••• 0.17
2013 •••••• 0.15
2015 ••••••• 0.17
2016 ••••••• 0.17
2019 •••••••••••••••••••• 0.56

"alin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alin nədir? #alin sözünün mənası #alin nə deməkdir? #alin sözünün izahı #alin sözünün yazılışı #alin necə yazılır? #alin sözünün düzgün yazılışı #alin leksik mənası #alin sözünün sinonimi #alin sözünün yaxın mənalı sözlər #alin sözünün əks mənası #alin sözünün etimologiyası #alin sözünün orfoqrafiyası #alin rusca #alin inglisça #alin fransızca #alin sözünün istifadəsi #sözlük