Alkaloid sözü azərbaycan dilində

Alkaloid

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Alkaloid • 82.2222%
  • alkaloid • 17.7778%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alkaloidlər
Alkaloidlər — tərkibində azot olan əsasi xassəli, adətən, bitki mənşəli üzvi maddələr. Alkaloidlər fizioloji aktiv birləşmələrdir. Əsaslarla oxşarlıq alkaloidlərin əsas xassəsi deyil. Lakin onların əsasi xassəsinə görə alkaloidlər qeyri-üzvi və üzvi turşularla reaksiyaya girmək qabiliyyətinə malikdirlər. Bu xassəsindən istifadə edərək alkaloidləri qarışıqlardan ayırırlar. Onların çoxu rəngsiz kristal maddədir, kimyəvi quruluşça, halqasında azot atomları olan heterosikl bdrləşmələrdir. Ən sadə alkaloid molekullarında 10-dək, çox mürəkkəblərində isə 50-dən artıq karbon atomu var. == Alkaloidlərin tapılması == Bitkilərdə alkaloid tapılmasının böyük əhəmiyyəti olmuşdur. Çünki hələ XIX əsrin başlanğıçında güman edilirdi ki, heyvan mənşəli maddələrdən fərqli olaraq bitki mənşəli maddələr azotdan məhrumdur. İlk invidual alkaloid – morfin (C17H19O3N) 1804-cü ildə Fridrix Vilhelm Adam Sertürner tərəfindən tiryəkə qələvi ilə təsir etməklə alınmışdır.
İndol alkaloidləri
İndol alkaloidləri - harmin C13H12ON2, İohimbin C21H26O3N3, rezerpin C32H38O8N2, strixnin C21H2O2N2 və brutsin C23H26O4N2-dir. == Harmin C13H12ON2 == Bu alkaloidlər qrupunun ən sadə nümayəndəsidir. Krımda və Orta Asiya respublikalarında çox bitən Peganum Harmala bitkisinin toxumlarından və başqa hissələrindən harmalin ilə bərabər alınır. Harmin 257-258oS-də parçalanaraq əriyən, kristal ağ maddədir, optik fəal deyildir, təbabətdə bəzi sinir xəstəliklərinin müalicəsi üçün işlədilir. == İohimbin C21H26O3N3 == Cənubi Afrikada bitən Corynanthe İohimbe ağacının qabağındarast gələn alkaloidlərdən biridir, 234-235oS-də əriyir. Spirtdə və xloroformda yaxşı həll olur. Təbabətdə qan təzyiqini aşağı salmaq üçün işlədilir. == Rezerpin C32H38O8N2 == Ravolfia bitkilərində rast gələn çox əhəmiyyətli alkaloidlərdən biridir. Rezerpin, təbabətdə iohimbindən daha çox işlədilən sakitləşdirici və qan təzyiqini azaldan vasitələrdən biridir. == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", Maarif-1966, II hissə.
İzoxinolin alkaloidləri
Salsolin C11H15O2N, 1933-cu ildə A.P.Orexov və İ.F.Proskurin tərəfindən Salsola Richteri bitkisindən alınmışdı. 1934-cü ildə isə Orexov və Şpet onu sintetik üsullarla almağa müvəffəq olmuşlar. Rasemik salsolin 218-221o-də əriyən bərk maddədir, periferik qan damarlarını genişləndirir və qan təzyiqini aşağı salır. Təbabətdə hipertoniya xəstəliyinə qarşı işlədilir. Papaverin C20H21O4N, tiryəkdə 1%-ə qədər olur; 147o-də əriyən, suda çox pis həll olan kristal maddədir. Papaverin təbabətdə HCl duzu şəklində antispazmatik maddə kimi işlədilir. Narkotin C22H23O7N, tiryəkdə 5%-ə qədər olur, 176o-də əriyir, suda həll olmur, zəif zəhərdir, təbabətdə işlədilmir. Narkotini nitrat turşusu ilə oksidləşdirib, HCl ilə emal etməklə ondan kotarnin-xlorid alırlar. Kotarnini təbabətdə qanaxmanın qarşısını almaq üçün işlədirlər. == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", 1966.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.31 dəfə / 1 mln.
2004 ••• 0.34
2007 •• 0.21
2008 •••••••••••••••••• 2.44
2009 •••••••••••••••••••• 2.72
2015 ••• 0.34
2016 ••• 0.35
2020 •• 0.27

alkaloid sözünün leksik mənası və izahı

"alkaloid" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alkaloid nədir? #alkaloid sözünün mənası #alkaloid nə deməkdir? #alkaloid sözünün izahı #alkaloid sözünün yazılışı #alkaloid necə yazılır? #alkaloid sözünün düzgün yazılışı #alkaloid leksik mənası #alkaloid sözünün sinonimi #alkaloid sözünün yaxın mənalı sözlər #alkaloid sözünün əks mənası #alkaloid sözünün etimologiyası #alkaloid sözünün orfoqrafiyası #alkaloid rusca #alkaloid inglisça #alkaloid fransızca #alkaloid sözünün istifadəsi #sözlük