Allahqulu sözü azərbaycan dilində

Allahqulu

Yazılış

  • Allahqulu • 97.7099%
  • allahqulu • 2.2901%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Allahqulu xan
Allahqulu xan(1794–1842)—Qonquratlar sülaləsindən Xivə xanı. == Həyatı == Məhəmməd Rəhim xandan sonra yerinə keçən oğlu Allahqulu xanın (1825–1842) səltənət dönəmi Xivə xanlığının ən yaxşı dövrlərindən birini təşkil etdi. Allahqulu xanın göstərdiyi uğur bilxassə İran və Buxarada qısqanclıq doğurdu. Ruslar da bundan faydalandılar və 1830-cu illərin əvvəllərindən etibarən İranlıları Mərv və Herat istiqamətində genişləməyə, Buxara əmirliyini də silahlandırıb hərbə təşviq etdiler. Sonunda rusların Buxara əmirinə savaş sursatı aparsn bir dəstənin Xivə torpaqlarından zorla keçməyə qalxması, Xivə qüvvələrinin də bunları yaxalayıb əsir alması Rusiya ilə Xivənin arasını açdı və rusların Xivə xanlığına qarşı ilk ciddi səfərlərini aparmalarına səbəb oldu. Əsas məqsədləri, Türkistana enməkdə ən böyük əngəl olaraq gördükləri Xivə xanlığını nəzarət altına almaq olan ruslar, General Perovski komandasında 13.000 nəfərlik bir qüvvəni Xivəyə göndərdilər (14 noyabr 1839). Fəqət 5 dekabr 1839-cu ildə Manqışlaqın Üstyurd bölgəsindəki Beş-Tumak vahəsində aparılan savaşı uduzdular və Orenburqa çəkildilər. Perovskinin amacı, Orenburqda gərəkli köməyi aldıqdan sonra 1840-cı ilin baharında yenidən Xivə üzərine yürüməkdi. Fəqət bu sırada İngiltərənin etdiyi müdaxile savaş durumuna son verdi. Rusların Xivə və Türkistanı almaları halında Hindistandakı hakimiyətlerinin təhlükəyə girəcəyini düşünən İngilislər, Allahqulu xanı Rus əsirlərini sərbəst buraxması üçün razı saldılar.
Allahqulu sultan Ustaclı
Allahqulu sultan Eycəkoğlu Kərəmpa-Ustaclı (?-may, 1576) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin dövründə vali. == Həyatı == Kərəmpa oymağının tanınmış simalarından biri Allahqulu bəy Eycəkoğlu idi. I Şah Təhmasibə xidmət etmişdi. Şahdan sultan ünvanı almışdı. Dərəbcurd hakimi idi. 1552-ci ilin yayında I Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər. Ərciş istiqamətinə gedən qoşunun sərkərdələrindən biri Allahqulu sultan Eycəkoğlu idi. Allahqulu sultan Lahican hakimi Xanəhməd xanın tutulmasına təhkim edilmişdi. İskəndər bəy Münşi Türkman yazır: " Xan Əhməd qalın cəngəlli dağlarda üç-dörd ay sərgərdan oldu, qazilərin qorxusundan hər gələn gecə-gündüzünü narahatlıqla keçirdi.
Allahqulubağı
Allahqulubağı — Azərbaycan Respublikasının Zərdab rayonunun Əlibəyli inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndinin adının mənası "Allahquluya məxsus bağ" deməkdir. 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürlərkən bu ərazi Allahqulu adında bir şəxsə verilmişdir. 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Allahqulubağı da onlardan biri idi. 1917-ci ildə Birinci və İkinci Allahqulubulağı adı ilə iki kənd qeydə alınmışdı. Kənd SSRİ dövründən 1996-cı ildə başlanan torpaq islahatı prosesinədək Gəlmə, Əlibəyli, Allahqulubağı, Salahlı, Xanməmmədli, Hüseynxanlı və Yediyarlı kəndləri ilə bir yerdə olmaqla Karl Marks adına kolxoz kimi fəaliyyət göstərmişdir. 1978-ci ildəki Kürdəki böyük daşqın zamanı Zərdaba səfər edən Heydər Əliyev bu kolxozda da görüş keçirmişdir. == Coğrafiyası == Zərdab şəhərindən 3,5 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir.
Allahqulular
Allahqulular — Azərbaycan Respublikasının Şuşa rayonunun Səfixanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Allahqulular kəndi Səfixanlar kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ilin mayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 mart 2023-ci il tarixində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində bir sıra yüksəkliklər, ətraf ərazilər, eyni zamanda, Allahqulular kəndi Azərbaycan Ordusunun nəzarətinə keçib. == Toponimikası == Kəndin keçmiş adı Allahquluuşağı olmuşdur. XIX əsrin əvvəllərində bu kəndi Qarabağ xanı Mehdiqulu xana mənsub xəlfəli elatının allahquluuşağı nəsli salmışdır. Etnooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Xəlfəliçayın sahilində, düzənlikdə yerləşir.

allahqulu sözünün leksik mənası və izahı

  • 1 Allahın qulu (ikinci tərəf "Allah" sözündən və ya Allahın epitetlərindən ibarət olan "Allahın qulu" mənasını verən ərəb şəxs adlarının kalkası yolu ilə düzəldilmişdir. Müqayisə et: Tanrıqulu).

    Azərbaycan kişi adlarının izahlı lüğəti / allahqulu

"allahqulu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#allahqulu nədir? #allahqulu sözünün mənası #allahqulu nə deməkdir? #allahqulu sözünün izahı #allahqulu sözünün yazılışı #allahqulu necə yazılır? #allahqulu sözünün düzgün yazılışı #allahqulu leksik mənası #allahqulu sözünün sinonimi #allahqulu sözünün yaxın mənalı sözlər #allahqulu sözünün əks mənası #allahqulu sözünün etimologiyası #allahqulu sözünün orfoqrafiyası #allahqulu rusca #allahqulu inglisça #allahqulu fransızca #allahqulu sözünün istifadəsi #sözlük