* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Allaha, dini etiqadlara inanmama. Allahsızlıq cəmiyyəti mənən ölümə məhkum edir. – Bəşər oğlu, heç üzünü tutma göylərə; Allahları üşütmədi allahsızlığın… M.Araz. 2. məc. dan. İnsafsızlıq, zalımlıq. Allahsızlıq baş alıb gedirdi.
Azərbaycan dilinin izahlı lüğəti / allahsızlıq3 ALLAHSIZLIQ (Allaha inanmama) [Qarabəy:] Dediyimizdən belə çıxır ki, kommunistlərin allahsızlığı barəsində söz danışanların ağzına qıfıl vuraq (Ə.Vəliyev); ATEİZM “Kəmalüddövlə məktubları"nın əsas və mərkəz ideyası, leytmotivi ateizmdən, dinə və islam fanatizminə qarşı kəskin və şiddətli mübarizədən ibarətdir (F.Qasımzadə); KÜFR Nəhayət, islahat təşəbbüslərinə bir küfr təşkilatı kimi baxılır (M.S.Ordubadi); DİNSİZLİK (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / allahsızlıq2 сущ. 1. безбожие; атеизм 2. перен. беззаконие; бессовестность
Azərbaycanca-rusca lüğət / allahsızlıq1 сущ. 1. аллагьсузвал, Аллагьдал, диндал чӀалахъ тахьун; 2. пер. рах. инсафсузвал, залумвал.
Azərbaycanca-ləzgicə lüğəti / allahsızlıq