Allahverdiyev sözü azərbaycan dilində

Allahverdiyev

Yazılış

  • Allahverdiyev • 99.1285%
  • ALLAHVERDİYEV • 0.8147%
  • allahverdiyev • 0.0568%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kənan Allahverdiyev
Kərim Allahverdiyev
Kərim Rəhim oğlu Allahverdiyev (d.1 aprel 1944, İrəvan) — fizika-riyaziyyat elmləri doktoru (1981), professor, Avropa Elmlər Akademiyasının (AEA) həqiqi üzvü. == Həyatı == Kərim Allahverdiyev 1944-cü ildə Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub. 1967-ci ildə Rusiyada Moskva Energetika İnstitutunu bitirdikdən sonra AMEA Fizika İnstitutunda çalışan K. Allahverdiyev 1969–1972-ci illərdə aspiranturada oxumuş, 1972-ci ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1974–1975-ci illərdə Böyük Britaniya Oksford Universitetinin Clarendon laboratoriyasında çalışan alim 1992–1995-ci illərdə Ankarada Ortadoğu Texniki Universitetinin Fizika fakültəsində professor kimi fəaliyyət göstərmişdir. 1995-ci ildən etibarən TUBİTAK Mərmərə Araşdırma Mərkəzində şöbə müdiri, 2002-ci ildən AMEA Fizika İnstitutunun aparıcı elmi işçisidir. Bütün bu illər ərzində alimin 40-dan artıq universitet və araşdırma mərkəzi ilə elmi əlaqələri mövcud olmuşdur. Bu qurumlar arasında Moskva Dövlət Universiteti (Rusiya), məşhur Oksford, Kembric, Şeffild, London, İmperial universitetləri (Böyük Britaniya), MPI FKF, Stuttqart, RWTH Aachen, Bochum, Bayreuth və Hamburg universitetləri (Almaniya), ABŞ Hava Qüvvələri Wright Patterson Laboratoriyası, Kolorado Əyalət Universiteti, Cincinnati Universiteti, Tsukuba Universiteti (Yaponiya) və Madrid Universitetini (İspaniya) və digər nüfuzlu universitetlər var. 11 ildən artıqdır ki, yarımkeçiricilər fizikası sahəsində çalışan alim bir sıra mühüm elmi nəticələr əldə etmişdir. Professor Allahverdiyev bir çox mükafat və nişanlara layiq görülmüş, nüfuzlu beynəlxalq elmi təşkilatların üzvü seçilmişdir. 1988-ci ildə alim Azərbaycan Dövlət mükafatı, 1989-cu ildə Aachen Texniki Universitetinin "Window-on-Science" mükafatı, 1987–1989-cu illərdə Avropa Aerokosmik tədqiqatları ofisi tərəfindən ziyarətçi professor olaraq Krallıq Cəmiyyəti mükafatına, əldə etdiyi nailiyyətlərinə görə SSRİ Elmlər Akademiyası tərəfindən ilin ən önəmli alimi Fəxri adına layiq görülmüşdür.
Mahmud Allahverdiyev
Mahmud Qara oğlu Allahverdiyev (15 may 1930, İmirhəsən, Bolnisi, Gürcüstan SSR, SSRİ – 2 dekabr 1999) — teatr tənqidçisi, ədəbiyyatşünas, 1985-ci ildən Azərbaycan Yazıçılar birliyinin üzvü, sənətşünaslıq doktoru (1991), professor (1985). == Həyatı == 1931-ci ilin mayın 15-də Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi, qonşu Faxralı, Arıxlı kəndlərində orta məktəbi bitirmişdir (1950). Bir müddət kolxozda işlədikdən sonra Bakı Dövlət Teatr İnstitutunda təhsil almışdır. Bu dövrdə Nizami təqaüdçüsü olmaqla yanaşı, fəal ictimaiyyətçi-tələbə kimi tanınmış, institut həmkarlar təşkilatının katibi olmuşdur. M.Əzizbəyov adına Akademik Dövlət Dram Teatrında aktyor işləmişdir (1955-1962). Eyni zamanda teatr institutunda teatr tarixindən mühazirə oxumuşdur. Ədəbi fəaliyyətə 1963-cü ildə "Azərbaycan kommunisti" jurnalında çap olunan nitq mədəniyyəti haqqında məqaləsi ilə başlamışdır. Dövri mətbuatda müasir milli teatr və dramaturgiya problemlərinə dair məqalələrlə vaxtaşırı çıxış etmişdir. "Müasir aktyor yaradıcılığı Ələsgər Ələkbərov" mövzusunda namizədlik (1966), "Azərbaycan xalq teatrının kökləri, növləri və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991).
Marat Allahverdiyev
Marat Allahverdi oğlu Allahverdiyev (18 may 1941, Bakı – 24 oktyabr 2015) — azərbaycanlı dövlət və siyasi xadim, 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı. == Həyatı == Marat Allahverdiyev 1941-ci il mayın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib. === Ailəsi === 3 övladı, 6 nəvəsi var. Azərbaycan Milli Məclisinin VI çağırış üzvü Elnur Allahverdiyevin atasıdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Tikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri, məşhur "Bərpaçı" mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışıb. === Siyasi fəaliyyəti === 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. === Elmi fəaliyyəti === Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub. == Təltifləri == 20 may 1990-cı ildə Zaqafqaziya müsəlmanları Ruhani idarəsi və onun qazilər şurasının qərarı, Allahşükür Paşazadənin imzası ilə 1984–1990-cı illərdə 30 qədər məscid o cümlədən "Təzə-Pir", "Əjdərbəy", "Maştağa", "Mərdəkan", "Bibi-heybət", "Türbə", bir sıra pirlər, ovdanlar, bulaqlar, Mir Mövsüm Ağanın məzarının abadlaşdırılması, H. Z. Tağıyevin, Hacı Qurbani məqbərəsi və sair bərpa işlərinə yardım etdiyinə görə təşəkkür edilib.
Mehman Allahverdiyev
Mehman Allahverdiyev (13 yanvar 1960, Kirovabad) — Azərbaycanlı futbol mütəxəssisi. == Bioqrafiya == Mehman Allahverdiyev Azərbaycan rekordunun müəllifidir. O, bir oyunda 10 qol vurub. Sonradan "Kəpəz"in baş məşqçisi kimi 3 Azərbaycan çempionluğu və 4 kuboku qazanan sabiq hücumçu 1992-ci ildə güclülər dəstəsində buna nail olmuşdur. O, Cəlilabadın "Ümid" komandası ilə görüşdə 10 dəfə rəqib qapıçını məyus etmişdi.Mehman Allahverdiyev məşqiçilik karyerasında 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb. Azərbaycanın ən titullu məşqiçilərindəndir. 2013-cü ildən Azərbaycanın əməkdar məşqiçisidir. Məşqçilik karyerası ərzində "Kəpəz" PFK-da çalışıb. Gəncədə futbol deyiləndə ilk ağıla gələn şəxs məhz Mehman Allahverdiyevdir. Təbii ki, bu da onun uğurları və nəticələri ilə bağlıdır.
Mikayıl Allahverdiyev
Mikayıl İbrahim oğlu Allahverdiyev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri (1964–1971). == Həyatı == Mikayıl Allahverdiyev 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bitirmişdir. O, 1926-cı ildən fəhlə fakültəsinin tələbəsi, Xalq Ədliyyə Komissarlığının təşkilat idarəsində katib olmuşdur. Mikayıl Allahverdiyev 1933–1941-ci illərdə bir sıra neft sənayesi müəssisələrində, eləcə də respublika Dövlət Plan Komitəsində şöbəsi rəisi işləmişdir. 1941–1945-ci illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədən sonra, 1946-cı ildən Azərbaycan boru-prokat zavodu direktorunun müavini müavini olmuş, 1947–1951-ci illərdə Dövlət Plan Komitəsində şöbə rəisi və sədr müavini vəzifələrində çalışmışdır. 1952–1958-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim və dekan işləyən Mikayıl Allahverdiyev 1958-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsində idarə rəisi, komitə sədrinin müavini olmuşdur. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri təyin edilmişdir. Mikayıl Allahverdiyev 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinə (7-ci çağırış) deputat seçilmişdir.
Mirzə Allahverdiyev
Allahverdiyev Mirzə Ələkbər oğlu (15 sentyabr 1947, Güllübulaq, Amasiya rayonu – 6 fevral 2017, Bakı) — kimya elmləri doktoru, professor. Aşqarlar Kimyası İnstitutu laboratoriya müdiri. == Həyatı == Mirzə Allahverdiyev 15 sentyabr 1947 ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. 1965-ci ildə həmin rayonun onbirillik məktəbini qızıl medalla bitirmiş, həmin ildə Bakı Dövlət Universitetinə (BDU) daxil olmuşdur və 1970-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) aspiranturasına daxil olmuş və namizədlik işini Moskva Zərif Kimya Texnologiyası Akademiyasında yerinə yetirmişdir. 1973-cü ildə AMEA-nın AKİ-da baş laborant, mühəndis, kiçik və böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. 1974-cü ildə «Butoksi- və butiltioəvəzli aminspirtlərin sintezi və xassələri » mövzüsunda namizədlik dissertasiya işini müdafiə etmişdir. 1987-1988-ci illərdə Rusiya EA-nın A.N.Nesmeyanov adına Elementüzvi Birləşmələr institutunda doktoranturada oxumuşdur. 1990-cı ildə «Tiiranlar və onların sələflərinin sintezi, xassələri və tətbiqi» mövzüsunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəliyyəti == Kükürd üzvi birləşmələr içərisində çox az tədqiq edilmiş üç və dörd üzvlü heterosikliklərin tiran və tietanların sintez üsulları işlənib hazırlanmış, onların nuklefil və elektrofil reagentlərlə qarşılıqlı reaksiyası sistemli tədqiq edilmiş, birləşmələrin quruluşu ilə onların yeyilmə, siyrilmə, antioksidləşdirici, bioloji fəallığı arasında olan qanunauyğunluqları öyrənilmiş, ilk dəfə olaraq funksionaləvəzli tiiranların, tietanların, ditianların: sultonların, tetrahidrotiazınlərın sintez üsulunu işləyib hazırlamışdır.
Mübariz Allahverdiyev
Mübariz Qasım oğlu Allahverdiyev (19 noyabr 1942, Xocalı, DQMV) — Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının professoru, tibb elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (20.09.2010), Qarabağ Müharibə Veteranları Birliyinin üzvü, Xocalı soyqırımını Tanıtma İctimai Birliyi Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Allahverdiyev Mübariz Qasım oğlu 1942-ci il noyabrın 19-da Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xankəndi rayonunun Xocalı kəndində anadan olub. 1957-ci ildə Xocalı 7illik məktəbini əla qiymətlərlə başa vurduqdan sonra tam orta təhsilinin bir hissəsini Şuşadakı 1 saylı orta məktəbin 8-ci sinfində, sonra isə Xankəndidəki Nizami adına 4 saylı orta məktəbin 9–10-cu siniflərində davam etdirib. 1966-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra təyinatın doğma yurdu DQMV-ya götürüb, lakin Vilayət səhiyyə şöbəsinin müdiri Atayan onu işlə təmin etməkdən imtina edib və öz yaxınları dairəsində deyib ki, İrəvandan alınan xüsusi göstərişə görə onlar türkləri (azərbaycanlıları) işə götürməməlidirlər. 1966-cı ilin oktyabr ayının 4 — də o, çətinliklə Vilayətin ermənilər yaşayan Naxçıvanik kəndinə (ermənilər ora həkim vəzifəsinə getməkdən imtina edirdilər) ilk iş yerinə göndərilib. 1967-ci ilin iyul ayının 7-də Xankəndidə törədilən qanlı-faciəli hadisədən sonra (ermənilər nahaqdan həbs etdirdikləri Qarakəndli Ərşad müəllimi və Şuşa həbsxanasının azərbaycanlı sürücüsünü məhkəmə zalından çıxandan sonra Xankəndinin mərkəzində küçədə diri-diri yandırdılar) M.Q.Allahverdiyevi Qırxqız yaylaqlarındakı maldarlıq və qoyunçuluq fermalarındakı işçilərə tibb xidməti göstərməyə göndəriblər (erməni həkimlər bu vəzifəni yerinə yetirməkdən də imtina etmişdilər). 1968-ci ilin yanvar ayının 4 — də onun Naxçıvanikdəki iş yeri məqsədyönlü şəkildə ixtisara salınıb. O, məcburən, öz doğma yurdundan didərgin düşüb. 1968-ci ilin aprel ayında Türkmənistana gedib. Orada Daşhovuz (Dış Oğuz) Vilayətinin Köhnə-Ürgənc rayonunun "Leninqrad" kolxozundakı sahə xəstəxanasında baş həkim vəzifəsinə təyin edilib.
Müseyib Allahverdiyev
Allahverdiyev Müseyib Abdulla oğlu (22 aprel (5 may) 1909, Dağ Kəsəmən, Qazax qəzası – 19 may 1969, Qazax) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Müseyib Allahverdiyev 1909-cu ildə Qazax rayonun Dağkəsəmən kəndində dünyaya göz açmışdır. 1936-cı ildə hərbi siyasi məktəbi bitirib və 1941-ci ildə könüllü olaraq orduda xidmətə getmişdir. Böyük Vətən müharibəsində batalyon komandiri olub. Böyük Vətən müharibəsi illərində döyüşən ordu sıralarında Moskva altındakı döyüşlərdən başlayaraq Budapeştə qədər döyüş yolu keçmişdir. Mayor Müseyib Allahverdiyevin komandir olduğu batalyon Dnepri keçərək Macarıstan ərazilərində ağır döyüşlərdə iştirak etmişdir. Batalyonun 1944-cü ilin 1 dekabrında apardığı döyüşdə düşmənin 500 əsgəri məhv edilmiş və 2200 nəfəri əsir alınmışdır. M. Allahverdiyev Budapeştin azad edilməsi əməliyyatında da iştirak etmişdir. Müharibədə göstərdiyi şücaətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qazax və Ağstafa rayonlarının yeganə Sovet İttifaqı Qəhrəmanıdır.
Mədəd Allahverdiyev
Mədəd Mustafa oğlu Allahverdiyev — Azərbaycanın ilk iqisad elmləri doktorlarından biri, professor, iqtisadçı alim. == Həyatı == Mədəd Allahverdiyev 1929-cu il dekabr ayının 21-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra EA-nın iqtisadiyyat bölməsinin aspiranturasında təhsil almış, 1954-cü ildə isə Moskvada müvəffəqiyyətlə namizədlik dessertasiyası müdafiə etmişdir. M.Allahverdiyevin məhsuldar həyatının böyük bir dövrü Azərbaycan EA İqtisadiyyat İnstitutunda keçmişdir. O, burada baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində çalışmışdır. 1968-75-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində işləmişdir. Professor M.Allahverdiyevin iqtisadi oriyentrlərin dəyişdiyi indiki şəraitdə də öz aktuallığını saxlayan tədqiqatları yaradıcılığının ilk mərhələsində iqtisad elminin aqrar problemlərinə, sonrakı mərhələlərdə isə iş qüvvəsinin təkrar istehsalı, əmək, makroiqtisadi tarazlıq problemlərinə həsr olunmuşdur. Keçən əsrin 50-ci illərinin sonu və 60-cı illərin əvvəllərində M.Allahverdiyevin bir-birinin ardınca “Azərbaycan SSR-in çayçılıq kolxozlarının iqtisadiyyatının inkişafı” (Bakı, Akademiya nəşriyyatı, 1956) “Kolxozlarda ictimai və şəxsi mənafelərin əlaqələndirilməsi” (Bakı, Azərnəşr, 1956), “Kolxoz istehsalının inkişafında maşın-traktor stansiyalarının rolu” (Bakı, “Azərnəşr, 1959), “Dağ rayonları şəraitində kompleks mexanikləşdirmənin bəzi məsələləri” (Bakı, Azərnəşr, 1960), “Pambıqçılıqda əmək məhsuldarlığı və onun artırılması yolları” (Bakı, Akademiya nəşriyyatı, 1960), “Kolxoz və sovxozlarda əməyin və istehsalın düzgun təşkili” (Bakı, Azərnəşr, 1962) kimi əsərləri çap olunur. M.Allahverdiyev 1964-1967-ci illərdə əmək və əmək resurslarına dair bir sıra fundamental əsərlər çap etdirir. “Əmək resursları və Azərbaycan SSRİ kənd təsərrüfatında onlardan istifadə olunması” (Bakı, Azərnəşr, 1964), “Sosialist əhali sakinliyi qanunu” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Akademiya nəşriyyatı, 1965), “Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı məsələləri” (Bakı, Akademiya nəşriyyatı, 1966), “Məhsuldar və qeyri-məhsuldar əmək” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Azərnəşr, 1967) kitabları müəllifin elmi yaradıcılığının ən uğurlu yekunlarındandır.
Məhəddin Allahverdiyev
Məhəddin İsmayıl oğlu Allahverdiyev (8 may 1962, Sumqayıt) — Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 48 kq çəki dərəcəsində üçqat dünya çempionu, SSRİ və Avropa çempionu. == Həyatı == 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Mərkəzi Ordu İdman Klubunun (Moskva şəhəri) yetişdirməsidir. SSRİ-nin əməkdar idman ustasıdır. Ehtiyatda olan Sovet zabitidir. Məşqiçisi (1980−1990-cı illərdə) SSRİ-nin baş məşqiçisi II qat Dünya çempionu, SSRİ-nin əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqiçisi cənab Sapunov Qennadi Andpeviç olmuşdur. 1982–1984-cü ildə Leninqrad Hərbi İnstitutunu bitirmişdir (SSRİ-nin Müdafiə nazirinin əmrinə əsasən ordu zabiti rütbəsi verilmişdir). 1981–1986-cı illərdə Bakı şəhəri İdman Akademiyasında məşqçi–müəllim fakültəsini bitirmişdir. 1986-cı ildə Moskvada mart ayında Sov.İKP XXVII qurultayının bağlanışında Azərbaycan SSRİ respublikasının bayraqdarı olmuşdur. 1987-ci ildə noyabr ayında ABŞ-nin Albani şəhərində keçirilən yunan–roma güləşi üzrə Dünya Kuboku yarışında dünyanın ən texnikalı güləşçisi və yarışın ən böyük mükafatına layiq görülmüşdü.
Məmmədsadıq Allahverdiyev
Məmmədsadıq Allahverdi oğlu Allahverdiyev (14 sentyabr 1914 – 8 oktyabr 1987) — Azərbaycan yazıçısı, ssenarist. == Həyatı == Məmmədsadıq Allahverdiyev 14 sentyabr 1914-cü ildən anadan olmuşdur. 1931-ci ildə Bakı Texniki-Peşə məktəbini bitirib. 1952-ci ilə qədər Azərbaycan Pedoqoji İnstitutunda oxuyub. Əmək fəaliyyətinə 1931-ci ildə başlamışdır. 1956-cı ildən 1980-ci ilə, təqaüdə çıxana qədər kinoda sahəsində dublyaj şöbəsinin rəisi, böyük redaktor, baş redaktor, tərcüməçi işləyib. 200-ə qədər sovet və xarici bədii filmləri Azərbaycan dilində tərcümə etmişdir. == Filmoqrafiya == Fətəli xan (film, 1947) Qəribə əhvalat (film, 1960) İbrət dərsi (film, 1984) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Məmmədsaleh Allahverdiyev
Məmmədsadıq Allahverdi oğlu Allahverdiyev (14 sentyabr 1914 – 8 oktyabr 1987) — Azərbaycan yazıçısı, ssenarist. == Həyatı == Məmmədsadıq Allahverdiyev 14 sentyabr 1914-cü ildən anadan olmuşdur. 1931-ci ildə Bakı Texniki-Peşə məktəbini bitirib. 1952-ci ilə qədər Azərbaycan Pedoqoji İnstitutunda oxuyub. Əmək fəaliyyətinə 1931-ci ildə başlamışdır. 1956-cı ildən 1980-ci ilə, təqaüdə çıxana qədər kinoda sahəsində dublyaj şöbəsinin rəisi, böyük redaktor, baş redaktor, tərcüməçi işləyib. 200-ə qədər sovet və xarici bədii filmləri Azərbaycan dilində tərcümə etmişdir. == Filmoqrafiya == Fətəli xan (film, 1947) Qəribə əhvalat (film, 1960) İbrət dərsi (film, 1984) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Namaz Allahverdiyev
Namiq Allahverdiyev
Allahverdiyev Namiq Müslüm oğlu (5 oktyabr 1967, Jdanov rayonu – 9 iyul 1992, Cəmilli, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə şəhər 1-nömrəli tam orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür. == Döyüşlərdə iştirakı == 1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı. Yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi. Könüllülər sırasına yazılanlardan biridə Namiq oldu. O ilk döyüşünə Qubadlı rayonunda başladı. Namiq 1991-ci il 31 avqustda DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir.
Natiq Allahverdiyev
Natiq İsa oğlu Allahverdiyev (18 may 1973, Culfa rayonu) — AMEA prezidentinin İqtisadi məsələlər üzrə müşaviri, "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərini icra edir. == Həyatı və təhsili == Azərbaycan Respublikası Naxçıvan MR-nın Culfa rayonunun Bəyəhməd kəndində dünyaya göz açmışdır. Ailəlidir. Orta təhsil gimnaziyasını bitirdikdən sonra Nasxçıvan Muxtar Respublikasının aqronomçuluq üzrə texnikomunu 1991-ci ilədək təhsil almışdır. Bir müddət sonra 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə qəbul olmuş və 2004-cü ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir. 2004-2006-cı illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində qırmızı diplomla magistr dərəcəsinə yiyələnmişdir. == Əmək fəaliyyəti == 1995—2001 Biologiya elmlərinin yeni sahələrinin inkişafı fondunda işlər müdiri; 2002 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Nəsimi rayon şöbəsinin baş mütəxəssisi; 2002-ci ildən Yeni qlobal dünya iqtisadiyyatının əməkdaşlıq layihəsi üzərində çalışır.
Nazir Allahverdiyev
Novruz Allahverdiyev
Allahverdiyev
Allahverdiyev — soyad. Adil Allahverdiyev (d. 1951) — Rusiya alimi. Allahverdi Allahverdiyev Allahverdi Allahverdiyev (ictimai-siyasi xadim) (1927—1988) — ictimai-siyasi xadim. Arif Allahverdiyev (1947—2019) — dövlət xadimi. Bayram Allahverdiyev (1938—2019) — Azərbaycan alimi. Ceyhun Allahverdiyev (d. 1972) — bəstəkar, pianoçu. Cəlal Allahverdiyev (1929—2017) — Azərbaycan riyaziyyatçısı. Elxan Allahverdiyev (d.
Nəriman Allahverdiyev
Orxan Allahverdiyev
Qaley Allahverdiyev
Qaley Əliyeviç Allahverdiyev (29 aprel 1950, Başqırd MSSR) — Fövqəladə və səlahiyyətli səfir, filologiya elmləri doktoru, professor. Azərbaycan Yazarlar Birliyinin və Jurnalistlər İttifaqının üzvü. "Qızıl qələm" mükafatı laureatı (2003). Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda (2013 - 2021-ci illər) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Müxtəlif sahələri, o cümlədən elmi və siyasi sahələri əhatə edən 22 kitab və tərcümələrin müəllifidir. == Həyatı == Qaley Əli oğlu Allahverdiyev 1950-ci ilin aprel ayının 29-da Başqırdıstan MSSR-in Çelyabinsk vilayətinin Uçalı rayonunun Kiçik Uçalı qəsəbəsində zəhmətkeş ailəsində anadan olmuşdur. 1976-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili tərcüməçiləri şöbəsini bitirmişdir. Uzun illər İraq, Suriya, Livan, BƏƏ və Liviyada ərəb dili tərcüməçisi, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Misir, Türkiyə, İndoneziya və Qətərdə müxtəlif diplomatik vəzifələrdə çalışmışdır. 20-dən artıq monoqrafiya və tərcümələrin müəllifidir. Altıcildlik "Heydər Əliyev və Şərq" monoqrafiyasının həmmüəllifidir.
Rafael Allahverdiyev
Rəfael Xanəli oğlu Allahverdiyev (9 may 1945, Bakı – 11 yanvar 2009, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000), Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırış deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi. == Həyatı == 1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir. İşgüzar inzibatçılıq üzrə magistr olmuşdur. Rus dilini bilirdi. Evlidir, 3 övladı var. 2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib. == Siyasi fəaliyyəti == 1971–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983–1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub.
Rafiq Allahverdiyev
Allahverdiyev Rafiq Allahverdi oğlu — Azərbaycan Respublikasının Qazax şəhərində anadan olmuşdur. 1961-ci ildə "Neft və qaz yataqlarının işləniməsi və istismarı" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra qazmaçı köməkçisi, operator, neft və qaz hasilatı ustası, böyük mühəndis, texniki şöbənin müdiri, "Leninneft" NQÇİ-nin baş mühəndisi işləmişdir. 1968-1972-ci illərdə AzETNÇİ-da aspirant olmuşdur. 1972-ci ildə "Mürəkkəbləşmələrin tədqiqi və fontan üsulu ilə hasilatın göstəricilərin yaxşılaşdırılması üzrə təkliflərin işlənilməsi (Qotur-Təpə yatağı timsalında)" mövzusunda namizədlik, 1992-ci ildə isə "Quyuların mürəkkəbləşmiş istismarı şəraitində neft hasilatının intensivləşdirilməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1984-1987-ci illərdə AzETNÇİ-da quyuların yeraltı və əsaslı təmiri sektorunun müdiri, laboratoriya müdiri, 1987-ci ildən isə Türkmənneft ETLİ-da (Nəbitdağ ş.) elmi iş üzrə direktor müavini işləmişdir. == Elmi fəaliyyəti == Allehverdiyev R.A. neft və qaz yataqlarının işlənilməsi və istismarı sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: neft və qaz axınının intensivləşdirilməsi proseslərinin öyrənilməsi; quyuların quyudibi zonasının qeyri-nyuton mühiti ilə emalı üsulları; quyuların mənimsənilmə üsullarının təkmilləşdirilməsi məsələləri; quyuların lülələrində qum tıxaclarının yuyulması məsələləri; Qərbi Türkmənistanın mürəkkəbləşmiş şəraitlərdə (sulaşma, qum təzahürü və parafinləşmə, layların məhsuldarlığının pisləşməsi), son işlənilmə mərhələsində olan yataqlarında neft hasilatı səviyyəsinin stabilləşməsi və işlənilmə mərhələsinin artırılması məsələləri. Allahverdiyev R.A. 100-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın, 11 rəhbər sənədin müəllifidir. İxtiralara görə 25 müəlliflik şəhadətnaməsi alıb.
Rövşən Allahverdiyev
Həbibə Allahverdiyeva
Həbibə Rəşad qızı Allahverdiyeva (9 iyun 1981, Külüs, Şahbuz rayonu) — Azərbaycan rəssamı, millət vəkili == Həyatı == Allahverdiyeva Həbibə Rəşad qızı 1981-ci il 9 iyunda Naxçıvan MR Şahbuz rayonun Külüs kəndində anadan olub. 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasında, 2002–2004-cü illərdə magistr pilləsində təhsil almışdır. 2001–2005-ci illərdə M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında kukla rəssamı vəzifəsində çalışmışdır. 2005-ci ildə Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi olmuşdur. 2012-ci ildən baş müəlim vəzifəsində çalışır. 2019-cu ildə Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == 2010-cu ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. 2012-ci ildə Vaqif Məmmədovun "Dənizə qar yağırdı" adlı şeirlər kitabına bədii tərtibat vermişdir. 2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademyasının dissertantıdır. 25 elmi məqalənin müəllifidir.
Lalə Allahverdiyeva
Allahverdiyeva Lalə İsmayıl qızı — tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin "Klinik allerqologiya və immunologiya" kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar həkimi (2010), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2021), Bakı şəhəri Baş allerqoloqu. Azərbaycan Respublikasının Pezident Yanında Ali Attestasiya komissiyasının tibb üzrə eksperti, Avropa Akademiyasının Allerqoloq və Klinik İmmunoloqlar Cəmiyyətinin üzvü. == Həyatı == 1974-cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsini bitirib. 1975-1978-ci illərdə 6 saylı uşaq xəstəxanasında həkim-ordinator işləyib 1978-2009-ci illərdə ATU-nin pediatriya fakultəsində baş laborant, assistent, dosent, professor, 09.09.2009-cu ildan isə ATU-nin Klinik Allerqologiya və İmmunologiya kursunun müdiridir. 1981-ci ildə Moskvadakı Mərkəzi həkimlərin təkmilləşmə institutunda namizədlik dissertasiyanı, 2006-cı ildə isə Bakıdakı Elmi-Tədqiqat pulmonologiya institutu Doktorluq dissertasiyasını müdafiə etmişdir. 2009-cu ildən Bakı şəh. Səhiyyə şöbəsinin baş allerqoloqudur. Lalə Allahverdiyeva Azərbaycan Respublikasının tibb tarixində ilk dəfə olaraq "Azərbaycan allerqoloqgiya və klinik immunologiya" elmi-praktik juranl təsis etmiş və jurnalın baş redaktorudur. Jurnal Azərbaycan, ingilis və rus dillərində nəşr olunur. Juranlın ilk nömrəsi 2013-cü ilin yanvar ayında işıq üzü görmüşdür.
Leyla Allahverdiyeva
Naibə Allahverdiyeva
Naibə Səyavuş qızı Allahverdiyeva (28 may 1963, Tbilisi) — Azərbaycan aktrisası, Azərbaycanın xalq artisti (2018). == Həyatı == Naibə Allahverdiyeva 28 may 1963-cü ildə Tbilisi şəhərində doğulub. Atası Səyavuş Allahverdiyev ilə anası Bilqeyis Məhərrəmqızı ayrılıblar. Dörd qardaşı, iki bacısı var. Rejissor Cahid Hilaloğlu Naibə Allahverdiyevanın ögey atasıdır. Naibə Allahverdiyeva M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Orada ona aktyor sənətindən və səhnə danışığında dörd il müddətində Fuad və Zəminə Hacıyevlər, Ələmdər Quluzadə, Mikayıl Mirzə kimi tanınmış teatr xadimləri dərs deyib. Ali təhsilli aktrisa təyinatla Naxçıvan Dövlət Musiqili-Dram Teatrına işləməyə göndərilib. Elə ilk gündən cavan aktrisaya etibar edib, Dudarevin "Astana" tamaşasında baş rol olan Alina rolunu veriblər. Sonra "Apardı sellər Saranı" tamaşasında Saranı, "Gülən adam"da Hersoginanı oynayıb.
Nailə Allahverdiyeva
Nailə Allahverdiyeva (15 mart 1978, Sverdlovsk) — Rusiya art-meneceri, rəssam, Sergey Kuryöxin mükafatı laueratı == Həyatı == Nailə Allahverdiyeva 15 mart 1978-ci ildə anadan olmuş, 1999-cu ildə M. Qorki adına Ural Dövlət Universitetini bitirmişdir. 1998-ci ildə İ. Babaes, E. Krjibitski, İ. Lyapnev gənc sənətşünaslar Assosiasiyasının üzvləri ilə birlikdə Yekaterinburqda yerli bədii səhnə vasitəsilə antifeminist təbliğatı genişləndirmək məqsədilə "Setkin mühasirəsi" art-qrupunu yaratmışlar. Qrup az fəaliyyətində əsas diqqəti qadın problemləri ətrafında mərkəzləşdirməyə çalışırdı. 2003-cü ildə "Setkin mühasirəsi: qrupu ArtKlyazma festivalında iştirak etmişdir. Nailə Allahverdiyeva Perm Dizayn inkişaf Mərkəzində direktor müavini vəzifəsində çalışmış. və Perm "Teatr-Teatr" qrupunun fəaliyyətini əlaqələndirmişdir. 8 aprel 2013-cü ildə o, Sergey Kuryöxin adına mükafatla təltif edilmişdir. == Layihələri == 2005 — Klaviatur abidəsi (A. Sergeyevlə birlikdə) kurator layihəsi, Yekaterinburq 2011 — "Red People", Perm. 2012 — "Gəlinlərin siması. Qazaxıstanın müasir incəsənəti", Perm.
Namiq Allahverdiyev (milli qəhrəman)
Allahverdiyev Namiq Müslüm oğlu (5 oktyabr 1967, Jdanov rayonu – 9 iyul 1992, Cəmilli, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə şəhər 1-nömrəli tam orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür. == Döyüşlərdə iştirakı == 1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı. Yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi. Könüllülər sırasına yazılanlardan biridə Namiq oldu. O ilk döyüşünə Qubadlı rayonunda başladı. Namiq 1991-ci il 31 avqustda DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir.
Namiq Allahverdiyev (əsgər)

Oxşar sözlər

#allahverdiyev nədir? #allahverdiyev sözünün mənası #allahverdiyev nə deməkdir? #allahverdiyev sözünün izahı #allahverdiyev sözünün yazılışı #allahverdiyev necə yazılır? #allahverdiyev sözünün düzgün yazılışı #allahverdiyev leksik mənası #allahverdiyev sözünün sinonimi #allahverdiyev sözünün yaxın mənalı sözlər #allahverdiyev sözünün əks mənası #allahverdiyev sözünün etimologiyası #allahverdiyev sözünün orfoqrafiyası #allahverdiyev rusca #allahverdiyev inglisça #allahverdiyev fransızca #allahverdiyev sözünün istifadəsi #sözlük