Allahyar sözü azərbaycan dilində

Allahyar

Yazılış

  • Allahyar • 98.0728%
  • ALLAHYAR • 1.7131%
  • allahyar • 0.2141%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Allahyar
Allahyar — ad. Allahyar bəy Zülqədərov — mülkədar, ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi Allahyar Telmanlı — Azərbaycan Silahlı Qüvvələri Allahyar xan Dəvəli-Qacar — Allahyar xan Çavuşlu — İran hərbçisi. Allahyar Cavanşirov — Azərbaycan musiqiçisi, tarzən. Allahyar Musayev — Azərbaycan SSR maarif nazirinin müavini Hacı Allahyar ağa Dilbazov — Azərbaycan nəqşbəndi Allahyar Sayyedmanes — "Hall Siti" və İran milli komandasında hücumçu kimi çıxış edən iranlı peşəkar futbolçu.
Allahyar Cavanşirov
Allahyar Aslan ağa oğlu Cavanşirov (5 fevral 1907, Şuşa – 17 fevral 1972, Bakı) — Azərbaycan musiqiçisi, tarzən. == Həyatı == Allahyar Cavanşirov 1907-ci ildə Şuşada Aslan ağanın ailəsində anadan olub. Kiçik yaşlarından qrammafon vallarında və el şənliklərində o dövrün böyük sənətkarlarına qulaq asa-asa özü də tarzənliyə böyük həvəs göstərib. Çalışqanlığı, əzmkarlığı sayəsində 15 yaşından başlayaraq qardaşı Xanı tarda müşayiət edib. Bu musiqiçi qardaşların sorağı tez bir zamanda bütün Qafqazda yayılıb. A.Cavanşirov keçən əsrin 30-cu illərinin əvvəllərində Bakıda keçirilən dövlət konsertlərinin birində Xan Şuşinskini tarda müşayiət edirmiş. Qardaşların gözəl ifası konsertə tamaşa edən M.C.Bağırovun o qədər xoşuna gəlir ki, səhəri gün onları Bakıya dəvət edib evlə təmin olunmaları haqqında göstəriş verib. Bakıya köçən A.Cavanşirov Azərbaycan Dövlət Filarmoniyasına işə düzəlib. 1939-cu ildən 1969-cu ilə kimi – 30 il filarmoniyada çalışıb. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə əsgərlər qarşısında dəfələrlə çıxış edib, filarmoniyanın kollektivi ilə birlikdə bir çox ölkələrdə qastrol səfərində olub.
Allahyar Musayev
Allahyar Musayev (1917, Əhmədli – 1997, Bakı) — Azərbaycan SSR maarif nazirinin müavini, Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayon Komitəsinin ikinci katibi, Azərbaycan Kommunist Partiyası Mardakert Rayon Komitəsinin əvvəlcə ikinci katibi, sonra isə birinci katibi, Ağdam Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == 1917-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1937-ci ildə Quba Müəllimlər İnstitutununu bitirib. Sadınlar kəndində 7-illik orta məktəbində direktor işləyib. Bu zaman Azərbaycanda represiyyanının qızğın çağları idi. Bu gərginlikdən çıxmaq üçün Allahyar Musayev Qarabağa gəlir və bir müddət orada yaşayır. 1940-cı ildə Laçında Komsomol komitəsinin katibi olur. 19941-ci ildə müharibəyə gedir. 1943-cü ilin yanvarına qədər mayor rütbəsində İrana göndərilən Sovet ordusu birləşməsinin siyasi rəhbəri kimi xidmət edir. 1943-cü ildə ordudan geri çağrılır.
Allahyar Nəsibov
Allahyar Telmanlı
Allahyar Yolçuyev
Yolçuyev Allahyar Bəxtiyar oğlu — Kimya elmləri doktoru, professor Allahyar Bəxtiyar oğlu Yolçuyev 1938-ci ilin iyulun 27-də Qərbi Azərbaycanm Kirovakan şəhəri, Qukark rayonunun (Qaraisə) Arçut kəndində müəllim ailəsində anadan olmuşdur. 1952-ci ildə Arçut yeddi illik məktəbini, 1955-ci ildə isə Spirak (Hamamlı) rayonunun Saral orta məktəbini bitirmişdir. 1957–62-ci illərdə indiki N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində təhsil aldıqdan sonra, öz doğma kəndində müəllim və dərs hissə müdiri vəzifəsində işləmışdir. 1962–64-cü illərdə keçmiş SSRI Sovet ordu sıralarında qulluq etmişdir. 1965-ci il-dən indiki Azərbaycan dövlət Neft Akademiyasının (ADNA) "Analitik kimya" kafedrasında assisent (1965–67), baş müəllim (1977–81), dosent (1981–92) vəzifəsində çalışmışdır. 1992-ci ildən "Analitik və fızikı kimya" kafedrasının professoru olmuşdur. 1975-ci ildə elmi rəhbərsiz "İtterbiumun bəzi müşayiət edən və digər metalların iştirakı ilə miqdarca təyini" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Yolçiyev Allahyar Bəxtiyar oglu elmi rəhbərsiz oldugu üçün, 22 aprel 1976-cı ildə, Moskva şəhəri, SSRİ AAK-nin ekspert elmi şurasında yenidən namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1991-ci ildə isə "Bis-dördlü ammonium duzlarının, morfolinlərin və funksional-əvəzli kraun-efirlərin makromolekulyar ion-assosiatlarının sintezi və analitik tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ildə "Analitik kimya" ixtisası üzrə professor adına layiq görulmüşdur.
Allahyar xan
Allahyar xan Dəvəli-Qacar — İranın baş naziri Allahyar xan Qılıncçı — Qılıncçı tayfasının başçısı.
Allahyar Əmircanov
Allahyar Sayyedmanes
Allahyar Səyyadmaneş (29 iyun 2001, Amul, Mazandaran ostanı) — "Hall Siti" və İran milli komandasında hücumçu kimi çıxış edən iranlı peşəkar futbolçu.
Allahyar bəy Zülqədərov
Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov (Yelizavetpol – 3 yanvar 1918, Annino) — mülkədar, ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi, Gəncə Şəhər Dumasının üzvü. == Haqqında == Peterburqda Meşəçilik Akademiyasını bitirmişdir. Gəncə Şəhər Dumasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə quberniyasının Şəmkir qəzasının rəisi olmuşdur. Bolşeviklər tərəfindən provokasiyaya cəlb olunmuş kəndlilər tərəfindən evinə basqın nəticəsində arvadı Səid-Nisə xanım gülləylə öldürülmüş, özü isə tutularaq diri-diri yandırılmışdı. == Ailəsi == Qardaşı Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. Oğlu Kamran bəy Zülqədərov — general. Bacısı oğlu Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının sədri.
Allahyar xan Qılıncçı
Allahyar xan Qılıncçı (1735-?) — Qılıncçı tayfasının başçısı, Səbzivarın hakimi. == Həyatı == Allahyar xan Qılıncçı 1735-ci ildə Xorasanda anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qılıncçı elinə başçılıq etmişdi. Səbzivarı da əlinə keçirmişdi. Bu ərazi üstündə Hüseynqulu xan Məhəmmədhəsən xan oğlu Qovanlı-Qacarla üz-üzə gəlmişdi. Hüseynqulu xan Kərim xan Zəndin sərkərdələri tərəfindən oldürüləndən sonra Allahyar xan Xorasandan Xəzər dənizi sahillərinə qədər ərazilərə iddia etmişdi. Allahyar xan Qılıncçı Köklən türkmənlərinə qarşı vuruşaraq, Qorqanı, Astrabadı və digər yerləri müdafiə etmişdi. Allahyar xan Qılıncçı 1796-cı ildə Ağaməhəmməd şah Qovanlı-Qacara qarşı vuruşmuşdu. == Ədəbiyyat == Əzüdüddövlə, Tarix-eʿAzodi, 2nd ed., ed.
Allahyar xan Çavuşlu
Allahyar xan Süleyman xan Çavuşlu (1850–1916) — Azərbaycan (türk) əsilli İran hərbçisi, briqada generalı. Qızılbaşlara aid ustaclu tayfasının Çavuşlu oymağındandır. == Həyatı == Allahyar xan Süleyman xan oğlu 1850-ci ildə Xorasan əyalətinin Dərgəz vilayətində doğulmuşdu. Mükəmməl hərbi təhsil almışdı. Orduya qatılmışdı. Allahyar xan Çavuşlu 1881-ci ildə polkovnik (sərhəng) rütbəsi almışdı. 1885-ci ildə briqada generalı rütbəsinə layiq görülmüşdü. Allahyar xan Çavuşlu 1916-cı ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
Allahyar bəy Zülqədərov (II)
Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov (Yelizavetpol – 3 yanvar 1918, Annino) — mülkədar, ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi, Gəncə Şəhər Dumasının üzvü. == Haqqında == Peterburqda Meşəçilik Akademiyasını bitirmişdir. Gəncə Şəhər Dumasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə quberniyasının Şəmkir qəzasının rəisi olmuşdur. Bolşeviklər tərəfindən provokasiyaya cəlb olunmuş kəndlilər tərəfindən evinə basqın nəticəsində arvadı Səid-Nisə xanım gülləylə öldürülmüş, özü isə tutularaq diri-diri yandırılmışdı. == Ailəsi == Qardaşı Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. Oğlu Kamran bəy Zülqədərov — general. Bacısı oğlu Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının sədri.
Allahyar bəy Zülqədərov (meşəçi)
Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov (Yelizavetpol – 3 yanvar 1918, Annino) — mülkədar, ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi, Gəncə Şəhər Dumasının üzvü. == Haqqında == Peterburqda Meşəçilik Akademiyasını bitirmişdir. Gəncə Şəhər Dumasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə quberniyasının Şəmkir qəzasının rəisi olmuşdur. Bolşeviklər tərəfindən provokasiyaya cəlb olunmuş kəndlilər tərəfindən evinə basqın nəticəsində arvadı Səid-Nisə xanım gülləylə öldürülmüş, özü isə tutularaq diri-diri yandırılmışdı. == Ailəsi == Qardaşı Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. Oğlu Kamran bəy Zülqədərov — general. Bacısı oğlu Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının sədri.
Allahyar xan Dəvəli-Qacar
Allahyar xan Mirzə Məhəmməd xan oğlu Dəvəli-Qacar (1757-?) — İranın baş naziri == Həyatı == Allahyar xan Mirzə Məhəmməd xan oğlu Astrabad civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Asəfəddövlə ləqəbi daşıyırdı. Fətəli şahın vəziri vəzifəsinədək yüksəlmişdi. Əminə Pakrəvan yazir: "Şahın qohumu olan Allahyar xan, yenicə Asəfəddövlə ləqəbini almış və başvəzir olmuşdu. O da savaşdan yana tutumunu ortaya qoydu.. Onun kimi xarakterlər daha çox din xadimlərinin verdikləri fitvalara görə davranırdılar. Din xadimləri fitva vermişdilər ki, savaşa qarşı çıxan kafirdir, dindən çıxmışdır və ölümü caizdir". Allahyar xan Rus-İran savaşında iştirak etmişdi. Əminə Pakrəvan daha sonra yazir: "Bu sırada çaparlar Başvəzir Allahyar Asəfəddövlənin gəldiyini duyurdular.
Hacı Allahyar ağa Dilbazov
Hacı Allahyar ağa Dilbazov ( ? - 1866-cı il) - Azərbaycan nəqşbəndi, Hacı Rəhim ağa Dilbazov "Vəhidi"nin atasıdır. == Həyatı == Qazax mahalında nəqşbəndiliyi ilk qəbul etmiş şəxslərdən olan Allahyar ağa öz zəmanəsinə görə savadlı və təhsili bir adam olmuşdur. Əlində olan məlumatlara əsaslanaraq Firidun bəy Köçərli Allahyar ağa barəsində "dəyanətkirdar və səxavətşüar bir bəy" deyə xarakteristika verir. 1827-28 ci il Rus-İran müharibəsində Qazax Süvari Alayının tərkibində iranlılara qarşı döyüşlərdə iştrak etmişdir. Şamxor döyüşünün, Əsrik döyüşünün, Gəncə ətrafındakı döyüşün qəhrəmanlarından biridir. 3 sentyabr 1826-cı il tarixdə baş vermiş Şamxor döyüşündə şəxsi igidlik göstərdiyi üçün Anna lenti üzərində gümüş medal layiq görünmüşdür. Firidun bəy Köçərlinin yazdığına görə, Allahyar ağanın Qafqaz nəqşbəndilərinin təriqət başçılarından olan Mirhəmzə Nigari ilə qədimi dostluğu varmış. Mirhəmzə Nigarinin Osmanlıya mühacirəti ərəfəsində bir ilə yaxın Xanlıqlar kəndində Allahyar ağanın evində qalması yalnız bu şəxsi dostluq münasibətilə izah edilə bilər. == Ailəsi == Allahyar ağa Dilbazovun şəxsi həyatı barədə məlum olan budur ki, onun üç oğlu və bir qızından sonra həyat yoldaşı vəfat edir.
Allahyarlı
Allahyarlı (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Allahyarlı (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Allahyarlı (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur.
Allahyarlı (Beyləqan)
Allahyarlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun Allahyarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun faktiki mövcud olan Allahyarlı kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Allahyarlı kənd Soveti yaradılmışdır. == Toponimikası == 1986-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndindən köçmüş allahyarlı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində salınmışdır. Allahyarlılar vaxtilə Birinci Şahsevən kəndinin yaxınlığında Allahyarlı obası deyilən yerdə yaşamış, sonralar Səmədabad kəndinə köçmüşdülər. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Əhalisi 672 nəfərdir (2010). Kənd əhalisi türkmənlərdən ibarətdir.
Allahyarlı (Germi)
Allahyarlı (fars. اللهيارلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (17 ailə).
Allahyarlı (Masallı)
Allahyarlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Allahyarlı kəndi Yeyənkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi öz adını eyvazlılar elinə mənsub allahyarlı nəslinin adından almışdır. == Əhalisi == Əhalisi 295 nəfərdir.
Allahyarlı (Siyəzən)
Allahyarlı — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Siyəzən rayonunun Ərziküş kənd inzibati-ərazi vahidi tərkibindəki Allahyarlı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Allahyarlı bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Habil Allahyarov
Kamil Allahyarov
Kamil Allahyarov — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Elmi inkişaf və tədris layihələri" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor. == Həyatı == 22 sentyabr 1950-ci ildə Naxçıvan MR-nın Babək rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin Fars filologiyası bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1975-ci illərdə Sovet ordusu sıralarında Əfqanıstanda tərcüməçi-zabit kimi xidmət etmişdir. == Elmi fəaliyyəti == 1975-ci ildə AMEA Əlyazmalar İnstitutunun aspiranturasına daxil olub, 1978-ci ildə "Əmir Şahi Səbzəvari divanının teksoloji tədqiqi" mövzusunda namizədlik dissertasiyası, 1996-cı ildə isə "Azərbaycan şeir sənətinin genezisi, formalaşması və təkamül yolları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2014-cü ildə professor elmi adı almışdır. 14 kitabın və 200-ə yaxın elmi məqalənin müəllifidir. Əsərləri Rusiyada, İranda, Türkiyədə, Koreyada və başqa ölkələrdə çap olunmuşdur. == Kitabları == Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində. (C. Qəhrəmanovla birlikdə) Bakı: Elm, 1987 (rus di-lində).-84 s.
Rüstəm Allahyarov

allahyar sözünün leksik mənası və izahı

"allahyar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#allahyar nədir? #allahyar sözünün mənası #allahyar nə deməkdir? #allahyar sözünün izahı #allahyar sözünün yazılışı #allahyar necə yazılır? #allahyar sözünün düzgün yazılışı #allahyar leksik mənası #allahyar sözünün sinonimi #allahyar sözünün yaxın mənalı sözlər #allahyar sözünün əks mənası #allahyar sözünün etimologiyası #allahyar sözünün orfoqrafiyası #allahyar rusca #allahyar inglisça #allahyar fransızca #allahyar sözünün istifadəsi #sözlük