Almaniyan sözü azərbaycan dilində

Almaniyan

Yazılış

  • Almaniyan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Almaniyanın Federal Kansleri
Federal kansler (alm. Bundeskanzler‎) – Almaniya Federativ Respublikasında hökumət başçısı. == Tarix == Federal kansleri vəzifəsi 1949-cu ildən mövcuddur. İlk Federal kansleri Konrad Adenauer olub. Bu günə kimi Federal Kansleri kürsüsünə yalnız Xristian-Demokratik Birliyinin (CDU) və ya Almaniya Sosial Demokrat Partiyasının (SPD) namizədləri seçilmişdir.
Almaniyanın Federal kanslerinin siyahısı
Almaniyanın Federal kansleri Almaniya Federal Respublikasının siyasi lideri və federal hökumətinin başıdır.
Almaniyanın Quru Qoşunları
Almaniyanın Quru Qoşunları - Almaniya Federativ Respublikasının quru qüvvələrinin ümumi adıdır. 1955-ci ildən yaradılmış qoşun növü keçmiş Alman Ordusunun yenidən təşkil olunmuş bir hissəsidir.Bundan başqa hava qüvvələri və dəniz qüvvələridə bu qoşun növü kimi yenidən yaradılmışdır. == Personal == 101,00 əsgərdən ibarət olan qurumun tərkibində 35,000 nəfər mütəxəssis personal fəaliyyət göstərir.
Almaniyanın birləşdirilməsi
Almaniyanın birləşdirilməsi (1871)
Almaniyanın birləşdirilməsi (1871)
Almaniyanın birləşdirilməsi — 1871-ci ildə alman xalqlarının yaşadığı bir neçə onlarla müstəqil dövlətin Prussiya krallığı ətrafında birləşərək Almaniya imperiyası federal dövlətinin yaradılması. Almaniyanın siyasi və inzibati cəhətdən inteqrasiya olunmuş bir dövlət halına gəlməsi 1871-ci il 18 yanvar tarixində Fransanın Versal sarayındakı Güzgülü salonda elan edildi. Avstriya xaric olmaqla, bütün alman dövlətlərinin şahzadələri Fransa–Prussiya müharibəsinin nəticəsində Fransanın təslim olmasından sonra bir yerə gələrək Prussiya kralı I Vilhelmi alman imperatoru elan etdilər. Qeyri-rəsmi olaraq, alman dilli dövlətlərin de-fakto federativ sistemə keçməsi prosesi gedirdi. Bu proses alman dövlətlərindəki əsilzadələrin istəyindən asılı olaraq, bəzən sürətlənir, bəzənsə yavaşlayırdı. Bu proses müxtəlif partiyaların təxminən bir əsr davam edən avtokratik eksperimentlər üzərindəki öz maraqları, Müqəddəs Roma imperiyasının süqutunu sürətləndirən Napoleon müharibələri və alman millətçiliyinin yüksəlişi ilə müşahidə edilirdi. Birləşmə nəticəsində yeni millətin üzvləri arasında dini, dlinqivistik, sosial və mədəni fərqlərin olduğunu ortaya çıxardı. Bu zaman 1871-ci il birləşməsinin daha böyük birləşmə prosesinin bir anını təmsil etdiyi təklif edildi. Müqəddəs Roma imperiyası tez-tez "Bütün almanların imperiyası" adlandırılırdı. Müasir mənbələr isə onlara çox zaman "almanlar" deyə müraciət edirdi.
Almaniyanın birləşdirilməsi (1990)
Almaniyanın birləşdirilməsi (alm. Deutsche Wiedervereinigung‎) və ya vahid Almaniyanın bərpası (alm. Herstellung der Einheit Deutschlands‎) — 3 oktyabr 1990-cı ildə AFR konstitusiyasına əsasən, ADR-Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə vahid Almaniya Federativ Respublikasının yaradılması. Proses 2 may 1989-cu ildən 15 mart 1991-ci ilə qədər davam etmişdir. Almaniyanın birləşdirilməsinin elan edildiyi gün Alman Birlik Günü elan edilmiş (alm. Tag der deutschen Einheit‎) və bundan sonra milli bayram kimi qeyd edilməyə başlanmışdır. Birləşmə prosesinin bir parçası kimi Berlin şəhərinin şərq və qərb hissələri də bir şəhər halında birləşdirilmiş və sonda ölkənin paytaxtı olmuşdur. Almaniya Sosialist Birlik Partiyası tərəfindən idarə edilən Şərqi Almaniyanın hökuməti 2 may 1989-cu ildən etibarən sarsılmağa başlamışdı. Bu tarixdə Macarıstan Avstriya ilə olan sərhədini açmış və bu Dəmir Pərdədə "dəlik açılmasına" səbəb olmuşdu. Sərhəd hələ də qounurdu, lakin Panavropa pikniki və Şərq blokuna məxsus olan ölkələrin qətiyyətsiz reaksiyası qarşısıalınmaz hərəkatın işə düşməsinə səbəb oldu.
Almaniyanın inzibati bölgüsü
Almaniya Federativ Respublikası 16 federal əyalətdən ibarət federasiyadır.Onlardan 13-ü "ərazi dövlətləri" (alm.Flächenländer) və üçü "şəhər-dövlətləridir" (alm.Stadtstaaten ) == Əyalətləri == Almaniya Federativ Respublikasındakı əyalətlər qismən dövlət suverenliyinə malikdir və beynəlxalq hüququn subyektləridir. Almaniya konstitusiyasına görə, hər bir əyalət öz dövlət idarəçiliyi məsələlərində tam suverenliyə malikdir. Buna görə də müxtəlif əyalətlərin inzibati quruluşu bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Gündəlik həyatda "federal dövlət" anlayışı tez-tez istifadə olunur, lakin hüquqi sənədlərdə - Almaniya Federativ Respublikasının Əsas Qanununda və ya ştatların konstitusiyalarında - bu termin istifadə edilmir, çünki Alman dövlətləri birlikdə Almaniya Federativ Respublikasıdır və Almaniyanın inzibati vahidləri deyil. Berlində (Almaniyanın paytaxtı) və Brüsseldə (Avropa İttifaqının paytaxtı) hər bir dövlətin öz nümayəndəliyi (alm.Landesvertretung) var. Berlin, Bremen və Hamburq şəhərləri müstəqil dövlətlər yaradırlar. Əyalətin qanunverici orqanı xalq tərəfindən seçilən Landtag , əyalət icraedici orqanı torpaq hökuməti Landesregierung, tərəfindən seçilən əyalət baş naziri Landesministerpräsident və əyalət nazirlərindən Landesminister ibarətdir. == Rayonlar == Federal ştatlar rayonlara bölünür ( alm.Kreis/Landkreis ). Ümumilikdə 294 rayon var.Onlara əlavə olaraq, 106 qeyri-rayon şəhəri ( alm. Kreisfreie Städte / Stadtkreise ) fərqlənir, yəni torpaq tabeliyində olan şəhərlər və ya rayonlara bərabər tutulan şəhərlər.
Almaniyanın kişilərdən ibarət milli basketbol komandası
Almaniyanın kişilərdən ibarət milli basketbol komandası — Almaniyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası.
Almaniyanın vergi sistemi
Almaniyanın vergi sistemi Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin vergitutma təcrübəsini, vergitutma mexanizmlərinin inkişafının ümumi qanunauyğunluqlarını nəzərə almağa imkan verir. Bazar iqtisadiyyatına xas olan ölkələrin vergi sistemləri müxtəlif iqtisadi, siyasi və sosial amillərin təsiri nəticəsində təşəkkül tapmışdır. Vergilərin sayı¬na, strukturuna, yığılma üsullarına, dərəcələrinə və digər əlamətlərinə görə ölkələrin vergi sistemləri bir-birindən əhəmiyyətli dərəcədə fərq¬lə¬nir. Buna baxmayaraq bütün bu vergi sistemlərinə xas olan ümumi bir cəhət var. Bu da dövlətin vergi gəlirlərinin artırılması üçün yolların axtarılmasından və vergitutmanın əsas prinsiplərinin tələblərinə cavab ve¬rən optimal vergi sisteminin yaradılmasından ibarətdir. İnkişaf etmiş dövlətlər üçün ən xarakterik cəhət iqtisadi həyatın müxtəlif sahələrinə dövlət müdaxiləsinin səviyyəsidir. Məsələn, ABŞ-da bu müdaxilənin səviyyəsi aşağı, İsveçdə yüksək, Yaponiya və Almaniyada isə bu ölkələrlə müqayisədə nisbətən orta səviyyədədir. Dövlət müdaxiləsinin əsas məqsədi iqtisadiyyatın tənzimlənməsidir. Dövlət tənzimlənməsinin vasitələri isə vergi siyasəti və azad sahibkarlığa maliyyə dəstəyinin göstərilməsidir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi sabit iqtisadi artıma nail olmaq, əsas əmtəə və xidmətlərin qiymətlərinin sabitliyinin, əmək qabiliyyətli əhalinin tam məşğulluğunun və əhalinin gəlirlərinin müəyyən minimal səviyyəsinin təmin edil¬məsi və vətəndaşların sosial müdafiə sisteminin yaradılmasıdır.
Almaniyanın yenidən birləşdirilməsi
Almaniyanın birləşdirilməsi (alm. Deutsche Wiedervereinigung‎) və ya vahid Almaniyanın bərpası (alm. Herstellung der Einheit Deutschlands‎) — 3 oktyabr 1990-cı ildə AFR konstitusiyasına əsasən, ADR-Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə vahid Almaniya Federativ Respublikasının yaradılması. Proses 2 may 1989-cu ildən 15 mart 1991-ci ilə qədər davam etmişdir. Almaniyanın birləşdirilməsinin elan edildiyi gün Alman Birlik Günü elan edilmiş (alm. Tag der deutschen Einheit‎) və bundan sonra milli bayram kimi qeyd edilməyə başlanmışdır. Birləşmə prosesinin bir parçası kimi Berlin şəhərinin şərq və qərb hissələri də bir şəhər halında birləşdirilmiş və sonda ölkənin paytaxtı olmuşdur. Almaniya Sosialist Birlik Partiyası tərəfindən idarə edilən Şərqi Almaniyanın hökuməti 2 may 1989-cu ildən etibarən sarsılmağa başlamışdı. Bu tarixdə Macarıstan Avstriya ilə olan sərhədini açmış və bu Dəmir Pərdədə "dəlik açılmasına" səbəb olmuşdu. Sərhəd hələ də qounurdu, lakin Panavropa pikniki və Şərq blokuna məxsus olan ölkələrin qətiyyətsiz reaksiyası qarşısıalınmaz hərəkatın işə düşməsinə səbəb oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16
2010 •••••••••••• 0.09
2013 •••••••••••••••••• 0.15
2017 •••••••••••••••••••• 0.16
2018 ••••••••••••••••••• 0.15
2019 •••••••••••••••••• 0.14

"almaniyan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#almaniyan nədir? #almaniyan sözünün mənası #almaniyan nə deməkdir? #almaniyan sözünün izahı #almaniyan sözünün yazılışı #almaniyan necə yazılır? #almaniyan sözünün düzgün yazılışı #almaniyan leksik mənası #almaniyan sözünün sinonimi #almaniyan sözünün yaxın mənalı sözlər #almaniyan sözünün əks mənası #almaniyan sözünün etimologiyası #almaniyan sözünün orfoqrafiyası #almaniyan rusca #almaniyan inglisça #almaniyan fransızca #almaniyan sözünün istifadəsi #sözlük