almanla sözü azərbaycan dilində

almanla

Yazılış

  • almanla • 75.0000%
  • Almanla • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Almanlar
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. == Tarix == Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Almanların kralı
Romalıların kralı (lat. Rex Romanorum; alm. König der Römer‎) — Müqəddəs Roma İmperiyasında II Henrixin (1002–1024, 1014-cü ildən imperator) dövründən kürfürstlər tərəfindən seçildikdən sonra alman zadəganlar tərəfindən istifadə edilən titul idi. Bu titul əsasən Müqəddəs Roma İmperiyasının imperatoru titulu ilə eynilik təşkil edirdi və uzun müddət papanın tacqoyma mərasimindən asılı idi. Titul əvvəlcə imperiya reqaliyasını və papanın əli ilə imperator titulunu almamış hər hansı seçilmiş alman kralını bildirir. Daha sonra bu titul imperatorluğun varisi üçün — hakimiyyətdə olan imperatorun sağlığında və ya imperatorun ölümündən sonra — istifadə olunmağa başladı. 1508-ci ildə imperatorların papa tərəfindən taclandırılması tələbinin ləğvi ilə bu titul funksional olaraq köhnəldi, lakin 1806-cı ildə imperiyanın sonuna qədər imperatorun rəsmi titullarının bir hissəsi kimi istifadə olunmağa davam etdi. Rəsmi titul zamanla fərqli olub. Otto və davamçılarının dövründə Frankların Kralı (alm. König der Franken‎, lat.
Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
Almanların Şimali Qafqazda vəhşilikləri qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1943-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir. == Məzmun == Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Filmdə faşistlərin Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk və Nalçik şəhərlərində törətdikləri vəhşiliklər təkzibolunmaz faktlarla ifşa edilir. == Film haqqında == Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir.
Almanlaşdırma
Almanlaşdırma və ya germanizasiya — təbii və ya məcburi assimilyasiya nəticəsində alman dilinin və mədəniyyətinin digər xalqlar arasında yayılmasına verilən ümumi ad. Həmçinin, bu termin latın qrafikasından istifadə etməyən dillərdən götürülmüş xarici sözlərin alman dilinə uyğunlaşdırılmasına aid edilir. == Almanlaşdırmanın növləri == Alman dilinin və mədəniyyət elementlərinin tarixən müxtəlif formaları və yayılma dərəcələri mövcuddur. Son antik dövrdən orta Reyn, Yuxarı Dunay və Alp dağlarının Roma əhalisi tədricən almanlaşmaya məruz qalmışdır. Eklektik qəbuldan əlavə, XI əsrdə Bamberq yeparxiyasında yaşayan bütpərəst slavyanlarla baş verdiyi kimi, alman mədəniyyətində tamamilə "məhv edilmə" nümunələri var. Almaniya imperiyasının qanunvericiliyinə uyğun olaraq təşkil edilən Yaponiya imperiyasının və müasir Yaponiyanın qanunvericiliyində alman mədəniyyətinin eklektik qəbul edilməsinə nümunələr mövcuddur. Almanlaşdırma mədəni əlaqə olub, siyasi qərarla (məsələn, Yaponiya nümunəsi) və ya zorla (xüsusilə imperiya və Nasist Almaniyası nümunələrində) yeridilirdi. == İndiki vəziyyət == Müasir Almaniyada danimarkalılar, frizlər və lujiçan slavyanlar ənənəvi milli azlıqlar kimi təsnif edilir və onlara mədəni muxtariyyət zəmanət kimi verilir. 1955-ci ildə Danimarka və Almaniya arasında Danimarkadakı alman, həmçinin Almaniyadakı danimarkalı azlıqların statusunu vtənzimləyən müqavilə imzalanmışdır. Şlezviq-Holşteyndə frizlərin dilinin qorunması haqqında qanun qəbul edilmişdir.
Azərbaycan almanları
Azərbaycan almanları — Azərbaycanda yaşamış alman icmasına verilən ümumi ad. 1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş vermişdir. Azərbaycana yerləşdirilmiş ilk almanların çoxu Vürtemberq krallığının sakinləri olmuşdular. 1817–1818-ci illərdə Qafqazda təşkil olunmuş 8 alman koloniyasından ikisi Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) və Annenfeld (indiki Şəmkir şəhəri, Şəmkir rayonu) Şimali Azərbaycanda yerləşirdi. Bu koloniyalardan başqa almanlar Georqsfeld (Georgsfeld) (indiki Çinarlı, Şəmkir rayonu), Qrünfeld (Grünfeld) (indiki Həsənsu, Ağstafa rayonu), Ayxenfeld (Eichenfeld) (indiki İrmaşlı, Şəmkir rayonu), Traubenfeld (indiki Tovuz şəhəri, Tovuz rayonu), Yelizavetinka (indiki Ağstafa şəhəri, Ağstafa rayonu) kimi kəndlərdə yaşayırdılar. Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan "Kaukasische Post" qəzetinin hər bir nömrəsi yuxarıda göstərilən kənd və şəhərlərə çatdırılırdı. Almanlar Azərbaycanda siyasi və ictimai həyatda daim fəal olmuşdular. Azərbaycan Demokratik Respublikası parlamentinin IX Milli azlıqlar fraksiyası dörd üzvündən biri əslən alman olan Lorens Kun olmuşdur. Lorens Kun 1884-cü ildə Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) şəhərində anadan olmuş və bir müddət burada fəaliyyət göstərmişdir. 1918-ci ilin 7 dekabr tarixində AXC parlamenti öz işinə başlayanda Lorens Kun da parlamentə qoşulmuşdur.
Azərbaycanda almanlar
Azərbaycan almanları — Azərbaycanda yaşamış alman icmasına verilən ümumi ad. 1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş vermişdir. Azərbaycana yerləşdirilmiş ilk almanların çoxu Vürtemberq krallığının sakinləri olmuşdular. 1817–1818-ci illərdə Qafqazda təşkil olunmuş 8 alman koloniyasından ikisi Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) və Annenfeld (indiki Şəmkir şəhəri, Şəmkir rayonu) Şimali Azərbaycanda yerləşirdi. Bu koloniyalardan başqa almanlar Georqsfeld (Georgsfeld) (indiki Çinarlı, Şəmkir rayonu), Qrünfeld (Grünfeld) (indiki Həsənsu, Ağstafa rayonu), Ayxenfeld (Eichenfeld) (indiki İrmaşlı, Şəmkir rayonu), Traubenfeld (indiki Tovuz şəhəri, Tovuz rayonu), Yelizavetinka (indiki Ağstafa şəhəri, Ağstafa rayonu) kimi kəndlərdə yaşayırdılar. Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan "Kaukasische Post" qəzetinin hər bir nömrəsi yuxarıda göstərilən kənd və şəhərlərə çatdırılırdı. Almanlar Azərbaycanda siyasi və ictimai həyatda daim fəal olmuşdular. Azərbaycan Demokratik Respublikası parlamentinin IX Milli azlıqlar fraksiyası dörd üzvündən biri əslən alman olan Lorens Kun olmuşdur. Lorens Kun 1884-cü ildə Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) şəhərində anadan olmuş və bir müddət burada fəaliyyət göstərmişdir. 1918-ci ilin 7 dekabr tarixində AXC parlamenti öz işinə başlayanda Lorens Kun da parlamentə qoşulmuşdur.
Namibiya almanları
Namibiya almanları (alm. Deutschnamibier‎) — Afrikanın cənub-qərb bölgəsində yerləşən Namibiyada məskunlaşmış alman əsilli əhali. Namibiyada alman icmasının yaranması, alman tacir Adolf Lüderitzin adı ilə bağlıdır. 1883-cü ildə ölkənin cənub sahillərində yerli qəbilə başçısından torpaq sahəsi alan tacir, burada öz soyadını daşıyan Lüderitz şəhərinin əsasını qoymuşdur. Bölgə sonradan Alman Cənub-Qərb Afrikası olaraq adlandırılmış və Almaniya imperiyasının koloniyalarından birinə çevirilmişdir. XIX əsrin sonlarına yaxın bölgəyə az sayıda etnik alman köç etmiş və köç edənlərdə əsasən hərbiçilər, tacirlər və almaz mədənlərinin sahibkarları və ailələri olmuşdur. Birinci Dünya Müharibəsinin gedişatında Almaniya imperiyası Alman Cənub-Qərb Afrikasını itirmiş (1915-ci ildə) və bölgə Cənubi Afrika Respublikasının mandatı altına keçmişdir. Bölgənin müttəfiqlərin əlinə keçməsinə baxmayaraq, almanlar bölgədə yaşamağa davam etdilər və 1990-cı ilə qədər alman dili Namibiyada rəsmi dil səviyyəsində tanınmağa davam etdi. == Tarix == Namibiyaya gələn ilk almanlar London Missionerlər Cəmiyyətinin tərkibində ölkəyə gəlmişdilər və daha sonra Reyinşix Missionerlər Cəmiyyətinin nümayəndələri də ölkəyə gəldilər. Missioner cəmiyyətlərin ilk başlarda hər hansısa təsisatları yox idi və bu səbəbdən onlar birlikdə fəaliyyət göstərirdilər.
Qafqaz almanları
Qafqaz almanları (alm. Kaukasiendeutsche‎) — almanların Qafqaz bölgəsində məskunlaşan bir subetnik qrupudur. Onlar əsasən XVIII-XIX əsrlərdə indiki Şimali Qafqaz, Gürcüstan, Azərbaycan, Ermənistan və Qars (bu günlər Türkiyənin şərq illərindən biri) ərazisinə köçüb gəlmişlər. 1941-ci ildə İkinci dünya müharibəsinin başlanmasıyla onların çoxsu Sovet hakimiyyəti tərəfindən "təhlükəli element" kimi Qazaxıstana və Sibirə sürgün edilmişdir. Qafqazda qalan almanlar əsasən qeyri-almanlarla nikah bağlamış qadınlar idi. == Şimali Qafqaz == Şimali Qafqazın ilk alman sakinlərin Rusiyanın Volqaboyu bölgəsinlər köçənlər idi. Çar hakimiyyəti 1774-cü ildə Osmanlı imperiyasından alınan və əhalisi olduqca az olan Kubana mümkün qədər çox Rusiya vətəndaşı yerləşdirməyə çalışırdı. Lakin bölgənin iqlimi, inkişaf etdirilməmiş infrastrukturu və yerli hərbi hissələrin qeyri-ruslara qarşı mənfi münasibəti alman mühacirətinə mane olurdu. XIX əsrin ikinci yarısında, Rusiyanın kapitalist sisteminə addımlaması dövründə Şimali Qafqaza almanların sayı olduqca artdı. Əsasən kənd təsərrüfatı ilə məşqul olan bu mühacirlər nəinki tək Volqaboyudan, habelə Qara dəniz sahillərindən və hətta Almaniyanın özündən köçüb gəlirdilər.
Qazaxıstan almanları
Qazaxıstan almanları (alm. Kasachstandeutsche‎) - Qazaxıstanda yaşayan etnik almanlara verilən ümumi addır. Qazaxıstan almanları ölkənin şimal-şərq əraziləri başda olmaqla, əsasən Astana və Oskeman şəhərlərinin arasındakı ərazilərdə yaşamaqdadırlar. Almanların Qazaxıstanda məskunlaşmasının əsas səbəblərindən biri siyasi amillərlə bağlıdır. Nasist Almaniyasının Sovet Sosialist Respublikaları İttifaqına 1941-ci ilin iyun ayında hücum etməsindən sonra həmin ilin oktyabr ayında Qafqaz almanlarının mütləq əksəriyyəti Qazaxıstana köçürülmüşdür. Həmin hadisələr zamanı təkcə Azərbaycanda yaşayan 22 min alman Qazaxıstana köçürülüb. == Tarixi == Qazaxıstan almanları Volqa almanlarının törəmələri hesab olunur. Barbarossa əməliyyatının başlamasının ardından Volqa Alman Muxtar Sovet Respublikası ləğv edilərək ərazidə yaşayan almanlar Qazaxıstana sürgün edilirdi. Almanların xidmətlərindən daha çox QULAQ düşərgələrində istifadə olunmuşdur. Deportasiyadan sonra SSRİ rəhbərliyi tərəfindən imperiya daxilində yaşayan etnik almanların assimilasiya edilməsi üçün xüsusi dövlət siyasəti tətbiq edilməyə başlandı.
Ruprext (Almanların kralı)
Pfalslı Ruprext (alm. Ruprecht von der Pfalz‎; 5 may 1352, Amberq, Yuxarı Pfalts – 18 may 1410), bəzən Pfalslı Robert kimi tanınan, Vittelsbax sülaləsinin üzvü, 1398-ci ildən Pfals kürfürstü (III Ruprext adıyla) və 1400-cü ildən ölümünə qədər Almanların kralı. == İlk illəri == Ruprecht 5 may 1352-ci ildə Amberqdə II Ruprext və onun həyat yoldaşı Beatrisin yeganə oğlu olaraq dünyaya gəldi. 13 yaşında anasını itirməsi istisna olmaqla, gəncliyi barədə heç nə məlum deyil. Lakin o, erkən yaşlarından mühüm tədbirlərdə iştirak edirdi. 1378-ci ildən o, böyük əmisi I Ruprext və atası II Ruprextlə birlikdə mühüm sənədlərdə adı görünürdü. Nəticədə, o, Pfalsın gələcək varisi kimi əvvəlcədən məlum idi. Kürfürst kimi hakimiyyətinə qədər o, əsasən Yuxarı Pfalsda yaşadı. 1385/86-cı ilin qışında o, Prussiya səlib yürüşünə qoşulub.Ruprext 27 iyun 1374-cü ildə Amberqdə Nürnberq burqqrafı V Fridrixin qızı Elizabet fon Hohensollern ilə evləndi. Evlilikdən cəmi altı oğul və üç qız dünyaya gəldi.
Serb Respublikasında almanlar
Serb Respublikasında almanlar (serb. Нијемци у Републици Српској, alm. Deutsche in Republika Srpska‎) — Serb Respublikası ərazisində yaşayan və işləyən alman əsilli əhali. Almanlar Serb Respublikası ərazisində yaşayan 12 milli azlıqdan biridir. Onların hüquqlarını dirgər azlıqların hüquqları kimi Serb Respublikasının milli azlıqlar soveti qoruyur. Serb Respublikası ərazisində cəmi 95 alman əsilli əhali yaşayır. == Tarixi == Almanlar Bosniya və Herseqovina ərazisində ilk dəfə Avstriyanın işğalı dönəmində ayaq basmışlar. Onlar əsasən alman tacirlərdən ibarət idi. Ticarətlə əlaqədar olaraq bölgəyə ayaq basmışdılar. Tacirlərin böyük qismi Srema və Banata (həmcinin Vyortemberq) ərazilərindən gələnlər idilər.
Slovakiya almanları
Slovakiya almanları və ya Karpat almanları (alm. Karpatendeutsche‎, slovak. karpatskí Nemci, mac. kárpátnémetek или Felvidéki németek) — Slovakiya torpaqlarında eləcə də onlara bitişik olan ərailərdə alman dilli azlıqların qrupları üçün verilən ümumi bir ad. Uzun müddət almanlar macarlarla yanaşı Slovakiyada iki ən böyük etnik azlıqdan biri idilər. Beneşin 1945-ci il tarixli fərmanları ilə Çexoslovakiya almanları vətəndaşlıqdan məhrum dildi və onların müharibədən əvvəlki (128 min nəfər) saylarının 85% -i Slovakiyadan Avstriya və Almaniyaya köçürüldü. Qalan 15% -i Slovakiyadan deportasiyaya olunmaqdansa slovakiyalılaşmanı üstün tutdu. Çexiya almanlarından fərqli olaraq Slovakiyadan olanlar XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər güclü şəkildə macarlaşdı. Slovakiyalı almanlar Avstriya-Macarıstanın Macar hissəsində yaşayırdılar. Buna görə də mədəni və linqvistik olaraq Macarıstan almanları və Transvilansiya saksonlarına daha yaxın idilər.
Almanların Antarktida ekspedisiyası (1938-1939)
Almanların Antarktida ekspedisiyası (1938-1939) — alman dəniz kapitanı Alfred Ritscher (1879–1963) tərəfindən rəhbərlik edilən ekspedisiya nəzərdə tutulur. Ekspedisiya alman dövləti tərəfindən təşkil edilən rəsmi üçüncü Antarktida ekspedisiyasıdır. Ekspedisiya Herman Görinqin nəzərdə tutduğu dörd illik planın bir hissəsi kimi həyata keçirilmişdir. Dövlət rəsmilərindən biri olan Helmuth Vohlthat bu planın hazırlanmasına məsul şəxs təyin edilmişdir. Ekspedisiyanın həyata keçirilməinin əsas səbəbi iqtisadi maraqlar idi. Çünki alman dövləti sənaye, yemək və pəhriz yağlarından olan xarici asılılığı ortadan qaldırmağa çalışırdı. Buna görə də, ekspedisiya qarşısına Antarktida alman balina ovlama məntəqəsinin əsaslarını qoymaq, orada balıq ovlanma potensialını araşdırmaq hədəfləri qoyulmuşdu. Hazırlıqlar ciddi məxfilik şəraitində aparılıb, çünki müəssisəyə həmçinin 20° Qərb və 20° Şərq arasında bölgədə Antarktika ərazisinin gələcək işğalı üçün texniki-iqtisadi qiymətləndirmə aparmaq tapşırılıb. == Hazırlıqlar == 1938-ci ilin iyulunda kapitan Alfred Ritscherə hazırlıqlara başlamaq icazə verildi. O, bir neçə ay ərzində ekspedisiyaya lazım olan alətlərin, logistikanın və təşkilatı məsələlərin həll edilməsi ilə məşğul oldu.
Almanların Turfan ekspedisiyaları
Turfan ekspedisiyaları- 1902-1914-cü illərdə Çinin Sincan bölgəsinə, əsasən Turfan şəhərinə təşkil edilmiş ekspedisiyalar. Bu səfərlər Berlin Etnoqrafiya Muzeyinin keçmiş rəhbəri Albert Qrünvedelin təşəbbüsü ilə Albert von Le Coq tərəfindən təşkil edilmişdi. Muzey kollektivindən olan və səfərlər zamanı mağaralardakı rəsmlərin fotoşəkilini çıxarmaqla məsul şəxs Teador Bartus hər 4 ekspedisiyada da iştirak etmişdir. Hər iki rəhbər həm Qrunvedel həm də Le Coq ekspesiyalardan minlərlə fotoşəkillə yanaşı bir çox əşya və 40 mindən çox mətnlə Berlinə qayıtmışdır. 1902-ci ildə ilk araşdırma qrupu silah manufakturaçısı Fridrix Krupp tərəfindən maliyyələşdirilən bu səfərə başlamış, 1 il sonra isə xəzinələrlə dolu 46 sandıqla səfəri tamamlamışdı. Bunun nəticəsində həvəslənən II Vilhelm ikinci ekspedisiyanın maliyyələşdirilməsinə kömək etdi. Üçüncüsü isə Mədəniyyət Nazirliyinin vəsaiti hesabına maliyyələşdirilib. Le Coq rəhbərliyi altında dördüncü ekspedisiya bir çox çətinliklərlə üzləşdi və nəhayət, 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlaması ilə yarımçıq qaldı. Xüsusilə ikinci ekspedisiya zamanı Təkləmakan səhrası ətrafında qədim şimal marşrutu boyunca bir sıra yerlərdə mühüm tapıntılar aşkar edilmişdir. == Coğrafi mövqeyi == Turfan şəhəri Şimali İpək yolu üzərində Çinin Sincan bölgəsində yerləşir.
Yalnız almanlar üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi.Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Pensilvaniya almanları
Pensilvaniya almanları (alm. Pennsylvania Dutch‎) - Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında yaşayan alman əsilli şəxslərin təşkil etdiyi etnik qrup. Etnik qrupun əsası XVII, XVIII və XIX əsrlərdə Palatin və digər alman dilli ərazilər başda olmaqla, Almaniya, Hollandiya, İsveçrə və Fransa kimi ölkələrdən gəlmiş almanlar tərəfindən qoyulmuşdur. Pensilvaniya almanları arasında Baden-Vürtemberq, Hessen, Saksoniya, Reynland və Elzas-Lotaringiya bölgələrindən gəlmiş şəxslər üstünlük təşkil etmişdir.Etnik qrupun əcdadları palatin almancası və digər cənub alman ləhcələrində danışırdılar; Palatin, İngilis və digər alman dialektlərinin qarışması bu gün istifadə olunan kimi Pensilvaniya almancası dilini formalaşdırmışdır. Bəzi mənbələrdə etnik qrupun adı Pensilvaniya hollandları formasında verilmişdir. Halbuki, Pensilvaniya almanlarının indiki Hollandiyaya və ya bu ərazidən Amerika Birləşmiş Ştatlarına köçmüş şəxslərlə heç bir əlaqəsi yoxdur. Orta əsrlərdə ingilis dilindəki (ing. Dutch) sözü alman dilini və ya bu dilin müxtəlif dialektlərini danışan insanları adlandırmaq üçün istifadə olunurdu. XX əsrdən etibarən isə (ing. Dutch) Hollandiyanı və yaxud bu ölkədən olan insanları təsvir etmək üçün istifadə olunmağa başlandı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16
2020 ••••••••••••••••• 0.13

"almanla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#almanla nədir? #almanla sözünün mənası #almanla nə deməkdir? #almanla sözünün izahı #almanla sözünün yazılışı #almanla necə yazılır? #almanla sözünün düzgün yazılışı #almanla leksik mənası #almanla sözünün sinonimi #almanla sözünün yaxın mənalı sözlər #almanla sözünün əks mənası #almanla sözünün etimologiyası #almanla sözünün orfoqrafiyası #almanla rusca #almanla inglisça #almanla fransızca #almanla sözünün istifadəsi #sözlük