alması sözü azərbaycan dilində

alması

Yazılış

  • alması • 99.9054%
  • Alması • 0.0631%
  • ALMASI • 0.0315%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mancuriya alması
Mancuriya alması (lat. Malus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Primorski, Uzaq Şərq, Çin və Yaponiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m, gövdəsinin diametri 45 sm-ə çatan, yumru çətirli ağacdır. Qabığı tünd qonur, bəzən qara, yarıqlı, budaqları çubuqvari, qırmızı-sarıdır. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonurdur. Yarpaqları enli-yumurtavari və ya əks–yumurtavari, bünövrəsi yumru, ucu ensiz, yuxarı hissəsi xırda dişli, tükcüklüdür. Çiçək qrupu çətirvari 4-8 ağ rəngdədir, iri ətirli çiçəklərin diametri 2-4 sm-dir. Mayda çiçəkləyir. Meyvələri şarşəkilli, diametri 1 sm-ə çatır, sarı qırmızımtıl çalarlı, turş- acıdır.
Meşə alması
Meşə alması (lat. Malus sylvestris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın Avropa hissəsində və Qafqaz meşələrində geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə çatan ağac və ya kol bitkisidir. Yarpaqları iri, enli ellipsvari, uzunluğu 10 sm, ayanın üst səthi tünd-yaşıl, hamar, alt səthi açıqdır. Saplağın uzunluğu 5 sm-dir. Çiçəkləri ağ və ya çəhrayı, ətirli, diametri 4 sm olmaqla çətirşəkilli salxımlara yığılmışdır. Meyvələrinin diametri 3 sm, yaşılımtıl-sarı, turşdur. == Ekologiyası == Soyuğa, quraqlığa davamlı bitkidir. == Azərbaycanda yayılması == İsmayıllıda, Qubada, Qəbələdə, Zaqatala, Balakəndə həyatyanı sahələrdə geniş istifadə olunur.
Nifaq alması
Nifaq alması — qədim yunan miflərində qızılı alma, Peley və Fetidanın nikahı zamanı Erida tərəfindən masaya atılmış və üzərində "ən gözəl" (q.yun. τῇ καλλίστῃ), yazılmışdır.Əfsanəyə görə, bu qızılı alma üç qadın ilahəsi arasında mübahisə səbəbidir — Hera, Afina və Afrodita. Gənc Paris hakim qarşısına çağırıldı. Üç qadın onu öz tərəflərinə çəkərək, onu ən güclü hökmdar (Hera), ən cəsur qəhrəman (Afina) və ya ən gözəl qadının sahibi (Afrodita) olacağını vəd etmişdilər. Paris spartanın kralı olan Menelayın həyat yoldaşını qaçırmağına köməklik etdiyinə görə almanı Afroditaya verdi. Bu hadisə Troya müharibəsinin başlamağına səbəb olmuşdur.İlk dəfə olaraq "nifaq alması" termini II əsrdə romalı tarixçi Yustin Handaribadakan tərəfindən işlədilmişdir.
Qızıləhməd alması
Qızıləhməd alması (lat. Malus niedzwetzkyana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni müəyyən edilməmişdir. Orta Asiyada yayılma ehtimalı var. == Botaniki təsviri == 2-6 (8) m hündürlüyündə ağacdır. Çətiri çadırvarıdır. Yaşlı ağaclarda gövdə qabıqları az bükülmüş, qonurtəhər-boz rəngdə olur. Çoxillik budaqları və cavan ağacların gövdəsi qırmızımtıl-qonur rəngdədir. Budaqları tikansız olub, bir qədər yoğuntəhər, tünd qırmızı rəngdədir, illik zoğları qaradır. Yarpaqları tünd yaşıl və ya qırmızımtıldır, tərs yumurtavarı, ellipsvarı və ya uzunsov olub, ucu qaralmış, çox vaxt qaidəyə yaxın hissəsi pazşəkillidir, yarpaqlarının təpə hissəsi qısa, sivri ucludur.
Sarjent alması
Sarjent alması (lat. Malus sargentii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiyadır. Növün adı Harvard Universiteti Dendrarisinin direktoru Çarlz Spreq Sardjentin (1841-1927) şərəfinə adlandırılmışdır. == Botaniki təsviri == Kolun hündürlüyü və eni təxminən 2-3 metrdir. Çətiri hamar-şarşəkillidir. Yarpaqların payız rəngi sarı-narıncıdır. Qönçələri yumru formalı, kiçik, uzun erkəkciklidir. Çiçəkləri ağdır, nazik, uzun çiçək saplağında yerləşir. Meyvələri xırda, şarşəkiklli, tünd qırmızıdır, budaqlarda çox qalır.
Sinab alması
Sinab alması — Azərbaycanda məşhur alma sortlarından biridir. Azərbaycanda əsasən Quba rayonunda yetişdirilir.
Zibold alması
Zibold alması (lat. Malus sieboldii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Alman həkimi Philipp Franz van Ziboldun şərəfinə adlandırılmışdır. O, Yaponiyadan Avropa bağlarına çox miqdarda bitkilər gətirilmişdir. Koreya və Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10-15 m-ə çatır. Çiçəklərinin rəngi çəhrayıdan ağadək dəyişilir, ətirlidir, meyvələri sarı-qırmızıdır. Budaqları möhkəmdir. Yarpaqları sadədir. Yarpaq ayasının kənarları dişlidir.
Asiya alması
Asiya alması (lat. Malus asiatica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Dumer alması
Dumer alması (lat. Malus doumeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Qubanın ağ alması
"Qubanın ağ alması" — Azərbaycan xalq mahnısı. Mahnı məşhur müğənni Səxavət Məmmədov tərəfindən ifa olunduqdan sonra məşhurlaşmışdı. == Haqqında == Bu mahnı ilə bağlı da folklor araşdırıcıları arasında müxtəlif fikirlər mövcud olsa da, əsas iki mövqe hakimdir: Onların bir qisminin fikrincə "Qubanın ağ alması" misrasının heç də bu mahnının hansısa bir qubalı sənətkar tərəfindən deyilməsinə dəlalət etmir. Hər hansı bir azərbaycanlı el sənətkarı da ağ almanın Qubaya xüsusi şöhrət gətirməsi baxımından çıxış edib, onu öz deyiminə qafiyə kimi tərəf müqabili seçə bilərdi. İkinci fikirdə olanlar isə mahnının məhz Qubada dünyaya gəlməsi fikrinə tərəfdardırlar.Bəzi tədqiqatçıların fikrincə "Qubanın ağ alması" ilk dəfə Azərbaycan müğənnisi Cahan Talışinskayanın ifasından yazılmış və ifa edilmişdir. Qeyd edilir ki, o, bu mahnını Qubaya etdiyi qastrol səfərində eşitmişdir. Başqa bir versiyaya görə isə Cahan xanıma "Qubanın ağ alması" mahnısını akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı olan qubalı qızı Reyhan xanım oxumuşdur. == Sözləri == Qubanın ağ alması I Qubanın ağ alması, Yeməyə var alması, Yarım gələnə qalıb, Yaramın sağalması.II Qubadan alma aldım, Yarıma yola saldım. Yarım gələnə kimi, Heyva kimi saraldım. Sevirəm, yar sevirəm.
Tamkənaryarpaq Dovşan alması
Tamkənaryarpaq dovşanalması (lat. Cotoneaster integerrimus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Baltikyanı ölkələrdən Şimali Qafqaza qədər olan ərazilərdə bitir. == Botaniki təsvir == Düz dayanan, çox budaqlı, hündürlüyü 2 m-ə qədər olan, yumru çətirli, yarpağı tökülən koldur. Cavan zoğları tüklü olur, sonradan çılpaqlaşır. Yarpaqları uzunluğu 5 sm olub, enli-yumurtavari formadadır, üstü tünd yaşıl, parlaq, hamar, alt tərəfi isə bozdur. Çiçəkləri çəhrayı-ağ rənglidir, 2-4 ədəd sallaq salxımlarda yerləşir. May-iyun ayında çiçəkləyir, meyvələri avqust ayında yetişir. Meyvələri alqırmızı, diametri 1 sm-ə qədərdir. Meyvələri payızın axırına qədər ağacda qalır.
Qubanın Ağ Alması (1973)
== Məzmun == Film Qubanın məşhur ağ almalarından söhbət açır.
Qubanın ağ alması (film, 1973)
== Məzmun == Film Qubanın məşhur ağ almalarından söhbət açır.
İlon Maskın Twitter-i satın alması
ABŞ sahibkarı İlon Mask əvvəlcədən Twitter-in səhmlərinin 9,1 %-ni 2,64 milyard ABŞ dolları qarşılığında satın aldıqdan sonra 14 aprel 2022-ci ildə şirkəti tamamilə satın almaq üçün 43 milyard ABŞ dolları təklif etdi. Twitter daha sonra Maskı idarə heyətinə qatılmağa dəvət etdi. Mask bu dəvəti əvvəlcə qəbul etsə də, sonradan fikrini dəyişdi. Şirkət nəhayət aprelin 25-də Maskın 44 milyardlıq təklifini qəbul etdi. Satış 2022-ci ilin may ayından etibarən səlahiyyətlilər və səhmdarlar tərəfindən təsdiq edilməyi gözləyir. Bəzi Twitter səhmdarları bunu "bazar manipulyasiyası" adlandıraraq Maskı məhkəməyə veriblər. == Zəmin == İlon Mask bu mövzuda ilk tvitini 2010-cu ilin iyun ayında şəxsi Twitter hesabında paylaşmışdır. Bu 2017-ci ildə paylaşdığı tvitlə davam etdi. Mask 2022-ci ilin martın 24-ü paylaşdığı tvitində "söz azadlığı" mövzusuna toxundu. Bu tvit satınalmanın prosedurunun əsas mərhələsi idi.
Disney-in 21st Century Fox-u satın alması
"Disney"in "21st Century Fox"u satın alması – 20 mart 2019-cu ildə "The Walt Disney Company" şirkətinin "21st Century Fox" şirkətini 71 milyard ABŞ dolları qarşılığında satın alması. "Disney"in "Fox"u almaq istədiyi ilk dəfə 14 dekabr 2017-ci ildə anons edilmişdi. Əvvəlcə müqavilənin 52 milyard ABŞ dollarını əhatə edəcəyi bildirilsə də, bu məbləğ "Comcast" ilə yaşanan rəqabətə görə 71,3 milyard ABŞ dollarına yüksəlmişdir. "Disney" "Fox"un təxminən 13.7 milyard dollarlıq borcunu da ödəmək məcburiyyətində olmuşdur. Satınalma "Twentieth Century Fox", "Fox Searchlight Pictures", "Fox 2000 Pictures", "Fox Family" və "Fox Animation", "Twentieth Century Fox Television", "FX Productions" və "Fox21", "FX Newtorks", "National Geographic Partners", "Fox Networks Group International" və "Star India"nın, eləcə də, "Fox"un "Hulu", "Tata Sky" və "Endemol Shine Group"dakı səhmlərini də əhatə etmişdir.Bununla yanaşı, "Simpsonlar", "İks-adamlar", "Avatar", "Fantastik dördlük", "Qriffinlər" kimi mediafranşizlər də "Disney"in ixtiyarına keçmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 34.09 dəfə / 1 mln.
2002 ••••••••••• 23.98
2003 ••••••••••• 23.62
2004 ••••••••••••• 29.98
2005 •••••••••• 21.59
2006 •••••••••••••••• 35.81
2007 ••••••••••••••• 33.19
2008 •••••••••••••••••• 40.93
2009 ••••••••••••••• 33.44
2010 •••••••••••••• 31.23
2011 •••••••••••••• 32.51
2012 ••••••••••••••••• 37.26
2013 •••••••••••••••••••• 46.53
2014 ••••••••••••••• 32.95
2015 ••••••••••••••• 32.66
2016 ••••••••••••••••• 38.87
2017 •••••••••••••• 31.22
2018 •••••••••••••• 30.26
2019 ••••••••••••••• 34.36
2020 ••••••••••••••• 32.62

"alması" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alması nədir? #alması sözünün mənası #alması nə deməkdir? #alması sözünün izahı #alması sözünün yazılışı #alması necə yazılır? #alması sözünün düzgün yazılışı #alması leksik mənası #alması sözünün sinonimi #alması sözünün yaxın mənalı sözlər #alması sözünün əks mənası #alması sözünün etimologiyası #alması sözünün orfoqrafiyası #alması rusca #alması inglisça #alması fransızca #alması sözünün istifadəsi #sözlük