Terek altağızı
Terek altağızı (lat. Chondrostoma oxyrhynchum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür.
== Xarakterik morfoloji əlamətləri ==
Pulcuqları xırdadır. Alının eni azdır, quyruq gövdəsinin uzunluğu nisbətən çoxdur. Bədənin uzunluğu 25 sm-ə, kütləsi 270 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir.
== Yaşayış yeri və həyat tərzi ==
Şirin su balığı olub, dibi qumlu-daşlı olan axar sularda yaşayır. Əsasən, çayların orta hissələrində rast gəlinir.
Orta ömrün uzunluğu 4 il olub, cinsi yetkinliyə 2 yaşında çatır.