altıncı sözü azərbaycan dilində

altıncı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • altıncı • 91.9346%
  • Altıncı • 7.9611%
  • ALTINCI • 0.1043%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Altıncı
Altıncı (Çaroymaq) Altıncı (film, 2004) Altıncı (film, 1981) (rus.
Altıncı (Çaroymaq)
Altıncı (fars. التنجي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (5 ailə).
Altıncı hiss
Altıncı hiss (film, 1935) — rejissor Mikayıl Mikayılovun filmi. Altıncı hiss (film, 1999) — rejissor Nayt Şyamalanın filmi. Altıncı hiss (film, 2002) — Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edən film.
Altıncı (film, 2004)
Altıncı — qısametrajlı sənədli televiziya filmi 2004-cü ildə Lider televiziyasında istehsal edilmişdir. Film Bakıda keçirilən altıncı "Şərq-Qərb" film festivalından bəhs edir. == Məzmun == Film Bakıda keçirilən altıncı "Şərq-Qərb" film festivalından bəhs edir.
Altıncı Kuril boğazı
Altıncı Kuril boğazı — Sakit okeanda yerləşən boğaz Onekotan və Harimkotan adalarını ayırır. Boğazın eni 15 km-dir. Kuril adalarının Böyük Kuril sıralaması arasında qərarlaşır. Boğaz rus dənizçisi Pyotr Kuzmiç Krenisın şərəfinə adlandırılmışdır.
Altıncı hiss (dəqiqləşdirmə)
Altıncı hiss (film, 1935) — rejissor Mikayıl Mikayılovun filmi. Altıncı hiss (film, 1999) — rejissor Nayt Şyamalanın filmi. Altıncı hiss (film, 2002) — Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edən film.
Altıncı prospekt (Manhetten)
Altıncı prospekt (ing. Sixth Avenue; rəsmi adı Avenü Amerik (ing. Avenue of the Americas) olmasına baxmayaraq Nyu-Yorklular bu adı çox da işlətmirlər) — Nyu-York şəhəri Manhetten borosunun əhəmiyyətli yolu, burada nəqliyyat şimala və ya kənar bölgələrə hərəkət edir. Altıncı prospekt Kanal Strit küçəsindən 4 kvartal aşağıda başlayır, şimala doğru gedərək Mərkəzi Parkda bitir. Küçə Soho və Qrinviç Villic rayonların yolunu kəsərək, təxminən Çelsini Fletayron və NoMaddən ayırır, Dərzi dairəsini keçir və Midtaundan keçərək Teatr kvartalının uc hissəsində dövrə vurur. Altıncı prospektin Mərkəzi Parkın şimalından keçən hissəsi 1887-ci ildə Lenoks prospekti adlandırıldı.
Altıncı simfoniya (Motsart)
Motsartin altınci simfoniyası Volfqanq Amadey Motsart tərəfindən 1767-ci ildə (müəlifin 11 yaşı var idi) yazılmışdır. Müəlifin avtoqrafı olan əlyazma hazırda Polşanın Krakov şəhərində yerləşən Yagellon universitetinin Kitabxanasında saxlanılır.. == Tarixi və ilk ifası == 11 yaşlı Motsart simfoniyanı Vyanada yazmağa başlamış, lakin 1767-ci ilin payızında şəhərdə çişək epidemiyası tüğyan etdiyinə görə onlar ailəliklə Moraviya şəhəri olan Olomoutsa köçməyə məcbur olmuşlar. Ailə xəstəlikdən qaçsa da, balaca Motsart çiçək xəstəliyinə tutulmuşdur. Olomouts universitetinin rektoru qraf Podstatski onun müalicəsini təşkil etmiş və 2 ay sonra Motsart sağalmışdır. 30 dekabr 1767-ci ildə Brno şəhərində Zalsburq arxiyepiskopunun qardaşı qraf Şrattenbaxın təşkil etdiyi konsertdə ilk dəfə olaraq Motsartın altıncı simfoniyası səsləndirilmişdir. Bu konsertdə Motsartın bacısı, 15 yaşlı Mariya Motsart da ifaçı kimi iştirak edirdi. Yerli din xadimi öz qeydlərində yazırdı ki, şəhərin "Taverna" adı ilə məlum olan binasında Brno sakinləri üçün təşkil olunmuş musiqili konsertdə Zalsburqdan olan 11 yaşlı oğlanın və onun 15 yaşlı bacısının müxtəlif musiqi alətlərindəki ifaları ilə iştirakçıları necə heyran etdiklərinin şahidi oldum.Bu hadisə münasibətilə hazırda da hər il Brno şəhərində 11 yaşlı gənc pianoçuların müsabiqəsi təşkil olunur.. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir. Allegro, 4/4, Andante, 2/4, Menuetto və Trio 3/4, Allegro, 6/8.
Altıncı sülalə (Misir)
VI sülalə— Qədim Misirdə Qədim Padşahlıq dövrünə aid sülalə.Təxminən e.ə 2347–2216-cı illədə hakimiyyətdə olmuşlar.Bir çox tarixçilər VI sülalənin Qədim Padşahlıq(Çarlıq) dönəminin sonuncu sülaləsi olaraq qəbul edirlər.Lakin The Oxford History of Ancient Egypt VII və VII sülalələridə bu dövrə aid edir. == Ümumi məlumat == === Sülalənin ilk üzvü Teti === Sülalənin ilk üzvü Teti V sülalə hökmdarı Unisin qızı Iputla evlənmişdi.Manefonun fikrinə görə Teti öz muhafizəçiləri tərəfindən öldürülmüşdü. === I Pepi === Tetinin oğlu I Pepi Sinay yarımadası və Nubiya yürüşləri ilə tanınmışdır.Dövrümüzə çatmış yazılı məlumatlara görə I Pepiyə qarşı sui-qəsd təşkil olunsada uğurlu olmayıb.I Pepi və oğlu II Pepi Qədim Misirin ən qüdrətli fironlarından olmuşdur. == Fironlar == Manefona görə xanədanlıq 203 il hakimiyyətdə olmuşdur. Turin siyahısına görə bu müddət 181 il təşkil edir. Altıncı xanədanın məlum fironları aşağıdakı cədvəldə verilmişdir.
Altıncı Hiss (film, 1999)
Altıncı hiss (ing. The sixth sense) — amerikan filmi. == Məlumatlar == Ölkə: ABŞ İl: 1999 Rejissor: Nayt Şyamalan Rollarda: Brüs Uillis, Heyli Coel Osment, Toni Kollett, Oliviya Vilyams Bəstəkar: Ceyms Nyuton Hovard Büdcə: 40 milyon $ == Film haqqında == Bir çox rejissorlar filmin final hissəsini işin başlanğıc mərhələsində lentə alır. Amma Şyamalan final səhnəni son çəkiliş günü lentə aldı. Rejissor filmini 1973-cü ildə çəkilmiş "İblisi sürgün edən" və 1980-ci ildə lentə alınmış "Adi insanlar" filmlərinin simbiozu hesab edir. 2000-ci ildə film evdə fərdi baxış üçün ən tələb edilən film oldu. Film "Horror" janrında "Oskar" mükafatına layiq görülmüş 4 filmdən biridir. Təqribən 80 milyon tamaşaçı filmi evdə izləyib. Heyli Coel Osment Koul rolunu əldə etmiş kastinqə qalstukla gəlmiş yeganə namizəddir. Şyamalan ssenarinin ona aid hissəsini oxuyub-oxumadığını soruşanda, Heyli ssenarini üç dəfə oxuduğunu deyir.
Altıncı hiss (film, 1935)
Altıncı hiss tammetrajlı bədii filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1935-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilmdə istehsal edilmişdir. Film respublikanın neft sənayesində çalışan əmək adamlarının gündəlik işlərindən və qayğılarından bəhs edir. Filmdə əsas rolları Ələsgər Ələkbərov, İ. Daşdəmirov, Ələkbər Hüseynzadə, İsmayıl Hidayətzadə, Möhsün Sənani və S. Klimov ifa edirlər. == Məzmun == Film respublikanın neft sənayesində çalışan əmək adamlarının gündəlik işlərindən və qayğılarından bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Aleksey Kapler, İvan Tartakovski Rejissor: Mikayıl Mikayılov Operator: Fyodor Novitski Rəssam: Viktor Aden == Rollarda == Ələsgər Ələkbərov — mühəndis Heydər İ. Daşdəmirov — buruq ustasıƏləkbər Hüseynzadə — Hüseynov, böyük buruq ustasıİsmayıl HidayətzadəMöhsün Sənani S. Klimov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Altıncı hiss (film, 2002)
Altıncı hiss qısametrajlı sənədli televiziya filmi 2002-ci ildə Lider televiziyasıda ekranlaşdırılmışdır. Film Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edir. == Məzmun == Film Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edir.
Dövri sistemin altıncı periodu
6-cı period elementləri — altıncı periodda yerləşən elementlərdir. Bu periodda Lantanoidlərlə birlikdə 32 element yerləşir.
On altıncı simfoniya (Motsart)
On altıncı simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1772-ci ilin mayında yazılmış üç simfoniyadan birincisidir. O zaman gənc bəstəkarın 16 yaşı var idi. Simfoniyanın ifa müddəti 12 dəqiqədir. Bu simfoniyanın əlyazması hazırda Berlindəki "Preußischer Kulturbesitz" dövlət kitabxanasında saxlanılır. == Quruluşu == Simfoniya üç hissədən ibarətdir. Allegro maestoso, 3/4 Allegro maestoso, 2/4 Allegro, 6/8 === Birinci hissə: Allegro maestoso === === İkinci hissə: Andante grazioso === === Üçüncü hissə: Allegro === == Xarici görüntülər == Simfonija br.
On altıncı sülalə (Misir)
XVI sülalə — ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri (e.ə. XVII–XVI əsrlər). == Ümumi məlumat == XVI sülalə fironları mərkəzi Tebes şəhəri olmaqla Yuxari Misirdə hökmdarlıq edirdilər. Tədqiqatlar göstərir ki, XIII sülalədən bəri davam edən aclıq bu dövrdə də qalırdı. Bu hal ölkədə olan ağır sosial-iqtisadi vəziyyətlə bağlı idi. Bu dövrdə Misir torpaqları vahid mərkəzdə birləşdirilməmişdi. Ölkənin ayrı-ayrı bölgələrində fərqli sülalələr hakimiyyətdə idi. Ikinci aralıq dövr mərkəzi hakimiyyət uğrunda gedən müharibələrlə xarakterikdir. Böhran vəziyyəti insanların həyat şəraitinə mənfi təsir edir, ölkəni yadelli hücumlarına dayanaqsız edirdi. == Fironlar == Yevseyiyə görə XVI sülalədən olan 5 hökmdar 190 il hökmdarlıq etmişlər.
Otuz altıncı simfoniya (Motsart)
Motsartın otuz altıncı simfoniyası (Linz simfoniyası) Volfqanq Amadey Motsart tərəfindən 1783-cü ildə yolüstü Avstriyanın Linz şəhərində dayanarkən bəstələnmişdir. Simfoniyanın ilk premyerası 4 noyabr 1783-cü ildə Linz şəhərində baş tutmuşdur. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir. Simfoniyanın ifa müddəti 32 dəqiqədir. Adagio, 3/4 — Allegro spiritoso, 4/4 Poco adagio, 6/8 Menuetto, 3/4 Final (Presto), 2/4 == Tarixi == 1783-cü ilin yayında Motsart arvadı Konstanse Veber ilə birlikdə atası evinə getməyi qərara alır. Onun məqsədi həyat yoldaşı ilə atası arasındakı gərgin münasibətləri yaxşılaşdırmaq idi, amma onun bu cəhdi heç bir nəticə vermədi. Elə həmin ilin oktyabrında atasının rəftarından məyus olan bəstəkar Vyanaya qayıtmaq qərarına gəli və yolda onlar bir neçə gün Linz şəhərində qalmaq qərarına gəlirlər. Ciddi maliyyə problemləri ilə arşılaşan Motsart atasına məktublarında qeyd etdiyi kimi "hər cığırda bir simfoniya bəstələməyə məcbur olduğunu" yazırdı. Bu şəhərdə olarkən o, "Linz" adlı yeni simfoniyasını yaratdı. Tez bir zamanda bu əsər çox məşhur oldu və bu gün də ən çox səslənən simfonik əsərlərindən biri olaraq qalmaqda davam edir.
İyirmi altıncı simfoniya (Motsart)
İyirmi altıncı simfoniya Volfqanq Amadey Motsart tərəfindən 30 mart 1773-cü ildə tamamlanmışdır. == Ümumi == Simfoniya aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir: İtalyan bir uvertura üslubundadır, hissələr təkrarlanmır; Birinci hissə: tərəzinin bir açarından digərinə (məsələn, E düz majordan F minor qədər) kəskin bir ahəngdarlıq, dinamikada kəskin dəyişiklik, melodik bir mövzunun olmaması; Hissələr arasında güclü ziddiyyətlər: sürətli, mexaniki, enerjili (ilk hissə) - yavaş, kədərli (ikinci hissə) - sürətli, melodik, xoşbəxt (üçüncü hissə); == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir. Molto presto, 4/4 Andante, 2/4 Allegro, 3/8 === Birinci hissə: Molto Presto === === İkinci hissə: Andante === === Üçüncü hissə: Allegro === == Notlar və ədəbiyyat == Ноти на IMSLP Dearling, Robert: The Music of Wolfgang Amadeus Mozart: The Symphonies Associated University Presses Ltd, London 1982 ISBN 0-8386-2335-2 Kenyon, Nicholas: The Pegasus Pocket Guide to Mozart Pegasus Books, New York 2006 ISBN 1-933648-23-6 Zaslav, Neal:Mozart's Symphonies: Context, Performance Practice, Reception OUP, Oxford 1991 ISBN 0-19-816286-3 E Symphony düz böyük, K. 184 : Score və tənqidi hesabat ilə New Mozart Edition Wolfgang Amadeus Motsart: Eb KV-də Simfoniya 184. Bärenreiter Study Scores Cild 72; Bärenreiter-Verlag, Kassel 1986, 22 səh (Yeni Motsart nəşri). W. Meves: WA Motsart simfoniyaları. Kolleksiya Litolff No. 168.
Beşmərtəbəli evin altıncı mərtəbəsi (roman)
Beşmərtəbəli evin altıncı mərtəbəsi — 1974–1978-ci illərdə Azərbaycanını görkəmli yazıçısı Anar tərəfindən yazılmış roman. Yazıçı bu əsəri böyük ədib Cəlil Məmmədquluzadənin əziz xatirəsinə ithaf edərək qələmə almışdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" kitabına "Ağ liman" povesti və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı daxildir. Oxucuların diqqətini maraqla cəlb edən bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr olumuşdur. 2004-cü ildə Günel Anarqızının yazdığı "Altıncı" povesti bir növ bu iki əsərin davamı kimi görünsə də, bu mövzuları tamamilə yeni, gözlənilməz və çağdaş bucaqdan işıqlandırır. == Qısa məzmunu == Ağ liman Bu povestdə əxlaqi problemlər qaldırılır, insanın həyatda öz yerini tapa bilməsi, məzmunlu və dolğun ömür sürməsi, insanlar arasında ünsiyyət, ülfət məsələlərindən bəhs olunur. Mənəvi boşluq damğalanır. Beşmərtəbəli evin altıncı mərtəbəsi Bir növ "Ağ liman" povestinin davamı olsa da, müstəqil əsərdir. "Ağ liman"da da olan Təhminə və Zaur bu romanın mərkəzində dayanırlar. Əsərdə onların məhəbbətindən, həqiqi hissin qorunub saxlanılmasının vacibliyindən söz açılır.
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film)
Beşmərtəbəli evin altıncı mərtəbəsi — 1996-cı ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Filmin qəhrəmanları Zaurla (Elxan Cəfərov) Təhminədir (Sənubər İsgəndərli). Lakin onlar bir-birilərinə heç də vaxtında rast gəlməyiblər. Təhminə ərdədir, Zaurun ailəsi isə oğullarının evli qadınla birgə olmalarına qəti qarşıdırlar. Bütün etirazlara rəğmən onlar bir-birilərini dəlicəsinə sevirlər. Hər şeyin bir sonu olduğu kimi bu məhəbbətin də sonu vardır, lakin belə son heç Zaurun ağlına da gəlməzdi... == Film haqqında == Film Anarın eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Bu, Anarın əsərinə ikinci ekran müraciətidir. Birinci film rejissor Rasim Ocaqovun çəkdiyi "Təhminə" filmidir.
Altıncı donanmaya qarşı etiraz aksiyaları (Türkiyə)
Türkiyədə altıncı donanmaya qarşı etiraz aksiyaları – İstanbul səfəri zamanı ABŞ-nin VI Donanmasındakı əsgərlərinə qarşı edilən hərəkətlərin ümumi adıdır. 1967-1969-cu illər arasında Bəyoğluda amerikalı əsgərlərin papaqlarını götürmək, üzərinə qırmızı boya atmaq, formalarını ülgüclə doğramaq və ya küncə sıxışdırıb döyməklə başlayan anti-imperialist hərəkətlər, əsgərlərin dənizə atılmasına qədər davam etmişdir. Kipr problemində ABŞ-nin mövqeyi, Vyetnam müharibəsi, ABŞ-nin Yaxın Şərqdə israilyönlü mövqeyi və Ərəb-İsrail müharibələri, ABŞ əsgərləri üçün fahişəxanaların rənglənməsi 1960-cı illərin gənclərini ABŞ əleyhinə mövqe tutmağa vadar etmişdir. ABŞ-nin Aralıq dənizindəki gücü olan VI Donanma gənclərin aksiyalarının hədəflərindən birinə çevrilmişdir. Bu nümayişlər 1967-ci ilin iyununda İstanbulda başlanmış və zaman-zaman təkrarlanmışdır. Bunlara cavab olaraq Mehmet Şevket Eygi kimi yazıçıların təhriki, Kommunizmlə Mübarizə Dərnəyi və Milli Türk Tələbələr Birliyinin rəhbərliyi altında 1969-cu il fevralın 16-da “Qanlı bazar günü” kimi tanınan hücum baş vermişdir. Tarixçi Feroz Əhməd bu hadisə zamanı sağçı təşkilatlardan danışarkən onları “mütəşəkkil faşist zorakılığının nümunəsi” kimi təsvir etmişdir.
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Beşmərtəbəli evin altıncı mərtəbəsi — 1996-cı ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Filmin qəhrəmanları Zaurla (Elxan Cəfərov) Təhminədir (Sənubər İsgəndərli). Lakin onlar bir-birilərinə heç də vaxtında rast gəlməyiblər. Təhminə ərdədir, Zaurun ailəsi isə oğullarının evli qadınla birgə olmalarına qəti qarşıdırlar. Bütün etirazlara rəğmən onlar bir-birilərini dəlicəsinə sevirlər. Hər şeyin bir sonu olduğu kimi bu məhəbbətin də sonu vardır, lakin belə son heç Zaurun ağlına da gəlməzdi... == Film haqqında == Film Anarın eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Bu, Anarın əsərinə ikinci ekran müraciətidir. Birinci film rejissor Rasim Ocaqovun çəkdiyi "Təhminə" filmidir.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatı
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatı — İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) son belə hesabatı. Əvvəlkidən yeddi il sonra dərc edilir. Əvvəlki beşinci qiymətləndirmə hesabatı 2013–2014-cü illərdə dərc edilir. Altıncı qiymətləndirmə dövrü 2015-ci ildə iqlim dəyişikliyi üzrə Paris Sazişinin qəbulundan sonra ilk hesabat seriyası idi. Hesabata 67 ölkədən 270-dən çox alim öz töhfəsini verib. Готовился он с 2016 года, должен быть полностью закончен в 2022-м (с публикацией обобщающего доклада). O 2016-cı ildən hazırlanır və 2022-ci ildə tam başa çatdırılmalıdır (ümumi hesabatın dərci ilə). 2018-ci ilin əvvəlində İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel "Qlobal istiləşmə 1,5 °C" adlı xüsusi hesabat dərc etmişdi ki, burada planet artıq 1°C-lik qlobal istiləşmədən əziyyət çəkir və niyə istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq lazımdır. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatına görə, dünya artıq ekstremal iqlim dəyişikliyindən qaçmaq iqtidarında deyil: 2020-ci illərdə karbon qazı və digər istixana qazları emissiyalarında əhəmiyyətli azalmalar baş vermədikdə qlobal istiləşmə 1,5 °C və 2°C-dən çox olacaq. == Məzmun == Qeyd edildiyi kimi, 2021-ci ildə "Niyə və nə baş verir?" sualına cavab verən iqlim dəyişikliyinin fiziki əsaslarına dair bir cild nəşr olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 20.73 dəfə / 1 mln.
2002 ••••• 13.70
2003 ••••••••• 26.38
2004 •••••• 18.19
2005 ••••••• 20.24
2006 ••••••••••••• 37.39
2007 ••••••••••• 31.71
2008 •••••••••••••••••••• 61.88
2009 •••••••••••••• 40.80
2010 ••••••••• 25.05
2011 •••••••• 24.54
2012 •••••• 17.98
2013 •••• 10.36
2014 •••• 12.01
2015 ••• 7.14
2016 •••• 9.54
2017 ••• 8.13
2018 •••• 10.79
2019 ••• 8.62
2020 •••••••• 22.41

altıncı sözünün leksik mənası və izahı

  • 1 sıra s. Sıra ilə beşincidən sonra gələn ədəd. Altıncı sinif. Altıncı sıra. Həftənin altıncı günü (şənbə). – Nəriman ilk cərgədən altıncı adam idi. Qabaqda dayanmağından məmnun idi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / altıncı

altıncı sözünün rus dilinə tərcüməsi

altıncı sözünün inglis dilinə tərcüməsi

altıncı sözünün fransız dilinə tərcüməsi

altıncı sözünün ləzgi dilinə tərcüməsi

"altıncı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#altıncı nədir? #altıncı sözünün mənası #altıncı nə deməkdir? #altıncı sözünün izahı #altıncı sözünün yazılışı #altıncı necə yazılır? #altıncı sözünün düzgün yazılışı #altıncı leksik mənası #altıncı sözünün sinonimi #altıncı sözünün yaxın mənalı sözlər #altıncı sözünün əks mənası #altıncı sözünün etimologiyası #altıncı sözünün orfoqrafiyası #altıncı rusca #altıncı inglisça #altıncı fransızca #altıncı sözünün istifadəsi #sözlük