Alun sözü azərbaycan dilində

Alun

Yazılış

  • Alun • 83.3333%
  • alun • 8.3333%
  • ALUN • 8.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alund
Alund — korundun süni növ müxtəlifliyi; yüksək keyfiyyətli boksitlərin və ya digər gil-torpaqla (alüminium 4-oksid) zəngin süxurların elektrik qaynağı yolu ilə əriməsi nəticəsində alınır. Təbii korundlardan bir sıra üstünlükləri (iridənəliyi, təmizliyi və b.) ilə fərqlənən alund, abraziv material kimi geniş istifadə olunur. Alund həmçinin yüksək odadavamlı (2000° C-dək) və turşuyadavamlı məmulatların (kərpic, tiql və b.) hazırlanmasında istifadə olunur. Sinonim: Elektrokorund. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Aluni
Aluni— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Xanmirzə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 481 ailədən ibarət idi.
Alunit
Alunit — Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – sarımtıl, qırmızımtıl çalarlı ağ, boz, qəhvəyi, qonur, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – yarımşəffaf, şəffaf; Sıxlıq – 2,7-2,8; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı, tikanlı ; Başqa xassələr: kəskin ifadə olunmuş piroelektrik xassələri; Morfologiya – kristallar: nadir rast gələn kiçik ölçülü psevdokubik, lövhəvari, romboedrik; Mineral aqreqatları: sıx xırda dənəli, ovuntulu giləoxşar torpaqvari kütlələr, badamvari əmələgəlmələr. == Mənşəyi və yayılması == Turş və orta tərkibli vulkanitlərin sulfat turşusunun təsiri ilə metasomatik dəyişilməsi prosesində əmələ gəlir. Solfatarların təsirinə məruz qalmış süxurlarda daha intensiv təzahür edir. Mineralın iri kütlələri törəmə kvarsitlər içərisində yerləşir. Hidrotermal — metasomatik dəyişilmiş damaryanı süxurlarda da rast gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında və H2SO4 ilə zəngin olan aşınma qabıqlarında da müşahidə olunur. Alunitin çökmə süxurlarda — gillərdə, əhəngdaşlarında və s. əmələ gəlməsi onlarda olan piritin oksidləşməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, kaolinit, halluazit, hidrargillit, gips və s.
Alunitdağ
Alunitdağ — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbə bir müddət "85-ci sahə" adlanmışdır. 1958-ci ildən Alunitdağ mədəni yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Toponim elmi ədəbiyyatda "alunit" (mineral adı) və "dağ" sözlərinin birləşməsi kimi izah olunur. Bəzi türkdilli xalqların toponimiyasında alin/alun və it — dağın cənub tərəfi, cənub ətəyi deməkdir. Qəsəbənin coğrafi mövqeyi onun "dağın cənub ətəyi" mənasında olduğunu bir daha sübut edir. == Tarixi == === Tarixi abidələri === Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Qəsəbə Qaflanqala silsiləsinin cənub ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Qəsəbədə Alunitdağ qəsəbə kitabxanası, Alunitdağ qəsəbə klubu fəaliyyət göstərir. == Təhsil == Qəsəbədə Daşkəsən rayon Alunitdağ qəsəbə R.Qafarov adına tam orta məktəb fəaliyyət göstərir.
Alunogen
Alunogen — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Ferrialunogen – tektitsit. == Xassələri == Rəng – ağ, qatışıqlardan asılı olaraq – sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ipəyi, sədəfi; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 1,77-1,78; Sərtlik – 1-2; Ayrılma – {010} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – kəskin turş dadlıdır; suda həll olur; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; kiçik ölçülü prizmatik, lövhəvari; Mineral aqreqatları: incəlifli, böyrək-, salxım- və pulcuqvarı, sıx dənəvər, tozaox-şar kütlələr, qabıqlar, nazik qaysaqlar. == Mənşəyi və yayılması == Sulfat turşusu məhlullarının alüminium saxlayan minerallara təsiri nəticəsində kömürlü çöküntülərdə, gil şistlərində, argillitlərdə əmələ gəlir. Çox vaxt sulfid yataqlarının oksidləşmə zonasında rast gəlir. Vulkan fəaliyyətinin təzahür etdiyi rayonlarda fumarol və solfatar çöküntülərində qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pirit, markazit, melanterit, epsomit, halotrixit, qoslarit və b. Mineralın tapıldığı yerlər: Vezuvi vulkanı, Possuoli solfatarları (İtaliya); Kollosoruk (Çexiya); Ekvador; Cənubi Avstraliya şt. (Avstraliya).
Zəylik alunit yatağı
Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri ola­raq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqla­rından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur. Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematit və flüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqa­larına rast gəlinir. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2008 ••••••••••••••• 0.24
2009 ••••••••••••••••••• 0.32
2012 ••••••••••• 0.17

"alun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alun nədir? #alun sözünün mənası #alun nə deməkdir? #alun sözünün izahı #alun sözünün yazılışı #alun necə yazılır? #alun sözünün düzgün yazılışı #alun leksik mənası #alun sözünün sinonimi #alun sözünün yaxın mənalı sözlər #alun sözünün əks mənası #alun sözünün etimologiyası #alun sözünün orfoqrafiyası #alun rusca #alun inglisça #alun fransızca #alun sözünün istifadəsi #sözlük