* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Alçaq etmək, boyunu qısaltmaq, hündürlüyünü azaltmaq; gödəltmək. Hasarı alçaltmaq. Pəncərə yerini alçaltmaq. Stolun qıçlarını alçaltmaq. Damı alçaltmaq. 2. məc. Birinin vəzifəsini, rütbəsini aşağı salmaq, daha aşağı vəzifəyə keçirmək. Vəzifəsini alçaltmaq. Qulluğunu alçaltmaq. 3. məc. Hörmətdən salmaq, heysiyyətini, mənliyini təhqir etmək. Özünü alçaltmaq. – “Aydın”, “Oqtay Eloğlu” (pyesləri) … insanı alçaldan, məğrur qəhrəmanları bir heç dərəcəsinə endirən, təmiz və pak məhəbbətləri pozub solduran mühitin çəngindən qurtarmaq yolunu göstərə bilərdi. M.İbrahimov. Əgər sən varsansa… Keçib özündən; Özünü bu qədər alçaltmaq nədir? B.Vahabzadə. Sən sözü alçaltdın özündən əvvəl; Alçaltdın bir ağız afərin üçün. M.Araz. 4. Pisləşdirmək, xarablaşdırmaq, aşağı salmaq. Məhsulun keyfiyyətini alçaltmaq. 5. Azaltmaq, aşağı salmaq, zəiflətmək. Səsini alçaltmaq. Tonu alçaltmaq. – Cavahir sanki qızının [Ağcanın] eşidəcəyindən ehtiyat edərək səsini alçaltdı. İ.Məlikzadə.
Azərbaycan dilinin izahlı lüğəti / alçaltmaq1 ALÇALTMAQ – QALDIRMAQ Qızın təmiz və pak məhəbbətini alçaltdılar (“Ulduz”); Onun təhqir olunmasına yol vermədilər, mənliyini qaldırdılar. ALÇALTMAQ – UCALTMAQ Əli bəy, alçaldar cinayət bizi; Bir bax əllərinə, yaraşarmı qan? (S.Vurğun); Rüstəm dayı, sən ki məni belə ucaltdın, sağ ol, öl desən öləcəyəm, qal desən qalacağam (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / alçaltmaq1 1. снизить, понижать, понизить, опускать, опустить; 2. унижать, унизить, умалять, умалить;
Azərbaycanca-rusca lüğət / alçaltmaq2 глаг. 1. kimi унижать, унизить кого. Özünü alçaltmaq унижать себя 2. nəyi умалять, умалить. Nəyinsə əhəmiyyətini alçaltmaq умалить значение чего-нибудь 3. nəyi уменьшать, уменьшить звук чего 4. понижать, понизить, снижать, снизить. Keyfiyyətini alçaltmaq снизить качество
Azərbaycanca-rusca lüğət / alçaltmaq1 f. to lower (d.), to abase (d.), to humiliate (d.); özünü ~ to lower / to abase oneself; səsini ~ to lower one’s voice; tavanı ~ to lower the ceilings; bir kəsin vüqarını ~ to humiliate smb.’s pride; özünü ~ to lower oneself
Azərbaycanca-ingiliscə lüğət / alçaltmaq1 f. 1) abaisser vt ; diminuer vt ; réduire vt ; rabattre vt (azaltmaq, əskiltmək) ; diminuer vt (azaltmaq) ; amoindrir vt, rapetesser vt (kiçiltmək) ; 2) humilier vt (alçaltmaq, təhqir etmək)
Azərbaycanca-fransızca lüğət / alçaltmaq1 гл. 1. аскӀан авун, аскӀанарун; hasarı alçaltmaq пару аскӀанарун; 2. пер. везифа агъуз авун, агъузун; 3. пер. алчахарун, гьуьрметдай авудун, аскӀанарун, усаларун; 4. усаларун, агъузун, писарун (мес. магьсулдин ери); 5. агъуз авун, агъузун, тӀимиларун; səsini alçaltmaq ван агъузун.
Azərbaycanca-ləzgicə lüğəti / alçaltmaq