* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2011 | •••••••••••••••••••• | 0.09 |
1 sif. Boyu alçaq, bəstəboy. Kərbəlayı Qulu alçaqboylu bir kişi idi. Onun qızarmış burnu nazik bığlarının ortasına dik uzanmışdı… Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / alçaqboy1 ALÇAQBOY(LU) (boyca alçaq olan) Direktor alçaqboylu, arıq kişiydi (X.Hasilova); ALÇAQ Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır, amma men alçaq adamam (C.Məmmədquluzadə); BƏSTƏBOY(LU) Həm də bəstəboylu, qara qıvnm saçlı Səkinəni yadına saldı, sanki qızın surəti gəlib gözünün qabağında durdu (M.İbrahimov); GÖDƏKBOY(LU) Kürəkənlə küsülü olan gödəkboy, sarıbəniz, göygöz, saçı pırtdaşıq arvad qızının ayağının altına daş qoyub danladı (Ə.Vəliyev); QISABOY(LU) Ə gözün kor ha deyil, bax odur dayna! – deyə [qara oğlan] sağ qolunu havada oynatdı, kooperativ dükanının eşik divarına söykənmiş qısaboylu... qoca bir kişini göstərdi (M.Hüseyn); GÖDƏK (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / alçaqboy1 ALÇAQBOY – HÜNDÜRBOY Kərbəlayı Qulu alçaqboylu bir kişi idi (Çəmənzəminli); Baba keşiş hündürboy, enlikürək, şumal bir adam idi (Elçin).
Azərbaycan dilinin antonimlər lüğəti / alçaqboy1 I прил. малорослый, приземистый, низкорослый. Alçaqboy adam низкорослый человек II сущ. карлик
Azərbaycanca-rusca lüğət / alçaqboy