alıcı sözü azərbaycan dilində

alıcı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • alıcı • 81.6869%
  • Alıcı • 18.0801%
  • ALICI • 0.2330%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alıcı bazarı
Alıcı bazarı – cari qiymətlər şəraitində əmtəə və xidmətlərin izafi təklifi mövcud olan və qiymətlərin düşməsi ilə nəticələnən qısamüddətli bazar situasiyası. Təklifin tələbi üstələməsi alıcıların sövdələr zamanı öz şərtlərini satıcılara qəbul etdirmələrini təmin edir. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində 1950-ci illərdən başlayaraq əmtəə təklifi artan tələbi üstələdiyi üçün satıcı bazarı Alıcı bazarına çevrilmiş və marketinq kommersiya fəaliyyəti sırasına qatılmışdır.Həmçinin Alıcı bazarı zamanı bazarda güclü rəqabət hökm sürür.İstehsalçıların çox,istehlakçıların az olması istehsal olunandan daha az əmtəə və xidmətin satışını yaradır ki,bura da rəqabət mexanizmi üçün ən əlverişli şərtlərdən yaranır.Həmçinin Alıcı bazarı əsasən inhisarın olmadığı bir səviyyədə müşahidə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 316. ISBN 978-9952-441-02-4.
Yel alıcı
Yel alıcı (fars. بادگیر‎ bâdgir: bâd "yel" + gir "alıcı","alan "ərəb. ملقف ‎malqaf və ya بارجيل barjeel) — binalarda təbii ventilyasiya yaratmaq üçün ənənəvi İran memarlıq elementlərindən biri.
Şəxsi alıcı (film, 2016)
Şəxsi alıcı (ing. - Personal shopper) - 2016-cı il istehsalı olan psixoloji gerilim-dram filmi. Parisdə bir məşhur üçün alış-veriş edən və ölən əkiz qardaşı ilə əlaqə qurmaq istəyən amerikan bir kadının başına glənlərdən bəhs edən film.
Alıcılıq qabiliyyəti
Alıcılıq qabiliyyəti (ing. purchasing power, rus. покупательная способность) valyutanın bir ədədinə alına bilən malların/xidmətlərin sayı. Misal üçün, əgər siz cibinizdə bir dollar ilə 1950-ci ildə mağazaya getsəydiniz, daha çox ala bilərdiniz, nəinki bu gün. Deməli, 1950-ci ildə bir dolların alıcılıq qabiliyyəti daha yüksək idi. Valyuta geniş mənada həm əmtəə pulu (qızıl, gümüş) həm də fiat pulu (ABŞ dolları) ola bilər. Adam Smit qeyd etdiyi kimi, pula sahib olmaq başqaların əməyini idarə etmək deməkdir. Ona görə də alıcılıq qabiliyyəti bir tərəfdən öz əməyi pula satmaq istəyən digər insanların üzərində hakimiyyət deməkdir. Əgər gəlir dəyişməz qalırsa, amma qiymətlər qalxır, onda b gəlirin alıcılıq qabiliyyəti düşür. İnflasiya baş verəndə birin pul gəlirin alıcılıq qabiliyyəti düşməyə də bilər, əgər qiymət dərəcəsindən daha tez artıra bilər.
Alıcılıq qabiliyyəti pariteti
Alıcılıq qabiliyyəti pariteti (AQP) — valyuta məzənnələrini müəyyənləşdirən nəzəriyyə. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə uyğun olaraq, əmtəənin bir ölkədəki qiyməti həmin əmtəənin cari kursla hesablanan digər ölkədəki qiymətinə müvafiq olmalıdır, yəni eyni bir əmtəə səbəti müxtəlif ölkələrdə eyni qiymətdə olmalıdır.İnflyasiyanın müxtəlif templəri valyuta məzənnələrinin iki cür dəyişməsinə səbəb olur. Birinci hal ixrac və idxal qiymətləri nisbətinin dəyişdirilməsi nəticəsində meydana çıxan effektə aiddir. Bir ölkədə buraxılan nemətin qiyməti başqa bir ölkədə buraxılan həmin nemətin qiyməti ilə müqayisədə qalxdıqda, həmin nemətin alıcıları bir neməti başqası ilə əvəz etməyə cəhd göstərir, bu isə valyutaya olan tələbi azaldır. İnflyasiya templəri fərqlərinə cavab olaraq valyuta məzənnələrinin dəyişilməsini meydana çıxaran ikinci hal valyuta məzənnələrinin gözlənilən dəyişilməsinə yönələn möhtəkirliklə bağlıdır. Belə ki, bir ölkədə qiymət digər ölkədəki qiymətlərlə müqayisədə qalxdıqda, xarici valyuta portfeli saxlayanlar və möhtəkirlər valyutaların qiymətinin enəcəyini, yəni onun alıcılıq qabiliyyətinin düşəcəyini gözləyərək onlardan xilas olmağa çalışır və bununla da həmin valyutanın devalvasiyasına səbəb olurlar. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi inflyasiyanın fərqli templərinin valyuta məzənnələrində bir-birini əvəzləyən dəyişilmələrə səbəb olacağını qabaqcadan göstərir. Valyuta məzənnələrində baş verən dəyişikliklərin öz-özlüyündə müxtəlif inflyasiya templərini yaratmaması halı da mümkündür. Belə ki, tələb qiymətə görə elastik deyildirsə, bu halda valyuta məzənnəsinin devalvasiyası daxili inflyasiyanın artmasına gətirib çıxara bilər.
Alıcının sərgüzəşti (film, 1976)
Alıcının sərgüzəşti qısametrajlı bədii süjeti rejissor Əbdül Mahmudov tərəfindən 1976-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə "təşkil elə, öz adamımızdır" anlayışı tənqid olunur. Rolları Bahadur Əliyev, Ramiz Əzizbəyli, Şəmsi Şəmsizadə və Gümrah Rəhimov ifa edirlər. == Məzmunu == Filmdə "təşkil elə, öz adamımızdır" anlayışı tənqid olunur.
Dallaslı alıcılar klubu (film, 2013)
Dallaslı alıcılar klubu (ing. Dallas Buyers Club) — Ron Vudrufun həyatı barədə çəkilmiş film.
Dallaslı alıcılar klubu
Dallaslı alıcılar klubu (ing. Dallas Buyers Club) — Ron Vudrufun həyatı barədə çəkilmiş film.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.92 dəfə / 1 mln.
2002 ••••••••••• 6.85
2003 ••••••• 4.33
2004 •••••••• 4.72
2005 ••• 1.35
2006 •••••••••••••••••••• 12.39
2007 •••••••••••• 7.19
2008 •••••••••••••• 8.77
2009 •••••••••• 6.24
2010 •••••••••••••• 8.99
2011 ••••••••••••••• 9.35
2012 •••••••••••• 7.49
2013 •••••••••••••••••••• 12.98
2014 •••••••••••••••••• 11.15
2015 ••••••••• 5.61
2016 ••••••••••• 6.77
2017 ••••••••••• 6.50
2018 ••••••••••••••••••• 11.84
2019 ••••••••• 5.70
2020 ••••• 2.78

alıcı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Yırtıcı, ovçu (quşlar haqqında). Yolun ortasına bir nal qırığı düşmüşdü. Kiçikbəyim uzaqdan bunu gördü, çapa-çapa yaxınlaşdıqda, alıcı quş sürəti ilə enib, nalı qaldırdı. Çəmənzəminli. Onun baxışları alıcı tərlan baxışları kimi kəskindir. S.Vurğun. 2. məc. İtigörən, cəld, sayıq. [Qayıqçı] arabir alıcı gözlərini sahilə dikib bir şey axtarırmış kimi baxırdı. A.Şaiq. Silahlı qardaşım, sərhəd boyunca; Alıcı gözlərin qızılquş olsun! S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / alıcı
  • 2 1. is. Müştəri, mal alan, şey alan. Bu malın alıcısı yoxdur. Alıcılara mədəni xidmət. Alıcıların tələbatını nəzərdə tutmaq. – Satıcılar tərifləyir, alıcılar müştəri gözü ilə bir çox nöqsanlar tapır və pisləyirdilər. S.Rəhimov. 2. sif. və is. Təhvil verilən məhsulu, malı və s.-ni qəbul edib, əvəzində pul və kağız (qəbz) verən. [Zərbəçi qadınlar] pambığın qurusunu alıcı məntəqəsinə təhvil verirdilər. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / alıcı

alıcı sözünün sinonimləri (yaxın mənalı sözlər)

alıcı sözünün antonimləri (əks mənalı sözlər)

alıcı sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ALICI I is. Müştəri, mal alan. Alıcı tək-tək idi, hamısı şey satırdı (B.Azəroğlu). ALICI II is. məh. Qov. Alıcıya su dəyif, yanmer (“Dialektoloji lüğət”). ALICI III sif. Yırtıcı, ovçu (quş); cəld, sayıq. Onun baxışları alıcı tərlan baxışları kimi kəskindir (S.Vurğun).

    Azərbaycan dilinin omonimlər lüğəti / alıcı

alıcı sözünün rus dilinə tərcüməsi

  • 1 покупатель, скупщик, закупщик

    Azərbaycanca-rusca lüğət / alıcı
  • 2 1 прил. 1. ловчий 2. перен. быстрый, с острым зрением ◊ alıcı quş kimi как ловчая птица 2 I сущ. 1. покупатель, покупательница. Alıcılara xidmət mədəniyyatini yüksəltmək повышать культуру обслуживания покупателей 2. закупщик, закупщица 3. скупщик, скупщица II прил. 1. приёмный, сборочный. Alıcı məntəqə приёмный пункт, сборочный пункт 2. покупательский. Alıcı tələbatı покупательский спрос

    Azərbaycanca-rusca lüğət / alıcı

alıcı sözünün inglis dilinə tərcüməsi

alıcı sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) acheteu||r m,-se f ; client m (müştəri) ; acquéreur m ; preneur m (mal alan, şey alan) ; réceptionniste m ; de réception ; 2) adj məc. adroit,-e ; habile

    Azərbaycanca-fransızca lüğət / alıcı

alıcı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. сущ. муьштери, мал (шей) къачудайди; 2. сущ., прил. тегьвил гайи магьсул, мал ва мс. кьабулна адан эвезда пул ва я къебз (кагъаз) гудай(ди).

    Azərbaycanca-ləzgicə lüğəti / alıcı
  • 2 прил. 1. вагьши, ничхир, кьадай (къушарин гьакъинда); alıcı quş вагьши къуш, ничхир; 2. пер. уях, хциз аквадай, хци (мес. вилер).

    Azərbaycanca-ləzgicə lüğəti / alıcı

alıcı sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Yırtıcı, ovçu (quş haqqında). (“Koroğlu” dastanının lüğəti) Oturmuşdum mən xan kimi, Göz yaşım axdı qan kimi. Bir alıcı tərlan kimi Sür atını bu meydana!                     (“Koroğlunun Qars səfəri”) (“Koroğlu-Hümmət”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qazax, Şəmkir) qov. – Alıcıya su dəyif yanmer (Qazax)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"alıcı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#alıcı nədir? #alıcı sözünün mənası #alıcı nə deməkdir? #alıcı sözünün izahı #alıcı sözünün yazılışı #alıcı necə yazılır? #alıcı sözünün düzgün yazılışı #alıcı leksik mənası #alıcı sözünün sinonimi #alıcı sözünün yaxın mənalı sözlər #alıcı sözünün əks mənası #alıcı sözünün etimologiyası #alıcı sözünün orfoqrafiyası #alıcı rusca #alıcı inglisça #alıcı fransızca #alıcı sözünün istifadəsi #sözlük