Amanov sözü azərbaycan dilində

Amanov

Yazılış

  • Amanov • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mail Amanov
Mail Vəli oğlu Amanov (1938, Nüvədi, Meğri rayonu – 2007) — professor, Azərbaycan Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru. == Həyatı == Mail Amanov 15 iyun 1938-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Megri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Meyvəçilik, Tərəvəzçilik və Üzümçülük» fakültəsinə qəbul olunmuşdur. İnstitutu müvəffəqiyyətlə başa vuraraq öz doğma kəndi olan Nüvədi «Qırmızı Sərhəd» kolxozunda 1960-cı ildən əmək fəaliyyətinə başlamışdır. 1963-cü ilin sentyabr ayında Bakı şəhərində Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1964-1979-cu illərdə Nüvədi kənd «Qırmızı Sərhəd» kolxozunun idarə heyətinin sədri vəzifəsində işləmişdir. 1969-cu ilin may ayında İrəvan Kənd Təsərrüfatı İnstitutunda Üzümçülük ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1975-1980-ci illərdə partiya komitəsinin katibi, 1985-ci ildən 1991-ci ilə qədər Nüvədi kənd Kolxozu İdarə Heyətinin sədri olmuşdur. 1985-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə «Şərəf Nişanı» ordeni ilə təltif edilmişdir. 1985-ci ildə Ermənistan Ali Sovetinin deputatı seçilmişdir.
Ramal Amanov
Ramal Amanov (tam adı: Ramal Rəsul oğlu Amanov) — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. == Karyerası == 2005 Dünya Həvəskar Boks Çempionatında, Amanov yüngül çəkidə gümüş medal qazanıb, yarımfinalda İtaliya Domeniko Valentinosunu məğlub edib, Kubalı Yordenis Yuqasa udaraq, finala yüksəlib. Qızıl medal qazanıb.2006-ci ildə Amanov "Ənvər Çoudri" Kubokunda qızıl medal qazanıb, final görüşündə Türkiyə idmançı Aydın Səlçuku məğlub edib.2007-cu il Dünya Çempionatında o, Daudanı məğlub edib, lakin son nəticədə Frenki Gevinə məğlub olub. Gümüş medalla kifayətlənib.2008 ci ildə İtaliyada birinci Avropa oyunlarında Georgian Popescunu məğlub edib, yarım finalda Miklos Vargaya məğlub olmuşdur. Bürünc medal qazanıb.
Əhməd Amanov
Əhməd Tahir oğlu Amanov (4 sentyabr 1994, Salahlı, Yevlax rayonu – 28 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əhməd Amanov 4 sentyabr 1994-cü ildə Yevlax rayonunun Salahlı kəndində anadan olmuşdur. 2000-2009-cu illərdə Salahlı kənd B. Alıyev adına tam orta məktəbdə orta təhsil almışdır. Anası xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə, Əhməd 2009-cu ildə 9-cu sinifdə olarkən təhsilini dayandırmışdır. Ailəli idi. 1 yaşında olan Tahir adlı bir oğlu yadigar qaldı. == Hərbi xidməti == 1 oktyabr 2012-ci ildə Horadiz şəhərində kəşfiyyatçı çavuş olaraq xidmət etmişdir. 2014-cü ildə xidmətini başa vurduqdan sonra bir müddət Hərbiləşdirilmiş Mühafizə Dəstəsində (HMD) işləmişdir. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Əhməd Gəncədə yerləşən "N" saylı hərbi hissədə tankçı, baş mexanik, sürücü olaraq xidmət etmişdir. Sonra isə Mingəçevirdə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
Elnur Amanov
Elnur Amanov (13 iyul 1977) — Azərbaycanı təmsil edən taekvondoçu və məşqçi. == Həyatı == Elnur Sait oğlu Amanov 1977-ci il iyulun 13-də anadan olub. == Karyerası == Elnur Amanov 2002-ci ildə Samsun şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. 2004-cü ildə Lillehammer şəhərində (Norveç), 2005-ci ildə isə Riqa şəhərində (Latviya) Avropa Çempionatlarının final görüşündə məğlub olan Elnur Amanov 2008-ci ildə Roma şəhərində (İtaliya) Avropa Çempionatının qalibi oldu. Karyerasını başa vurandan sonra məşqçi olaraq çalışan Elnur Amanov 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 2016-cı ildə isə "Şöhrət" ordeni ilə təltif edildi.
Almaz Amanova
Almaz Hüseyn qızı Amanova (28 noyabr 1965, Sumqayıt) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Almaz Hüseyn qızı Amanova 29 noyabr 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq fəaliyyətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Sumqayıt Teatrında silsilə rollar oynayıb. Pişik ("Öz xoşuna yaşayan pişik" R. Kiplinq), Saimət ("Varlı ev" G. Xuqayev), Gülçöhrə ("Arşın mal alan" Ü. Hacıbəyov), Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəlişah" M. F. Axundov) və s. Almaz Amanova 1999-cu ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Onun teatrın səhnəsində oynadığı rollar bunlardır. İkinci qız ("Sokratı anma gecəsi" Ç. Aytmatov), Şiranə ("Burlaxatun" N. Xəzri), Rəqqasə ("Aydın" C. Cabbarlı), Şəmsi ("Ədirnə Fəthi" C. Cabbarlı), Zulya ("Bu dünyanın adamları" Hidayət), Siyan Şi ("Özümüzü kəsən qılınc" B. Vahabzadə), Arikiya ("Fedra" J. Rasin), Fizzə ("Dirilən adam" Mir Cəlal), Müxalifətçi qız ("Hərənin öz payı" H. Qoca), Brüsselli qadın ("Brüsseldən məktublar" H. Həsənov), Səltənət bəyim ("Hökmdar və qızı" İ. Əfəndiyev), Güləndam ("Ölüləri qəbiristanlıqda basdırın" İ. Şıxlı), Həyat ("İkinci səs" B. Vahabzadə), qisasçı qadın ("Generalın son əmri", Vaqif Səmədoğlu), Zəhra ("Vəsiyyət", Hüseynbala Mirələmov). Almaz Amanova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Solmaz Amanova
Solmaz Amanova (24.2.1956, Qaraçala kənd, Salyan rayonu, Azərbaycan SSR) — Azərbaycan yazıçısı. == Həyatı == Solmaz Bayramqulu qızı Amanova 24 fevral 1956-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olmuşdur. O, M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunun əmək və rəsmxət fakültəsində, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Salyan rayon Komsomol Komitəsində katib, Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun kitabxanasında kitabxanaçı, metodist, institutun Siyasi-maarif kabinetinin müdiri, Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Azərbaycan Dövlət Tibb Universitetinin rus dili kafedrasında müəllim işləmişdir. 2006-cı ilin dekabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodiki Mərkəzində Səbail-Yasamal-Qaradağ bölməsinə ibtidai siniflər üzrə metodist vəzifəsinə, 2012-ci ilin may ayında Metodik Mərkəzin Multimedia bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərən Solmaz Amanova əsərlərini Azərbaycan və rus dilində yazır. İlk qələm təcrübələri XX əsrin 70-ci illərində "Ulduz" jurnalında işıq üzü görmüşdür. Dövri mətbuatda şeir, hekayə, elmi-kütləvi məqalələrlə çıxış edir. Onun yazdığı "İnsan iz qoyur", "İrs" əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına və adət-ənənələrimizə bağlılığı ilə seçilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.72 dəfə / 1 mln.
2003 •••• 1.97
2004 •• 0.67
2005 •••••••••••••••••••• 10.12
2006 ••••••••• 4.28
2007 •••• 1.90
2008 •••••••••• 4.87
2009 •••••••• 3.84
2010 ••••• 2.27
2011 •••••• 3.00
2012 ••• 1.29
2013 ••• 1.46
2014 •• 0.86
2015 •• 0.68
2016 •• 0.52
2017 0.16
2018 0.30

Oxşar sözlər

#amanov nədir? #amanov sözünün mənası #amanov nə deməkdir? #amanov sözünün izahı #amanov sözünün yazılışı #amanov necə yazılır? #amanov sözünün düzgün yazılışı #amanov leksik mənası #amanov sözünün sinonimi #amanov sözünün yaxın mənalı sözlər #amanov sözünün əks mənası #amanov sözünün etimologiyası #amanov sözünün orfoqrafiyası #amanov rusca #amanov inglisça #amanov fransızca #amanov sözünün istifadəsi #sözlük