Amasiya sözü azərbaycan dilində

Amasiya

Yazılış

  • Amasiya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amasiya
Amasiya (kənd) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Amasiya (Ağbaba) — Amasiya rayonununda kənd və eyni adlı rayonun mərkəzi. Amasiya rayonu — Qərbi Azərbaycannın (indiki Ermənistan) Ağbaba mahalı ərazisində rayon. Amasya ili — Türkiyədə il. Qara dəniz regionunda yerləşir. Amasya — Qaradəniz Bölgəsində Türkiyənin Amasya ilinin inzibati mərkəzi. Amasya sülh müqaviləsi — Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında sülh müqaviləsi. Amasyalı Bəyazid Paşa — Osmanlı sultanlığının Fetret döründə, 1413-cü ildə Sultan I Mehmed səltənətində sədrəzəm. Amasiya (qitə) — 20 milyon il sonra reallaşması gözlənilən bir superqitə.
Amasiya (Ağbaba)
Amasiya — Amasiya rayonununda kənd və eyniadlı rayonun mərkəzi.
Amasiya (kənd)
Amasiya — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Amasiya (qitə)
Amasiya — (İngiliscə: Amasia), 20 milyon il sonra reallaşması gözlənilən superqitə. Avrasiya ilə Amerika birləşərək Berinq Boğazını bağlayaraq Amasiya yaranacaq. Avrasiya ilə Amerika birləşərək super qitə olacaq. 200 milyon il sonra iki qitə bir-birindən ayrılaraq; Amerika şərqdə Avropaya toqquşaraq və Asiya da Qərbə doğru irəliləyərək bu super qitə parçalanıb Pangea Ultima adlı qitə yaradacaq. Alimlər hesab edir ki, hazırkı tektonik hərəkətlər davam edəcəyi halda, Amerika və Asiya qitələri birləşəcək və “Amasiya” (Amerika və Asiya sözlərinin birləşməsi) adı ilə yeni bir super qitə yaranacaq. “Amasiya” super qitəsinin yaranacağı barədə iddialar yeni deyil. ABŞ-nin Yale Universitetinin alimləri 2012-ci ildə bunun milyonlarla il sonra baş verə biləcəyini bildirirlər. == Etimologiyası == Amasiya, Amerika və Asiya sözlərin birləşməsi ilə yaranıb.
Amasiya rayonu
Amasiya rayonu — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Ermənistanın Ağbaba mahalı ərazisində rayon. Rayon mərkəzi Amasiya kəndi olmuşdur. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 608 kv.km-dir. Rayon mərkəzi Amasiya şəhər tipli qəsəbəsidir. Rayon mərkəzindən İrəvana olan məsafə 148 km-dir. Ağbaba və Şörəyel mahallarının tərkibi kimi indiki Amasiya rayonunun ərazisi də Şərqi Anadoluya aid olub. Sovet hakimiyyəti dövrünə qədər bu ərazidə mövcud olan 40 kənddən cəmi üçünün-Çələb, Bəndivan və İyli Qarakilsə kəndlərinin əhalisi ermənilər olub.Bölgənin Ermənistana qatılması ilə razılaşmayan Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldağılan, Mustoğlu, Bağçalı və Söyüdlü kəndlərinin əhalisi 1920-ci illərdə köçüb Türkiyəyə gediblər. 1988-ci ilə kimi azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri: Oxçuoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıq, Qaraçanta, Daşkörpü, İbiş, Qonçalı, İlanlı, Düzkənd, Qaranamaz, Göllü, Təpəkənd (Təpəköy), Hozukənd, Qarabulaq, Ellərkənd, Bəndivan, Quzeykənd, Alakilsə, Çələb, Qara Məmməd, Güllücə, Balıqlı == Amasiya Rayon Partiya Komitəsinin birinci katibləri == Səfər Alməmmədov — 1924–1930 Cəfər Vəlibəyov — 1930–1936 Ələsgər Vəliyev — 1936–1938 Məsim Vəliyev — 1938–1939 Yeğişe Ağacanyan — 1939–1944 Nikol Harutunyan — 1944–1948 Muşek Hayrapetyan — 1948–1950 Marat Qukasyan — 1950–1952 Aleksan Kirakosyan — 1953–1956 Həbib Həsənov — 1956–1960 Hüseyn Məmmədov — 1960–1963 Azad Hovhannisyan — 1963 Levin Yeranosyan — 1963–1964 Harutun Hakopyan — 1964–1969 Məhərrəm Bayramov — 1969–1974 Cahangir Əliyev — 1974–1981 Zərbəli Qurbanov — 1981–1985 İldırım Bağırov — 1985–1988 Qəşəm Həsənov — 1988–1989 == Rayon XDS İcraiyyə Komitəsinin sədrləri == Hüseyn Salmanov — 1924–1926, İrəvan Musa Hüseynov — 1926–1930, Balıqlı İbrahim Qəribov — 1930–1931, Güllübulaq Mirzə Bəşirov — 1931–1936, Zəngibasar Rza Şeyxzadə — 1936–1939, İrəvan Yaqub Qəribov — 1939–1948, Vedi Əli Məmmədov — 1950–1952, Mehri Abram Qurginyan — 1952–1961 Harutyun Hakopyan — 1961–1963 Levon Bdoyan — 1963–1965 Cahangir Əliyev — 1965–1969, Düzkənd Murat Hakopyan — 1969–1986 Murat Harutyunyan — 1986–1989 == Əhalisi == === Şəxsiyyətləri === Amasiya tarixində azərbaycanlıların xüsusi bir yeri vardır.
Amasiya satiri
Amasiya satiri — Kəpənək növlərindən biridir, marigold ailəsinə aiddir. == Latın adı etimologiyası == Amasinus (toponimik) — Amasya — Türkiyədə yerləşib. == Alan == Bu sahə Kiçik Asiyadan Orta Şərqə, Qafqaz, Dağıstan, Azərbaycan və Türkiyə daxil olmaqla Transkafkasiyaya qədər uzanır.Şərqi Avropaada bu dağətəyi və dağlıq Dağıstanda yerləşir: Sarykum barxanı, Talqa dərəsi, Chonkatau sırtı, s. Kaka-Şura, qonşuluq kəndləri Ahty. Kəpənəklər dəniz səviyyəsindən 200–2000 m yüksəkliklərdə yüksəkliklərdə və daşqın ağacları ilə yaxşı istılanilen dağlıq çöllərdə yaşayır. == Biologiya == Bir il ərzində bir nəsil inkişaf edir. Uçuş vaxtı iyun ayının əvvəlindən Avqustun birinci gününə qədər davam edir. Eyni zamanda, kəpənəklər geniş yayılmış qanadları ilə titrəyirlər ki, bu da onların çox yavaş-yavaş uçmasına imkan verir. Kəpənəklər sığınacaqdakı müxtəlif çiçəklərin nektarı ilə bəslənirlər.
Balıqlı (Amasiya)
Balıqlı və ya Zorakert — Ermənistanın Amasiya rayonunda kənd. == Tarixi == Balıqlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20–21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qədim türk dilində "sığınacaq, şəhər, qala" mə'nası bildirən balıq sözünə -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur. XIII əsrə aid mənbədə Balak, 1728-ci ilə aid arxiv sənədində İrəvan əyalətinin Dərələyəz nahiyəsində Balaklı kimi qeyd olunmuşdur.
Bozqala (Amasiya)
Bozqala — Amasiya rayonunda kənd adı. == Tarixi == Şindilər də adlanmışdır. Kənd yaxınlıqdakı Boz qalanın (başqa adı Koroğlu qalası adını əks etdirir. == Əhalisi == 1920-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuşdur. 1922-ci ildə az hissəsi geri qayıtmışdır. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. 1946-cı ildə kənd ləğv edilmişdir.
Daşkörpü (Amasiya)
Daşkörpü — Ermənistanın Şirak mərzində yerləşən kənd. Tarixən İrəvan quberniyasının Sürməli qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur. Mərz mərkəzindən 3 km məsafədə yerləşir. == Tarixi == Kənd Qars əyalətinin Daş körpükəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.Amasiya heyvandarlıq sovxozuna birləşdirilmişdir. == Əhalisi == Burada tarixən azərbaycanlılar yaşamışdır. 1905-ci ildə 396, 1914-cü ildə 431, 1931-ci ildə 233 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı onlar hamısı buradan qovulmuşdur.
Güllücə (Amasiya)
Güllücə — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 24 km şimal-qərbdə, Arpa gölünün şimal sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndi adı Gyulica, Gyulluca formalarında da əksini tapır. Toponim gül sözünə sifət düzəldən -lü və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir və onlar xalq kimi qeyd edilir. Qarapapaqlar azərbaycanlılarn formalaşmasında iştirak edən türk tayfalarından - azərbaycanlılarn etnoqrafik qruplarından biridir.
Musluqlu (Amasiya)
Musluqlu — XIX əsrin II yarısında Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-qərbdə yerləşmişdir.1919–1920-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Toponimi == Toponim türk dilində "kran, kiçik turba kranı" (кран трубочка) mənasında işlənən musluk sözünə -lu şəkilçisinin qoşulması əsasında düzəlmişdir. Ağbaba mahalında "daşdan düzəldilən su qabı" mənasında "mustuq" sözü işlədilir. Mustuq musluq sözünün (Azərbaycan dilində l~t səsəvəzlənməsi qanunaıuyğun haldır) fonetik variantıdır. Relyef əsasında yaranan düzəltmə toponimdir. 1947-ci ildə kənd ermənicə Lancik adlandırılmışdır. Musluqlu toponiminin danışıqda tələffüz formasıdır. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Musluqlu dağı və kəndi, Dağıstan əyalətinin Samur dairəsində Muslyaq kəndi, Cənubi Sibirdə Abakan dağ belində Mustaq dağ adı [126] və b. toponimlərlə eynidir.
Təpəkənd (Amasiya)
Təpəkənd (erm. Բերդաշեն) — Azərbaycanlı əhalidən ibarət olmuş kənd. Hal-hazırda Ermənistan ərazisindədir. == Tarix == Təpəkənd kəndi tarixən iki kənddən Böyük və Kiçik Təpəkənddən ibarət olub. Daha sonra kəndlər SSRİ dönəmində birləşdirilib. Bəzi mənbələrə görə kənd tarixən Osmanlı Dövlətinin Qars vilayətinə daxil olub. I Dünya Müharibəsindən sonra Çar Rusiyası və Osmanlı Dövləti arasında imzalanan Qars Müqaviləsinə əsasən kənd Çar Rusiyası tərkibinə verilib. 1988-ci ildə Ermənistandan Azərbaycanlıların deportasiyası nəticəsində kənddə yaşayan bütün Azərbaycanlılar köç etmək məcburiyyətində qalıb. 2000-ci illərdə Ermənistan inzibati bölgüsü dəyişdirilib.Nəticədə tarixi Ağbaba mahalı Şirak mərzinə daxil edilib, Amasya rayonunun adı dəyişdirilməyib, lakin Təpəkənd kəndi (Berdaşen) qonşu Sultanabad (Paxakn) kəndi ilə bir inzibati kənd vahidində birləşdirilib.
Yeniyol (Amasiya)
Yeniyol — qədim Azərbaycan torpağında azərbaycanlıların yaşamış olduğu kənd. == Tarix == Yeniyol kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Yeniyol kəndi dağıdılmış, yerli əhali qovulmuş və və erməniləşdirilmişdir. == Şəxsiyyətləri == Qərib Məmmədov — Akademik, AMEA-nın müşaviri, biologiya üzrə elmlər doktoru (1991), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri. Mehdi Abbasov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həmçinin bax == Azərbaycan Demokratik Respublikası İrəvan xanlığı Zəngəzur Ağbaba == Ədəbiyyat == Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI — начале XIX в., Ленинград, 1949 Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969 Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963 Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898 Мамедов С.А., Азербайджан по источникам XV — первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852 Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989 Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954 Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831 Kemal Beydilli, 1828–1829. Osmanlı — Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986 Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976 Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836 Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885 Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904 "Армянский геноцид".
Çaxmaq (Amasiya)
Çaxmaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonununda kənd. == Tarixi == Çaxmaq rayon mərkəzindən 7 km cənub-qərbdə, Türkiyə sərhəddində yerləşir. == Əhalisi == Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Lakin erməni mənbələrində kəndin sakinləri qarapapaqlar göstərilməklə müstəqil xalq kimi təqdim edirlər. Halbuki qarapapaqlar azərbaycanlıların etnoqrafik qrupu və türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 282 nəfəry 1908-ci ildə 360 nəfər, 1914 - cü ildə 406 nəfər azərbaycanlı yaşamışdır. 1916-18-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra yaranan sakitliyə görə azərbaycanlılar öz torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə kənddə 82 nəfər, 1926-cı ildə 111 nəfər, 1931-ci ildə 89 nəfər, 1970-ci ildə 197 nəfər, 1987-ci ildə 400 nəfər azərbaycanlı yaşamışdır. Kəndə ermənilər 1922-ci ildə köçürülmüşdür.
Ördəkli (Amasiya)
Ördəkli — Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimali-qərbdə, Arpagölün cənub-şərqində yerləşirdi. Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir. Toponim ördəkli türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Erməni mənbələrində qeyd edilir ki, kənddə qarapapaqlar yaşamışdır. Onları müstəqil xalq kimi göstərirlər Əslində qarapapaqlar müstəqil xalq deyil, türk tayfalarından biridir. Onlar azərbaycanlılarn etnogenezində iştirak etmişlər. Kənddə 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 146 nəfər, 1908-ci ildə 346 nəfər, 1914 - cü ildə 531 nəfər azərbaycanlı yaşamışdır.
Əzizbəyov (Amasiya)
Qaraçanta (1939-cu ildən Əzizbəyov, 1991-ci ildən Areqnadem) — Qars vilayətinin Qars qəzasında, Amasiya rayonunda kənd. == Tarixi == Qaraçanta (Qaraçəntey) kəndi rayon mərkəzindən 5.03 km cənub-qərbdə, Gümrü-Amasiya yolunun sol tərəfində, dəniz səviyyəsindən 1856 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Xalqın "Hulley" adlandırdığı dağın ətəyində yerləşən kəndin 1.5 km cənubundan Arpaçay keçir. Kənddən Ələyəz dağını görmək mümkündür. Toponim qaraçanta nəsil adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti RH-nin 4 may 1939-cu il fərmanı ilə adı dəyişdirilib Əzizbəyov, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Areqnadem qoyulmuşdur. == Coğrafiyası == Qarsla sərhəddə yerləşən Qaraçantanın qışı olduqca soyuq, yayı mülayimdir. "Duzdağ", "Qapılızağa", "Ömərdərəsi", "Arpaçayı", "Hülleydağ", "Ortatəpə", "Üçgözələr", "Məmmədağa", "Daşdərə", "Göybulaq", dağ, dərə, bulaq adlarıdır.
Baytar (Amasiya)
Baytar, Hovtun — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km şimal-şərqdə, Arpaçayın sol sahilində yerləşir. Toponim baytar (baydar) türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Hovtun qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 27, 1873 - cü ildə 231, 1886-cı ildə 167, 1897-ci ildə 188, 1914 - cü ildə 363 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1915-cı ildə erməni daşnakları tərəfindən qırğınlarla qovulmuşdur. Ermənilər buraya 1918-ci ildə Türkiyənin Qars vilayətinin Quleyban kəndindən köçürülüb yerləşdirilmişdir.
Bağçalı (Amasiya)
Bağçalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində kənd. == Tarixi == Güllübulaq kəndinin yaylaq yеrində yaranmışdır. 1918–20-ci illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Əhalisi == 1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır. Qazax еlinin Qarapapaq tayfasından ibarət əhalisi 1921-ci ildə Türkiyəyə köçdükdən sonra kənd dağılmışdır. == Toponimi == Toponim bağça sözünə -lı şəkilçisi artırmaqla yaranmış fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Əsli Baxşalı, еhtimal ki, şəxs adındandır.
Başköy (Amasiya)
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «böyük, əsas, yuxarı» mənasında işlənən baş sözü ilə, türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1830 - cu ilə kimi qarapapaqlar yaşamışdır. 1830 - cu ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas sakinləri-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Düzkənd (Amasiya)
Düzkənd (1991-ci ildən Alvar) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən Qars vilayətinin Qars qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur. == Tarixi == Rayon mərkəzindən 13 km şimalda, Arpaçayın sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik Düzkənd. XIX əsrin əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi rəsmiləşdirilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik", "eniş, yoxuşu, çuxuru olmayan yer" mənasında işlənən düz sözü ilə qədim türk dilində "yaşayış yeri, şəhər" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilib "Alvar" qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur.
Güllübulaq (Amasiya)
Güllübulaq — qədim Azərbaycan (türk) torpağı. Hal-hazırda Ermənistan ərazisindədir. == Tarixi == Güllübulaq kəndi 1988-ci ilə qədər, XIX əsrin sonlarında Qars əyalətinin Qars dairəsində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Güllübulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. == Toponimi == Toponim "güllü, çiçəkli" mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "güllü, çiçəkli bulaq yanında olan kənd" anlamını bildirir.
Qarabulaq (Amasiya)
Qarabulaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Arpagölün qərbində, rayon mərkəzindən 33 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Kənd 1728-ci ildən mə'lumdur . 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Digər adı Ağbaba 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində adı çəkilir Toponim «keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını verən qara sözü ilə bulaq hidroterminindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şaqik qoyulmuşdur. == Əhalisi == Kənddə 1886-cı ildə 185 nəfər, 1905-ci ildə 295 nəfər, 1908-ci ildə 352 nəfər, 1914 - cü ildə 382 nəfər azərbaycanlı yaşamışdır.
Sultanabad (Amasiya)
Sultanabad (Paxakn)—Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunda bir kənd. Hal-hazırda Ermənistanın Şirak mərzinə daxil olan keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə birgə kənd inzibati vahidinə daxildir. == Tarixi == Sultanabad Rayon mərkəzindən 20 km şimal-qərbdə, Arpagölün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Sultanabad toponimi iki sözün − şəxs adı bildirən Sultan və «müntəzəm çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen» mənasında işlənən abad sözünün birləşməsindən əmələ gəlmiş antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Şurabad (Sovetabad mənasında) qoyulmuşdur. 1991-ci ildən sonra adı Paxakn olaraq dəyişdirilmiş, 2000-ci illərdə yaradılan Şirak mərzinə daxil edilmiş, keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə bir kənd inzibati vahidinə daxil edilib. == Əhalisi == Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə yaşayanların qarapapaqlar olduğu göstərilir.
İlanlı (Amasiya)
İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.73 dəfə / 1 mln.
2004 ••• 0.34
2007 •• 0.21
2009 •••••••• 1.12
2010 •• 0.18
2011 •••••••••••••••••••• 3.09
2012 •••••••••••• 1.81
2013 ••• 0.44
2014 •••• 0.51
2015 •• 0.17
2016 •• 0.17
2018 •• 0.30
2019 •• 0.28
2020 •• 0.27

Oxşar sözlər

#amasiya nədir? #amasiya sözünün mənası #amasiya nə deməkdir? #amasiya sözünün izahı #amasiya sözünün yazılışı #amasiya necə yazılır? #amasiya sözünün düzgün yazılışı #amasiya leksik mənası #amasiya sözünün sinonimi #amasiya sözünün yaxın mənalı sözlər #amasiya sözünün əks mənası #amasiya sözünün etimologiyası #amasiya sözünün orfoqrafiyası #amasiya rusca #amasiya inglisça #amasiya fransızca #amasiya sözünün istifadəsi #sözlük