amilləri sözü azərbaycan dilində

amilləri

Yazılış

  • amilləri • 99.8961%
  • Amilləri • 0.1039%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Denudasiya amilləri
Denudasiya amilləri- ağırlıq qüvvəsinin təsiri altında aşınma materiallarınınn yerdəyişməsinə və daşınmasına gətirib çıxaran morfogenezin ekzogen amilləri:Skultur relyef əmələgətirən yerüstü (qravitasion hərəkət,eroziya, karst, suffoziya, delfyasiya, korroziya) və sualtı (qravitasion yerdəyişmə; cərəyanlar vasitəsilə yuyulma, dalğa vasitəsilə yuyulma, suspenzion yuyulma denudasiya amillərinə ayrılır.
Istehsal amilləri
İstehsal amilləri: əmtəə və xidmətlər istehsal etmək üçün istifadə olunan amillərdir. İstehsal amilləri bunlardır: — əmək, torpaq, kapital, mənfəət.
İqlim amilləri
== İqlimi formalaşdıran əsas proses və amillər == İqlimin dəyişmələrinin səbəbləri tam aydın deyildir. Ancaq, aşağıdakı əsas xarici təsirlər məlumdur: Yer orbitinin dəyişməsi (Milankoviç sikli), günəş aktivliyi (o cümlədən günəş sabitinin dəyişməsi), vulkan püskürmələr və istixana effekti === Yer orbitinin dəyişməsi === Orbitin dəyişməsinin Yer iqliminə təsiri günəş aktivliyinin rəqsləri ilə oxşardır, ona görə ki, orbitdən kiçik meyletmələr Yer səthində günəş şüalarının yenidən paylanmasına gətirir. Orbitin vəziyyətinin belə dəyişmələri Milankoviç sikli adlanır. Bu meyletmələrin səbəbi Yer, onun peyki Ay və digər planetlərin fiziki qarşılıqlı təsiri olduğundan onları böyük dəqiqliklə proqnozlaşdırmaq mümkün olur. Orbitin dəyişməsi axırıncı buzlaşma dövrünün qlyasoloji və interqlyasoloji sikllərinin əsas səbəbidir. Saxara səhrasının sahəsinin artıb azalmasını da bu amillə izah edrlər. Litosfer tavalarının hərəkətləri uzun zaman kəsiyində kontinentləri hərəkətə gətirir, okeanda su dövranlarını formalşdırır, dağ suayrıcılarını dağıdır və yenisini yaradır, yəni iqlimin mövcud oluğu səthi yaradır. Son zamanlar aparılmış tədqiqatlar tektonik hərəkətlərin axırıncı buzlaşma dövrünün şəraitinin dərinləşdiyini göstərdi: 3 milyon il əvvəl Şimali - və Cənubi amerika tavaları toqquşmuş, Panama boğazı yaranmış və Atlantik və Sakit okeanlarının sularının birbaşa qarışması bağlanmışdır. Vulkan püskürmələri iqlimə təsir edib onu bir neçə il soyutmağa qabildir. Məsələn, 1991-ci ildə Pinatubo vulkanının püskürməsi iqlimə əsaslı təsir göstərdi.
Mühitin antropogen amilləri
Mühitim antropogen amilləri – bilavasitə və vasitəli ola bilər. Antropogen amillər (yun. anthropos — adam, genesisum — mənşə, lat. factor iş) == Ümumi məlumat == Təbiətdə insanın bilavasitə təsirinə misal olaraq geniş ərazilərdə meşələrin yox edilməsi, ovluq heyvanların hədsiz məhv edilməsini göstərmək olar. Bu isə bir sıra növlərin kəskin azalmasına, bir çox hallarda isə tamamilə sıradan çıxmasına səbəb olur. Vasitəli antropogen amillər landşaft, iqlim, atmosferin fiziki vəziyyəti və kimyəvi tərkibi, hidrosfer, torpaq və s.-nin dəyişməsi yolu ilə baş verir. Mühitin sənaye və məişət tullantıları ilə çirkləndirilməsinə, ekoloji tarazlığın pozulmasına, minillərlə təkamül olunaraq yaranmış biosenozların (orqanizm qruplaşmalarının) deqredasiyasına səbəb olur. İnsanların torpaqların məhsuldarlığını artıraraq təbii komplekslərin yerində mədəni bitkilər və ev heyvanları üçün praktiki cəhətdən yeni mühit, orqanizmlərin yeni qruplaşmalarını – aqrobiosenozları yaratdı. Torpaqların intensiv şumlanması və hədsiz mal-qara otarılması, suqoruyucu meşələrin qırılması bir sıra rayonlarda təbii qruplaşmaları ağır vəziyyətə saldı, su və külək eroziyasını gücləndirdi, çayların suyunu azaltdı. Hazırda Yer üzərində insan fəaliyyətinin təsir göstərmədiyi sahəyə çətin rast gəlmək olar.
Bitkilərin böyümə və inkişafına endogen amillərin təsiri
Bitki morfologiyası (morfe yunanca forma, loqos elm deməkdir) — geniş mənada bitki orqanizmlərinin daxili və xarici formaları, quruluşları və fərdi inkişaflarının tarixi haqqında, məhdud mənada isə bitkilərin həm mikroskopik, həm də makroskopik quruluşları haqqında məlumat verir. Bitki morfologiyası bitkilərin xarici əlamətlərini təsvir etmək zərurətindən meydana çıxmış və nəticədə morfologiyaya aid islahatların yaranmasına səbəb olmuşdur. Lakin, bitkilərin daxili mikroskopik quruluşundan botanikanın xüsusi sahəsi olan bitki anatomiyası daha ətraflı bəhs edir. Daxili morfologiya (anatomiya) ilə xarici morfologiya arasında kəskin sərhəd yoxdur. Bunları bir-birindən fərqləndirən mikroskopik və makroskopik tədqiqat metodlarıdır. == Əsas vəzifələri == Bitki morfologiyasının əsas vəzifələri — bitki orqanlarının, məsələn, yarpaqların, budaqların, çiçək hissələrinin düzülüşlərindəki qanunauyğunluqları aydınlaşdırmaq, habelə onların bu və ya başqa hissələrinin mənşəyini təmin etməkdir. Bitki morfologiyası bitkilərin hər hansı hissələrinin həqiqi təbiətini, mənşəyini öyrəndikdə makroskopik metodla birlikdə ayrı-ayrı hallarda fizioloji və biokimyəvi üsullardan da istifadə edir. Çoxalma orqanlarının istər makroskopik, istərsə mikroskopik öyrənilməsi morfologiya elminə aiddir. Mikroskopik tədqiqatda məqsəd həmin orqanların inkişafını öyrənməkdir ki, bununla müxtəlif bitkiləri müqaisə edərək, onların mənşəyini, təbiətini və təkamülündəki dəyişiklikləri aydınlaşdırmaq mümkün olur. Vegetativ orqanların daxili mikroskopik quruluşlarını öyrənməkdə məqsəd bitkinin həyatını anlamaq, onların fizioloji vəzifələrini izah etməkdir ki, bu da anatomiyaya aiddir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.63 dəfə / 1 mln.
2003 ••••••••••••••• 7.09
2004 •••••••••••••••••••• 10.11
2005 ••••••••••••••• 7.42
2006 •••••••••• 4.73
2007 •••••••••••••••• 8.03
2008 ••••••••••••••••• 8.28
2009 •••••••••••• 5.60
2010 ••••••••••••• 6.26
2011 ••••••••••••••• 7.46
2012 •••••••••••• 5.77
2013 ••••• 2.48
2014 •••••••••• 4.63
2015 ••••••••••••••••• 8.17
2016 ••••••••••••• 6.25
2017 •••••••••••••• 6.83
2018 •••••••••••••• 7.04
2019 ••••••••••••••• 7.23
2020 ••••••••••••••••••• 9.28

"amilləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#amilləri nədir? #amilləri sözünün mənası #amilləri nə deməkdir? #amilləri sözünün izahı #amilləri sözünün yazılışı #amilləri necə yazılır? #amilləri sözünün düzgün yazılışı #amilləri leksik mənası #amilləri sözünün sinonimi #amilləri sözünün yaxın mənalı sözlər #amilləri sözünün əks mənası #amilləri sözünün etimologiyası #amilləri sözünün orfoqrafiyası #amilləri rusca #amilləri inglisça #amilləri fransızca #amilləri sözünün istifadəsi #sözlük