Ana-Maria sözü azərbaycan dilində

Ana-Maria

Yazılış

  • Ana-Maria • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ana Maria Savu
Ana Maria Savu — SCM Gloria Buzau (qadın həndbolu) və Rumıniya milli komandasının həndbolçusu. == Klub komandalarında == Ana Maria Draqut Darabanidə həndbolu əsaslarını öyrəndi , və ibtidai məktəbi bitirdikdən sonra, məktəblərarası idman tədbirində diqqət çəkdikdən sonra Botosanda idman şöbəsi ilə liseydə təhsilini davam etdirdi. Ana Maria Savu LPS Botosani komandasında o qədər yaxşı çıxış etdi ki, o, Rumıniyanın yaş qrupu üzrə milli komandasına da dəvət edildi. O, 11-ci sinifdən Brasovda oxuyub və CS Urban Brasov-da çıxış edib. 2008-ci ildə o, CSM Roman ilə müqavilə bağladı və burada özünü böyüklər arasında göstərə bildi. Bir ildən sonra o, Dunărea Brăila tərəfindən təsdiqləndi, burada o, Neptun Constanța-da bir icarə də daxil olmaqla beş mövsüm keçirdi. 2014 və 2016-cı illər arasında o, Unirea Slobozia-nın oyunçusu idi və sonra iki il HC Zalău-da keçirdi. 2018-ci ilin yayında o, Macarıstana, Kisvárdai KC komandasına keçid etdi. == Milli komanda == 2009-cu ildə Macarıstanda təşkil olunmuş gənclər arasında dünya çempionatında iştirak etmişdir. O, Rumıniya millisində 2017-ci ildə debüt edib.
Maria
Maria — ad. Maria Komnenos — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. Maria Adanez — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri. Maria Maqdalena Keveriç — bəstəkar Lüdviq van Bethovenin anası idi. Maria Farantouri — Yunanıstan müğənnisi və ictimai xadimi. Maria Feliks — meksikalı aktrisa. Maria Pedraza — İspaniya aktrisa, model və balerinası.
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! – Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb. Bir çox tənqidçi tərəfindən müsbət rəylər almasına rəğmən film bəzi dini alleqoriyalar və şiddət səhnələrinə görə tənqid olunub.
Maria Adanez
Maria Adanez Almenara (isp. María Adánez Almenara; 12 mart 1976, Madrid) — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri.
Maria Farantouri
Maria Farantouri - (yun. Μαρία Φαραντούρη, 28 noyabr 1947-ci il, Afina) — Yunanıstan müğənnisi və ictimai xadimi. Yunan musiqisinin dirçəlişində mühüm rol oynayıb. Bəstəkar Mikis Theodorakis ilə əməkdaşlığı ilə tanınır. Böyük səs diapazonuna və əla dramatik ifaya malikdir. 1967-ci ildə qurulumuş Yunanıstan hərbi xuntasına qarşı mübarizəsi ilə də tanınır. Onun haqqında Londonun "Guardian" qəzeti yazırdı: "Onun səsi Olympus və Tanrılardan bir hədiyyədir". == Mənbə == Maria Farantourinin tərcümeyi-halı (yunan dilindən tərcümə).
Maria Feliks
Maria Feliks (isp. María Félix; 4 may 1914, Alamos[d] – 8 aprel 2002[…], Mexiko) — meksikalı aktrisa.
Maria Komnenos
Maria Komnenos (ö. 1408) — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. == Həyatı == Trabzonda doğulmuşdur. Atası imperator Bazildir. 1352-ci ildə Fəxrəddin Qutlu bəy ilə evlənmişdir. 29 avqust 1358-ci ildə Trabzona getmiş, bacısı Teodora Çəlbiyyəli Hacı Əmir ilə evlənəndə ona türklərin adətləri haqqında məlumat vermişdir. Belə bir ziyarət 1365-ci ildə yenə baş vermişdi. Bizans tarixçisi Panakretos bu barədə yazır:Eyni ilin avqustunda, 6860 [1352], İmperatorun bacısı Maria Böyük Komnenos, ’Αμιτιώται’lərin emiri ve Τουραλή [Turali]nin oğlu Χουτλουπέκης [Qutluq bəy] ilə evlənməyə getdi.
Maria Pedraza
Maria Pedraza (isp. María Pedraza; 26 yanvar 1996, Madrid, İspaniya) — İspaniya aktrisa, model və balerinası. Əsasən Pul soyğununda Alison Parker və Seçilmişlər serialında Marina Osuna rolunu canlandırmaqla tanınmışdır. == Həyatı == Maria Pedraza 26 yanvar 1996-cı ildə İspaniyanın Madrid şəhərində anadan oldu. 8 yaşında Nacional de Danza Mariemma-da klassik rəqs təhsili almağa başladı. Konservaturiyada rəqs dərslərinə davam edərək, 18 yaşına qədər aktrisalıq dərsləri də aldı. == Karyerası == Aktrisa olaraq ikinci layihəsi, İngiltərənin İspaniyadakı səfirinin qızı Alison Parkeri məşhur Atresmedia serialı olan La casa de papeldə canlandırdı. Daha sonra Netflix tərəfidən alınması, aktrisaya həm milli həm də beynəlxalq tanınma gətirdi. Həmin il, RTVE tərəfindən rəqəmsal platforma olan "Playz" platforması üçün istehsal olunan və Alba Ruiz Alonso və Cristina Romeronun rollarını canlandıran interaktiv internet serialı olan Si fueras tú ("Sən olsaydın") heyətinin bir hissəsi idi. 2018-ci ilin əvvəlində Maria Pedrazanın, La Casa de Papel aktyor heyəti Miguel Herrán və Jaime Lorente ilə birlikdə Netflixin ikinci Elite adlı orijinal İspan serialında yer alacağı açıqlandı.
Maria Ressa
Mariya Anqelita Ressa (ing. Maria Angelita Ressa; 2 oktyabr 1963, Manila) — Filippin-ABŞ jurnalist və yazıçı, "Rappler" internet xəbər saytının həmtəsisçisi və baş direktoru. İlk Filippinli Nobel Mükafatı laureatı (2021). == Həyatı == Mariya Ressa 2 oktyabr 1963-cü ildə Manilada anadan olub. Atasını bir yaşında itirmişdir. Anası bundan sonra amerika vətəndaşı ilə ailə qurduğundan Mariya Angelita 1973-1986-ci illərdə ABŞ-də yaşamışdır. Burada o, Prinston Universitetində təhsil almışdır.Mariya Anqelita, 1986-cı ildə "Sarı İnqilab"dan sonra vətəninə qayıtmış və televiziyada işləməyə başlamışdır. 1987-1995-ci illərdə Manilada CNN yerli bürosuna, 1995-2005-ci illərdə Cakartadakı CNN bürosuna rəhbərlik etmişdir. 2005-ci ildən Filippinin ABS-CBN (şirkət) yayım xidmətinin xəbər xidmətinə rəhbərlik etmşdir. 2011-ci ildən "Rappler" xəbər saytını yaradaraq ona rəhbərlik edir.
Anna Maria Jopek
Anna Mariya Yopek (14 dekabr 1970, Varşava) — Polşa caz müğənnisi. == Həyatı == 14 dekabr 1970-ci ildə Varşavada doğulub. == Albomları == Ale jestem (1997) Szeptem (1998) Jasnosłyszenie (1999) Dzisiaj z Betleyem (1999) Bosa (2000) Barefoot (international edition of Bosa) (2002) Nienasycenie (2002) Upojenie (feat.
Anxel Di Maria
Anxel Di Maria (14 fevral 1988[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentinalı futbolçu, Yuventus klubunun və Argentina milli futbol komandasının yarımmüdafiçəsi.
Bianka Maria Pitchinino
Bianka Mariya Pitçinino (29 yanvar 1924, Triest, İtaliya) — İtaliyalı ictimai xadim., RAI Italiana bürosunun jurnalisti. == Həyatı == Bianka Mariya Pitçinino 29 yanvar 1924-cü ildə İtaliyanın Triest şəhərində anadan olub.
Chenopodium sancta-maria
Ambroziyayabənzər disfaniya (lat. Dysphania ambrosioides) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin disfaniya cinsinə aid bitki növü. == Sinonimləri == Ambrina ambrosioides (L.) Spach Ambrina ambrosioides var. anthelmintica (L.) Moldenke Ambrina anthelmintica (L.) Spach Ambrina incisa Moq. Ambrina parvula Phil. Ambrina spathulata Moq. Atriplex ambrosioides (L.) Crantz Atriplex ambrosioides f. minus Aellen Atriplex anthelmintica (L.) Crantz Blitum ambrosioides (L.) Beck Botrys ambrosioides (L.) Nieuwl. Botrys anthelmintica (L.) Nieuwl. Chenopodium album subsp.
Covanni Maria Ancolello
Covanni Maria Ancolello – Venesiya səyyahı. == Həyatı == 1470-ci ildə Ancolello osmanlı sultanı II Mehmed tərəfindən əsir götürülərək İstanbula gətirilmişdir. Osmanlılarla Ağqoyunlular arasında baş vermiş döyüşlərdə, həmçinin Fateh sultan Mehmedin digər yürüşlərində iştirak etmişdir. 1475–81-ci illərdə Osmanlı dövlətində müxtəlif vəzifələrdə çalışmışdır. 1484-cü ildə Venesiyaya qayıtmış, 1507-ci ildə isə Səfəvilər dövlətinə gəlib 7 il burada yaşamışdır. == Əsərləri == Ancolellonun ən məşhur əsəri "İranda Uzun Həsənin həyatı və əməllərinin qısa hekayəsi"dir. "Türk tarixi" adlı əsəri Osmanlı tarixinin 1300–1520-ci illərini əhatə edir. "Eyriboz səyahət naməsi"ndə isə Ancolello Osmanlı dövlətinin hökumət və ordu strukturu haqqında məlumat verir. Onun əsərləri Osmanlı, Ağqoyunlu və Səfəvi tarixi üçün mühüm mənbədir.
Maria Luz insidenti
Maria Luz insidenti (マリア・ルス号事件, Maria-Rusu go Jiken) – 1872-ci ildə çinli işçiləri daşıyan eyniadlı ticarət gəmisinə görə Yaponiya ilə Peru arasında yaşanmış siyasi böhran. Bu insident Yaponiyanın məhkəmə sisteminin müstəqilliyini sınayan ilk hadisə olmuşdur. == Tarix == 9 iyul 1972-ci ildə Makaodan Kalyao şəhərinə gedən və çinli işçiləri plantasiyalara aparmaqda olan Peruya məxsus Maria Luz yük gəmisi təmir məqsədilə Yaponiyanın Yokohama limanına yaxınlaşır. Gəmi Yokohamada lövbər atdıqdan sonra çinli işçilərdən biri göyərtədən tullaraq Britaniyaya məxsus Iron Duke gəmisinə üzür. İngilislər onu yapon rəsmilərinə təslim edəndə çinli fəhlə gəmidə ona çox pis davranıldığı barədə şikayət edir, o və digər 231 çinli işçinin qorunmasını xahiş edir. Gəminin kapitanı Rikardo Herrera yapon rəsmilər tərəfindən çağırılır və çinli fəhlələrə pis davrandığı üçün tənqid edilir.Buna baxmayaraq, başqa bir çinli işçi də gəmidən qaçır və hadisə Britaniyanın Yaponiyadakı konsulu Robert Qrant Uotsonun qulağına çatır. Uotson gəmini ətraflı şəkildə tədqiq edir və hadisənin həqiqiliyini təsdiq edir. O, çinli sərnişinlərə az qala qul kimi davranıldığını müəyyən edir. Uotson Yaponiyanın xarici işlər naziri Soecima Taneomiyə yaxınlaşaraq tədbir görməsini xahiş edir. Yaponiya hökumətri hərəkətə keçməyə tərəddüd edir, çünki Yaponiyanın Peru ilə formal diplomtik əlaqələri yox idi və Perunun Yaponiyadakı maraqlarını ABŞ təmsil edirdi.
Maria Maqdalena Keveriç
Maria Maqdalena Keveriç (19 dekabr 1746 – 17 iyul 1787, Bonn, Köln[d]) — bəstəkar Lüdviq van Bethovenin anası idi. == Həyatı == O, 1746-cı ildə Almaniyanın Reyn çayının qarşı tərəfində yerləşən Koblens şəhəri ilə qarşı-qarşıya yerləşən Erenbreytşteyn kəndində anadan olmuşdur. Onun valideynləri Yohan Henrix Keveriç (1701–1759) və Anna Klara Vestorff (1707–1768), 1731-ci ildə ailə həyatı qurmuşlar. 1733-cü ildən etibarən Yohan Erenbreytşteyndə yerləşən məhkəmə binasında baş aşpaz olmuşdur.Onların altı uşaqlarının ən gənci Maria Maqdalena idi. 30 yanvar 1763-cü ildə o Yohan Georq Leym ilə ailə qurmuş, lakin o, 1765-ci ildə həlak olmuşdur.12 noyabr 1767-ci ildə o, Bonn şəhərində yerləşən Remiqius kilsəsində Yohan van Bethoven ilə ailə qurmuşdur. Yohanın atası Köln prensliyində kapelmeyster işləyirdi və Yohan burada saray musiqiçisi işləyirdi. Yohan və Maria van Bethovenin yeddi uşaqları olmuşdur: gələcəkdə bəstəkar olacaq Lüdviq ikinci, 1770-ci ildə doğulmuşdur.Maria 1787-ci ildə 40 yaşında, Bonn şəhərində vərəm xəstəliyindən dünyasını dəyişmişdir.
Rosa Maria Rössler
Roza Mariya Rössler (alm. Rosa Maria Rössler‎; 1901 – 1954) — Avstriya əsilli həkim. == Erkən həyat == O, Jozef və Maria Vimmerin qızı idi. Rosa Maria Rössler orta təhsilini 1920-ci ildə Gmundendə başa vurdu. O, əvvəlcə Qrats Universitetində, sonra isə Vyana Universitetinin Tibb Fakültəsində təhsilini tamamladı. Həmçinin, ixtisası üzrə İnsbruk Universitetində tibb təhsilini davam etdirib. 20 iyul 1927-ci ildə Vyana Universitetində bütün tədris prosesi başa çatdı. 1935-ci ildə nasist rejiminin tətbiqləri nəticəsində Avstriyanı tərk etmək məcburiyyətində qaldı. == Türkiyə illəri == Rössler Türkiyəyə ilk dəfə 1934-cü ildə gəldi, lakin 1937-ci ildə daimi yaşayış yerini təmin edə bildi. İstanbul Universiteti Tibb Fakültəsində işləməyə başladı.
Al Ana
Ambar Ana
Ambar Ana - türk və altay mifologiyasında qadınlıq ilahəsi. Qadınları və qadınların etdiyi işləri güdür. Qadınların işlərinə kömək edir. Onun şərəfinə təşkil edilən mərasimlər vardır. Qadın şamanlar ondan kömək diləyirlər. == Etimologiya == (Am / Em) kökündən törəmişdir. Bu kök türkcədə dişilik bildirir. Məsələn əmmək və əmizdirmək dişil məzmuna malikdir. Anbar mənasındakı ərəbcə ambar sözü ilə əlaqəsi yoxdur. Em kökü eyni zamanda yaxşılaşdırmaq və dərman mənalarıyla də əlaqəlidir.
Ana (albom)
Ana – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun üçüncü studiya albomu. == Albom haqqında == Albomda Əlibaba Məmmədov, Elçin İmanov, Fikrət Əmirov və s. şəxslərin bəstələri yer almışdır. Aranjimanların müəllifləri isə Eldar Məmmədov, Vasif Axundov, Elçin İmanov və Eldar Əzizlidir.
Ana (dəqiqləşdirmə)
Ana Ana!
Ana Dili
Ana dili — şəxsin doğulduğu vaxtdan etibarı ilə öyrəndiyi dil. Bəzi ölkələrə görə ana dili insanların aid olduqları milliyət ilə bağlıdır. Əgər bir şəxs fərqli dillərdə danışan ailədə böyüyübsə, bu vaxt onun birdən artıq ana dili olur və bu insanlar multilinqual adlanırlar. Bununla bərabər ikinci dil isə şəxsin öz dilindən başqa ayrı bir dil bilməsidir.
Ana Doqiç
Ana Doqiç (9 fevral 1979) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Doqiç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Ana Harlamenko
Ana Harlamenko (rus. Анна Харлампиевна Харламенко; 15 iyul 1960, Komrat) — Moldova Respublikasından olan Qaqauziya jurnalisti və siyasətçisidir, 2008–2012 illərdə Qaqauziya Xalq Məclisinin sədri vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyət == Ana Harlamenko 15 iyul 1960-cı il tarixində Komrat şəhərində anadan olub. 6 №-li Liseyi bitirdikdən sonra 1976-cı ildə Komratdan, Kişinyovdakı "Gavril Musicescu" İncəsənət İnstitutunun (1979–1983) mədəniyyət direktoru ixtisasına qatılmışdır. Daha sonra Beynəlxalq İqtisadiyyat və Hüquq Akademiyasında jurnalistika ixtisası üzrə təhsil alıb (1996–1998).Kolleci bitirdikdən sonra "Leninçi Kovov" qəzetində müxbiri işləyir (1984–1989). Qaqauziyada separatçı meyllərin təşviqi ilə Ana Harlamenko " Qaqauz TV" televiziya kanalının direktoru oldu (1990–2000). Paralel olaraq, 1996–1998-ci illər arasında Qaqauziya İcraiyyə Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.2001–2006-cı illərdə Dövlət Komrat Universitetində professor olaraq dərs vermişdir. Bu dövrdə eyni zamanda Komrat İdman Liseyinin direktor müavini (2002–2003) və Qaqauziya Gənclər və İdman İdarəsinin direktor müavini (2003–2004) vəzifələrində çalışıb. 2005-ci ildən bəri Ana Harlamenko "Capitala Komrat" qəzetinin baş redaktoru vəzifəsini icra edir. 2007-ci ildə Moldova Respublikasının ən yaxşı jurnalisti seçilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2011 ••••••••••• 0.09
2015 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#ana-maria nədir? #ana-maria sözünün mənası #ana-maria nə deməkdir? #ana-maria sözünün izahı #ana-maria sözünün yazılışı #ana-maria necə yazılır? #ana-maria sözünün düzgün yazılışı #ana-maria leksik mənası #ana-maria sözünün sinonimi #ana-maria sözünün yaxın mənalı sözlər #ana-maria sözünün əks mənası #ana-maria sözünün etimologiyası #ana-maria sözünün orfoqrafiyası #ana-maria rusca #ana-maria inglisça #ana-maria fransızca #ana-maria sözünün istifadəsi #sözlük